EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RAMAZANIN AXIRINCI ON GECƏSİNİN ƏMƏLLƏRİ
1) Mərhum Şeyx Kuleyni dəyərli "Usuli-kafi" kitabında İmam Sadiqin (ə) bu hədisini nəql edir: "Ramazan ayının axırıncı on günündə hər gecə bu duanı oxu:
اَعُوْذُ بِجَلَالِ وَجْهِكَ الْكَرِيْمِ
<font color="000000"><b>Sənin kərim zatının cəlalətinə pənah aparıram ki, məbada ramazan ayı mənim üçün ötüb keçsin, yaxud bu gecə mənim üçün səhər olsun, lakin hələ də Sənin dərgahında bir günahım və ya əvəzi pis olan bir işim olsun və buna görə Sən mənə əzab verəsən.</b></font>
اَنْ يَنْقَضِيَ عَنِّي شَهْرُ رَمَضَانَ
اَوْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِيْ هٰذِهِ
وَلَكَ قِبَلِيْ ذَنْبٌ اَوْ تَبِعَةٌ تُعَذِّبُنِيْ عَلَيْهِ۔
2) "Bələdul-əmin"in haşiyəsində Mərhum Kəf'əmidən belə nəql olunur: İmam Sadiq (ə) ramazan ayının axırıncı on gecəsində vacib və nafilə namazlardan sonra bu duanı oxuyarmış:
اَللّٰهُمَّ اَدِّ عَنَّا حَقَّ مَا مَضٰى مِنْ شَهْرِ رَمَضَانَ
<font color="000000"><b>Ey Allahım, ramazan ayının ötən günlərinin haqqını bizim üçün ödə, bu ayda bizim təqsirlərimizi bağışla, onu bizdən məqbul (qəbul olunmuş) təhvil al, özümüzə qarşı etdiyimiz təcavüzkarlığa görə bizi cəzalandırma, bizi mərhumlardan (rəhmətə qovuşanlardan) qərar ver, bizi məhrumlardan qərar vermə.</b></font>
وَاغْفِرْ لَنَا تَقْصِيْـرَنَا فِيْهِ،
وَتَسَلَّمْهُ مِنَّا مَقْبُوْلًا،
وَلَا تُؤَاخِذْنَا بِاِسْرَافِنَا عَلٰى اَنْفُسِنَا،
وَاجْعَلْنَا مِنَ الْمَرْحُوْمِيْنَ
وَلَا تَجْعَلْنَا مِنَ المَحْرُوْمِيْنَ۔
3) Seyid İbn Tavus "İqbal" kitabında nəql edir ki, İmam Sadiq (ə) ramazan ayının axırıncı on gecəsində bu duanı oxuyardı:
اَللّٰهُمَّ اِنَّكَ قُلْتَ فِيْ كِتَابِكَ الْمُنْزَلِ
<font color="000000"><b>Ey Allahım, Sən nazil olan Kitabında buyurmusan: "Ramazan o aydır ki, insanları hidayət edən, hidayət dəlillərini ehtiva edən və haqqı batildən ayıran Quran bu ayda nazil olmuşdur." Beləliklə, Sən bu ayda Quranı nazil etməklə ramazan ayının hörmətini böyük etdin; Qədr gecəsini bu aya məxsus etdin və onu min aydan üstün etdin. Ey Allahım, bu, mənim üçün ötüb keçən ramazan ayının günləridir və bu, ramazan ayının gecələridir ki, onlar da mənim üçün ötüb keçdi. İlahi, bu aydan mənim (nə əldə etdiyimi) və necə olduğumu Sən məndən daha yaxşı bilirsən və sayına bütün insanlardan daha yaxşı agahsan. Müqərrəb mələklərinin, göndərdiyin peyğəmbərlərinin və ləyaqətli bəndələrinin Səni çağırdıqları ilə Səni çağırır və istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, məni