EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Həzrət Rəsulallahın (s) buyurduğu bu duanı oxu: Bu duanı oxumağın savabı barədə o həzrət buyurmuşdur ki, kim bu duanı Ərəfə gecəsi və ya cümə gecəsi oxusa, Allah onu bağışlayar:
اَللّٰهُمَّ يَا شَاهِدَ كُلِّ نَجْوٰى
<font color="000000"><b>Ey Allahım, ey hər sirri bilən, hər şikayətin yeri, hər gizlini bilən və hər diləyin sonu; ey bəndələrə neməti başlayan, ey əfv kərimi, ey yaxşı güzəşt edən və ey səxavətli; ey o kəs ki, nə qaranlıq gecə, nə dalğalanan dərya, nə bürcləri olan səma və nə də bir-birinə qarışmış zülmətlər Ondan nəyisə gizlədə bilər; ey o kəs ki, qaranlıqlar Onun qarşısında işıqlıdır! Səndən istəyirəm Sənin kərim zatının nuruna xatir: o nur ki, onunla dağa təcəlla etdin və onu parçaladın, Musa da qəşş edib yerə yıxıldı; (Səndən istəyirəm) o adına xatir ki, onunla asimanları sütunsuz ucaltdın və yeri donmuş suyun üzərində açdın; (Səndən istəyirəm) o adına xatir ki, Sənin dərgahında xəzinədə və pərdədədir, yazılmış və pakizədir: o ad ki, Səni o adla çağırdıqda cavab verirsən və Səndən o adla hacət istədikdə əta edirsən; (Səndən istəyirəm) o münəzzəh, müqəddəs və bürhan adına xatir ki, hər nura nurdur, hər nurdan nurdur və hər nur ondan nur alır: (bu nur) yerə çatdıqda yarılır, səmalara çatdıqda açılır və ərşə çatdıqda titrəyir; (Səndən istəyirəm) o adına xatir ki, mələklərin vücudu ondan lərzəyə düşür. Səndən istəyirəm Cəbrailin, Mikailin və İsrafilin haqqına xatir, Məhəmməd Mustəfanın haqqına xatir, Allahın salamı olsun ona və onun xanidanına, bütün peyğəmbərlərə və mələklərə; (Səndən istəyirəm) o ada xatir ki, Həzrət Xızır onun vasitəsilə düz yerdə yol getdiyi kimi dəryanın dalğaları üzərində yeridi; (Səndən istəyirəm) o adına xatir ki, onunla Musa üçün dəryanı yardın və Fironu qövmü ilə birlikdə qərq etdin, onunla Musa ibn İmrana ətrafındakılarla birlikdə nicat verdin; (Səndən istəyirəm) o adına xatir ki, Musa ibn İmran Tur dağının sağ tərəfindən onunla Səni çağırdı və Sən ona cavab verdin, Öz məhəbbətini onun qəlbinə saldın; (Səndən istəyirəm) o adına xatir ki, İsa ibn Məryəm onunla ölüləri diriltdi, uşaq ikən beşikdə danışdı, anadangəlmə korluğa və bərəs xəstəliyinə Sənin izninlə şəfa verdi; (Səndən istəyirəm) o adına xatir ki, ərşini daşıyanlar, Cəbrail, Mikail və İsrafil, Sənin həbibin Məhəmməd – Allahın salamı olsun ona və xanidanına! -, Sənin yaxın mələklərin, göndərdiyin peyğəmbərlər, göylər və yerlərin əhlindən olan saleh bəndələrin onunla Səni çağırdılar; (Səndən istəyirəm) o adına xatir ki, Yunis qəzəbli halda gedərkən Səni onunla çağırdı və güman etdi ki, Sən onu sıxışdırmazsan, bu vaxt o Səni zülmətlərdə çağırdı: "Səndən qeyri İlah yoxdur, Sən münəzzəhsən və mən həqiqətən zülmkarlardanam." Sən də cavab verdin və onu qəm-qüssədən qurtardın, Sən möminlərə belə nicat verirsən; (Səndən istəyirəm) o əzəmətli adına xatir ki, Davud onunla Səni çağırdı və Sənin qarşında səcdəyə qapıldı, beləliklə, Sən onun günahını bağışladın; (Səndən