EN اردو RO AZ

English اردو Roman Azerbaijani

MƏBƏS GECƏSİ
Hədis qaynaqlarında bu dəyərli gecədə yerinə yetirilən bir sıra əməllər nəql olunmuşdur:
1) Şeyx Tusi "Misbahul-mutəhəccid"də nəql edir ki, İmam Cavad (ə) buyurdu: "Rəcəb ayında bir gecə vardır ki, günəşin işıq saçdığı hər şeydən daha üstündür. Bu gecə rəcəb ayının iyirmi yeddinci gecəsidir. Bu gecənin sübhündə Rəsulallah (s) peyğəmbərliyə seçildi. Bizim şiələrimizdən hər kim bu gecədə bir əməl yerinə yetirsə, onun savabı altmış ilin əməlinə bərabər olacaqdır." O həzrətdən soruşdular: "Bu gecədə hansı əməli yerinə yetirmək daha yaxşıdır?" İmam Cavad (ə) buyurdu: "İşa namazından sonra əgər yatsan, gecə yarısından əvvəl və ya gecə yarısından sonra yuxudan oyan, on iki rəkət (iki rəkət-iki rəkət) namaz qıl: hər rəkətdə Fatihə surəsini və kiçik "mufəssəl"surələrdən birini oxu. Hər iki rəkətdə salamı dedikdən sonra əyləş və yeddi dəfə Fatihə surəsini, yeddi dəfə "Muəvvəzətəyn"ni, yeddi dəfə <a Tövhid, Kafirun və Qədr surələrini, yeddi dəfə "Ayətəl-kürsi"ni oxu. Sonra isə bu duanı oxu:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ لَمْ يَتَّخِذْ وَلَدًا
Həmd-səna o Allaha məxsusdur ki, Özünə övlad götürməmişdir, hökmdarlıqda şəriki yoxdur, aciz olmadığı üçün hamisi yoxdur; Onu olduqca böyük san! Ey Allahım, ərşinin sütunları üzərindəki izzət məqamına xatir və Kitabın sarıdan rəhmətinin nəhayətinə xatir, çox-çox böyük və əzəmətli adına və uca yadına xatir, kamil kəlmələrinə xatir Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, mənim barəmdə Özünün layiq olduğunu et.
وَ لَمْ يَكُنْ لَهُ شَرِيْكٌ فِي الْمُلْكِ
وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ
وَ كَبِّرْهُ تَكْبِيْرًا
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِمَعَاقِدِ عِزِّكَ
عَلٰى اَرْكَانِ عَرْشِكَ
وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ
وَ بِاسْمِكَ الْاَعْظَمِ الْاَعْظَمِ الْاَعْظَمِ
وَ ذِكْرِكَ الْاَعْلَى الْاَعْلَى الْاَعْلٰى
وَ بِكَلِمَاتِكَ التَّامَّاتِ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ اَنْ تَفْعَلَ بِيْ مَا اَنْتَ اَهْلُهُ۔
Sonra Allahdan hər nə istəyin varsa istə."
2) Bu gecə qüsl etmək müstəhəbdir;
3) Rəcəbin on beşinci gecəsinin əməllərində qeyd olunan on iki rəkət namaz bu gecədə də qılınır; 4) Bu gecə Əmirəl-möminin Əlini (ə) ziyarət etməyin böyük savabı vardır. Bu gecə o həzrəti ziyarət etmək üçün üç ziyarət nəql olunmuşdur və biz onları "Məbəs Gecəsi və Günü İmam Əlinin (ə) Ziyarəti"ndə qeyd etmişik.