Cəhənnəm odundan azad edəsən, öz rəhmətinlə məni Cənnətə daxil edəsən, Öz əfvin və kərəminlə mənə əta edəsən, mənim Sənə yaxınlaşmağımı qəbul edəsən, duamı müstəcab edəsən, qorxu və vəhşət günündə Qiyamət günüm üçün Sənin hazırladığın qorxudan mənə aman verməklə mənə minnət qoyasan. İlahi, Sənin kərim zatına və əzəmətli cəlalına pənah aparıram ki, məbada ramazan ayının gündüzləri və gecələri ötüb keçsin, lakin mənim üzərimdə Sənə qarşı işlətdiyim bir günah və ya əvəzi pis olan bir əməl olmuş olsun ki, məni buna görə cəzalandırasan; yaxud bir xətam olsun ki, onun əvəzini məndən çıxmaq istəyəsən və onu bağışlamamış olasan. Ey Ağam, ey Ağam, ey Ağam, Səndən isətəyirəm ki, - ey o kəs ki, Səndən qeyri İlah yoxdur, çünki Səndən qeyri İlah yoxdur - əgər bu ayda məndən razı qalmısansa, onda məndən olan razılığını artır; yox əgər məndən razı qalmamısansa, onda elə indi məndən razı ol, ey rəhimlilərin ən rəhimlisi. Ey Allah, ey tək, ey ehtiyacsız, ey o kəs ki, doğmayıb və doğulmayıb (övladı yoxdur və kimsənin də övladı deyil), Onun tayı-bərabəri yoxdur.</b></font>
شَهْرُ رَمَضَانَ الَّذِيْ اُنْزِلَ فِيْهِ الْقُرْاٰنُ
هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدٰى وَالْفُرْقَانِ
فَعَظَّمْتَ حُرْمَةَ شَهْرِ رَمَضَانَ
بِمَا اَنْزَلْتَ فِيْهِ مِنَ الْقُرْاٰنِ،
وَخَصَصْتَهُ بِلَيْلَةِ الْقَدْرِ
وَجَعَلْتَهَا خَيْرًا مِنْ اَلْفِ شَهْرٍ،
اَللّٰهُمَّ وَهٰذِهِ اَيَّامُ شَهْرِ رَمَضَانَ قَدِ انْقَضَتْ،
وَلَيَالِيْهِ قَدْ تَصَرَّمَتْ،
وَقَدْ صِرْتُ يَا اِلـٰهِيْ مِنْهُ اِلٰى مَا اَنْتَ اَعْلَمُ بِهِ مِنِّي
وَاَحْصٰى لِعَدَدِهِ مِنَ الْخَلْقِ اَجْمَعِيْنَ،
فَاَسْاَلُكَ بِمَا سَاَلَكَ بِهِ مَلَآئِكَتُكَ الْمُقَرَّبُوْنَ
وَاَنْبِيَآؤُكَ الْمُرْسَلُوْنَ،
وَعِبَادُكَ الصَّالِحُوْنَ،
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
وَاَنْ تَفُكَّ رَقَبَتِيْ مِنَ النَّارِ،
وَتُدْخِلَنِى الْجَنَّةَ بِرَحْمَتِكَ،
وَاَنْ تَتَفَضَّلَ عَلَيَّ بِعَفْوِكَ وَكَرَمُكَ
وَ تَتَقَبَّلَ تَقَرُبِيْ
وَ تَسْتَجِيْبَ دُعَآئِيْ
وَتَمُنَّ عَلَيَّ بِالْاَمْنِ يَوْمَ الْخَوْفِ
مِنْ كُلِّ هَوْلٍ اَعْدَدْتَهُ لِيَوْمِ الْقِيَامَةِ،
اِلـٰهِيْ وَاَعُوْذُ بِوَجْهِكَ الْكَرِيْمِ،
وَبِجَلَالِكَ الْعَظِيْمِ
اَنْ يَنْقَضِيَ اَيَّامُ شَهْرِ رَمَضَانَ وَلَيَالِيْهِ
وَلَكَ قِبَلِيْ تَبِعَةٌ اَوْ ذَنْبٌ تُؤَاخِذُنِيْ بِهِ
اَوْ خَطِيْئَةٌ تُرِيْدُ اَنْ تَقْتَصَّهَا مِنِّيْ لَمْ تَغْفِرْهَا لِيْ
سَيِّدِيْ سَيِّدِيْ سَيِّدِيْ
اَسْاَلُكَ يَا لَا اِلٰهَ اِلَّا اَنْتَ
اِذْ لَا اِلٰهَ اِلَّا اَنْتَ
اِنْ كُنْتَ رَضَيْتَ عَنِّي فِيْ هٰذَا الشَّهْرِ
فَازْدَدْ عَنِّيْ رِضًا،
وَاِنْ لَمْ تَكُنْ رَضَيْتَ عَنِّي
