ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
İMAM ZAMANIN (Ə.F) BAŞQA BİR ZİYARƏTİ
Bu ziyarəti mərhum Əllamə Məclisi Seyid İbn Tavusdan nəql etmişdir. Həzrət Məhdiyə (ə.f) xitabən de:
اَلسَّلَامُ عَلَى الْحَقِّ الْجَدِيْدِ،
Salam olsun yeni haqqa və elmi tükənməyən alimə. Salam olsun möminlərə həyat bəxş edənə və kafirləri məhv edənə. Salam olsun ümmətlərin hidayətçisinə və bütün dəstələri bir yerə cəm edənə. Salam olsun əvvəlkilərin canişininə və şərafət sahibinə. Salam olsun Məbudun hüccətinə və mədh olunmuş kəlməyə. Salam olsun dostlara izzət bəxş edənə və düşmənləri xar edənə. Salam olsun peyğəmbərlərin varisinə və canişinlərin xatəminə. Salam olsun intizarı çəkilən qaimə (qiyam edənə) və məşhur ədalətliyə. Salam olsun sivrilmiş qılınca, işıqlı aya və parlaq nura. Salam olsun zülmətlərin günəşinə və bədrlənmiş aya. Salam olsun insanların baharına və dövranın sevincinə. Salam olsun iti qılınc sahibinə və sirləri açana. Salam olsun (Peyğəmbərdən) irs qalan dinin sahibinə və (Allah tərəfindən) yazılmış Kitabın sahibinə. Salam olsun şəhərlərdə Allahın azuqəsinə və Allahın bəndələrinə olan hüccətinə; o kəsə ki, peyğəmbərlərin mirası ona çatmışdır, seçilmişlərin irsi ondadır, sirlərin əmanətdarı və işlərin vəlisidir. Salam olsun izzətli və cəlalətli Allahın ümmətlərə vəd verdiyi o hidayətçiyə ki, onun vasitəsilə bütün dəstələri bir yerə cəm edəcək, pərişanlığı aradan qaldıracaq, yer üzünü ədalətlə dolduracaq, onu qüvvətləndirəcək və möminlərin vədinə vəfa edəcəkdir. Şəhadət verirəm ki, ey mövlam, sən və sənin atalarından olan imamlar dünya həyatında və şahidlərin ayağa qalxacaqları gündə mənim imamlarım, mövlalarımdır. Ey mövlam, səndən istəyirəm ki, uca Allahdan işlərimin sahmana düşməsini, istəklərimin həyata keçməsini, günahlarımın bağışlanmasını, mənim din, dünya və axirətimi Öz əlinə almasını, bütün bunları mənim, mömin və möminə qardaş və bacılarım üçün istəyəsən. Çünki O bağışlayan və mehribandır.
وَ الْعَالِمِ الَّذِيْ عِلْمُهُ لَا يَبِيْدُ.
اَلسَّلَامُ عَلٰى مُحْيِيْ الْمُؤْمِنِيْنَ،
وَ مُبِيْرِ الْكَافِرِيْنَ.
اَلسَّلَامُ عَلٰى مَهْدِيِّ الْاُمَمِ،
وَ جَامِعِ الْكَلِمِ.
اَلسَّلَامُ عَلٰى خَلَفِ السَّلَفِ،
وَ صَاحِبِ الشَّرَفِ.
اَلسَّلَامُ عَلٰى حُجَّةِ الْمَعْبُوْدٍ،
وَ كَلِمَةِ الْمَحْمُودِ.
اَلسَّلَامُ عَلٰى مُعِزِّ الْاَوْلِيَاۤءِ
وَ مُذِلِّ الْاَعْدَاۤءِ.
اَلسَّلَامُ عَلٰى وَارِثِ الْاَنْبِيَاۤءِ
وَ خَاتِمِ الْاَوْصِيَاۤءِ.
اَلسَّلَامُ عَلَى الْقَاۤئِمِ الْمُنْتَظَرِ،
وَ الْعَدْلِ الْمُشْتَهَرِ.
اَلسَّلَامُ عَلَى السَّيْفِ الشَّاهِرِ،
وَ الْقَمَرِ الزَّاهِرِ،
وَ النُّوْرِ الْبَاهِرِ.
اَلسَّلَامُ عَلٰى شَمْسِ الظَّلَامِ،
وَ بَدْرِ التَّمَامِ.
اَلسَّلَامُ عَلٰى رَبِيْعِ الْاَنَامِ،
وَ نَضْرَةِ الْاَيَّامِ.
اَلسَّلَامُ عَلٰى صَاحِبِ الصَّمْصَامِ،
وَ فَلَّاقِ الْهَامِ.
اَلسَّلَامُ عَلَى الدِّيْنِ الْمَأْثُوْرِ،
وَ الْكِتَابِ الْمَسْطُوْرِ.
اَلسَّلَامُ عَلٰى بَقِيَّةِ اللّٰهِ فِيْ بِلَادِهِ،
وَ حُجَّتِهِ عَلٰى عِبَادِهِ،
اَلْمُنْتَهٰيۤ اِلَيْهِ مَوَارِيْثُ الْاَنْبِيَاۤءِ،
وَ لَدَيْهِ مَوْجُوْدٌ اٰثَارُ الْاَصْفِيَاۤءِ.
اَلسَّلَامُ عَلَى الْمُؤْتَمَنِ عَلَى السِّرِّ،
وَ الْوَلِيِّ لِلْاَمْرِ.