istəyirəm) o adına xatir ki, Fironun zövcəsi Asiya onunla Səni çağırdı və dedi: "Ey Rəbbim, Öz yanında Cənnətdə mənim üçün bir ev tik, mənə Firondan və onun əməllərindən nicat ver, mənə zalım qövmün əlindən nicat ver." Beləliklə, onun duasını qəbul etdin; (Səndən istəyirəm) o adına xatir ki, bəla nazil olduğu vaxt Əyyub onunla Səni çağırdı, beləliklə, Sən onu sağaltdın və onun camaatını, həmçinin onlara bənzərləri ona qaytardın: Öz tərəfindən bir rəhmət və ibadətkarlara öyüd-nəsihət olaraq; (Səndən istəyirəm) o adına xatir ki, Yəqub onunla Səni çağırdı, beləliklə, Sən onun görmə qabiliyyətini və gözünün nuru olan Yusifi ona geri qaytardın, pərişanlığını aradan qaldırdın; (Səndən istəyirəm) o adına xatir ki, Süleyman onunla Səni çağırdı və Sən ona elə bir səltənət bəxş etdin ki, ondan sonra kimsə belə bir səltənətə çatmadı, həqiqətən Sən çox bəxş edənsən; (Səndən istəyirəm) o adına xatir ki, onunla Büraqı Məhəmməd üçün – Allahın salamı olsun ona və xanidanına! – ram etdin və buyurdun: "Münəzzəhdir o kəs ki, gecə Öz bəndəsini Məscidul-həramdan Məscidul-əqsaya apardı." Həmçinin buyurdun: "Münəzzəhdir o kəs ki, bunu bizim üçün ram etdi, yoxsa bizim onu ram etməyə gücümüz yox idi, biz Rəbbimizə tərəf qayıdacağıq."; (Səndən istəyirəm) o adına xatir ki, onunla Cəbrail Məhəmmədə - Allahın salamı olsun ona və xanidanına! – nazil olurdu; (Səndən istəyirəm) o adına xatir ki, Adəm onunla Səni çağırdı və Sən onun günahlarını bağışladın, Cənnətdə ona yer verdin.Səndən istəyirəm əzəmətli Quranın haqqına xatir, peyğəmbərlərin sonuncusu Məhəmmədin haqqına xatir, İbrahimin haqqına xatir, mühakimə günü haqqı batildən ayırmağının haqqına xatir, quruldu vaxt mizanların və açıldığı vaxt namələrin haqqına xatir, qələmin və onun yazdığının, lövhün və onun saydığının haqqına xatir, o adının haqqına xatir ki, insanları, dünyanı, günəşi və ayı xəlq etməzdən min illər əvvəl onu ərşin pərdələri üzərinə yazdın; şəhadət verirəm ki, Allahdan qeyri ilah yoxdur, yeganədir və şəriki yoxdur, Məhəmməd Onun bəndəsi və elçisidir. Səndən istəyirəm xəzinələrində qorunan o adına xatir ki, dərgahındaki qeyb elmində onu Özünə xas etmisən və məxluqatından heç kim ondan agah deyillər: nə bir müqərrəb mələk, nə bir göndərilmiş elçi və nə də seçilmiş bir bəndə. Səndən istəyirəm o adına xatir ki, onunla dəryaları yardın, dağlar dirçəldi və gecə-gündüz bir-birini əvəz etdi; (Səndən istəyirəm) "səb`ul-məsani" (Fatihə surəsi) və əzəmətli Quranın haqqına xatir, girami yazarların haqqına xatir, "Taha", "Yasin", "Kəf-hə-yə-əyn-sad" və "Ha-mim-əyn-sin-qaf"ın haqqına xatir, Musanın Tövratı, İsanın İncili, Davudun Zəburu və Məhəmmədin Furqanının haqqına xatir – salam olsun ona və onun xanidanına, bütün peyğəmbərlərə -, Ahi və Şərahinin (iki əzəmətli adın və ya din böyüklərindən ikisinin) haqqına xatir. Ey Allahım, Səndən istəyirəm o minacatın haqqına xatir ki, Sina dağının başında Səninlə Musa ibn İmran arasında oldu; Səndən istəyirəm o adına xatir ki, canları almaq üçün onu