3, 4 və 5 cəmadius-sani: Bir sıra rəvayətlərə görə Xanım Fatimə-Zəhranın (s.ə) şəhadət günlərinə təsadüf edir. Böyük alimlər bu günlərə xüsusi əhəmiyyət vermişlər.
Bu gün Xanım Fatimə-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə o xanımı ziyarət etmək bəyənilir. Mərhum Seyid İbn Tavus "İqbal" kitabında o xanım üçün aşağıdakı ziyarəti qeyd etmişdir:
اَلسَّلَامُ عَلَيْكِ يَا سَيِّدَةَ نِسَاۤءِ الْعَالَمِيْنَ
<font color="000000"><b>Salam olsun sənə ey dünya xanımlarının sərvəri. Salam olsun sənə ey bütün insanlara (Allah) hüccətlərinin anası. Salam olsun sənə ey məzlum və haqqı əlindən alınan qadın. Ey Allahım, Öz kənizinə, Öz Peyğəmbərinin qızına və Peyğəmbərin vəsisinin zövcəsinə salam göndər: elə bir salam ki, göy və yer əhli arasında Sənin ən girami bəndələrinin sahib olduğu məqamdan da uca bir məqamı ona bəxş etsin.</b></font>
اَلسَّلَامُ عَلَيْكِ يَا وَالِدَةَ الْحُجَجِ عَلَى النَّاسِ اَجْمَعِيْنَ
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْمَظْلُوْمَةُ الْمَمْنُوْعَةُ حَقَّهَا
اَللّٰهُمَّ صَلِّ عَلٰۤى اَمَتِكَ
وَ ابْنَةِ نَبِيِّكَ وَ زَوْجَةِ وَصِيِّ نَبِيِّكَ
صَلَاةً تُزْلِفُهَا فَوْقَ زُلْفٰى عِبَادِكَ الْمُكَرَّمِيْنَ
مِنْ اَهْلِ السَّمَاوَاتِ وَ اَهْلِ الْاَرَضِيْنَ۔
Seyid İbn Tavus davamında qeyd edir: Hədisdə buyurulur ki, hər kim bu cümlələrlə Xanım Fatimə-Zəhranı (s.ə) ziyarət edərsə və Allahdan bağışlanma diləyərsə, Allah onun günahlarını bağışlayar və onu Cənnətə daxil edər.