فَمِنَ الْاٰنَ فَارْضَ عَنِّيْ
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ،
يَا اَللهُ يَا اَحَدُ يَا صَمَدُ
يَا مَنْ لَمْ يَلِدْ وَلَمْ يُوْلَدْ
وَلَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ۔
Həmçinin bunu çox de:
يَا مُلَيِّنَ الْحَدِيْدِ لِدَاوُدَ عَلَيْهِ السَّلَامُ،
<font color="000000"><b>Ey Davud üçün – salam olsun ona – dəmiri yumşaldan, ey Əyyub üçün – salam olsun ona – böyük giriftarlığı və narahatlığı aradan qaldıran, ey Yaqub üçün - salam olsun ona – kədəri aradan aparan, ey Yusif üçün – salam olsun ona - qəm-qüssəni dağıdan! Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, elə bir salam ki, Sən onların hamısına salam göndərməyə layiqsən. Mənim barəmdə Özünün layiq olduğunu et, mənim layiq olduğumu deyil.</b></font>
يَا كَاشِفَ الضُرِّ وَالْكُرَبِ الْعِظَامِ عَنْ اَيُّوْبَ (عليه السلام)،
اَيْ مُفَرِّجَ هَمِّ يَعْقُوْبَ عَلَيْهِ السَّلَامُ،
اَيْ مُنَفِّسَ غَمِّ يُوْسُفَ عَلَيْهِ السَّلَامُ،
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
كَمَا اَنْتَ اَهْلُهُ اَنْ تُصَلِّيَ عَلَيْهِمْ اَجْمَعِيْنَ،
وَافْعَلْ بِيْ مَا اَنْتَ اَهْلُهُ،
وَلَا تَفْعَلْ بِيْ مَا اَنَا اَهْلُهُ۔
4) "Misbahul-mutəhəccid" və "Usuli-kafi" kitablarında qeyd olunan bu duanı oxuyun:
يَامُوْلِجَ اللَّيْلِ فِي النَّهَارِ،
<font color="000000"><b>Ey gecəni gündüzə və gündüzü gecəyə daxil edən, ölüdən dirini və diridən ölünü çıxaran! Ey istədiyinə hesabsız ruzi verən! Ey Allah, ey Rəhman, ey Rəhim! Ey Allah, ey Allah, ey Allah! Sənə məxsusdur gözəl adlar, uca misallar, böyüklük və nemətlər! Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, bu gecədə mənim adımı xoşbəxtlərin zümrəsində qərar verəsən, ruhumu şəhidlərlə birlikdə edəsən, yaxşı əməllərimi Cənnətin uca dəcələrində qərar verəsən, günahlarımı bağışlayasan; mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə birgə olsun və mənə elə bir iman əta edəsən ki, şəkk-şübhəni məndən uzaqlaşdırsın; mənə qismət etdiklərinə məni razı et, dünya və axirətdə mənə gözəl nemət ver, məni yanar odun əzabından qoru; bu gecədə Öz zikrini və şükrünü, Sənə tərəf rəğbəti və qayıdışı mənə ruzi et; mənə ruzi et o işlərdə müvəffəqiyyəti ki, Məhəmmədi və Ali-Məhəmmədi – salam olsun ona və onlara – həmin işlərdə müvəffəq etmisən.</b></font>
وَمُوْلِجَ النَّهَارِ فِي اللَّيْلِ،
وَمُخْرِجَ الْحَيِّ مِنَ الْمَيِّتِ،
وَمُخْرِجَ الْمَيِّتِ مِنَ الْحَيِّ،
يَا رَازِقَ مَنْ يَشَاۤءُ بِغَيْرِ حِسَابٍ،
يَااَللهُ يَارَحْمٰنُ،
يَااللهُ يَارَحِيْمُ،
يَااللهُ يَااللهُ يَااللهُ
لَكَ الْاَسَّمَاۤءُ الْحُسْنٰى،
