CÜMƏ GÜNÜ ƏSR NAMAZININ ƏMƏLİ
1) Rəvayət olunub ki, cümə gününün ən fəzilətli vaxtı əsr namazından sonra olan vaxtıdır. Bu vaxtda aşğıda qeyd olunan zikri yüz dəfə təkrar etmək tövsiyə olunmuşdur:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ۔
2) Şeyx Tusi bu vaxtda həmçinin bu zikri də yüz dəfə deməyi tövsiyə edir:
صَلَوَاتُ اللّٰهِ وَ مَلَاۤئِكَتِهِ
وَ اَنْبِيَاۤئِهِ وَ رُسُلِهِ
عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدَ
وَ السَّلَامُ عَلَيْهِ وَ عَلَيْهِمْ
وَ عَلٰى اَرْوَاحِهِمْ وَ اَجْسَادِهِمْ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
3) Möhtərəm şeyx İbn İdris "Sərair" kitabında "Came-e Bəzənti" kitabına istinadən yazır ki, Əbu Bəsir dedi: "İmam Sadiqdən (ə) eşitdim ki, zöhr və əsr namazları arasında Məhəmmədə və Ali-Məhəmmədə salavat demək, yetmiş rəkət namaza bərabərdir. Cümə günü əsrdən sonra isə de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
<font color="000000"><b>Ey Allahım, Məhəmmədə və razı qaldığın canişinlər olan Ali-Məhəmmədə ən yaxşı salamlarınla salam göndər və ən üstün bərəkətlərinlə onlara bərəkət ver. Allahın salamı, rəhməti və bərəkəti olsun onlara, onların ruhlarına və bədənlərinə. </b></font>
الْاَوْصِيَاۤءِ الْمَرْضِيِّيْنَ
وَ عَلٰى اَرْوَاحِهِمْ وَ اَجْسَادِهِمْ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
4) Şeyx Kuleyni Kafi kitabında nəql edir ki, cümə günü əsr namazından sonra aşağıdakı duanı oxuyan şəxsə Allah-Təala yüz min savab yazar, yüz min günahını silər, yüz min hacətini qəbul edər və yüz min dərəcəsini yüksəldər:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
الْاَوْصِيَاۤءِ الْمَرْضِيِّيْنَ
وَ السَّلَامُ عَلَيْهِ وَ عَلَيْهِمْ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ ۔
5) Cümə günü əsr namazından sonra günahların bağışlanması üçün yetmiş dəfə bu zikri de:
اَسْتَغْفِرُ اللهَ رَبِّىْ وَ اَتُوْبُ اِلَيْهِ۔
<font color="000000"><b>Allahdan bağışlanma diləyib Ona tərəf tövbə edirəm. </b></font>
6) Bu saatlarda "Əşərat" duasını oxumaq tövsiyyə olunur.
7) Şeyx Tusi nəql edir ki, cümə gününün axır saatları duaların qəbul olunan saatlarıdır. Odur ki, Peyğəmbərdən (s) rəvayət olunan bu duanı oxumaq tövsiyə olunur:
سُبْحَانَكَ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
يَا حَنَّانُ يَا مَنَّانُ
يَا بَدِيْعَ السَّمَاوَاتِ وَ الْاَرْضِ
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ۔
8) Cümə gününün axır saatlarında "Simat" duasını oxumaq tövsiyyə olunur.