بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>Rəhman və rəhim Allahın adı ilə. O Allahın adı ilə başlayıram ki, Onun fəzl və ehsanından başqa heç nəyə ümidim yoxdur, Onun ədalətindən başqa heç nədən qorxmuram, Onun sözündən başqa heç nəyə etimad etmirəm və Onun ipindən başqa heç nədən yapışmıram; ey əfv və razılıq sahibi,mən zülm və ədavətdən, dövranın hadisələrindən, ardıcıl üz verən kədərdən, qəfil bəlalardan, hazırlığım olmadan ömrümün başa çatmasından Sənə pənah aparıram; mənim məsləhətim və islahım olan işdə Səndən hidayət istəyirəm, mənim nicatım və uğurumun yaxın olduğu işdə Səndən kömək istəyirəm, kamil, hərtərəfli və davamlı sağlamlıq və salamatlıq libasını (əldə etməkdə) yalnız Sənə ümid edirəm; ey Rəbbim, mən şeytanın vəsvəsələrindən Sənə pənah gətirir və padşahların zülmündən Sənin padşahlığına sığınıram; elə isə, mənim namaz və orucumu qəbul et, sabahkı və ondan sonrakı günlərimi bu saatdan və bu günümdən daha yaxşı et, məni qohumlarım arasında əziz et, yuxuda və oyaqlıqda məni qoru, Sən qoruyanların ən yaxşısı olan Allahsan, Sən rəhimlilərin ən rəhimlisisən. Ey Allahım, mən bu gündə və sonrakı günlərdə şirk və dinsizlikdən Sənin dərgahına şikayət edirəm; duamın qəbul olması üçün Səni ixlasla çağırır və Sənin savabına ümid edib nəfsimi Sənə itaətə vadar edirəm; elə isə, Məhəmmədə və onun xanidanına - məxluqatının ən üstünü və Sənin həqqaniyyətinə dəvət edən kəslərə - salam göndər; məni Öz əbədi izzətinlə izzətli et və yuxuya getməyən gözlərinlə qoru; işimə Öz əlinlə və ömrümə Öz məğfirətinlə son qoy, həqiqətən Sən bağışlayan və rəhimlisən.</b></font>
بِسْمِ اللهِ الَّذِىْ لَا اَرْجُوْ اِلَّا فَضْلَهٗ
وَ لَا اَخْشٰى اِلَّا عَدْلَهٗ
وَ لَا اَعْتَمِدُ اِلَّا قَوْلَهٗ
وَ لَا اُمْسِكُ اِلَّا بِحَبْلِهٖ
بِكَ اَسْتَجِيْرُ يَا ذَالْعَفْوِ وَالرِّضْوَانِ
مِنَ الظُّلْمِ وَالْعُدْوَانِ
وَ مِنْ غِيَرِ الزَّمَانِ
وَ تَوَاتُرِ الْاَحْزَانِ
وَ طَوَارِقِ الْحَدَثَانِ
وَ مِنِ انْقِضَاۤءِ الْمُدَّةِ قَبْلَ التَّاَهُّبِ وَ الْعُدَّةِ
وَ اِيَّاكَ اَسْتَرْشِدُ لِمَا فِيْهِ الصَّلَاحُ وَالْاِصْلَاحُ
وَ بِكَ اَسْتَعِيْنُ فِيْمَا يَقْتَرِنُ بِهٖ النَّجَاحُ وَالْاِنْجَاحُ
وَ اِيَّاكَ اَرْغَبُ فِىْ لِبَاسِ الْعَافِيَةِ وَ تَمَامِهَا
وَ شُمُوْلِ السَّلَامَةِ وَ دَوَامِهَا
وَ اَعُوْذُ بِكَ يَا رَبِّ مِنْ هَمَزَاتِ الشَّيَاطِيْنِ
وَ اَحْتَرِزُ بِسُلْطَانِكَ مِنْ جَوْرِ السَّلَاطِيْنِ
فَتَقَبَّلْ مَا كَانَ مِنْ صَلَاتِىْ وَ صَوْمِىْ
وَاجْعَلْ غَدِىْ وَمَا بَعْدَهٗ اَفْضَلَ مِنْ سَاعَتِىْ وَ يَوْمِىْ
وَ اَعِزَّنِىْ فِىْ عَشِيْرَتِىْ وَ قَوْمِىْ
وَاحْفَظْنِىْ فِىْ يَقْظَتِىْ وَ نَوْمِىْ
فَاَنْتَ اللهُ خَيْرٌ حَافِظًا
وَّ اَنْتَ اَرْحَمُ الرَّاحِمِيْنَ
اَللّٰهُمَّ اِنِّىْ اَبْرَءُ اِلَيْكَ فِىْ يَوْمِىْ هٰذَا
وَ مَا بَعْدَهٗ مِنَ الْاَحَادِ
مِنَ الشِّرْكِ وَالْاِلْحَادِ
وَ اُخْلِصُ لَكَ دُعَاۤئِىْ
وَ اُقِيْمُ عَلٰى طَاعَتِكَ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ خَيْرِ خَلْقِكَ
وَ اَعِزَّنِىْ بِعِزِّكَ الَّذِىْ لَا يُضَامُ
وَاحْفَظْنِىْ بِعَيْنِكَ الَّتِىْ لَا تَنَامُ
وَاخْتِمْ بِالْاِنْقِطَاعِ اِلَيْكَ اَمْرِىْ
وَ بِالْمَغْفِرَةِ عُمْرِىْ
اِنَّكَ اَنْتَ الْغَفُوْرُ الرَّحِيْمُ۔