EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
ŞABAN AYININ MÜŞTƏRƏK ƏMƏLLƏRİ
1. Hədislərin birində İmam Sadiq (ə) buyurur ki, bu ayın hər günü yetmiş dəfə deyin:
اَسْتَغْفِرُ اللّٰهَ وَ اَسْاَلُهُ التَّوْبَةَ
<font color="000000"><b>Allahdan bağışlanma diləyirəm və Ondan tövbə istəyirəm.</b></font>
2. Hər gün yetmiş dəfə deyin:
اَسْتَغْفِرُ اللّٰهَ الَّذِيْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ
<font color="000000"><b>Bağışlanma diləyirəm o Allahdan ki, rəhman və rəhim, diri və daimidir, mən Ona tərəf qayıdıram.</b></font>
الرَّحْمٰنُ الرَّحِيْمُ
الْحَيُّ الْقَيُّوْمُ
وَ اَتُوْبُ اِلَيْهِ۔
Hədislərdən əldə olunur ki, bu ayda ən üstün zikr "istiğfar"dır, yəni bağışlanma diləmək. Hər kim bu ayın hər günü yetmiş dəfə istiğfar etsə, başqa aylarda yetmiş min dəfə istiğfar etmiş kimidir.
3. Bu ayda sədəqə vermək və ehtiyaclılara kömək etməyin böyük savabı vardır. Ravi deyir ki, mən İmam Sadiqə (ə) ərz etdim: "Ey Rəsulallahın (s) övladı, bu ayda ən yaxşı əməl hansı əməldir?" İmam (ə) buyurdu: "Sədəqə vermək və istiğfar etmək. Hər kim şaban ayında sədəqə versə, siz dəvənin balasını böyütdüyünüz kimi Mütəal Allah onun sədəqəsini böyüdər və Qiyamətdə onun özünə verər. Bu sədəqə Ühüd dağı boyda böyümüş olar." Başqa bir hədisdə İmam Rza (ə) buyurur ki, bu ayda sədəqə vermək cəhənnəm odundan nicat tapmağa səbəb olar.
4. Oruc tutmaq: bu ayda müstəhəb oruc tutmaq təkid olunub. Həzrət Rəsulallah (s) bu ayı oruc tutar və orucunu ramazan ayının orucuna birləşdirərdi. Həzrət Rəsulallah (s) buyurub: "Şaban mənim ayım, ramazan Allahın ayıdır. Hər kim mənim ayımın bir gününü oruc tutsa, mən Qiyamətdə onun şəfaətçisi olaram. Hər kim mənim ayımın iki gününü oruc tutsa, Allah onun keçmiş günahlarını bağışlayar. Hər kim bu ayın üç gününü oruc tutsa, ona deyilər ki, (günahlardan paklandın,) əməllərini əvvəldən başla."
5. Ay boyu min dəfə bu zikri demək:
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
<font color="000000"><b>Allahdan qeyri ilah yoxdur və mən Ondan qeyrisinə ibadət (bəndəlik) etmirəm, dində xalisəm, müşriklərin xoşuna gəlməs də.</b></font>
وَ لَا نَعْبُدُ اِلَّا اِيَّاهُ
مُخْلِصِيْنَ لَهُ الدِّيْنَ
وَ لَوْ كَرِهَ الْمُشْرِكُوْنَ
Həzrət Rəsulallah (s) buyurub: "Hər kim bunu yerinə yetirsə, Qiyamət günü qəbrindən üzü bədrlənmiş ay kimi nurlu halda xaric olar."