Seyid İbn Tavus "Muhəcud-də'əvat" kitabında nəql edir ki, Əmirəl-möminin Əli (ə) buyurdu: "Rəsulallah (s) bu duanı mənə öyrətdi və tapşırdı ki, çətinlikdə də, asudəlikdə də onu oxuyum. Onu öz canişinimə öyrədim və nə qədər ki, həyatdayam, onu oxumağı tərk etməyim, hər səhər və axşam oxuyum. Çünki bu dua Allah ərşinin xəzinələrindən biridir.
Ubəyy ibn Kə'b Ənsari Həzrət Peyğəmbərdən (s) çox istəyir ki, bu duanın hansı savablara malik olduğunu söyləsin. O həzrət onun bir sıra maddi və mənəvi savablarını açıqlayaraq buyurur: "Kim bu duanı oxusa, Allah onun günahlarını bağışlayar, ona aramlıq bəxş edər və ilahi rəhmət onu əhatə edər." Həzrət Peyğəmbər (s) bu duanın heyrətamiz təsirlərindən bəzilərini də cənab Səlman Farsi üçün açıqlamışdır.
Bu dua Kəf'əminin "Bələdul-əmin" kitabına istinadən belədir:
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>Rəhman və Rəhim Allahın adı ilə. Həmd-səna Allaha məxsusdur, o Allah ki, Ondan qeyri ilah yoxdur. Həyydir, qəyyumdur, daimidir. Haqq və aşkar hökmdardır. Köməyi, vəziri olmayan idarə edəndir. Bəndələrindən heç bir məxluqla məşvərət etmir. Vəsfə sığmayan "əvvəl"dir, məxluqat fənaya uğradıqdan sonra baqidir. Rübubiyyəti əzəmətlidir. Göylərin və yerlərin nurudur, onların yaradanı və vücuda gətirənidir. Onları sizin görmədiyiniz sütunla yaratdı, xüsusi bir şəkildə açdı, beləcə, göylər Onun əmri ilə öz yerində mitiliklə qərar tutdu və yer öz dağları ilə suyun üzərində qərarlaşdı. Rəbbimiz o rəhmandır ki, göylərə və ərşə müsəllətdir. Göylərdə, yerdə və o ikisinin arasında olanlar, həmçinin yerin təkində olanlar Ona məxusdur. Şəhadət verirəm ki, Sənsən Allah, o Allah ki, Səndən qeyri ilah yoxdur. Sənin alçaltdığın kəsi kimsə ucalda bilməz və sənin ucaltdığın kəsi kimsə alçalda bilməz. Sənin xar etdiyin kəsi kimsə izzətləndirə bilməz və Sənin izzətləndirdiyin kəsi kimsə xar edə bilməz. Sənin əta etdiyin kəsi kimsə məhrum edə bilməz və Sənin məhrum etdiyin kəsə kimsə əta edə bilməz. Sənsən Allah, o Allah ki, Səndən qeyri məbud yoxdur. Ucalmış göy, açılmış yer, işıq saçan günəş, qaranlıq gecə, işıqlı gündüz, dalğalanan dəniz, yenilməz dağ, seyr edən ulduzlar, işıqlı ay, əsən külək, yağışlı bulud, parlayan ildırım, təsbihlə çaxan şimşək, canlı varlıq, uçan quş, yanan atəş və axan su olmamışdan qabaq Sən var idin. Sən hər şeydən qabaq var idin, hər şeyi Sən var etmisən, Sən hər şeyə qadirsən və hər şeyi Sən vücuda gətirmisən. (Hər şeyi Sən) möhtac və zəngin etmisən, öldürüb dirildirsən, güldürüb ağladırsan, ərşə müsəllətsən, Ey Allah ucasan! Sən o Allahsan ki, Səndən qeyri ilah yoxdur, xəlq edən və bilənsən. Əmrin qalibdir (keçərlidir), elmin nüfuz edəndir, tədbirin bənzərsizdir, vədin doğrudur, sözün haqqdır, hökmün