EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
RƏĞAİB GECƏSİ
Rəcəb ayının birinci cümə gecəsi "Rəğayib gecəsi" adlanmışdır. Həzrət Rəsulallah (s) rəcəb ayının fəzilətini bəyan etdiyi bir hədisdə buyurub: "Rəcəb ayının birinci cümə gecəsini unutmayın, çünki mələklər onu "Rəğayib gecəsi" adlandırmışlar."
Bu vaxt Rəsulallah (s) bu gecədə yerinə yetirilən əməlləri açıqladı:
Rəcəb ayının birinci cümə axşamı (pəncşənbə) günü oruc tut. Cümə gecəsi olduqda məğrib və işa namazları arasında on iki rəkət (iki rəkət-iki rəkət) namaz qıl: hər rəkətdə bir dəfə <font><b><a <font><b><a href="https://www.divinepearls.com/surah1">Həmd</a></b></font>, üç dəfə <font><b><a href="https://www.divinepearls.com/surah97">Qədr</a></b></font> və on iki dəfə <font><b><a href="https://www.divinepearls.com/surah112">İxlas</a></b></font> surəsini oxu. Namazı qılıb qurtardıqdan sonra yetmiş dəfə de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ النَّبِيِّ الْأُمِّيِّ وَ عَلٰى اٰلِهِ۔
<font color="000000"><b>Allahım, Həzrət Muhəmmədə (s) və onun Əhli-Beytinə (ə) öz rəhmətini göndər.</b></font>
Sonra səcdəyə get və səcdədə yetmiş dəfə de:
سُبُّوْحٌ قُدُّوْسٌ رَبُّ الْمَلَاۤئِكَةِ وَ الرُّوْحِ۔
<font color="000000"><b>Allahım, Sən çox paksan, çox müqəddəssən, mələklər və Ruhun rəbbisən. </b></font>
Səcdədən qalx və yetmiş dəfə de:
رَبِّ اغْفِرْ وَ ارْحَمْ
<font color="000000"><b>Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əfv et. Həqiqətən Sən uca və əzəmətlisən. </b></font>
وَ تَجَاوَزْ عَمَّا تَعْلَمُ
اِنَّكَ اَنْتَ الْعَلِيُّ الْاَعْظَمُ۔
Yenidən səcdəyə get və yetmiş dəfə de:
سُبُّوْحٌ قُدُّوْسٌ رَبُّ الْمَلَاۤئِكَةِ وَ الرُّوْحِ۔
<font color="000000"><b>Allahım, Sən çox paksan, çox müqəddəssən, mələklər və Ruhun rəbbisən. </b></font>
Sonra öz hacətini istə, inşaallah həyata keçər." Həzrət Rəsulallah (s) bu əməlin fəziləti barədə buyurdu: "Hər kim bu namazı qılsa, Allah onun bütün günahlarını bağışlayar... Qiyamətdə onun sülaləsindən yeddi yüz nəfərə şəfaət edər. Qəbrin birinci gecəsi Allah bu namazın savabını gözəl çöhrə, parlayan üz və aydın danışan dil simasında onun qəbrinə yollayar. Bu gözəl çöhrə ona deyər: "Ey mənim dostum, sənə müjdə olsun ki, hər çətinlikdən nicat tapdın." O şəxs bu nurani çöhrədən soruşar. "Sən kimsən? Mən indiyədək sənin çöhrən qədər gözəl çöhrə görməmiş və sənin ətrindən daha gözəl bir ətir duymamışam?" Həmin gözəl çöhrə deyər: "Ey mənim dostum, mən sənin filan şəhərdə, filan ayda və filan ildə qıldığın namazam. Mən bu gecə sənin yanına gəlmişəm ki, haqqını ödəyim, tənhalığında sənə həmdəm olum və qorxunu səndən uzaqlaşdırım (yəni daim sənin yanında olum), o vaxtadək ki, Qiyamət günü hamı ayağa qaldırılacaq və mən Qiyamət səhnəsində sənin üzərinə kölgə salacağam (bir sözlə bu əməlin savabı heç vaxt səndən kəsilməyəcək).""
Rəcəb ayında umrə yerinə yetirməyin böyük savabı vardır. Məsum İmamların (ə) hədislərinə istinadən, rəcəb ayında yerinə yetirilən umrənin savabı həcc savabına bərabərdir. Rəvayət olunur ki, İmam Zeynul-abidin (ə) rəcəb ayında umrəyə getdi və gecə-gündüz Kəbə evinin kənarında namaz qılıb, səcdə etdi. Səcdədə bu zikri deyirdi:
عَظُمَ الذَّنْبُ مِنْ عَبْدِكَ
<font color="000000"><b>Qulundan (məndən) günah böyük oldu, Sənin tərəfindən əfv isə gözəl olsun.</b></font>
فَلْيَحْسُنِ الْعَفْوُ مِنْ عِنْدِكَ۔