Aşura gecəsində müəyyən dualar oxunur və namazlar qılınır ki, hədislərə istinadən bunlardan bir neçəsini nəzərinizə çatdırırıq:
1. Yüz rəkət namaz qıl: hər iki rəkətdən sonra salam de və hər rəkətdə bir dəfə
Həmd, üç dəfə
İxlas surəsini oxu. Namazları qılıb qurtardıqdan sonra yetmiş dəfə de:
سُبْحَانَ اللّٰهِ
Allah pak və münəzzəhdir, həmd-səna Allaha məxsusdur, Allahdan qeyri ilah yoxdur, Allah böyükdür, uca və əzəmətli Allahdan qeyri güc-qüvvə yoxdur.
وَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
Həzrət Peyğəmbər (s) buyurdu: "Hər kim bu namazı qılsa – istər kişi olsun, istərsə də qadın - öldüyü vaxt Allah onun qəbrini ətirli edər və hər gün – Sur çalınanadək – onun qəbrinə bir nur daxil olar..."
2. Aşura gecəsi oyaq qalıb ibadətlə məşğul olmaq: hədislərin birində Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Aşura gecəsi oyaq qalarsa (və ibadətlə məşğul olarsa), sanki mələklərin ibadətini etmişdir..."
3. Həzrət Peyğəmbər (s) buyurub: "Aşura gecəsi dörd rəkət namaz qıl. Hər rəkətdə bir dəfə
Fatihə və əlli dəfə
İxlas surəsini oxu. Dördüncü rəkətdə namazın salamını dadikdən sonra Allahın zikrini çox de və Rəsulallaha (s) salam göndər. Mümkün olan qədər Əhli-beytin (ə) düşmənlərinə lənət yağdır."