ədalətlidir, kəlamın hidayət edəndir, vəhyin nurdur, rəhmətin genişdir, əfvin böyükdür, lütf və kərəmin çoxdur, bəxşişin saysızdır, əhd-peymanın möhkəmdir, güc-qüdrətin həmişə hazırdır, Sənə sığınan əziz-giramidir, cəzan şiddətlidir, tədbirin keçərlidir. Sənsən, ey Rəbbim, şikayət edilən kəs, hər məxfi söhbətin şahidi, hər cəmdə hazır olan, hər istəyin sonu, qəm-kədərin təsəllisi, miskin yoxsulun zənginliyi, pənah gətirənin pənahı, qorxanın amanı. Zəiflərin mühafizisən, yoxsulların xəzinəsisən, qəmlilərin təsəllisisən, salehlərin yavərisən. Belə Allah bizim Rəbbimizdir, Ondan qeyri ilah yoxdur! Sənə təvəkkül edən hər bəndəyə kömək edirsən. Sənə pənah gətirən və Sənin ətəyindən yapışan hər kəsə pənah verirsən. Sənə təvəssül edən hər bəndəni qoruyursan. Səndən kömək diləyən hər kəsin köməyisən. Bağışlanma diləyən hər kəsin günahlarını bağışlayırsan. (Sənsən) itaətsizlik edənlərə müsəllət olan, əzimlərin əzimi, böyüklərin böyüyü, sərvərlərin sərvəri, mövlaların mövlası, dada çağıranların dadına çatan, qəmlilərin qəmini yox edən, giriftarların hacətini rəva edən, eşidənlərin ən yaxşı eşidəni, görənlərin ən yaxşı görəni, hakimlərin ən yaxşı hökm çıxaranı, hesab aparanların ən tez hesab aparanı, rəhimlilərin ən rəhimlisi, bağışlayanların ən yaxşısı, möminlərin diləklərini həyata keçirən, salehlərin köməyinə çatan. Sənsən Allah, o Allah ki, Səndən qeyri ilah yoxdur, aləmlərin Rəbbisən. Sənsən xaliq və mənəm məxluq. Sənsən ixtiyar sahibi və mənəm əmr qulu. Sənsən Rəbb və və mənəm bəndə. Sənsən ruzi verən və mənəm ruzi yeyən. Sənsən bəxş edən və mənəm dilənən. Sənsən səxavətli və mənəm paxıl. Sənsən qüvvətli və mənəm zəif. Sənsən əziz və mənəm zəlil. Sənsən qəni və mənəm fəqir. Sənsən ağa və mənəm qul. Sənsən bağışlayan və mənəm günahkar. Sənsən alim və mənəm cahil. Sənsən səbirli və mənəm tələskən. Sənsən rəhm edən və mənəm rəhm olunan. Sənsən şəfa verən və mənəm xəstə. Sənsən qəbul edən və mənəm giriftar. Şəhadət verirəm ki, Sənsən Allah, o Allah ki, Səndən qeyri ilah yoxdur. Yeganə və təksən, hamının dönüşü Sənə tərəfdir. Allahın salamı Məhəmmədə və onun pak-pakizə əhli-beytinə olsun. (Ey Allahım,) günahlarımı bağışla, eyiblərimin üstünü ört, dərgahından bəxşiş və ruzi qapılarını üzümə aç, ey rəhimlilərin ən rəhimlisi. Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allah (bir dayaq kimi) bizə bəsdir və ən yaxşı başçıdır. Uca və əzəmətli Allahdan qeyrisi tərəfindən sığınacaq və qüvvə yoxdur. </b></font>
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ
الْمَلِكُ الْحَقُّ الْمُبِيْنُ
الْمُدَبِرُّ بِلَا وَزِيْرٍ
وَلَا خَلْقٍ مِنْ عِبَادِهِ يَسْتَشِيْرُ،
الْاَوَّلُ غَيْرُ مَوْصُوْفٍ (مَصْرُوْفٍ)،
وَالْبَاقى بَعْدَ فَنَاۤءِ الْخَلْقِ،
الْعَظِيْمُ الرُّبُوْبِيَّةِ،
