EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
SÜBH NAMAZININ TƏQİBATI
Həzrət Peyğəmbər (s) buyurub: "Hər kim şəfəq doğandan (sübh azanı vaxtından) günəş doğanadək öz namaz məkanında əyləşib namazın təqibatı ilə məşğul olsa, Allah onu cəhənnəm odundan qoruyar.
1) "Misbah Əl-Mütəcəhhid" kitabında Sübh namazının təqibatı:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
<font color="000000"><b>İlahi, Məhəmməd və onun Əhli-beytinə salam və salavat göndər və mənə Öz istək və izninlə haqq ixtilaflı olduğu zaman yol göstər! Həqiqətən, Sən istədiyini doğru yola hidayət edirsən. </b></font>
وَ اهْدِنِيْ لِمَا اخْتُلِفَ فِيْهِ مِنَ الْحَقِّ بِاِذْنِكَ
اِنَّكَ تَهْدِيْ مَنْ تَشَاۤءُ اِلٰى صِرَاطٍ مُسْتَقِيْمٍ۔
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
<font color="000000"><b>İlahi, Məhəmməd və onun Əhli-beytinə – sevimli və bəyənilmiş vəsilərinə salavat göndər, onlara, onların ruh və bədənlərinə ən yaxşı salavatını, ən yaxşı bərəkətini və salamını göndər! Allahı rəhmət və bərəkəti onlara olsun. </b></font>
۟اِلْاَوْصِيَاۤءِ الرَّاضِيْنَ الْمَرْضِيِّيْنَ
بِاَفْضَلِ صَلَوَاتِكَ
وَ بَارِكْ عَلَيْهِمْ بِاَفْضَلِ بَرَكَاتِكَ
وَ السَّلَامُ عَلَيْهِمْ
وَ عَلٰى اَرْوَاحِهِمْ وَ اَجْسَادِهِمْ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ ۔
Bu duanı cümə günləri oxumağın böyük savabı vardır.
2) Cümə günü zöhr və əsr namazlarından sonra oxunan bu salavatı Şeyx Tusi sübh namazının təqibatında qeyd etmişdir:
اَللّٰهُمَّ اَحْيِنِيْ عَلٰى مَاۤ اَحْيَيْتَ عَلَيْهِ عَلِيَّ بْنَ اَبِي طَالِبٍ
<font color="000000"><b>Ey Allahım, Əli ibn Əbu Talibi necə yaşatmısansa, məni də elə yaşat. Əli ibn Əbu Talibi necə bu dünyadan aparmısansa, məni də elə apar. </b></font>
وَ اَمِتْنِيْ عَلٰى مَا مَاتَ عَلَيْهِ عَلِيُّ بْنُ اَبِي طَالِبٍ عَلَيْهِ السَّلَامُ۔
3) Hər bir zikri yüz dəfə de:
اَسْتَغْفِرُ اللهَ وَ اَتُوْبُ اِلَيْهِ
<font color="000000"><b>(a) Rəbbim olan Allahdan bağışlanma diləyirəm və Ona tərəf qayıdıram.
اَسْاَلُ اللهَ الْعَافِيَةَ
<font color="000000"><b>(b) Allahdan sağlam cism istəyirəm.
اَسْتَجِيْرُ بِاللّٰهِ مِنَ النَّارِ
<font color="000000"><b>(c) Allahdan Cəhənnəm odundan amanda olmağımı istəyirəm.
وَ اَسْاَلُهُ الْجَنَّةَ
<font color="000000"><b>(ç) Ondan məni Cənnətə daxil etməsini diləyirəm.
اَسْاَلُ اللهَ الْحُوْرَ الْعِيْنَ۔
<font color="000000"><b>(d) Allahdan huri (Cənnət qadını) istəyirəm.
لَاۤ اِلٰهَ اِلَّا اللهُ الْمَلِكُ الْحَقُّ الْمُبِيْنُ
<font color="000000"><b>(e) Allahdan başqa ilah yoxdur və O, qiyamət gününün haqq olaraq malikidir.
صَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
<font color="000000"><b>(f) Allahın salamı olsun Məhəmmədə və onun ailəsinə.
سُبْحَانَ اللّٰهِ
<font color="000000"><b>(g) Allah pak və münəzzəhdir. Həmd yalniz Allaha məxsusdur. Tayı-bərabəri olmayan Allahdan başqa bir tanrı yoxdur. O, vəsf edildiyindən daha böyükdür.
