ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
İMANIN KAMİLLİYİ ÜÇÜN DUA
Şeyx Tusi Məhəmməd ibn Süleyman Deyləmidən nəql edir ki, bir gün İmam Sadiqə (ə) dedim: "Sizin şiələr imanı iki hissəyə bölürlər; biri sabit, o biri isə əmanət və aradan gedən. Mənə elə bir dua öyrət ki, onu oxuduqda imanım kamilləşsin və heç vaxt aradan getməsin." Belə buyurdu: "Hər vacib namazlardan sonra oxu:
رَضِيْتُ بِاللّٰهِ رَبًّا
Allahın mənim Rəbbim, Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) peyğəmbərim, İslamın dinim, Quranın kitabım, Əlinin rəhbər və imamım, Həsən, Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və Höccət ibn Həsənin (Allahın salamı olsun onlara) imamım olmasına razıyam. İlahi, onların mənim imamım olduqlarına razıyam! Elə isə onları da məndən razı sal ki, həqiqətən, Sən hər şeyə qadirsən!
وَ بِمُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهِ نَبِيًّا
وَ بِالْاِسْلَامِ دِيْنًا
وَ بِالْقُرْاٰنِ كِتَابًا
وَ بِالْكَعْبَةِ قِبْلَةً
وَ بِعَلِيٍّ وَلِيًّا وَ اِمَامًا
وَ بِالْحَسَنِ وَ الْحُسَيْنِ
وَ عَلِيِّ بْنِ الْحُسَيْنِ وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ
وَ جَعْفَرِ بْنِ مُحَمَّدٍ وَ مُوْسَى بْنِ جَعْفَرٍ
وَ عَلِيِّ بْنِ مُوْسٰى وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ
وَ عَلِيِّ بْنِ مُحَمَّدٍ وَ الْحَسَنِ بْنِ عَلِيٍّ
وَ الْحُجَّةِ بْنِ الْحَسَنِ
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ اَئِمَّةً
اَللّٰهُمَّ اِنِّيْ رَضِيْتُ بِهِمْ اَئِمَّةً
فَارْضَنِيْ لَهُمْ
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ۔