EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM ZAMANIN (Ə.F) DÖRD NAİBİNİN ZİYARƏTİ
Kazimeydə olarkən tövsiyə olunur ki, zəvvar Bağdada gedib İmam Zamanın (ə.f) dörd xüsusi naibini (1- Osman ibn Səid; 2- Məhəmməd ibn Osman; 3- Şeyx Əbul-Qasim Hüseyn ibn Ruh; 4- Şeyx Əli ibn Məhəmməd Səməri) ziyarət etsin. Bu böyük şəxsiyyətlərin qəbirləri hətta uzaq məntəqələrdə olsaydı belə, yenə də böyük məsafə qət edib, yolun çətinliklərinə dözüb onları ziyarət etməyə dəyərdi. Çünki onlar yetmiş il İmam Zamanla (ə.f) şiələr arasında vasitəçi və səfir olublar. Onlardan çoxlu kəramətlər görünmüşdür.
Şeyx Tusi "Təhzib" və Seyid İbn Tavus "Misbahuz-zair" kitabında Hüseyn ibn Ruhdan (İmam Zamanın (ə.f) naiblərindən biri) nəql edirlər: İmam Zamanın (ə.f) naiblərini ziyarət etmək istədikdə əvvəlcə Rəsulallaha (s), Əmirəl-mömininə (ə), Xanım Xədicə-Kübraya (s.ə), Xanım Fatimə-Zəhraya (s.ə), İmam Həsənə (ə), İmam Hüseynə (ə) və İmam Zaman (ə.f) da daxil olmaqla bütün İmamlara (ə) salam de. Sonra belə de: "Salam olsun sənə ey filankəsin oğlu filankəs." ("Filankəs"sözünün yerinə ziyarət etdiyin şəxsin adını və atasının adını de.) Daha sonra isə de:
اَشْهَدُ اَنَّكَ بَابُ الْمَوْلٰى
<font color="000000"><b>Şəhadət verirəm ki, sən, mövlaya müraciət qapısı idin. Onun əmanətini (camaata) və (camaatın) əmanətini ona çatdırdın. Ona qarşı çıxmadın və onun ziddinə bir iş görmədin. İxlasla ayağa qalxdın və (itaətdə) öncül olmaqla geri qayıtdın. Üzərində olan haqqı tanımaqla hüzuruna gəlmişəm. Həqiqətən sən, əmanəti çatdırmaqda və səfirlikdə xəyanət etmədin. Salam olsun sənə, ondan ötrü ki, (İmam Zamana (ə.f) yol tapmaq üçün) necə də vüsətli qapı, əmanətdar səfir, etibarlı və sabitqədəm bir şəxs idin. Şəhadət verirəm ki, Allah Öz nurunu sənə aid etdi, beləcə, İmamı gördün, onun əmanətini (camaata) və (camaatın) əmanətini ona çatdırdın. Sənin hüzuruna gəlmişəm, bir halda ki, Allahın yeganəliyinə ixlasla inanıram, Onun övliyalarının davamçısıyam, Onun düşmənlərindən və sənin müxaliflərindən şikayətçiyəm, ey mövlanın hüccəti. Sənin vasitənlə onlara üz tutur və onların vasitəsilə Allaha təvəssül edirəm.</b></font>
اَدَّيْتَ عَنْهُ وَ اَدَّيْتَ اِلَيْهِ
مَا خَالَفْتَهُ وَ لَا خَالَفْتَ عَلَيْهِ
قُمْتَ خَآصًّا
وَ انْصَرَفْتَ سَابِقًا
جِئْتُكَ عَارِفًا بِالْحَقِّ الَّذِيۤ اَنْتَ عَلَيْهِ
وَ اَنَّكَ مَا خُنْتَ فِي التَّأْدِيَةِ وَ السِّفَارَةِ
اَلسَّلَامُ عَلَيْكَ مِنْ بَابٍ مَا اَوْسَعَهُ [اَوْسَعَكَ‏]
وَ مِنْ سَفِيْرٍ مَاۤ اٰمَنَكَ
وَ مِنْ ثِقَةٍ مَاۤ اَمْكَنَكَ
اَشْهَدُ اَنَّ اللّٰهَ اخْتَصَّكَ بِنُوْرِهِ
حَتّٰى عَايَنْتَ الشَّخْصَ
فَاَدَّيْتَ عَنْهُ وَ اَدَّيْتَ اِلَيْهِ۔
جِئْتُكَ مُخْلِصًا بِتَوْحِيْدِ اللّٰهِ
وَ مُوَالَاةِ اَوْلِيَاۤئِهِ
وَ الْبَرَاۤءَةِ مِنْ اَعْدَاۤئِهِمْ [اَعْدَاۤئِهِ‏]
وَ مِنَ الَّذِيْنَ خَالَفُوْكَ
يَا حُجَّةَ الْمَوْلٰى
وَ بِكَ اِلَيْهِمْ [اَللّٰهُمَ‏] تَوَجُّهِيْ
وَ بِهِمْ اِلَى اللّٰهِ [اِلَيْكَ‏] تَوَسُّلِيْ۔
Sonra dua et və istəklərini Allahdan dilə, inşaallah həyata keçər.