ölüm mələyinə öyrətdin; Səndən istəyirəm o adına xatir ki, zeytun yarpağının üzərində yazılmışdır və od bu adın qarşısında kiçilmiş, qısılmışdır, Sən buyurdun: "Ey od, soyuq və səlamət ol!"; Səndən istəyirəm o adına xatir ki, ucalıq və kəramət pərdələrində onu yazdın. Ey o kəs ki, (dilək) diləyən Onu çarəsiz qoymaz və bəxş etmək Ondan nəyisə azaltmaz! Ey o kəs ki, Ondan kömək istənilir və Ona pənah aparılır! Səndən istəyirəm ərşinin izzətinin səbəbinə və Kitabından rəhmətinin son həddinə xatir; (Səndən istəyirəm) ən əzəmətli adına, ən uca məqamına, kamil və uca kəlmələrinə xatir. Ey Allahım, ey küləklərin və onların pərakəndə etdiklərinin Rəbbi, ey səmanın və onun kölgə saldıqlarının Rəbbi, ey yerin və onda olanların Rəbbi, ey şeytanların və onların azdırdıqlarının Rəbbi, ey dəryaların və onların özü ilə cari etdiklərinin Rəbbi! Sənin üzərində olan hər haqqın haqqına xatir; müqərrəb mələklərin, rövhanilərin və kərubilərin, süstlük etmədən gecə və gündüz Sənə təsbih deyənlərin haqqına xatir; Sənin xəlilin İbrahimin haqqına xatir; Səfa və Mərvə arasında Səni çağıran və Sənin də ona cavab verdiyin hər dostunun haqqına xatir. Ey icabət edən (cavab verən), Səndən istəyirəm bu adların və bu duaların haqqına xatir ki, əvvəllər işlətdiyimiz və sonralar işlədəcəyimiz, gizlətdiyimiz və aşkar etdiyimiz, zahir etdiyimiz və məxfi sağladığımız, Sənin bizdən daha yaxşı bildiyin günahlarımızı bağışla, həqiqətən Sən hər şeyə qadirsən, Öz rəhmətinə xatir ey rəhimlilərin ən rəhimlisi. Ey hər qəribi qoruyan, ey hər tənhanın həmdəmi, ey zəifin qüvvəsi, ey hər məzlumun köməyi, ey hər məhrumun ruzi verəni, ey hər qorxanın munisi, ey müsafirin yol yoldaşı, ey öz vətənində olanın dayağı, ey hər günah və xətanı bağışlayan, ey köməyə çağıranların köməyinə çatan, ey dada çağıranların dadına çatan, ey kədərlilərin kədərini aradan aparan, ey qəmlilərin qəmini dağıdan, ey göyləri və yerləri vücuda gətirən, ey axtaranların məqsədinin sonu, ey çarəsizlərin səsinə cavab verən, ey rəhimlilərin ən rəhimlisi, ey aləmlərin Rəbbi, ey din günündə əvəz verən, ey səxavətlilərin ən səxavətlisi, ey kərimlərin ən kərimi, ey eşidənlərin ən yaxşı eşidəni, ey görənlərin ən yaxşı görəni, ey qüdrətlilərin ən qüdrətisi! Bağışla mənim o günahlarımı ki, nemətləri dəyişdirir; bağışla mənim o günahlarımı ki, peşmançılıq gətirir; bağışla mənim o günahlarımı ki, xəstəliklərə səbəb olur; bağışla mənim o günahlarımı ki, pərdələri yartır; bağışla mənim o günahlarımı ki, duaları geri qaytarır; bağışla mənim o günahlarımı ki, səmada yağışın qarşısını alır; bağışla mənim o günahlarımı ki, fani olmağı sürətləndirir; bağışla mənim o günahlarımı ki, bədbəxtçilik gətirir; bağışla mənim o günahlarımı ki, havanı qaraldır; bağışla mənim o günahlarımı ki, pərdələri yuxarı qaldırır; bağışla mənim o günahlarımı ki, Səndən qeyri kimsə onları bağışlamır, ey Allah! Xəlqindən hər birinin haqqını mənim çiynimdən götür, işimdə mənim üçün açıq yol, asanlıq və çıxış yolu qərar ver, yəqinini