RAMAZANIN AXIRINCI GECƏSİ
Bu mübarək gecədə də bir neçə əməli yerinə yetirmək nəql olunmuşdur:
2) İmam Hüseyni (ə) ziyarət etmək.
3) "Ənam", <font><b><a <font><b><a href="https://www.divinepearls.com/surah18">Kəhf</a></b></font> və <font><b><a <font><b><a href="https://www.divinepearls.com/surah36">Yasin</a></b></font> surələrini oxumaq. Həmçinin yüz dəfə "isiğfar" cümləsini demək:
اَسْتَغْفِرُ اللهَ وَاَتُوْبَ اِلَيْهِ۔
<font color="000000"><b>Allahdan bağışlanma diləyir və ona tövbə edirəm.</b></font>
4) Şeyx Kuleyninin İmam Sadiqdən (ə) nəql etdiyi bu duanı oxumaq:
اَللّٰهُمَّ هٰذَا شَهْرُ رَمَضَانَ الَّذِيْ اَنْزَلْتَ فِيْهِ القُرْاٰنَ وَقَدْ تَصَرَّمَ،
<font color="000000"><b>Ey Allahım, bu, ramazan ayıdır və Sən Quranı bu ayda nazil etdin, indi isə (bu ay) getmək (qurtarmaq) üzrədir. Ey Rəbbim, Sənin kərim zatına pənah aparıram ki, məbada bu gecənin sübhü mənim üçün açılsın və ya ramazan ayı mənim üçün ötüb keçsin, lakin mənim üzərimdə Sənə qarşı işlətdiyim bir günah və əvəzi pis olan bir əməl olmuş olsun ki, buna görə Səninlə görüş günündə mənə əzab verəsən.</b></font>
وَاَعُوْذُ بِوَجْهِكَ الْكَرِيْمِ يَارَبِّ
اَنْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِيْ هٰذِهِ
اَوْ يَتَصَرَّمَ شَهْرُ رَمَضَانَ
وَلَكَ قِبَلِيْ تَبِعَةٌ اَوْ ذَنْبٌ تُرِيْدُ اَنْ تُعَذِّبَنِيْ بِهِ يَوْمَ اَلْقَاكَ۔
5) Əllərini göyə qaldırıb bu duanı oxu:
يَامُدَبِّرَ الْاُمُوْرِ،
<font color="000000"><b>Ey işləri idarə edən, ey qəbirdəkiləri ayağa qaldıran, ey dəryaları cərəyan etdirən, ey Davud üçün dəmiri yumşaldan! Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, mənim üçün belə və belə et ("belə və belə" sözünün yerinə öz istəklərini de).</b></font>
يَابَاعِثَ مَنْ فِي الْقُبُوْرِ،
يَامُلَيِّنَ الْحَدِيْدِ لِدَاوُدَ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
وَافْعَلْ بِي كَذا وَكَذا
6) Ramazan ayı ilə vidalaşmaq: vida dualarını böyük alimlərimiz öz kitablarında qeyd etmişlər. Bunlar arasında ən yaxşı dua "Səhifeyi Səccadiyyə"nin 45-ci duasıdır. Həmin dua belə başlayır:
اَللّٰهُمَّ يَا مَنْ لَا يَرْغَبُ فِيْ۔۔۔۔
<font color="000000"><b>Ey insanlara verdiyin nemət müqabilində muzd istəməyən!...</b></font>
Seyid İbn Tavus nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim ramazan ayının axırıncı gecəsi bu ayla vidalaşsa və bu duanı oxusa, sübh olmamışdan qabaq Allah onu bağışlayar, ona tövbə etmək uğurunu əta edər:
اَللّٰهُمَّ لَا تَجْعَلُهُ اٰخِرَ الْعَهْدِ مِنْ صِيَامِيْ لِشَهْرِ رَمَضَانَ،
<font color="000000"><b>Ey Allahım, bunu mənim ramazan ayının orucu ilə axırıncı görüşüm etmə. Sənə pənah aparıram ki, məbada bu gecə mənim üçün sübh olsun, lakin məni bağışlamamış olasan.</b></font>
