HƏRƏMƏ DAXİL OLMAQ ÜÇÜN İCAZƏ
Əllamə Məclisi "Biharul-ənvar"da və Seyid İbn Tavus "Misbahuz-zair"də İmam Hadi (ə) və İmam Həsən Əskəri (ə) üçün xüsusi salavatla birlikdə olan məxsus ziyarətlər qeyd etmişlər. Baxmayaraq ki, bu ziyarətlər bir qədər genişdir, amma fayda və bərəkətlərini nəzərə alaraq onları burada qeyd etməyi məqsədəuyğun hesab edirik. Həmin kitablarda belə yazılır:
"Surrun mən rəa"ya (yəni Samirraya) çatdıqda qüsl et və ən təmiz paltarını geyin. Vüqarla və təmkinlə hərəmə tərəf hərəkət et. Hərəmin qapısına çatdıqda bu cümlələrlə içəriyə daxil olmaq üçün izn istə:
اَاَدْخُلُ يَا نَبِيَّ اللّٰهِ
<font color="000000"><b>Ey Allahın Peyğəmbəri, daxil olummu? Ey Əmirəl-möminin, daxil olummu? Ey Fatimə-Zəhra - dünya xanımlarının sərvəri, daxil olummu? Ey mövlam Həsən ibn Əli, daxil olummu? Ey mövlam Hüseyn ibn Əli, daxil olummu? Ey mövlam Əli ibn Hüseyn, daxil olummu? Ey mövlam Məhəmməd ibn Əli, daxil olummu? Ey mövlam Cəfər ibn Məhəmməd, daxil olummu? Ey mövlam Musa ibn Cəfər, daxil olummu? Ey mövlam Əli ibn Musa, daxil olummu? Ey mövlam Məhəmməd ibn Əli, daxil olummu? Ey mövlam, ey Əbəl-Həsən Əli ibn Məhəmməd, daxil olummu? Ey mövlam, ey Əba Məhəmməd Həsən ibn Əli, daxil olummu? Ey bu şərafətli hərəmə məmur qoyulan Allahın mələkləri, daxil olummu?</b></font>
اَاَدْخُلُ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
اَاَدْخُلُ يَا فَاطِمَةُ الزَّهْرَاۤءُ
سَيِّدَةَ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَاَدْخُلُ يَا مَوْلَايَ الْحَسَنَ بْنَ عَلِيٍّ
اَاَدْخُلُ يَا مَوْلَايَ الْحُسَيْنَ بْنَ عَلِيٍّ
اَاَدْخُلُ يَا مَوْلَايَ عَلِيَّ بْنَ الْحُسَيْنِ
اَاَدْخُلُ يَا مَوْلَايَ مُحَمَّدَ بْنَ عَلِيٍّ
اَاَدْخُلُ يَا مَوْلَايَ جَعْفَرَ بْنَ مُحَمَّدٍ
اَاَدْخُلُ يَا مَوْلَايَ مُوْسَى بْنَ جَعْفَرٍ
اَاَدْخُلُ يَا مَوْلَايَ عَلِيَّ بْنَ مُوْسٰى
اَاَدْخُلُ يَا مَوْلَايَ مُحَمَّدَ بْنَ عَلِيٍّ
اَاَدْخُلُ يَا مَوْلَايَ يَاۤ اَبَا الْحَسَنِ عَلِيَّ بْنَ مُحَمَّدٍ
اَاَدْخُلُ يَا مَوْلَايَ يَاۤ اَبَا مُحَمَّدٍ ۟اِلْحَسَنَ بْنَ عَلِيٍّ
اَاَدْخُلُ يَا مَلَاۤئِكَةَ اللّٰهِ
الْمُوَكَّلِيْنَ بِهٰذَا الْحَرَمِ الشَّرِيْفِ۔