sinəmə və ümidini qəlbimə endir, ta ki, Səndən qeyrisinə ümid bağlamayım. Ey Allahım, öz yerimdə məni qoru və mənə salamtlıq ver; gecə və gündüz, öndən və arxadan, sağdan və soldan, yuxarıdan və aşağıdan mənimlə birgə ol; yolu mənim üçün hamar et, qarşıma gözəl asanlıq çıxar və çətinliklərdə məni xar etmə; ey ən yaxşı bələdçi, məni hidayət et, işlərdə məni öz öhdəmə buraxma və hər sevinci qəlbimə sal; dünya və axirətdə məni öz ailəmin yanına nicat tapmış, bəhrələnmiş və sevinc içində olduğum bir halda qaytar, həqiqətən Sən hər şeyə qadirsən; Öz fəzlindən mənə ruzi et və pak ruzilərini mənə bol et; məni Sənə itaətə vadar et, Öz əzabından və cəhənnəmin odundan mənə pənah ver, bu dünyadan məni Öz cənnətinə tərəf apardıqda məni Öz rəhmətinə qaytar. Ey Allahım, nemətinin zəvala uğramasından, afiyətinin dəyişməsindən, cəzanın gəlməsindən və əzabının nazil olmasından Sənə pənah aparıram; bəlanın çətinliyindən, bədbəxtliyin özünü çatdırmasından, pis müqəddəratdan, düşmənlərin qınağından, səmadan nazil olan hər şərdən və nazil olan Kitabında (Quranda) bəyan etdiyin hər şərdən Sənə pənah aparıram. Ey Allahım, məni şər insanlardan və cəhənnəm əhlindən qərar vermə; yaxşı insanlarla birlikdə olmaqdan məni məhrum etmə; məni pakizə həyatla yaşat və pakizə ölümlə öldür, ta ki yaxşı əməl sahiblərinə qovuşum; qüdrətli bir padşahlıqda bəyənilən bir məqamda peyğəmbərlərlə dostluğu mənə ruzi et. Ey Allahım, gözəl sınağın və gözəl rəftarına görə həmd-səna Sənə məxsusdur, İslam dininə və (Peyğəmbərin) sünnəsinə görə həmd-səna Sənə məxsusdur; ey Rəbbim, necə ki, peyğəmbərləri Öz dininə hidayət etdin və Öz Kitabını onlara öyrətdin, bizi də hidayət et və bizə də öyrət. Mənim barəmdə olan gözəl sınağın və rəftarına görə həmd-səna Sənə məxsusdur, belə ki, Sən məni xəlq etdin və xilqətimi gözəlləşdirdin, mənə öyrətdin və gözəl öyrətdin, məni hidayət etdin və gözəl hidayət etdin. Qədimdə və indi mənə bəxş etdiyin nemətlərə görə həmd-səna Sənə məxsusdur. Ey Ağam, Sən mənim nə qədər kədərimi aradan apardın; ey Ağam, Sən mənim nə qədər qəm-qüssəmi dağıtdın; ey Ağam, Sən mənim nə qədər çətinliyimi aradan qaldırdın; ey Ağam, Sən mənim nə qədər eyibimi örtdün. Bütün məkanlarda və zamanlarda, bütün mənzillərdə və məqamlarda bütün hallarda, bu halda və hər bir halda həmd-səna Sənə məxsusdur. Ey Allahım, bu gündə qismət etdiyin xeyirdən, aradan apardığın zərərdən, geri qaytardığın pis hadisədən, uzaqlaşdırdığın bəladan, göndərdiyin xeyirdən, açdığın rəhmətdən və geyindirdiyin salamatlıq libasından bəhrələnməkdə məni ən üstün bəndələrindən qərar ver; həqiqətən Sən hər şeyə qadirsən, göylərin və yerin xəzinələri Sənin əlindədir, Sən o yeganə, kərim və əta edən Allahsan ki, Səndən diləyəni əliboş geri qaytarmırsan, Səni arzu edəni naümid etmirsən, Sənin ətalarında nöqsan yoxdur, Sənin xəzinən tükənməzdir, hətta hər zaman çoxluğu, pakizəliyi, ətanı və səxavəti artırırsan; fani olmayan xəzinəndən və geniş rəhmətindən mənə ruzi et, həqiqətən Sənin ətan kimsəyə yasaq olunmayıbdır, Sən hər şeyə qadirsən, Öz rəhmətinə xatir ey rəhimlilərin ən rəhimlisi. </b></font>