وَ الْحَمْدُ لِلّٰهِ
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
وَ اللهُ اَكْبَرُ
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
<font color="000000"><b>(ğ) Allah nə istəsə, o da olacaq; uca və əzəmətli Allahdan qeyri sığınacaq və qüvvə yoxdur. </b></font>
مَا شَاۤءَ اللهُ كَانَ وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
4) Sonra de:
اَصْبَحْتُ اَللّٰهُمَّ مُعْتَصِمًا بِذِمَامِكَ الْمَنِيْعِ
<font color="000000"><b>Ey Allahım, səhəri açdım, bir halda ki, hər zalımın və yol kəsənin, bütün məxluqatın, danışmayan və danışan məxluqatın şərindən Sənin hücuma və təcavüzə məruz qalmayan möhkəm sığınacağına sığınmışam: hər qorxulu şeydən mühafizə edən qalxanın altında və uzun libasla – belə ki, bu libas Sənin Peyğəmbərinin Əhli-beytinin sevgisidir -; (səhəri açdım,) bir halda ki, məni incitmək niyyətində olanlardan möhkəm divarla məni qoruyursan: bu möhkəm divar, onların (Əhli-beytin) haqqını ixlasla etiraf etmək və onların ipindən yapışmaqdır; (səhəri açdım,) bir halda ki, haqqın onlara aid olduğuna, onlarla olduğuna, onların arasında olduğuna və onların vasitəsilə olduğuna yəqinliyim vardır, mən onların dostları ilə dostam və onların uzaq durduqları kəslərdən uzağam. Ey Allahım, onlara xatir mənim qorxub çəkindiyim hər şeyin şərindən məni qoru, ey əzəmətli Allah. Göyləri və yeri vücuda gətirənin köməkliyi ilə düşmənləri özümdən uzaqlaşdırdım, (Sən buyurmusan:) Həqiqətən Biz onların önündə bir sədd və onların arxasında bir sədd qərar verdik, onların gözlərini örtdük, odur ki, görməzlər. </b></font>
الَّذِيْ لَا يُطَاوَلُ وَ لَا يُحَاوَلُ
مِنْ شَرِّ كُلِّ غَاشِمٍ وَ طَارِقٍ
مِنْ سَاۤئِرِ مَنْ خَلَقْتَ وَ مَا خَلَقْتَ
مِنْ خَلْقِكَ الصَّامِتِ وَ النَّاطِقِ
فِي جُنَّةٍ مِنْ كُلِّ مَخُوْفٍ
بِلِبَاسٍ سَابِغَةٍ
وَلَاۤءِ اَهْلِ بَيْتِ نَبِيِّكَ
مُحْتَجِبًا مِنْ كُلِّ قَاصِدٍ لِيْ اِلٰى اَذِيَّةٍ
بِجِدَارٍ حَصِيْنٍ
الْاِخْلَاصِ فِي الْاِعْتِرَافِ بِحَقِّهِمْ
وَ التَّمَسُّكِ بِحَبْلِهِمْ
مُوْقِنًا اَنَّ الْحَقَّ لَهُمْ وَ مَعَهُمْ
وَ فِيْهِمْ وَ بِهِمْ
اُوَالِيْ مَنْ وَالَوْا
وَ اُجَانِبُ مَنْ جَانَبُوْا
فَاَعِذْنِي اَللّٰهُمَّ بِهِمْ
مِنْ شَرِّ كُلِّ مَا اَتَّقِيْهِ يَا عَظِيْمُ
حَجَزْتُ الْاَعَادِيَ عَنِّي بِبَدِيْعِ السَّمَاوَاتِ وَ الْاَرْضِ
اِنَّا جَعَلْنَا مِنْ بَيْنِ اَيْدِيْهِمْ سَدًّا
وَ مِنْ خَلْفِهِمْ سَدًّا
فَاَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُوْنَ ۔
Bu duanı hər sübh və şam oxuya bilərsən. Bu dua Əmirəl-möminin Əlinin (ə) "Ləylətul-məbit"də (o gecə ki, Həzrət Peyğəmbər (s) Məkkə müşriklərinin əlindən qaçıb Mədinəyə hicrət etdi, Həzrət Əli (ə) isə onun yatağında yatdı) oxuduğu duadır.
5) Təhdibül-Əhkamda (Şeyx Tusi tərəfindən) bildirilir ki, kim sübh (fəcr) namazından sonra bu zikri on dəfə desə, Allah onu korluqdan, dəlilikdən, cüzamdan və yoxsulluqdan qurtarar.
