NƏRCİS-XATUNUN (S.Ə) ZİYARƏTİ
Seyid İbn Tavus İmam Həsən Əskərinin (ə) ziyarətinin davamında yazır: daha sonra İmam Zamanın (ə.f) anası Nərciz-Xatunu (s.ə) ziyarət et. Bu xanımın qəbri İmam Həsən Əskərinin (ə) zərihinin arxasında yerləşir.
اَلسَّلَامُ عَلٰى رَسُوْلِ اللّٰهِ
<font color="000000"><b>Salam olsun Rəsulallaha, Allahın salamı olsun ona və onun doğru danışan, əmin xanidanına. Salam olsun mövlamız Əmirəl-mömininə. Salam olsun pak imamlara, mübarək hüccətlərə. Salam olsun İmamın anasına, hökmdar və alim Allahın sirlərinin əmanətdarına, məxluqatın ən şərəflisinə hamilə olana. Salam olsun sənə ey doğru danışan və bəyənilən xanım. Salam olsun sənə ey Musanın anasının bənzəri və İsanın davamçılarının qızı. Salam olsun sənə ey təqvalı və pakizə xanım. Salam olsun sənə ey o xanım ki, sən Allahdan razısan və Allah da səndən razıdır. Salam olsun sənə ey İncildə vəsf olunan, əmin (İsa) Ruhullah tərəfindən elçilik edilənə; o xanım ki, elçilərin sərvəri və aləmlərin Rəbbinin sirrinin əmanətdarı Məhəmməd onun izdivacına rəğbətli idi. Salam olsun sənə ey xanım və sənin həvari atalarına. Salam olsun sənə ey xanım, sənin həyat yoldaşına və övladına. Salam olsun sənə, sənin pak ruhuna və bədəninə.Şəhadət verirəm ki, həqiqətən sən yaxşı qəyyumluq etdin, öhdənə düşən haqqı ödədin, Allahın razılığını qazanmaq üçün çalışdın, Allah yolunda səbir etdin, Allahın sirrini qorudun, Allahın vəlisini bətnində daşıdın, Allahın hüccətinin qorunması üçün çalışdın. Rəsulallahın övladı ilə izdivaca rəğbət göstərdin, bir halda ki, onların haqqını tanımışdın, onların doğru danışdığına imanın var idi, onların məqamını etiraf etmişdin, onların işlərindən xəbərdar idin, onlara qarşı mehriban idin, onların sənə olan meylini tərcih etdin. Şəhadət verirəm ki, sən öz işlərinə agah olaraq ömür sürdün, salehlərə iqtida etdin, razı, bəyənilən, təqvalı, pakizə və pak idin. Elə isə, Allah səndən razı olsun və səni razı salsın, Cənnəti sənin mənzilin və yerin qərar versin, layiq olduğun xeyirləri sənə əta etsin, ehtiyacsız olacağın qədər sənə şərafət əta etsin. Allah sənə əta etdiyi kəraməti sənin üçün xoş və faydalı etsin.</b></font>
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
اَلسَّلَامُ عَلٰى مَوْلَانَا اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَى الْاَئِمَّةِ الطَّاهِرِيْنَ
اَلسَّلَامُ عَلٰى وَالِدَةِ الْاِمَامِ
وَ الْمُوْدَعَةِ اَسْرَارَ الْمَلِكِ الْعَلَّامِ
وَ الْحَامِلَةِ لِاَشْرَفِ الْاَنَامِ
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الصِّدِّيْقَةُ الْمَرْضِيَّةُ
اَلسَّلَامُ عَلَيْكِ يَا شَبِيْهَةَ اُمِّ مُوْسٰى
وَ ابْنَةَ حَوَارِيِّ عِيْسٰى
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا التَّقِيَّةُ النَّقِيَّةُ
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الرَّضِيَّةُ الْمَرْضِيَّةُ
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْمَنْعُوْتَةُ فِيْ الْاِنْجِيْلِ
الْمَخْطُوْبَةُ مِنْ رُوْحِ اللّٰهِ الْاَمِيْنِ
وَ مَنْ رَغِبَ فِيْ وُصْلَتِهَا مُحَمَّدٌ سَيِّدُ الْمُرْسَلِيْنَ
وَ الْمُسْتَوْدَعَةُ اَسْرَارَ رَبِّ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكِ وَ عَلٰىۤ اٰبَاۤئِكِ الْحَوَارِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكِ وَ عَلٰى بَعْلِكِ وَ وَلَدِكِ
اَلسَّلَامُ عَلَيْكِ وَ عَلٰى رُوْحِكِ وَ بَدَنِكِ الطَّاهِرِ
اَشْهَدُ اَنَّكِ اَحْسَنْتِ الْكِفَالَةَ
وَ اَدَّيْتِ الْاَمَانَةَ
وَ اجْتَهَدْتِ فِيْ مَرْضَاةِ اللّٰهِ
وَ صَبَرْتِ فِيْ ذَاتِ اللّٰهِ
وَ حَفِظْتِ سِرَّ اللّٰهِ
وَ حَمَلْتِ وَلِيَّ اللّٰهِ
وَ بَالَغْتِ فِيْ حِفْظِ حُجَّةِ اللّٰهِ
وَ رَغِبْتِ فِيْ وُصْلَةِ اَبْنَاۤءِ رَسُوْلِ اللّٰهِ