وَ مَوْضِعَ كُلِّ شَكْوٰى
وَ عَالِمَ كُلِّ خَفِيَّةٍ
وَ مُنْتَهٰى كُلِّ حَاجَةٍ
يَا مُبْتَدِئًا بِالنِّعَمِ عَلَى الْعِبَادِ
يَا كَرِيْمَ الْعَفْوِ
يَا حَسَنَ التَّجَاوُزِ
يَا جَوَادُ
يَا مَنْ لَا يُوَارِيْ مِنْهُ لَيْلٌ دَاجٍ
وَ لَا بَحْرٌ عَجَّاجٌ
وَ لَا سَمَاۤءٌ ذَاتُ اَبْرَاجٍ
وَ لَا ظُلَمٌ ذَاتُ ارْتِتَاجٍ
يَا مَنِ الظُّلْمَةُ عِنْدَهُ ضِيَاۤءٌ
اَسْاَلُكَ بِنُوْرِ وَجْهِكَ الْكَرِيْمِ
الَّذِيْ تَجَلَّيْتَ بِهِ لِلْجَبَلِ فَجَعَلْتَهُ دَكًّا
وَ خَرَّ مُوْسٰى صَعِقًا
وَ بِاسْمِكَ الَّذِيْ رَفَعْتَ بِهِ السَّمَاوَاتِ بِلَا عَمَدٍ
وَ سَطَحْتَ بِهِ الْاَرْضَ عَلٰى وَجْهِ مَاۤءٍ جَمَدٍ
وَ بِاسْمِكَ الْمَخْزُوْنِ الْمَكْنُوْنِ
الْمَكْتُوْبِ الطَّاهِرِ
الَّذِيْۤ اِذَا دُعِيْتَ بِهِ اَجَبْتَ
وَ اِذَا سُئِلْتَ بِهِ اَعْطَيْتَ
وَ بِاسْمِكَ السُّبُّوْحِ الْقُدُّوْسِ الْبُرْهَانِ
الَّذِيْ هُوَ نُوْرٌ عَلٰى كُلِّ نُوْرٍ
وَ نُوْرٌ مِنْ نُوْرٍ
يُضِيْۤءُ مِنْهُ كُلُّ نُوْرٍ
اِذَا بَلَغَ الْاَرْضَ انْشَقَّتْ
وَ اِذَا بَلَغَ السَّمَاوَاتِ فُتِحَتْ
وَ اِذَا بَلَغَ الْعَرْشَ اهْتَزَّ
وَ بِاسْمِكَ الَّذِيْ تَرْتَعِدُ مِنْهُ فَرَاۤئِصُ مَلَاۤئِكَتِكَ
وَ اَسْاَلُكَ بِحَقِّ جَبْرَئِيْلَ وَ مِيْكَاۤئِيْلَ وَ اِسْرَافِيْلَ
وَ بِحَقِّ مُحَمَّدٍ ۟اِلْمُصْطَفٰى
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ عَلٰى جَمِيْعِ الْاَنْبِيَاۤءِ وَ جَمِيْعِ الْمَلَاۤئِكَةِ
وَ بِالْاِسْمِ الَّذِيْ مَشٰى بِهِ الْخِضْرُ عَلٰى قُلَلِ الْمَاۤءِ
كَمَا مَشٰى بِهِ عَلٰى جَدَدِ الْاَرْضِ
وَ بِاسْمِكَ الَّذِيْ فَلَقْتَ بِهِ الْبَحْرَ لِمُوْسٰى
وَ اَغْرَقْتَ فِرْعَوْنَ وَ قَوْمَهُ
وَ اَنْجَيْتَ بِهِ مُوْسَى بْنَ عِمْرَانَ وَ مَنْ مَعَهُ
وَ بِاسْمِكَ الَّذِيْ دَعَاكَ بِهِ مُوْسَى بْنُ عِمْرَانَ
مِنْ جَانِبِ الطُّوْرِ الْاَيْمَنِ،
فَاسْتَجَبْتَ لَهُ وَ اَلْقَيْتَ عَلَيْهِ
مَحَبَّةً مِنْكَ
وَ بِاسْمِكَ الَّذِيْ بِهِ اَحْيَا عِيْسَى بْنُ مَرْيَمَ الْمَوْتٰى
وَ تَكَلَّمَ فِيْ الْمَهْدِ صَبِيًّا
وَ اَبْرَاَ الْاَكْمَهَ وَ الْاَبْرَصَ بِاِذْنِكَ
وَ بِاسْمِكَ الَّذِيْ دَعَاكَ بِهِ حَمَلَةُ عَرْشِكَ
وَ جَبْرَئِيْلُ وَ مِيْكَاۤئِيْلُ وَ اِسْرَافِيْلُ
وَ حَبِيْبُكَ مُحَمَّدٌ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ مَلَاۤئِكَتُكَ الْمُقَرَّبُوْنَ
وَ اَنْبِيَاۤؤُكَ الْمُرْسَلُوْنَ
وَ عِبَادُكَ الصَّالِحُوْنَ مِنْ اَهْلِ السَّمَاوَاتِ وَ الْاَرَضِيْنَ
وَ بِاسْمِكَ الَّذِيْ دَعَاكَ بِهِ ذُوْ النُّوْنِ
اِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ اَنْ لَنْ نَقْدِرَ [تَقْدِرَ] عَلَيْهِ
فَنَادٰى فِي الظُّلُمَاتِ اَنْ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ سُبْحَانَكَ
اِنِّيْۤ كُنْتُ مِنَ الظَّالِمِيْنَ
فَاسْتَجَبْتَ لَهُ وَ نَجَّيْتَهُ مِنَ الْغَمِّ
وَ كَذٰلِكَ تُنْجِيْ [نُنْجِيْ‏] الْمُؤْمِنِيْنَ
وَ بِاسْمِكَ الْعَظِيْمِ الَّذِيْ دَعَاكَ بِهِ دَاوُدُ
وَ خَرَّ لَكَ سَاجِدًا فَغَفَرْتَ لَهُ ذَنْبَهُ،
وَ بِاسْمِكَ الَّذِيْ دَعَتْكَ بِهِ اٰسِيَةُ امْرَاَةُ فِرْعَوْنَ
اِذْ قَالَتْ رَبِّ ابْنِ لِيْ عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ
وَ نَجِّنِيْ مِنْ فِرْعَوْنَ وَ عَمَلِهِ
وَ نَجِّنِيْ مِنَ الْقَوْمِ الظَّالِمِيْنَ
