EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
MƏQATİL İBNİ SÜLEYMAN DUASI
İmam Zeynül-abidindən (ə) nəql edilən bu duanı Şeyx Abbas Qummi (r.ə) özünün "Məfati əl-cinan" və həm də Şeyx Kəf’əmi (r.ə) "Bələd əl-əmin" kitabında nəql ediblər.
Duanı Məqatil ibn Süleyman rəvayət edərək belə deyir:"Hər kəs bu duanı yüz dəfə oxuya, sonra öz hacətini istəyə və əgər hacəti qəbul olunmasa onda mən Məqatilə lənət oxusun". Həmin dua belədir:
اِلٰهِيْ كَيْفَ اَدْعُوْكَ وَ اَنَا اَنَا
<font color="000000"><b>İlahi Pərvərdigara, mən, mən (günahkar) olduğum halda səni necə çağırım?! Eləcədə Sən də Sən (mərhəmətli, bağışlayan) olduğun halda səndən ümidimi necə kəsim?! İlahi Pərvərdigara, Səndən bir şey istəmədiyim halda mənə əta edirsən! Bəs o kimdir ki, hətta istədiyim halda belə mənə nə isə əta etsin? İlahi Pərvərdigara, Səni çağırmadığım halda belə mənim köməyimə yetişirsən! Bəs o kimdir ki, çağırdığım halda da mənə kömək etsin? İlahi Pərvərdigara, Sənin dərgahında xüzu (yalvarış) və xüşu (təvazökar) halında olmayanda belə mənə rəhm edirsən! Bəs kimdir o şəxs ki, ona qarşı xüzu və xüşu halında olanda da mənə rəhm eliyə? İlahi Pərvərdigara, necə ki, Musa (ə) üçün dəryaya yol açaraq ona nicat verdin, eləcə də Muhəmməd (s) və onun pak olan ailəsinə rəhmətini göndər və məni də bu vəziyyətimdən qurtar. Ey rəhm edənlərin ən rəhimlisi öz fəzilət və rəhmətinə xatir mənə tez və geniş surətdə fərəc (qurtuluş) əta et! </b></font>
وَ كَيْفَ اَقْطَعُ رَجَاۤئِيْ مِنْكَ وَ اَنْتَ اَنْتَ
اِلٰهِيْۤ اِذَا لَمْ اَسْاَلْكَ فَتُعْطِيَنِيْ
فَمَنْ ذَا الَّذِيْۤ اَسْاَلُهُ فَيُعْطِيْنِيْۤ
اِلٰهِيْۤ اِذَا لَمْ اَدْعُكَ [اَدْعُوْكَ‏] فَتَسْتَجِيْبَ لِيْ
فَمَنْ ذَا الَّذِيْۤ اَدْعُوْهُ فَيَسْتَجِيْبُ لِيْۤ
اِلٰهِيْۤ اِذَا لَمْ اَتَضَرَّعْ اِلَيْكَ فَتَرْحَمُنِيْ
فَمَنْ ذَا الَّذِيْۤ اَتَضَرَّعُ اِلَيْهِ فَيَرْحَمُنِيْۤ
اِلٰهِيْ فَكَمَا فَلَقْتَ الْبَحْرَ لِمُوْسٰى عَلَيْهِ السَّلَامُ وَ نَجَّيْتَهُ
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ اَنْ تُنَجِّيَنِيْ مِمَّاۤ اَنَا فِيْهِ
وَ تُفَرِّجَ عَنِّيْ فَرَجًا عَاجِلًا غَيْرَ اٰجِلٍ
بِفَضْلِكَ وَ رَحْمَتِكَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