<font color="000000"><b>Rəhman və rəhim Allahın adı ilə. Pənah aparanların kəlməsi və sığınanların sözü olan Allahın adı ilə; sitəmkarların sitəmindən, həsəd aparanların məkrindən və zalımların zülmündən Allaha pənah aparıram; mən həmd edənlərin həmdindən Onu daha çox həmd edirəm. Ey Allahım, Sən şəriki olmayan yeganə və hökmdarlıq verilməyən hökmdarsan, Sənin hökmünə müxalif olan və hökmdarlığında Sənə qarşı çıxan yoxdur; Səndən istəyirəm ki, bəndən və elçin olan Məhəmmədə salam göndərəsən, məni Sənin razılığının nəhayətinə qovuşduracaq qədər Sənin nemətlərinə şükür etməyi mənə nəsib edəsən, Sənə itaət, bəndəlik, ibadət etmək və Sənin mükafatlarına layiq olmaqda Öz lütfünlə mənə kömək edəsən, nə qədər ki sağam, məni Sənə qarşı itaətsizlikdən çəkindirməklə mənə rəhm edəsən, mənə faydalı olan işlərə həyatım boyu məni müvəffəq edəsən, Kitabın (Quran) ilə qəlbimi (həqiqətləri dərk etmək üçün) açasan, onu oxumaqla günahlarımı təmizləyəsən, dinimdə və nəfsimdə mənə salamatlıq əta edəsən, yaxınlarımı məndən incik salmayasan, qalan ömrümdə Öz ehsanını mənə tamamlayasan, necə ki, ömrüm boyu mənə ehsan etmisən, ey rəhimlilərin ən rəhimlisi. </b></font>
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
بِسْمِ اللهِ كَلِمَةُ الْمُعْتَصِمِيْنَ
وَ مَقَالَةُ الْمُتَحَرِّزِيْنَ
وَ اَعُوْذُ بِاللهِ تَعَالٰى مِنْ جَوْرِ الْجَاۤئِرِيْنَ
وَ بَغْـىِ الظَّالِمِيْنَ
وَ اَحْمَدُهٗ فَوْقَ حَمْدِ الْحَامِدِيْنَ
اَللّٰهُمَّ اَنْتَ الْوَاحِدُ بِلَا شَرِيْكٍ
وَالْمَلِكُ بِلَا تَمْلِيْكٍ
لَا تُضَآدُّ فِىْ حُكْمِكَ
وَ لَا تُنَازَعُ فِىْ مُلْكِكَ
اَسْئَلُكَ اَنْ تُصَلِّىَ عَلٰى مُحَمَّدٍ وَاٰلِهِ
وَ اَنْ تُوْزِعَنِىْ مِنْ شُكْرِ نُعْمَاكَ
مَا تَبْلُغُ بِىْ غَايَةَ رِضَاكَ
وَ اَنْ تُعِيْنَنِىْ عَلٰى طَاعَتِكَ
وَاسْتِحْقَاقِ مَثُوْبَتِكَ
وَ تَرْحَمَنِىْ بِصَدِّىْ عَنْ مَعَاصِيْكَ مَا اَحْيَيْتَنِىْ
وَ تُوَفِّقَنِىْ لِمَا يَنْفَعُنِىْ مَا اَبْقَيْتَنِىْ
وَ اَنْ تَشْرَحَ بِكِتَابِكَ صَدْرِىْ
وَ تَحُطَّ بِتِلَاوَتِهٖ وِزْرِىْ
وَ تَمْنَحَنِىْ السَّلَامَةَ فِىْ دِيْنِىْ وَ نَفْسِىْ
وَلَا تُوْحِشَ بِىْ اَهْلَ اُنْسِىْ
وَ تُتِمَّ اِحْسَانَكَ فِيْمَا بَقِىَ مِنْ عُمْرِىْ
كَمَا اَحْسَنْتَ فِيْمَا مَضٰى مِنْهُ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