BAZAR GÜNÜNDƏ XANIM FATİMƏ-ZƏHRANIN (S.Ə) ZİYARƏTİ
اَلسَّلَامُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ
Salam olsun sənə ey imtahan olunmuş xanım. Səni xəlq edən kəs səni imtahan etdi və səni Öz imtahanında səbirli gördü. Mən səni təsdiq edənəm, sənin atanın və onun canişininin – Allahın salamı olsun onların hər iksinə - gətirdikləri yolunda səbirliyəm. Mən səndən istəyirəm ki, əgər səni təsdiq etmişəmsə, məni sevindirməkdən ötrü məni o iki həzrətə qovuşdurasan. Şahid ol ki, mən sənin və sənin xanidanının – Allahın salamı olsun onların hamısına – "vilayət"ini (ilahi rəhbərliyini) aşkar edənənəm.
امْتَحَنَكِ الَّذِيْ خَلَقَكِ
فَوَجَدَكِ لِمَا امْتَحَنَكِ صَابِرَةً
صَابِرٌ عَلٰى مَا اَتٰى بِهِ اَبُوْكِ وَ وَصِيُّهُ
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمَا
وَ اَنَا اَسْاَلُكِ اِنْ كُنْتُ صَدَّقْتُكِ
اِلَا اَلْحَقْتِنِيْ بِتَصْدِيْقِيْ لَهُمَا
فَاشْهَدِيْ اَنِّي ظَاهِرٌ [طَاهِرٌ] بِوِلَايَتِكِ
وَ وِلَايَةِ اٰلِ بَيْتِكِ
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ اَجْمَعِيْنَ۔
Burada Xanım Fatimə-Zəhranın (s.ə) iki rəvayətlə nəql olunan iki ziyarətini qeyd edirik. Xanım Fatimə-Zəhranın (s.ə) ikinci ziyarəti:
اَلسَّلَامُ عَلَيْكِ يَا مُمْتَحَنَةُ
Salam olsun sənə ey imtahan olunmuş xanım. Səni xəlq edən kəs səni xəlq etməzdən öncə imtahan etdi və sən Onun imtahanına qarşı səbirli oldun. Biz səni sevən və səni təsdiq edənlərik. Sənin atanın – Allahın salamı olsun ona və xanıdanına – və onun canişininin – salam olsun ona – gətirdiklərinə tabeyik. Ey Allahım, Səndən istəyirik ki, biz onları təsdiq edənlərdən olduğumuz üçün bizi təsdiqimiz vasitəsilə ali dərəcələrə çatdırasan, ta özümüzə müjdə verək ki, onların – salam olsun onlara - "vilayət"i vasitəsilə pak olduq.
امْتَحَنَكِ الَّذِيْ خَلَقَكِ قَبْلَ اَنْ يَخْلُقَكِ
وَ كُنْتِ لِمَا امْتَحَنَكِ بِهِ صَابِرَةً
وَ نَحْنُ لَكِ اَوْلِيَاۤءُ مُصَدِّقُوْنَ
وَ لِكُلِّ مَا اَتٰى بِهِ اَبُوْكِ
صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهِ وَ سَلَّمَ
وَ اَتٰى بِهِ وَصِيُّهُ عَلَيْهِ السَّلَامُ مُسَلِّمُوْنَ
وَ نَحْنُ نَسْاَلُكَ اللّٰهُمَّ
اِذْ كُنَّا مُصَدِّقِيْنَ لَهُمْ
اَنْ تُلْحِقَنَا بِتَصْدِيْقِنَا بِالدَّرَجَةِ الْعَالِيَةِ
لِنُبَشِّرَ اَنْفُسَنَا بِاَنَّا قَدْ طَهُرْنَا بِوِلَايَتِهِمْ [بِوَلَايَتِهِمْ]