فَاسْتَجَبْتَ لَهَا دُعَاۤءَهَا
وَ بِاسْمِكَ الَّذِيْ دَعَاكَ بِهِ اَيُّوْبُ اِذْ حَلَّ بِهِ الْبَلَاۤءُ
فَعَافَيْتَهُ وَ اٰتَيْتَهُ اَهْلَهُ وَ مِثْلَهُمْ مَعَهُمْ
رَحْمَةً مِنْ عِنْدِكَ وَ ذِكْرٰى لِلْعَابِدِيْنَ
وَ بِاسْمِكَ الَّذِيْ دَعَاكَ بِهِ يَعْقُوْبُ
فَرَدَدْتَ عَلَيْهِ بَصَرَهُ وَ قُرَّةَ عَيْنِهِ يُوْسُفَ وَ جَمَعْتَ شَمْلَهُ
وَ بِاسْمِكَ الَّذِيْ دَعَاكَ بِهِ سُلَيْمَانُ
فَوَهَبْتَ لَهُ مُلْكًا لَا يَنْبَغِيْ لِاَحَدٍ مِنْ بَعْدِهِ
اِنَّكَ اَنْتَ الْوَهَّابُ
وَ بِاسْمِكَ الَّذِيْ سَخَّرْتَ بِهِ الْبُرَاقَ لِمُحَمَّدٍ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ وَ سَلَّمَ
اِذْ قَالَ تَعَالٰى سُبْحَانَ الَّذِيْۤ اَسْرٰى بِعَبْدِهِ لَيْلًا
مِنَ الْمَسْجِدِ الْحَرَامِ اِلَى الْمَسْجِدِ الْاَقْصٰى
وَ قَوْلُهُ: سُبْحَانَ الَّذِيْ سَخَّرَ لَنَا هٰذَا وَ مَا كُنَّا لَهُ مُقْرِنِيْنَ
وَ اِنَّاۤ اِلٰى رَبِّنَا لَمُنْقَلِبُوْنَ
وَ بِاسْمِكَ الَّذِيْ تَنَزَّلَ بِهِ جَبْرَئِيْلُ عَلٰى مُحَمَّدٍ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ بِاسْمِكَ الَّذِيْ دَعَاكَ بِهِ اٰدَمُ
فَغَفَرْتَ لَهُ ذَنْبَهُ وَ اَسْكَنْتَهُ جَنَّتَكَ
وَ اَسْاَلُكَ بِحَقِّ الْقُرْاٰنِ الْعَظِيْمِ
وَ بِحَقِّ مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّيْنَ
وَ بِحَقِّ اِبْرَاهِيْمَ
وَ بِحَقِّ فَصْلِكَ يَوْمَ الْقَضَاۤءِ
وَ بِحَقِّ الْمَوَازِيْنِ اِذَا نُصِبَتْ
وَ الصُّحُفِ اِذَا نُشِرَتْ
وَ بِحَقِّ الْقَلَمِ وَ مَا جَرٰى
وَ اللَّوْحِ وَ مَاۤ اَحْصٰى
وَ بِحَقِّ الْاِسْمِ الَّذِيْ كَتَبْتَهُ عَلٰى سُرَادِقِ الْعَرْشِ
قَبْلَ خَلْقِكَ الْخَلْقَ وَ الدُّنْيَا
وَ الشَّمْسَ وَ الْقَمَرَ بِاَلْفَيْ عَامٍ
وَ اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَحْدَهُ لَاۤ شَرِيْكَ لَهُ
وَ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُوْلُهُ،
وَ اَسْاَلُكَ بِاسْمِكَ الْمَخْزُوْنِ فِيْ خَزَاۤئِنِكَ
الَّذِيْ اسْتَأْثَرْتَ بِهِ فِيْ عِلْمِ الْغَيْبِ عِنْدَكَ
لَمْ يَظْهَرْ عَلَيْهِ اَحَدٌ مِنْ خَلْقِكَ
لَا مَلَكٌ مُقَرَّبٌ
وَ لَا نَبِيٌّ مُرْسَلٌ
وَ لَا عَبْدٌ مُصْطَفًى
وَ اَسْاَلُكَ بِاسْمِكَ الَّذِيْ شَقَقْتَ بِهِ الْبِحَارَ
وَ قَامَتْ بِهِ الْجِبَالُ
وَ اخْتَلَفَ بِهِ اللَّيْلُ وَ النَّهَارُ
وَ بِحَقِّ السَّبْعِ الْمَثَانِيْ وَ الْقُرْاٰنِ الْعَظِيْمِ
وَ بِحَقِّ الْكِرَامِ الْكَاتِبِيْنَ
وَ بِحَقِّ طٰهٰ وَ يٰسٓ وَ كٓهٰيٰعٓصٓ
وَ حٰمٓعٓسٓقٓ
وَ بِحَقِّ تَوْرَاةِ مُوْسٰى
وَ اِنْجِيْلِ عِيْسٰى
وَ زَبُوْرِ دَاوُدَ
وَ فُرْقَانِ مُحَمَّدٍ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ عَلٰى جَمِيْعِ الرُّسُلِ وَ بَاهِيًّا شَرَاهِيًّا
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ بِحَقِّ تِلْكَ الْمُنَاجَاةِ
الَّتِيْ كَانَتْ بَيْنَكَ وَ بَيْنَ مُوْسٰى بْنِ عِمْرَانَ
فَوْقَ جَبَلِ طُوْرِ سَيْنَاۤءَ،
وَ اَسْاَلُكَ بِاسْمِكَ الَّذِيْ عَلَّمْتَهُ مَلَكَ الْمَوْتِ لِقَبْضِ الْاَرْوَاحِ
وَ اَسْاَلُكَ بِاسْمِكَ الَّذِيْ كُتِبَ عَلٰى وَرَقِ الزَّيْتُوْنِ
فَخَضَعَتِ النِّيْرَانُ لِتِلْكَ الْوَرَقَةِ
فَقُلْتَ يَا نَارُ كُوْنِيْ بَرْدًا وَ سَلَامًا
وَ اَسْاَلُكَ بِاسْمِكَ الَّذِيْ كَتَبْتَهُ عَلٰى سُرَادِقِ الْمَجْدِ وَ الْكَرَامَةِ
يَا مَنْ لَا يُحْفِيْهِ سَاۤئِلٌ
وَ لَا يَنْقُصُهُ نَاۤئِلٌ
يَا مَنْ بِهِ يُسْتَغَاثُ وَ اِلَيْهِ يُلْجَاُ
اَسْاَلُكَ بِمَعَاقِدِ الْعِزِّ مِنْ عَرْشِكَ
وَ مُنْتَهَى الرَّحْمَةِ مِنْ كِتَابِكَ
وَ بِاسْمِكَ الْاَعْظَمِ
وَ جَدِّكَ الْاَعْلٰى
وَ كَلِمَاتِكَ التَّآمَّاتِ الْعُلٰى
اَللّٰهُمَّ رَبَّ الرِّيَاحِ وَ مَا ذَرَتْ
وَ السَّمَاۤءِ وَ مَاۤ اَظَلَّتْ
وَ الْاَرْضِ وَ مَاۤ اَقَلَّتْ
وَ الشَّيَاطِيْنِ وَ مَاۤ اَضَلَّتْ
وَ الْبِحَارِ وَ مَا جَرَتْ
وَ بِحَقِّ كُلِّ حَقٍّ هُوَ عَلَيْكَ حَقٌّ،
وَ بِحَقِّ الْمَلَاۤئِكَةِ الْمُقَرَّبِيْنَ
وَ الرُّوْحَانِيِّيْنَ وَ الْكَرُوْبِيِّيْنَ
وَ الْمُسَبِّحِيْنَ لَكَ بِاللَّيْلِ وَ النَّهَارِ لَا يَفْتُرُوْنَ
وَ بِحَقِّ اِبْرَاهِيْمَ خَلِيْلِكَ
وَ بِحَقِّ كُلِّ وَلِيٍّ يُنَادِيْكَ بَيْنَ الصَّفَا وَ الْمَرْوَةِ
وَ تَسْتَجِيْبُ لَهُ دُعَاۤءَهُ
يَا مُجِيْبُ اَسْاَلُكَ بِحَقِّ هٰذِهِ الْاَسْمَاۤءِ وَ بِهٰذِهِ الدَّعَوَاتِ
اَنْ تَغْفِرَ لَنَا مَا قَدَّمْنَا وَ مَاۤ اَخَّرْنَا
وَ مَاۤ اَسْرَرْنَا وَ مَاۤ اَعْلَنَّا
وَ مَاۤ اَبْدَيْنَا وَ مَاۤ اَخْفَيْنَا
وَ مَاۤ اَنْتَ اَعْلَمُ بِهِ مِنَّا
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
يَا حَافِظَ كُلِّ غَرِيْبٍ
يَا مُوْنِسَ كُلِّ وَحِيْدٍ
يَا قُوَّةَ كُلِّ ضَعِيْفٍ
يَا نَاصِرَ كُلِّ مَظْلُوْمٍ
يَا رَازِقَ كُلِّ مَحْرُوْمٍ
يَا مُوْنِسَ كُلِّ مُسْتَوْحِشٍ
يَا صَاحِبَ كُلِّ مُسَافِرٍ
يَا عِمَادَ كُلِّ حَاضِرٍ
يَا غَافِرَ كُلِّ ذَنْبٍ وَ خَطِيْۤئَةٍ
يَا غِيَاثَ الْمُسْتَغِيْثِيْنَ
يَا صَرِيْخَ الْمُسْتَصْرِخِيْنَ
يَا كَاشِفَ كَرْبِ الْمَكْرُوْبِيْنَ،
يَا فَارِجَ هَمِّ الْمَهْمُوْمِيْنَ
يَا بَدِيْعَ السَّمَاوَاتِ وَ الْاَرَضِيْنَ
يَا مُنْتَهٰى غَايَةِ الطَّالِبِيْنَ
يَا مُجِيْبَ دَعْوَةِ الْمُضْطَرِّيْنَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
يَا رَبَّ الْعَالَمِيْنَ
يَا دَيَّانَ يَوْمِ الدِّيْنِ
يَاۤ اَجْوَدَ الْاَجْوَدِيْنَ
يَاۤ اَكْرَمَ الْاَكْرَمِيْنَ
يَاۤ اَسْمَعَ السَّامِعِيْنَ
يَاۤ اَبْصَرَ النَّاظِرِيْنَ
يَاۤ اَقْدَرَ الْقَادِرِيْنَ
اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُغَيِّرُ النِّعَمَ
وَ اغْفِرْ لِيَ الذُّنُوبَ الَّتِي تُوْرِثُ النَّدَمَ
وَ اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُوْرِثُ السَّقَمَ
وَ اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَهْتِكُ الْعِصَمَ
وَ اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَرُدُّ الدُّعَاۤءَ
وَ اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِي تَحْبِسُ قَطْرَ السَّمَاۤءِ
وَ اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُعَجِّلُ الْفَنَاۤءَ
وَ اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَجْلِبُ الشَّقَاۤءَ،
وَ اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُظْلِمُ الْهَوَاۤءَ
وَ اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَكْشِفُ الْغِطَاۤءَ
وَ اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ لَا يَغْفِرُهَا غَيْرُكَ يَا اَللّٰهُ
وَ احْمِلْ عَنِّيْ كُلَّ تَبِعَةٍ لِاَحَدٍ مِنْ خَلْقِكَ
وَ اجْعَلْ لِيْ مِنْ اَمْرِيْ فَرَجًا وَ مَخْرَجًا وَ يُسْرًا
وَ اَنْزِلْ يَقِيْنَكَ فِيْ صَدْرِيْ
وَ رَجَاۤءَكَ فِيْ قَلْبِيْ حَتّٰى لَاۤ اَرْجُوَ غَيْرَكَ
اَللّٰهُمَّ احْفَظْنِيْ وَ عَافِنِيْ فِيْ مَقَامِيْ
وَ اصْحَبْنِيْ فِيْ لَيْلِيْ وَ نَهَارِيْ
وَ مِنْ بَيْنِ يَدَيَّ وَ مِنْ خَلْفِيْ