مُعْتَرِفَةً بِمَنْزِلَتِهِمْ
مُسْتَبْصِرَةً بِاَمْرِهِمْ
وَ اَشْهَدُ اَنَّكِ مَضَيْتِ عَلٰى بَصِيْرَةٍ مِنْ اَمْرِكِ
مُقْتَدِيَةً بِالصَّالِحِيْنَ
تَقِيَّةً نَقِيَّةً زَكِيَّةً
فَرَضِيَ اللّٰهُ عَنْكِ وَ اَرْضَاكِ
وَ جَعَلَ الْجَنَّةَ مَنْزِلَكِ وَ مَأْوَاكِ
فَلَقَدْ اَوْلَاكِ مِنَ الْخَيْرَاتِ مَاۤ اَوْلَاكِ
وَ اَعْطَاكِ مِنَ الشَّرَفِ مَا بِهِ اَغْنَاكِ
فَهَنَّاكِ اللّٰهُ بِمَا مَنَحَكِ
مِنَ الْكَرَامَةِ وَ امْرَاَكِ۔
Sonra başını göyə qaldır və de:
اَللّٰهُمَّ اِيَّاكَ اعْتَمَدْتُ
<font color="000000"><b>Ey Allahım, Sənə güvəndim, Sənin razılığını istədim, övliyalarının vasitəsilə Sənə təvəssül etdim, bəxşişinə və helminə təvəkkül etdim, Sənə sığındım, Sənin vəlinin anasının qəbrinə üz tutdum. Elə isə, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, xanımın ziyərətini mənim üçün faydalı et və onun dostluğunda məni sabitqədəm et; məni onun və onun övladının şəfaətindən məhrum etmə, onların dostluğunu mənə ruzi et, məni onunla və onun övladı ilə məhşur et, necə ki, məni onun və onun övladının ziyarətinə müvəffəq etmisən. Ey Allahım, pak İmamların vasitəsilə Sənin dərgahına üz tutur, Ali-Taha və Ali-Yasindən olan hüccətlərinin vasitəsilə Sənə təvəssül edirəm ki, Məhəmmədə və pak olan Ali-Məhəmmədə salam göndərəsən, məni ümidvarlardan, nicat tapmışlardan, fərəhlilərdən və şad olanlardan qərar verəsən; o kəslərdən ki, onlar üçün qorxu yoxdur və kədərlənməzlər. Məni o kəslərdən qərar ver ki, onların səyini qəbul etmisən, işlərini asanlaşdırmısan, qəm-qüssələrini aradan qaldırmısan və qorxularını əmniyyətə çevirmisən. Ey Allahım, Məhəmməd və Ali-Məhəmmədin haqqına xatir Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, onların intiqamını tezliklə al, mənim bu ziyarətimi axırıncı ziyarət etmə, nə qədər ki sağam, onun ziyarətinə gəlməyi mənə ruzi et, öldükdən sonra məni onun dəstəsində məhşur et, məni onun və övladlarının şəfaətinə qovuşdur. Məni, ata-anamı, bütün mömin və möminələri bağışla. Bizə dünyada da, axirətdə də gözəllik əta et, Öz rəhmətinlə bizi cəhənnəm əzabından qoru. Salam olsun sizə ey sərvərlərim, Allahın rəhməti və bərəkəti olsun sizə.</b></font>
وَ بِاَوْلِيَاۤئِكَ اِلَيْكَ تَوَسَّلْتُ
وَ عَلٰى غُفْرَانِكَ وَ حِلْمِكَ اتَّكَلْتُ
وَ بِقَبْرِ اُمِّ وَلِيِّكَ لُذْتُ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ انْفَعْنِيْ بِزِيَارَتِهَا
وَ ثَبِّتْنِيْ عَلٰى مَحَبَّتِهَا
وَ لَا تَحْرِمْنِيْ شَفَاعَتَهَا
وَ ارْزُقْنِيْ مُرَافَقَتَهَا
وَ احْشُرْنِي مَعَهَا وَ مَعَ وَلَدِهَا
كَمَا وَفَّقْتَنِيْ لِزِيَارَةِ وَلَدِهَا وَ زِيَارَتِهَا
اَللّٰهُمَّ اِنِّيۤ اَتَوَجَّهُ اِلَيْكَ بِالْاَئِمَّةِ الطَّاهِرِيْنَ
وَ اَتَوَسَّلُ اِلَيْكَ بِالْحُجَجِ الْمَيَامِيْنِ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ ۟اِلطَّيِّبِيْنَ
وَ اَنْ تَجْعَلَنِيْ مِنَ الْمُطْمَئِنِّيْنَ الْفَاۤئِزِيْنَ
الْفَرِحِيْنَ الْمُسْتَبْشِرِيْنَ
الَّذِيْنَ لَا خَوْفٌ عَلَيْهِمْ وَ لَا هُمْ يَحْزَنُوْنَ
وَ اجْعَلْنِيْ مِمَّنْ قَبِلْتَ سَعْيَهُ
اَللّٰهُمَّ بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ لَا تَجْعَلْهُ اٰخِرَ الْعَهْدِ مِنْ زِيَارَتِيْ اِيَّاهَا
وَ ارْزُقْنِي الْعَوْدَ اِلَيْهَاۤ اَبَدْا مَاۤ اَبْقَيْتَنِيْ
وَ اِذَا تَوَفَّيْتَنِيْ فَاحْشُرْنِيْ فِيْ زُمْرَتِهَا
وَ اَدْخِلْنِيْ فِيْ شَفَاعَةِ وَلَدِهَا وَ شَفَاعَتِهَا
وَ اغْفِرْ لِيْ وَ لِوَالِدَيَّ
وَ لِلْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
وَ اٰتِنَا فِيْ الدُّنْيَا حَسَنَةً
وَ فِي الْاٰخِرَةِ حَسَنَةً
وَ قِنَا بِرَحْمَتِكَ عَذَابَ النَّارِ
وَ السَّلَامُ عَلَيْكُمْ يَا سَادَاتِيْ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