وَالْاَمْثَالُ الْعُلْيَا،
وَالْكِبْرِيَاۤءُ وَالْاٰلَاۤءُ،
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
وَاَنْ تَجْعَلَ اسْمِيْ فِيْ هٰذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاۤءِ،
وَرُوْحِيْ مَعَ الشُّهَدَاۤءِ،
وَاِحْسَانِيْ فِي عِلِّيِّيْنَ،
وَاِسَآئَتِيْ مَغْفُوْرَةً،
وَاَنْ تَهَبَ لِيْ يَقِيْنًا تُبَاشِرُ بِهِ قَلْبِيْ،
وَاِيْمَانًا يُذْهِبُ الشَّكَّ عَنِّي،
وَتُرْضِيَنِيْ بِمَا قَسَمْتَ لِي،
وَاٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً،
وَفِي الْاٰخِرَةِ حَسَنَةً،
وَقِنَا عَذَابَ النَّارِ الْحَرِيْقِ،
وَارْزُقْنِيْ فِيْهَا ذِكْرَكَ وَشُكْرَكَ وَالرَّغْبَةَ اِلَيْكَ،
وَالْاِنَابَةَ وَالتَّوْفِيْقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَآلَ مُحَمَّدٍ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلَامُ۔
4) Mərhum Şeyx Kəf'əmi Seyid İbn Baqidən nəql edir ki, ramazan ayının iyirmi birinci gecəsi bu duanı oxuyun:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
<font color="000000"><b>Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, qismət et mənə elə bir səbir ki, cəhalət qapısını mənim üzümə bağlasın; elə bir hidayət ki, onun vasitəsilə məni hər azğınlıqdan uzaqlaşdırmaqla mənə minnət qoyasan; elə bir zənginlik ki, onun vasitəsilə hər növ yoxsulluq qapılarını mənim üzümə bağlayasan; elə bir qüvvət ki, onun vasitəsilə hər növ zəifliyi məndən uzaqlaşdırasan; elə bir izzət ki, onun vasitəsilə məni hər bir zillətdən girami edəsən; elə bir ucalıq ki, onun vasitəsilə məni hər bir alçaqlıqdan ucaldasan; elə bir əmniyyət ki, onun vasitəsilə hər qorxunu məndən uzaqlaşdırasan; elə bir sağlamlıq ki, onun vasitəsilə məni hər bəla qarşısında örtəsən; elə bir elm ki, onun vasitəsilə hər bir yəqinliyi mənim üzümə açasan; elə bir yəqinlik ki, onun vasitəsilə hər şəkk-şübhəni məndən uzaqlaşdırasan; elə bir dua ki, onun vasitəsilə bu gecədə və bu saatda icabəti (qəbul olunma qapılarını) mənim üçün açasan, ey Kərim; elə bir qorxu ki, onun vasitəsilə hər rəhməti mənim üçün açasan; elə bir mühafizə ki, mənimlə günahlarım arasında onu sədd edəsən və bu yolla Sənin dərgahının məsumları qarşısında nicat tapım; Öz rəhmətinə xatir, ey rəhimlilərin rəhimlisi.</b></font>
وَاقْسِمْ لِي حِلْمًا يَسُدُّ عَنِّيْ بَابَ الْجَهْلِ،
وَهُدًى تَمُنُّ بِهِ عَلَيَّ مِنْ كُلِّ ضَلَالَةٍ،
وَغِنًى تَسُدُّ بِهِ عَنِّيْ بَابَ كُلِّ فَقْرٍ
وَقُوَّةً تَرُدُّ بِهَا عَنِّي كُلَّ ضَعْفٍ،
وَعِزًا تُكْرِمُنِيْ بِهِ عَنْ كُلِّ ذُلٍّ،
وَرِفْعَةً تَرْفَعُنِيْ بِهَا عَنْ كُلِّ ضَعَةٍ،
وَاَمْنًا تَرُدُّ بِهِ عَنِّيْ كُلِّ خَوْفٍ،