نُوْرُ السَّمَاوَاتِ وَالْاَرَضِيْنَ
وَفَاطِرُهُمَا وَمُبْتَدِعُهُمَا
بِغَيْرِ عَمَدٍ خَلَقَهُمَا وَفَتَقَهُمَا فَتْقًا
فَقَامَتِ السَّمَاوَاتُ طَاۤئِعَاتٍ بِاَمْرِهِ
وَاسْتَقَرَّتِ الْاَرْضُوْنَ (الْاَرْضِ) بِاَوْتَادِهَا فَوْقَ الْمَاۤءِ،
ثُمَّ عَلَا رَبُّنَا فِىْ السَّمَاوَاتِ الْعُلٰى
اَلرَّحْمٰنُ عَلَى الْعَرْشِ اسْتَوٰى،
لَهُ مَا فِى السَّمَاوَاتِ وَمَا فِى الْاَرْضِ
وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرٰى،
فَاَنَا اَشْهَدُ بِاَنَّكَ اَنْتَ اللهُ
لَا رَافِعَ لِمَا وَضَعْتَ،
وَلَا وَاضِعَ لِمَا رَفَعْتَ،
وَلَا مُعِزَّ لِمَنْ اَذْلَلْتَ،
وَلَا مُذِلَّ لِمَنْ اَعْزَزْتَ،
وَلَا مَانِعَ لِمَا اَعْطَيْتَ،
وَلَا مُعْطِىَ لِمَا مَنَعْتَ،
وَاَنْتَ اللهُ لَا اِلٰهَ اِلَّا اَنْتَ
كُنْتَ اِذْ لَمْ تَكُنْ سَمَاۤءٌ مَبْنِيَّةٌ
كُنْتَ قَبْلَ كُلِّ شَيْءٍ
وَقَدَرْتَ عَلٰى كُلِّ شَيْءٍ
وَابْتَدَعْتَ كُلَّ شَيْءٍ
وَاَغْنَيْتَ وَاَفْقَرْتَ
وَاَضْحَكْتَ وَاَبْكَيْتَ
وَعَلَى الْعَرْشِ اسْتَوَيْتَ
فَتَبَارَكْتَ يَا اَللهُ وَ تَعَالَيْتَ،
اَنْتَ اللهُ الَّذِىْ لَا اِلٰهَ اِلَّا اَنْتَ
الْخَلَّاقُ الْمُعِيْنُ (الْعَلِيْمُ)
اَنْتَ يَا رَبِ مَوْضِعُ كُلِّ شَكْوٰى
مُفَرِّجُ كُلِّ حُزْنٍ (حَزِيْنٍ)
ذٰلِكَ اللهُ رَبُّنَا لَا اِلٰهَ اِلَّا هُوَ،
تَكْفٰى مِنْ عِبَادِكَ مَنْ تَوَكَّلَ عَلَيْكَ
وَاَنْتَ جَارُ مَنْ لَاذَ بِكَ وَتَضَرَّعَ اِلَيْكَ
عِصْمَةُ مَنِ اعْتَصَمَ بِكَ
نَاصِرُ مَنِ انْتَصَرَ بِكَ
تَغْفِرُ الذُّنُوْبَ لِمَنِ اسْتَغْفَرَكَ،
صَرِيْخُ الْمُسْتَصْرِخِيْنَ
مُنَفِّسٌ عَنِ الْمَكْرُوْبِيْنَ،
مُجِيْبُ دَعْوَةِ الْمُضْطَرِّيْنَ
قَاضِىْ حَوَاۤئِجِ الْمُؤْمِنِيْنَ
اَنْتَ اللهُ لَا اِلٰهَ اِلَّا اَنْتَ
اَنْتَ الْخَالِقُ وَاَنَا الْمَخْلُوْقُ
وَاَنْتَ الْمَالِكُ وَاَنَا الْمَمْلُوْكُ
وَاَنْتَ الرَّبُّ وَاَنَا الْعَبْدُ
وَاَنْتَ الرَّازِقُ وَاَنَا الْمَرْزُوْقُ
وَاَنْتَ الْمُعْطِىْ وَاَنَا السَّاۤئِلُ
وَاَنْتَ الْجَوَادُ وَاَنَا الْبَخِيْلُ،
وَاَنْتَ الْقَوِىُّ وَاَنَا الضَّعِيْفُ
وَاَنْتَ الْعَزِيْزُ وَاَنَا الذَّلِيْلُ،
وَاَنْتَ الْغَنِىُّ وَاَنَا الْفَقِيْرُ،
وَاَنْتَ السَّيِّدُ وَاَنَا الْعَبْدُ،
وَاَنْتَ الْغَافِرُ وَاَنَا الْمُسِيْئُ
وَاَنْتَ الْعَالِمُ وَاَنَا الْجَاهِلُ،
وَاَنْتَ الْحَلِيْمُ وَاَنَا الْعَجُوْلُ،
وَاَنْتَ الرَّحْمٰنُ وَاَنَا الْمَرْحُوْمُ،
وَاَنْتَ الْمُعَافِىْ وَاَنَا الْمُبْتَلٰى،
وَاَنْتَ الْمُجِيْبُ وَاَنَا الْمُضْطَرُّ،
وَاَنَا اَشْهَدُ بِانَّكَ اَنْتَ اللهُ
الْمُعْطِىْ عِبَادَكَ بِلَا سُؤَالٍ،
وَاَشْهَدُ بِاَنَّكَ اَنْتَ اللهُ
الْوَاحِدُ الْاَحَدُ الْمُتَفَرِّدُ الصَّمَدُ الْفَرْدُ
وَصَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ
وَاسْتُرْ عَلَىَّ عُيُوُبِىْ
وَافْتَحْ لِىْ مِنْ لَدُنْكَ رَحْمَةً وَرِزْقًا وَاسِعًا
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ
وَالْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ
وَحَسْبُنَا اللهُ وَنْعِمَ الْوَكِيْلُ
وَلَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِيْمِ