⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
RAMAZAN AYININ SƏHƏRİNİN TƏSBİHATI
Ramazan ayında səhərlər mötəbər kitablarda qeyd olunan bu "təsbihat"ı oxuyun:
سُبْحَانَ مَنْ يَعْلَمُ جَوَارِحَ القُلُوْبِ
Təsbih deyirəm (pak və münəzzəh olduğunu deyirəm) ürəklərin dərdini bilənə.
سُبْحَانَ مَنْ يُحْصِي عَدَدَ الذُّنُوْبِ
Təsbih deyirəm günahları sayana.
سُبْحَانَ مَنْ لَا يَخْفٰى عَلَيْهِ خَافِيَةٌ فِي السَّمَاوَاتِ وَالْاَرْضِيْنَ
Təsbih deyirəm o kəsə ki, göylərdə və yerlərdə gizlin olan iş Ona gizlin deyil.
سُبْحَانَ الرَّبِّ الوَدُوْدِ
Təsbih deyirəm çox mehriban Rəbbə.
سُبْحَانَ الفَرْدِ الْوِتْرِ
Təsbih deyirəm yeganə və tək olana.
سُبْحَانَ العَظِيْمِ الْاَعْظَمِ
Təsbih deyirəm ən əzəmətli əzəmətliyə.
سُبْحَانَ مَنْ لَايَعْتَدِيْ عَلٰى اَهْلِ مَمْلَكَتِهِ
Təsbih deyirəm hökmranlığı altında olanlara zülm etməyənə.
سُبْحَانَ مَنْ لَا يُؤَاخِذُ اَهْلَ الْاَرْضِ بِاَلْوَانِ الْعَذَابِ
Təsbih deyirəm yer əhlini müxtəlif əzablarla cəzalandırmayana.
سُبْحَانَ الْحَنَّانِ الْمَنَّانِ
Təsbih deyirəm səxavətli qəmxara.
سُبْحَانَ الرَّؤُوْفِ الرَّحِيْمِ
Təsbih deyirəm mehr-məhəbbətli mehribana.
سُبْحَانَ الْجَبَّارِ الجَوَادِ
Təsbih deyirəm qadir bəxş edənə.
سُبْحَانَ الْكَرِيْمِ الْحَلِيْمِ
Təsbih deyirəm kərim səbirliyə.
سُبْحَانَ البَصِيْرِ الْعَلِيْمِ
Təsbih deyirəm görən və bilənə.
سُبْحَانَ البَصِيْرِ الْوَاسِعِ
Təsbih deyirəm görən və vüsət bəxş edənə.
سُبْحَانَ اللهِ عَلٰى اِقْبَالِ النَّهَارِ
Təsbih deyirəm Allaha, gündüz gələn vaxt.
سُبْحَانَ اللهِ عَلٰى اِدْبَارِ النَّهَارِ
Təsbih deyirəm Allaha, gündüz gedən vaxt.
سُبْحَانَ اللهِ عَلٰى اِدْبَارِ اللَّيْلِ وَإِقْبَالِ النَّهَارِ
Təsbih deyirəm Allaha, gecə gedən və gündüz gələn vaxt.
وَلَهُ الْحَمْدُ وَالْمَجْدُ وَالْعَظَمَةُ وَالْكِبْرِيَاۤءُ
Həmd-səna, böyüklük, əzəmət və iqtidar Ona məxsusdur.
مَعَ كُلِّ نَفَسٍ وَكُلِّ طَرْفَةِ عَيْنٍ
Hər nəfəs, hər göz qırpımı
وَكُلِّ لَمْحَةٍ سَبَقَ فِي عِلْمِهِ
və elmində mövcud olan hər işarə ilə birlikdə
سُبْحَانَكَ مِلْاَ مَا اَحْصٰى كِتَابُكَ
təsbih deyirəm Sənə Kitabındakı say qədər,
سُبْحَانَكَ زِنَةَ عَرْشِكَ
təsbih deyirəm Sənə ərşinin ağırlığı qədər.
سُبْحَانَكَ سُبْحَانَكَ سُبْحَانَكَ۔
Təsbih deyirəm Sənə, təsbih deyirəm Sənə, təsbih deyirəm Sənə.
Sahur yedikdən sonra oruc niyyəti etmək daha yaxşıdır. Əlbəttə, gecənin əvvəlindən axırınadək oruc niyyəti etmək olar. Əgər mömin sabah Allah üçün oruc tutacağını bilsə və bu niyyətdə olsa, bu da kifayət edir. Xatırladaq ki, səhərlər (yəni sübhə yaxın) gecə namazını qılmağı da unutmayın.