EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM HADİ (Ə) VƏ İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) MÜŞTƏRƏK ZİYARƏTİ
İbn Quləvəyh bəzi İmamların (ə) belə buyurduğunu nəql edir:
İmam Hadini (ə) və İmam Həsən Əskərini (ə) ziyarət etmək istədikdə ilk öncə ziyarət qüslü et. Onların qəbirlərinin kənarında, mümkün olmadığı təqdirdə qəbirin müqabilində divara bərkidilmiş şəbəkənin arxasında dayan və de:
اَلسَّلَامُ عَلَيْكُمَا يَا وَلِيَّيِ اللّٰهِ
<font color="000000"><b>Salam olsun sizə ey Allahın iki vəlisi. Salam olsun sizə ey Allahın iki hüccəti. Salam olsun sizə ey yerin zülmətlərində Allahın iki nuru. Salam olsun sizə ey o kəslər ki, Allah sizin barəsində iradəsini aşkar etmişdir. Ziyarət üçün sizin hüzurunuza gəlmişəm, bir halda ki, sizin haqqınızı tanıyıram, düşmənlərinizlə düşmən və dostlarınızla dostam. Sizin iman gətirdiklərinizə iman gətirmiş və sizin kafir olduqlarınıza kafirəm. Sizin haqq bildiyinizi haqq bilmiş və batil hesab etdiyinizi batil hesab etmişəm. Mənim və sizin Rəbbiniz olan Allahdan istəyirəm ki, mənim bu ziyarətimin bəhrəsini Məhəmmədə və onun xanidanına salam qərar versin; Cənnətdə sizinlə və sizin saleh atalarınızla birgə (onların kənarında) olmağı mənə ruzi etsin. Allahdan istəyirəm ki, məni cəhənnəm odundan xilas etsin; sizin şəfaətinizi və sizinlə birlikdə olmağı mənə ruzi etsin; məni sizinlə tanış etsin; sizin və sizin saleh atalarınızın məhəbbətini məndən almasın; bu ziyarətimi axırıncı ziyarət qərar verməsin və rəhməti ilə məni sizinlə birlikdə Cənnətdə bir yerdə etsin. Ey Allahım, onların məhəbbətini mənə ruzi et və məni onların dinində öldür. Ey Allahım, Ali-Məhəmmədin haqqına zülm edənlərə lənət et və onlardan intiqam al. Ey Allahım, onların əvvəlincisinə və axırıncısına lənət et, əzablarını artır, onları və onların ardıcıllarını, dostlarını, davamçılarını Cəhənnəmin ən aşağı mərtəbəsinə daxil et. Çünki Sən hər şeyə qadirsən. Ey Allahım, vəlinin və vəlinin övladının fərəcini tezləşdir, bizim işlərimizin həllini onun fərəci sayəsində qərar ver, ey rəhimlilərin ən rəhimlisi.</b></font>
اَلسَّلَامُ عَلَيْكُمَا يَا حُجَّتَيِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكُمَا يَا نُورَيِ اللّٰهِ فِيْ ظُلُمَاتِ الْاَرْضِ
اَلسَّلَامُ عَلَيْكُمَا يَا مَنْ بَدَا لِلّٰهِ فِيْ شَأْنِكُمَا
اَتَيْتُكُمَا زَاۤئِرًا
عَارِفًا بِحَقِّكُمَا
مُعَادِيًا لِاَعْدَاۤئِكُمَا
مُوَالِيًا لِاَوْلِيَاۤئِكُمَا