وَ عَنْ يَمِيْنِيْ وَ عَنْ شِمَالِيْ
وَ مِنْ فَوْقِيْ وَ مِنْ تَحْتِيْ
وَ يَسِّرْ لِيَ السَّبِيْلَ
وَ اَحْسِنْ لِيَ التَّيْسِيْرَ
وَ لَا تَخْذُلْنِيْ فِي الْعَسِيْرِ
وَ اهْدِنِيْ يَا خَيْرَ دَلِيْلٍ،
وَ لَا تَكِلْنِيْ اِلٰى نَفْسِيْ فِيْ الْاُمُوْرِ
وَ لَقِّنِيْ كُلَّ سُرُوْرٍ
وَ اقْلِبْنِيْۤ اِلٰۤى اَهْلِيْ بِالْفَلَاحِ وَ النَّجَاحِ
مَحْبُوْرًا فِي الْعَاجِلِ وَ الْاٰجِلِ
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ
وَ ارْزُقْنِيْ مِنْ فَضْلِكَ
وَ اَوْسِعْ عَلَيَّ مِنْ طَيِّبَاتِ رِزْقِكَ
وَ اسْتَعْمِلْنِيْ فِيْ طَاعَتِكَ
وَ اَجِرْنِيْ مِنْ عَذَابِكَ وَ نَارِكَ
وَ اقْلِبْنِيْ اِذَا تَوَفَّيْتَنِيْۤ اِلٰى جَنَّتِكَ بِرَحْمَتِكَ
اَللّٰهُمَّ اِنِّيۤ اَعُوْذُ بِكَ مِنْ زَوَالِ نِعْمَتِكَ
وَ مِنْ تَحْوِيْلِ عَافِيَتِكَ
وَ مِنْ حُلُوْلِ نَقِمَتِكَ
وَ مِنْ نُزُوْلِ عَذَابِكَ
وَ اَعُوْذُ بِكَ مِنْ جَهْدِ الْبَلَاۤءِ
وَ دَرَكِ الشَّقَاۤءِ
وَ مِنْ سُوْۤءِ الْقَضَاۤءِ
وَ شَمَاتَةِ الْاَعْدَاۤءِ
وَ مِنْ شَرِّ مَا يَنْزِلُ مِنَ السَّمَاۤءِ
وَ مِنْ شَرِّ مَا فِيْ الْكِتَابِ الْمُنْزَلِ
اَللّٰهُمَّ لَا تَجْعَلْنِيْ مِنَ الْاَشْرَارِ
وَ لَا مِنْ اَصْحَابِ النَّارِ،
وَ لَا تَحْرِمْنِيْ صُحْبَةَ الْاَخْيَارِ
وَ اَحْيِنِيْ حَيَاةً طَيِّبَةً
وَ تَوَفَّنِيْ وَفَاةً طَيِّبَةً تُلْحِقُنِيْ بِالْاَبْرَارِ
وَ ارْزُقْنِيْ مُرَافَقَةَ الْاَنْبِيَاۤءِ
فِيْ مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيْكٍ مُقْتَدِرٍ
اَللّٰهُمَّ لَكَ الْحَمْدُ عَلٰى حُسْنِ بَلَاۤئِكَ وَ صُنْعِكَ
وَ لَكَ الْحَمْدُ عَلَى الْاِسْلَامِ وَ اتِّبَاعِ السُّنَّةِ
يَا رَبِّ كَمَا هَدَيْتَهُمْ لِدِيْنِكَ
وَ عَلَّمْتَهُمْ كِتَابَكَ فَاهْدِنَا وَ عَلِّمْنَا
وَ لَكَ الْحَمْدُ عَلٰى حُسْنِ بَلَاۤئِكَ وَ صُنْعِكَ عِنْدِيْ خَآصَّةً
كَمَا خَلَقْتَنِيْ فَاَحْسَنْتَ خَلْقِيْ
وَ عَلَّمْتَنِيْ فَاَحْسَنْتَ تَعْلِيْمِيْ
وَ هَدَيْتَنِيْ فَاَحْسَنْتَ هِدَايَتِيْ
فَلَكَ الْحَمْدُ عَلٰۤى اِنْعَامِكَ عَلَيَّ قَدِيْمًا وَ حَدِيْثًا
فَكَمْ مِنْ كَرْبٍ يَا سَيِّدِيْ قَدْ فَرَّجْتَهُ
وَ كَمْ مِنْ غَمٍّ يَا سَيِّدِيْ قَدْ نَفَّسْتَهُ
وَ كَمْ مِنْ هَمٍّ يَا سَيِّدِيْ قَدْ كَشَفْتَهُ
وَ كَمْ مِنْ بَلَاۤءٍ يَا سَيِّدِيْ قَدْ صَرَفْتَهُ
وَ كَمْ مِنْ عَيْبٍ يَا سَيِّدِيْ قَدْ سَتَرْتَهُ،
فَلَكَ الْحَمْدُ عَلٰى كُلِّ حَالٍ
فِيْ كُلِّ مَثْوًى وَ زَمَانٍ
وَ مُنْقَلَبٍ وَ مَقَامٍ
وَ عَلٰى هَذِهِ الْحَالِ وَ كُلِّ حَالٍ
اَللّٰهُمَّ اجْعَلْنِيْ مِنْ اَفْضَلِ عِبَادِكَ نَصِيْبًا
فِيْ هٰذَا الْيَوْمِ مِنْ خَيْرٍ تَقْسِمُهُ
اَوْ ضُرٍّ تَكْشِفُهُ
اَوْ سُوْۤءٍ تَصْرِفُهُ
اَوْ بَلَاۤءٍ تَدْفَعُهُ
اَوْ خَيْرٍ تَسُوْقُهُ
اَوْ رَحْمَةٍ تَنْشُرُهَا
اَوْ عَافِيَةٍ تُلْبِسُهَا
فَاِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ
وَ بِيَدِكَ خَزَاۤئِنُ السَّمَاوَاتِ وَ الْاَرْضِ
وَ اَنْتَ الْوَاحِدُ الْكَرِيْمُ الْمُعْطِيْ
الَّذِيْ لَا يُرَدُّ سَاۤئِلُهُ
وَ لَا يُخَيَّبُ اٰمِلُهُ
وَ لَا يَنْقُصُ نَاۤئِلُهُ
وَ لَا يَنْفَدُ مَا عِنْدَهُ
بَلْ يَزْدَادُ كَثْرَةً وَ طِيْبًا
وَ عَطَاۤءً وَ جُوْدًا
وَ ارْزُقْنِيْ مِنْ خَزَاۤئِنِكَ الَّتِيْ لَا تَفْنٰى
وَ مِنْ رَحْمَتِكَ الْوَاسِعَةِ
اِنَّ عَطَاۤءَكَ لَمْ يَكُنْ مَحْظُوْرًا
وَ اَنْتَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