وَعَافِيَةً تَسْتُرُنِي بِهَا عَنْ كُلِّ بَلَاۤءٍ،
وَعِلْمًا تَفْتَحُ لِيْ بِهِ كُلَّ يَقِيْنٍ،
وَيَقِيْنًا تُذْهِبُ بِهِ عَنِّيْ كُلَّ شَكٍّ،
وَدُعَاۤءً تَبْسُطُ لِيْ بِهِ الَاِجَابَةَ فِيْ هٰذِهِ اللَّيْلَةِ وَفِي هٰذِهِ السَّاعَةِ،
السَّاعَةِ السَّاعَةِ السَّاعَةِ يَا كَرِيْمُ،
وَخَوْفًا تَنْشُرُ لِيْ بِهِ كُلَّ رَحْمَةٍ،
وَعِصْمَةً تَحُوْلُ بِهَا بَيْنِيْ وَبَيْنَ الذُّنُوْبِ
حَتَّى اُفْلِحَ بِہَا عِنْدَ الْمَعْصُوْمِيْنَ عِنْدَكَ
بِرَحْمَتِكَ يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
5) Bu gecənin fəzilətli əməllərindən biri də İmam Zamanın (ə.f) salamatlığı və zühurunun tezləşməsi üçün dua etməkdir. Seyid İbn Tavusun Həmmad ibn Osmandan nəql etdiyi hədisdə oxuyuruq: Mübarək ramazan ayının 21-ci gecəsi mən İmam Sadiqin (ə) hüzuruna getdim. O həzrət məndən: "Qüsl etmisənmi?"- soruşdu. Mən: "Bəli"- dedim. İmam (ə) bir həsir istədi və məni öz kənarına çağırdı. O, namaz qılmağa başladı və mən də onun kənarında namaz qıldım. Namazları qılıb qurtardıqdan sonra o həzrət dua etdi, mən də "Amin" dedim. O, sübhə qədər dua etdi. Sübh namazı olduqda İmam (ə) azan və iqamə dedi, xidmətçilərdən bir neçəsini çağırdı və biz o həzrətin imamlığı ilə sübh namazını qıldıq. Namazdan sonra İmam Sadiq (ə) Allaha təsbih və təqdis dedi, Peyğəmbərə (s) salam göndərdi, möminlər üçün dua etdi. Sonra səcdəyə getdi və bir saatadək səcdədə qaldı. Bu müddətdə biz ancaq o həzrətin nəfəs səsini eşidirdik. Daha sonra o, bir dua oxudu:
لَا اِلٰهَ اِلَّا اَنْتَ مُقَلِّبَ الْقُلُوْبِ وَ الْاَبْصَارِ۔۔۔۔
<font color="000000"><b>Allahdan başqa məbud yoxdur, qəlblərin sahibidir...</b></font>
Bu uzun dua Seyid ibn Tavusun "İqbalul Amal" kitabında qeyd olunub.
İyirmi birinci gecədən etibarən ramazan ayının axırıncı on günü başlanır. Bu fəzilətli gecələri və gündüzləri qənimət bilmək lazımdır. Bu gecələrdə - hər gecə - qüsl etmək müstəhəbdir. Rəvayət olunur ki, Həzrət Rəsulallah (s) ramazan ayının axırıncı on gecəsində hər gecə qüsl edərmiş.
Həmçinin bu gecələrdə cami məscidlərdə etikaf etmək müstəhəbdir. Hədislərin birində Həzrət Rəsulallah (s) buyurmuşdur ki, ramazan ayının axırıncı on günündə etikaf etmək iki həcc və iki umrəyə bərabədir.
Həzrət Rəsulallah (s) ramazan ayının axırıncı on gününü məsciddə etikaf edərdi. O həzrət yatağını yığar, bütün gecəni ibadətlə məşğul olardı (müsəlmanların əksəriyyəti də o həzrət kimi edərdilər). Təəssüflər olsun ki, bəzi qafillər Qədr gecələrindən sonra mübarək ramazan ayının fəzilətli əməllərinin bitdiyini hesab edirlər.