اَلسَّلَامُ عَلَى الْمَهْدِيِّ،
الَّذِيْ وَعَدَ اللّٰهُ عَزَّ وَ جَلَّ بِهِ الْاُمَمَ،
اَنْ يَجْمَعَ بِهِ الْكَلِمَ،
وَ يَلُمَّ بِهِ الشَّعَثَ،
وَ يَمْلَاَ بِهِ الْاَرْضَ قِسْطًا وَ عَدْلًا،
وَ يُمَكِّنَ لَهُ،
وَ يُنْجِزَ بِهِ وَعْدَ الْمُؤْمِنِيْنَ.
اَشْهَدُ يَا مَوْلَايَ،
اَنَّكَ وَ الْاَئِمَّةَ مِنْ اٰبَاۤئِكَ
اَئِمَّتِيْ وَ مَوَالِيَّ
فِي الْحَيَاةِ الدُّنْيَا، وَ يَوْمَ يَقُوْمُ الْاَشْهَادُ.
اَسْاَلُكَ يَا مَوْلَايَ،
اَنْ تَسْاَلَ اللّٰهَ تَبَارَكَ وَ تَعَالٰى،
فِيْ صَلَاحِ شَأْنِيْ،
وَ قَضَاۤءِ حَوَاۤئِجِيْ،
وَ غُفْرَانِ ذُنُوْبِيْ،
وَ الْاَخْذِ بِيَدِيْ،
فِيْ دِيْنِيْ وَ دُنْيَايَ وَ اٰخِرَتِيْ،
لِيْ وَ لِاِخْوَانِيْ وَ اَخَوَاتِيَ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ كَآفَّةً،
اِنَّهُ غَفُوْرٌ رَحِيْمٌ۔
Sonra on iki rəkət – iki rəkət-iki rəkət – ziyarət namazı qıl. Hər iki rəkət namazı qıldıqdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihi de və onu o həzrətə hədiyyə et. Namazları qılıb qurtardıqdan sonra belə de:
اللّٰهُمَّ صَلِّ عَلٰى حُجَّتِكَ فِيۤ اَرْضِكَ،
Ey Allahım, salam göndər yer üzündəki hüccətinə və şəhərlərdəki canişininə; yoluna dəvət edənə, ədalətlə ayağa qalxana və əmrinlə qələbə çalana; möminlərin vəlisinə və kafirləri məhv edənə; zülmətlərə aydınlıq bəxş edənə, haqqı aşkar edənə, hikmət, öyüd-nəsihət və sədaqətlə (haqqı batildən) ayırana; kəlmənə, sirrinə və yer üzündəki görən gözünə; nigarançılıqla gözü yolda qalana və xeyirxah vəliyə; nicat gəmisinə, hidayət nişanəsinə, məxluqatın gözünün nuruna, imamlıq qəba və əbasını geyinən ən yaxşı kəsə; intiqam alan o tək şəxsə, giriftarlıqlara son qoyana, qəm-qüssəni dağıdana və çətinlikləri aradan qaldırana. Allahın salamı olsun ona və hidayətçi imamlar, bərəkətli öndərlər olan atalarına; o vaxtadək ki, sübh çağı ulduzlar doğur, ağaclar yarpaqlayır, meyvələr yetişir, gecə-gündüz bir-birini əvəz edir, quşlar cəh-cəh vurur. Ey Allahım, onun sevgisini bizə faydalı et, bizi onun dəstəsində və bayrağının altında məhşur et. Ey haqq Məbud, duamı qəbul et, ey aləmlərin Rəbbi.
وَ خَلِيْفَتِكَ فِيْ بِلَادِكَ،
الدَّاعِيۤ اِلٰى سَبِيْلِكَ،
وَ الْقَاۤئِمِ بِقِسْطِكَ،
وَ الْفَاۤئِزِ بِاَمْرِكَ،
وَلِيِّ الْمُؤْمِنِينَ
وَ مُبِيْرِ الْكَافِرِيْنَ،
وَ مُجَلِّي الظُّلْمَةِ
وَ مُنِيْرِ الْحَقِّ،‏
وَ الصَّادِعِ بِالْحِكْمَةِ
وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ وَ الصِّدْقِ،
وَ كَلِمَتِكَ وَ عَيْبَتِكَ
وَ عَيْنِكَ فِيۤ اَرْضِكَ،
الْمُتَرَقِّبِ الْخَاۤئِفِ،
الْوَلِيِّ النَّاصِحِ،
سَفِيْنَةِ النَّجَاةِ،
وَ عَلَمِ الْهُدٰى،
وَ نُوْرِ اَبْصَارِ الْوَرٰى،
وَ خَيْرِ مَنْ تَقَمَّصَ وَ ارْتَدٰى،
وَ الْوِتْرِ الْمَوْتُوْرِ،
وَ مُفَرِّجِ الْكَرْبِ،
وَ مُزِيْلِ الْهَمِّ،
وَ كَاشِفِ الْبَلْوٰى،
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِ
وَ عَلٰى اٰبَاۤئِهِ، الْاَئِمَّةِ الْهَادِيْنَ،
وَ الْقَادَةِ الْمَيَامِيْنِ،
مَا طَلَعَتْ كَوَاكِبُ الْاَسْحَارِ،
وَ اَوْرَقَتِ الْاَشْجَارُ،
وَ اَيْنَعَتِ الْاَثْمَارُ،
وَ اخْتَلَفَ اللَّيْلُ وَ النَّهَارُ،
وَ غَرَّدَتِ الْاَطْيَارُ.
اَللّٰهُمَّ انْفَعْنَا بِحُبِّهِ،
وَ احْشُرْنَا فِيْ زُمْرَتِهِ،
وَ تَحْتَ لِوَاۤئِهِ،
اِلٰهَ الْحَقِّ، اٰمِيْنَ
رَبَّ الْعَالَمِيْنَ۔