سُبْحَانَ اللّٰهِ الْعَظِيْمِ وَ بِحَمْدِهِ
<font color="000000"><b>Əzəmətli Allah pak və münəzzəhdir, uca və əzəmətli Allahdan qeyri sığınacaq və qüvvə yoxdur. </b></font>
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
6) İmam Rza (ə) buyurub: "Hər kim sübh namazından sonra bu zikri yüz dəfə desə, bilsin ki, bu zikr "ismi-əzəm"ə gözün qarasının onun ağına yaxınlığından daha yaxındır:
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>Rəhman və Rəhim Allahın adı ilə. Uca və əzəmətli Allahdan qeyri sığınacaq və qüvvə yoxdur. </b></font>
لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
7) İmam Sadiq (ə) buyurub: "Bu duanı dünya və axirət işləri üçün, göz ağrısının aradan qalxması üçün sübh və məğrib namazından sonra oxuyun:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ عَلَيْكَ
<font color="000000"><b>Ey Allahım, Məhəmmədin və Ali-Məhəmmədin Sənin üzərində olan haqqına xatir Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən; nuru gözümdə, bəsirəti dinimdə, yəqini qəlbimdə, ixlası əməlimdə, salamatlığı vücudumda, bolluğu ruzimdə qərar verəsən və nə qədər ki sağam, Sənə şükür edim. </b></font>
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اجْعَلِ النُّوْرَ فِي بَصَرِيْ
وَ الْبَصِيْرَةَ فِي دِيْنِيْ
وَ الْيَقِيْنَ فِي قَلْبِيْ
وَ الْاِخْلَاصَ فِي عَمَلِيْ
وَ السَّلَامَةَ فِي نَفْسِيْ
وَ السَّعَةَ فِي رِزْقِي
وَ الشُّكْرَ لَكَ اَبَدًا مَا اَبْقَيْتَنِيْ
8) Hədislərin birində İmam Məhəmməd Təqi (ə) buyurub: "Hər kim sübh namazından sonra bu dunı oxusa, Allahdan öz istəklərini asanlıqla alar və o, nəyi istəsə, Allah onu həyata keçirər." Bu dua "Miftahul-fəllah" kitabına istinadən belədir:
بِسْمِ اللّٰهِ
<font color="000000"><b>Allahın adı ilə, Allahın salamı olsun Məhəmmədə və onun xanidanına, mən işlərimi Allaha həvalə edirəm, həqiqətən Allah bəndələrini görür; (Ey Allahım, Sən Özün buyurmusan ki, kim bu sözləri desə,) Allah onu məkirlilərin pisliyindən qorumuşdur; Səndən qeyri İlah yoxdur, Sən pak və münəzzəhsən, mən isə zalımlardanam; (Ey Allahım, Sən Özün buyurmusan ki, Biz onun duasını icabət etdik və ona həmin qəm-qüssədən nicat verdik, Biz möminlərə belə nicat veririk. Allah bizə kifayət edir və O, ən yaxşı vəkildir; (Ey Allahım, Sən Özün buyurmusan ki, bu sözləri deyənlər) heç bir narahatçılıq görmədən Allahın fəzl və neməti ilə qayıtdılar. Allah nə istəsə, o da olacaq, Allahdan qeyri sığınacaq və qüvvə yoxdur; Allah nə istəsə, o da olacaq, nəinki insanların istədikləri; Allah nə istəsə, o da olacaq, insanların xoşuna gəlməsə belə. Rəbb məni insanlardan ehtiyacsız edər, Xaliq məni məxluqlardan ehtiyacsız edər, Ruzi verən məni ruzi yeyənlərdən ehtiyacsız edər, aləmlərin Rəbbi olan Allah mənə kifayətdir, yalnız mənə kifayət olan kəs mənə kifayətdir, mənə kifayətolan kəs daim mənə kifayətdir, mənə kifayət olan kəs var olduğumdan bəri mənə kifayətdir, Allah mənə kifayətdir, o Allah ki, Ondan qeyri İlah yoxdur. Mən Ona təvəkkül etdim və O, əzəmətli ərşin Rəbbidir. </b></font>
وَ صَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ اُفَوِّضُ اَمْرِيْ اِلَى اللّٰهِ
اِنَّ اللهَ بَصِيرٌ بِالْعِبَادِ
فَوَقَاهُ اللهُ سَيِّئَاتِ مَا مَكَرُوْا
لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ سُبْحَانَكَ
اِنِّي كُنْتُ مِنَ الظَّالِمِيْنَ
فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ
وَ كَذٰلِكَ نُنْجِي الْمُؤْمِنِيْنَ
حَسْبُنَا اللهُ وَ نِعْمَ الْوَكِيْلُ
فَانْقَلَبُوْا بِنِعْمَةٍ مِنَ اللّٰهِ وَ فَضْلٍ
لَّمْ يَمْسَسْهُمْ سُوۤءٌ
مَا شَاۤءَ اللهُ
لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ
مَا شَاۤءَ اللهُ لَا مَا شَاۤءَ النَّاسُ،
مَا شَاۤءَ اللهُ وَ اِنْ كَرِهَ النَّاسُ
حَسْبِيَ الرَّبُّ مِنَ الْمَرْبُوْبِيْنَ
حَسْبِيَ الْخَالِقُ مِنَ الْمَخْلُوْقِيْنَ
حَسْبِيَ الرَّازِقُ مِنَ الْمَرْزُوْقِيْنَ
حَسْبِيَ اللهُ رَبُّ الْعَالَمِيْنَ
حَسْبِيْ مَنْ هُوَ حَسْبِيْ
حَسْبِيْ مَنْ لَمْ يَزَلْ حَسْبِيْ
حَسْبِيْ مَنْ كَانَ مُذْ كُنْتُ لَمْ يَزَلْ حَسْبِيْ
حَسْبِيَ اللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ
عَلَيْهِ تَوَكَّلْتُ
وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيْمِ۔