وَاَعُوْذُ بِكَ اَنْ يَطْلُعَ فَجْرُ هٰذِهِ اللَّيْلَةِ اِلَّا وَقَدْ غَفَرْتَ لِي۔
Cabir ibn Abdullah Ənsari nəql edir ki, ramazan ayının axırıncı cümə günü Həzrət Peyğəmbərin (s) hüzuruna getmişdim. O həzrət mənə buyurdu: "Bu gün ramazan ayının axırıncı cüməsidir, onunla vidalaş və de:
اَللّٰهُمَّ لَا تَجْعَلُهُ اٰخِرَ الْعَهْدِ مِنْ صِيَامِنَا اِيَّاهُ
<font color="000000"><b>Ey Allahım, bunu bizim üçün ramazan ayının orucu ilə axırıncı görüş qərar vermə, əgər belə etmisənsə, onda bizi mərhumlardan (rəhmətə qovuşanlardan) et, məhrumlardan deyil.</b></font>
فَاِنْ جَعَلْتَهُ فَاجْعَلْنِيْ مَرْحُوْمًا وَلَا تَجْعَلْنِيْ مَحْرُوْمًا۔
Həzrət Peyğəmbər (s) daha sonra buyurdu: "Hər kim bu gün bu duanı oxusa, iki yaxşı xislətə nail olar, yaxud gələn ramazan ayını görər, yaxud Allahın bağışlanmasına və sonsuz rəhmətinə qovuşar."
7) Həzrət Rəsulallahın (s) buyurduğu bu on rəkət namazı qılmaq: Ramazan ayının axırıncı gecəsi on rəkət (iki rəkət-iki rəkət) namaz qıl: belə ki, hər rəkətdə bir dəfə <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihə</a></b></font> və on dəfə <font><b><a href="https://www.divinepearls.com/surah112">İxlas</a></b></font> surəsini oxu. Rükuda və səcdələrdə on dəfə de:
سُبْحَانَ اللهِ
<font color="000000"><b>Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah böyükdür.</b></font>
وَلَآ اِلٰهَ اِلَّا اللهُ
Hər iki rəkətdən sonra təşəhhüdü və salamı de. On rəkət namaz tamamlandıqdan sonra min dəfə de:
اَسْتَغْفِرُ اللهَ وَاَتُوْبَ اِلَيْهِ۔
<font color="000000"><b>Allahdan bağışlanma diləyir və ona tövbə edirəm.</b></font>
İstiğfardan sonra səcdəyə gedib de:
يَاحَيُّ يَاقَيُّوْمُ،
<font color="000000"><b>Ey diri, ey əbədi, ey cəlalət və ikram sahibi, ey dünya və axirətin rəhmanı və bu ikisinin rəhimi, ey rəhimlilərin ən rəhimlisi, ey əvvəlkilərin və sonrakıların Məbudu, bizim günahlarımızı bağışla, namazlarımızı, oruclarımızı və gecə ibadətlərimizi qəbul et.</b></font>
يَاذَا الْجَلَالِ وَالْاِكْرَامِ،
يَارَحْمٰنَ الدُّنْيَا وَالْاٰخِرَةِ وَرَحِيْمَهُمَا،
يَااَرْحَمَ الرَّاحِمِينَ،
يَااِلٰهَ الْاَوَّلِيْنَ وَالْاٰخِرِيْنَ،
اِغْفِرْ لَنَا ذُنُوْبَنَا،
وَتَقَبَّلْ مِنَّا صَلَاتَنَا وَصِيَامَنَا وَقِيَامَنَا۔
Həzrət Rəsulallah (s) buyurub: "Hər kim bu əməlləri yerinə yetirsə, məni peyğəmbərliyə göndərənin haqqına and olsun ki, Cəbrail İsrafildən və İsrafil də öz Rəbbindən mənə xəbər verdi ki, bu şəxs başını səcdədən qaldırmamış Allah onu bağışlayar və ramazan ayını ondan qəbul edər, onun günahlarından keçər..."