FƏCR VƏ QÜRUB VAXTI YERİNƏ YETİRİLƏN ƏMƏLLƏR
1. İmam Sadiq (ə) buyurub: Hər kim günəş doğmamışdan qabaq və günəş qürub etməmişdən qabaq on dəfə bu zikrləri desə, həmin günün günahlarının kəffarəsi olar:
لَاۤ اِلٰهَ اِلَّا اللهُ
<font color="000000"><b>Allahdan qeyri ilah yoxdur, yeganədir və şəriki yoxdur, hökmdarlıq və həmd-səna Ona məxsusdur, O dirildir və öldürür, öldürür və dirildir, O diridir və ölmür, xeyir Onun əlindədir, O hər şeyə qadirdir. </b></font>
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
يُحْيِيْ وَ يُمِيْتُ وَ يُمِيْتُ وَ يُحْيِيْ
وَ هُوَ حَيٌّ لَا يَمُوْتُ
وَ هُوَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ ۔
2. Bir çox mötəbər hədislərdə İmam Sadiq (ə) buyurub: "Günəş doğmamışdan və qürub etməmişdən qabaq on dəfə bu kəlmələri de:
اَعُوْذُ بِاللّٰهِ السَّمِيْعِ الْعَلِيْمِ
<font color="000000"><b>Şeytanların vəsvəsələrindən eşidən və bilən Allaha pənah aparıram, ey Rəbbim, onların mənim yanımda hazır olmasından Sənə pənah aparıram, həqiqətən Allah eşidən və biləndir. </b></font>
مِنْ هَمَزَاتِ الشَّيَاطِيْنِ
وَ اَعُوْذُ بِاللّٰهِ اَنْ يَحْضُرُوْنِ
اِنَّ اللهَ هُوَ السَّمِيْعُ الْعَلِيْمُ۔
3. "Fəllahul-sail" kitabında nəql olunur ki, İmam Sadiq (ə) buyurdu: "Nə olar ki, hər sübh və şam bu duanı oxuyasınız:
اَللّٰهُمَّ مُقَلِّبَ الْقُلُوْبِ وَ الْاَبْصَارِ
<font color="000000"><b>Ey Allahım, ey qəlbləri və gözləri dəyişdirən, mənim qəlbimi Öz dinində sabit et, məni hidayət etdikdən sonra qəlbimi (haqq yoldan) azdırma, Öz tərəfindən mənə rəhmət bəxş et, həqiqətən Sən bəxş edənsən və Öz rəhəmətinlə mənə oddan pənah ver. Ey Allahım, ömrümü uzun və ruzimi bol et, Öz rəhmətini mənə aç; əgər mənim adım Sənin dərgahındakı Ummul-kitabda bədbəxtlər zümrəsində yazılıbsa, məni xoşbəxtlərdən et, çünki Sən istədiyini məhv edir və istədiyini səbt edirsən, Ummul-kitab Sənin dərgahındadır. </b></font>
ثَبِّتْ قَلْبِيْ عَلٰى دِيْنِكَ
وَ لَا تُزِغْ قَلْبِيْ بَعْدَ اِذْ هَدَيْتَنِيْ
وَ هَبْ لِي مِنْ لَّدُنْكَ رَحْمَةً
اِنَّكَ اَنْتَ الْوَهَّابُ
وَ اَجِرْنِي مِنَ النَّارِ بِرَحْمَتِكَ
اَللّٰهُمَّ امْدُدْ لِي فِي عُمْرِيْ
وَ اَوْسِعْ عَلَيَّ فِي رِزْقِيْ
وَ انْشُرْ عَلَيَّ رَحْمَتَكَ
وَ اِنْ كُنْتُ عِنْدَكَ فِيْ اُمِّ الْكِتَابِ شَقِيًّا
فَاِنَّكَ تَمْحُوْ مَا تَشَاۤءُ وَ تُثْبِتُ
وَ عِنْدَكَ اُمُّ الْكِتَابِ۔
4. Mərhum Şeyx Kuleyni mötəbər sənədlə nəql edir ki, bir kişi İmam Sadiqin (ə) yanına gəlib ərz etdi: "Mənə bir dua öyrədin ki, onu hər sübh və şam öyrədin." İmam Sadiq (ə) buyurdu: "Belə de:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ يَفْعَلُ مَا يَشَاۤءُ
<font color="000000"><b>Həmd-səna o Allaha məxsusdur ki, istədiyini edir və Ondan qeyrisi istədiyi hər işə qadir deyildir; həmd-səna Allaha məxsusdur, elə bir həmd ki, Allah Ona belə həmd edilməsini sevir; həmd-səna Allaha məxsusdur, elə bir həmd ki, O buna layiqdir. Ey Allahım, Məhəmməd və Ali-Məhəmmədi daxil etdiyin hər xeyirə məni də daxil et, Məhəmməd və Ali-Məhəmmədi xaric etdiyin hər şərdən məni də xaric et, Allahın salamı olsun Məhəmmədə və Ali-Məhəmmədə. </b></font>
وَ لَا يَفْعَلُ مَا يَشَاۤءُ غَيْرُهُ
اَلْحَمْدُ لِلّٰهِ كَمَا يُحِبُّ اللهُ اَنْ يُّحْمَدَ
الْحَمْدُ لِلّٰهِ كَمَا هُوَ اَهْلُهُ
اَللّٰهُمَّ اَدْخِلْنِيْ فِي كُلِّ خَيْرٍ اَدْخَلْتَ فِيْهِ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ
وَ اَخْرِجْنِيْ مِنْ كُلِّ شَرٍّ اَخْرَجْتَ مِنْهُ مُحَمَّدًا وَ اٰلَ مُحَمَّدٍ
صَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
5. Mərhum Şeyx Səduq mötəbər sənədlə nəql edir ki, İmam Sadiq (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql etmişdir: "Cənnətdə gözəl otaqlar vardır ki, mənim ümmətimdən gözəl söz danışan, camaata təam verən, qarşılaşdıqları insanlara salam verən və gecə camaat yatdığı vaxt namaz qılan kəslər bu otaqlarda məskunlaşarlar." O həzrət burada buyurdu: "Gözəl söz, sübh və şam bu zikrləri on dəfə deməkdir:
سُبْحَانَ اللّٰهِ
<font color="000000"><b>Allaha təsbih deyirəm, həmd-səna Allaha məxsusdur, Allahdan qeyri ilah yoxdur, Allah böyükdür. </b></font>
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
6. Hər səhər və axşam "Əşərat" duasını oxumaq müstəhəbdir.