مُؤْمِنًا بِمَاۤ اٰمَنْتُمَا بِهِ
كَافِرًا بِمَا كَفَرْتُمَا بِهِ
مُحَقِّقًا لِمَا حَقَّقْتُمَا
مُبْطِلًا لِمَاۤ اَبْطَلْتُمَا
اَسْاَلُ اللّٰهَ رَبِّيْ وَ رَبَّكُمَاۤ
اَنْ يَجْعَلَ حَظِّيْ مِنْ زِيَارَتِكُمَا
الصَّلَاةَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ اَنْ يَرْزُقَنِيْ مُرَافَقَتَكُمَا فِي الْجِنَانِ
مَعَ اٰبَاۤئِكُمَا الصَّالِحِيْنَ
وَ اَسْاَلُهُ اَنْ يُعْتِقَ رَقَبَتِيْ مِنَ النَّارِ
وَ يَرْزُقَنِيْ شَفَاعَتَكُمَا وَ مُصَاحَبَتَكُمَا
وَ يُعَرِّفَ بَيْنِيْ وَ بَيْنَكُمَا
وَ لَا يَسْلُبَنِيْ حُبَّكُمَا
وَ حُبَّ اٰبَاۤئِكُمَا الصَّالِحِيْنَ
وَ اَنْ لَا يَجْعَلَهُ اٰخِرَ الْعَهْدِ مِنْ زِيَارَتِكُمَا
وَ يَحْشُرَنِيْ مَعَكُمَا فِي الْجَنَّةِ بِرَحْمَتِهِ
اَللّٰهُمَّ ارْزُقْنِيْ حُبَّهُمَا
وَ تَوَفَّنِيْ عَلٰى مِلَّتِهِمَا
اَللّٰهُمَّ الْعَنْ ظَالِمِيۤ اٰلِ مُحَمَّدٍ حَقَّهُمْ وَ انْتَقِمْ مِنْهُمْ
اَللّٰهُمَّ الْعَنِ الْاَوَّلِيْنَ مِنْهُمْ وَ الْاٰخِرِيْنَ
وَ ضَاعِفْ عَلَيْهِمُ الْعَذَابَ
وَ ابْلُغْ بِهِمْ وَ بِاَشْيَاعِهِمْ
وَ مُحِبِّيْهِمْ وَ مُتَّبِعِيْهِمْ
اَسْفَلَ دَرْكٍ مِنَ الْجَحِيْمِ
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ
اَللّٰهُمَّ عَجِّلْ فَرَجَ وَلِيِّكَ وَ ابْنَ وَلِيِّكَ
وَ اجْعَلْ فَرَجَنَا مَعَ فَرَجِهِمْ [فَرَجِهِ‏]
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra özün və atan-anan üçün dua et. Daha sonra istədiyin duaları et.
O iki İmamın (ə) pak hərəmində iki rəkət ziyarət namazı qıl. Namazdan sonra Allahdan öz istəklərini dilə.
(Bəzilərinin dediyinə görə, bu iki İmamın (ə) qəbrinin arxa tərəfində olan otaq və hərəmin təxminən bir metr hüdudundakı sahəsi məscidin sahəsi olmuş və hərəmə artırılmışdır.)
Yuxarda qeyd olunan ziyarət "Kamiluz-ziyarət" kitabına istinad edilib. Lakin Şeyx Məhəmməd ibn Məşhədi, Şeyx Mufid və əl-Şahid öz kitablarında bu ziyarəti cuzi fərqlə qeyd etmişlər. Ziyarətdəki bu cümlədən sonra:
وَيَحْشُرَنِيْ مَعَاكُمَا فِي الْجَنَّةِ بِرَحْمَتِةِ
<font color="000000"><b>...və rəhməti ilə məni sizinlə birlikdə Cənnətdə bir yerdə etsin.</b></font>
əlavə ediblər: Daha sonra iki qəbirə yaxınlaş, zərihi öp və üzünün sağ, daha sonra sol tərəfini onun üzərinə qoy, de:
اَللّٰهُمَّ ارْزُقْنِىْ حُبَّهُمْ
<font color="000000"><b>Allahım, onlara görə sevməyi və onların yolunda ölməyi mənə ruzi elə.</b></font>
وَ تَوَفَّنِىْ عَلٰى مِلَّتِهِمْ۔۔۔
Daha sonra yuxarda qeyd olunan ziyarəti sonuna qədər oxu.
Ziyarətnaməni oxuduqdan sonra qəbrin baş tərəfində dörd rəkət namaz qıl. Sonra istədiyin namazları qıla bilərsən.