ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
ZİYARƏTDƏN SONRA OXUNAN DUA
Seyid İbn Tavus buyurur: Hər bir İmamı (ə) ziyarət etdikdən sonra bu duanı oxumaq müstəhəbdir:
اَللّٰهُمَّ اِنْ كَانَتْ ذُنُوْبِيْ
Ey Allahım, əgər günahlarım Sənin dərgahında mənim abrımı tökübsə və dualarımın Sənə çatmasında mənimlə Sənin aranda maneə olubsa, onda Səndən istəyirəm ki, Kərim Camalınla mənə baxasan, məni Öz rəhmətinə bürüyəsən və bərəkətlərini mənə nazil edəsən. (Ey Allahım,) əgər günahlarım səsimin Sənin dərgahına çatmasına, yaxud günahımın bağışlanmasına, yaxud həlakedici günahlarımın əfv olunmasına mane olubsa, onda mən Sənin zatının kərəminə və cəlalının izzətinə pənah gətirirəm, Sənin dərgahına təvəssül edirəm və Sənə yaxınlaşıram Sənin dərgahında ən sevimli, ən girami və ən üstün, Sənə ən müti, məqam baxımından dərgahında ən əzəmətli məxluqatının - Məhəmməd və onun pak xanidanı, hidayət olunmuş və hidayət edən İmamlar vasitəsilə: o kəslər ki, onların itaətini məxluqatına vacib etdin, onları sevməyi məxluqatına əmr etdin, onları Öz elçindən – Allahın salamı olsun ona və xanidanına – sonra "əmr sahibləri" qərar verdin. Ey hər inadkar zalımı xar edən, ey möminlərə izzət bəxş edən! Taqətim və tabım tükənibdir, elə isə, məni bu saatdaca bağışla, mənə minnət qoyduğun rəhmətini mənə əta et, ey rəhimlilərin ən rəhimlisi.
قَدْ اَخْلَقَتْ وَجْهِيْ عِنْدَكَ
وَ حَجَبَتْ دُعَاۤئِيْ عَنْكَ
وَ حَالَتْ بَيْنِيْ وَ بَيْنَكَ
فَاَسْاَلُكَ اَنْ تُقْبِلَ عَلَيَّ بِوَجْهِكَ الْكَرِيْمِ
وَ تَنْشُرَ عَلَيَّ رَحْمَتَكَ
وَ تُنَزِّلَ عَلَيَّ بَرَكَاتِكَ
وَ اِنْ كَانَتْ قَدْ مَنَعَتْ اَنْ تَرْفَعَ لِيۤ اِلَيْكَ صَوْتًا
اَوْ تَغْفِرَ لِيْ ذَنْبًا
اَوْ تَتَجَاوَزَ عَنْ خَطِيْئَةٍ مُهْلِكَةٍ
فَهَاۤ اَنَا ذَا مُسْتَجِيْرٌ بِكَرَمِ وَجْهِكَ
وَ عِزِّ جَلَالِكَ
مُتَوَسِّلٌ اِلَيْكَ مُتَقَرِّبٌ اِلَيْكَ
بِاَحَبِّ خَلْقِكَ اِلَيْكَ
وَ اَكْرَمِهِمْ عَلَيْكَ
وَ اَوْلَاهُمْ بِكَ
وَ اَطْوَعِهِمْ لَكَ
وَ اَعْظَمِهِمْ مَنْزِلَةً وَ مَكَانًا عِنْدَكَ
مُحَمَّدٍ وَ بِعِتْرَتِهِ الطَّاهِرِيْنَ
الْاَئِمَّةِ الْهُدَاةِ الْمَهْدِيِّيْنَ
الَّذِيْنَ فَرَضْتَ عَلٰى خَلْقِكَ طَاعَتَهُمْ
وَ اَمَرْتَ بِمَوَدَّتِهِمْ
وَ جَعَلْتَهُمْ وُلَاةَ الْاَمْرِ مِنْ بَعْدِ رَسُوْلِكَ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
يَا مُذِلَّ كُلِّ جَبَّارٍ عَنِيْدٍ
وَ يَا مُعِزَّ الْمُؤْمِنِيْنَ
بَلَغَ مَجْهُوْدِيْ
فَهَبْ لِيْ نَفْسِيَ السَّاعَةَ
وَ رَحْمَةً مِنْكَ تَمُنُّ بِهَا عَلَيَّ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra zərihi öp və üzünün hər iki tərəfini onun üzərinə qoyub de:
اَللّٰهُمَّ اِنَّ هٰذَا مَشْهَدٌ لَا يَرْجُوْ مَنْ فَاتَتْهُ فِيْهِ رَحْمَتُكَ
Ey Allahım, bura elə bir şəhadətgahdır ki, əgər bir kəs burada Sənin rəhmətindən uzaq qalsa, başqa bir yerdə rəhmətə qovuşmasına ümid yoxdur və əgər bir kəs ümid ilə bu məkana gəlib, lakin naümid buradan geri qayıtsa, ondan bədbəxt insan yoxdur. Ey Allahım, Sənə pənah gətirirəm şər və ümidsizliklə geri qayıtmaqdan, ağır haqq-hesabdan. Ey Rəbbim, Sənə yaraşmaz ki, vəlinə itaəti Özünə itaətlə, vəlinə tabe olmağı Özünə tabe olmaqla və vəlinə qarşı çıxmağı Özünə qarşı üsyankarlıqla bir tutub, lakin onu ziyarət edəni və onun qəbrini ziyarət etmək üçün uzaq yolun çətinliklərinə qatlaşan kəsi naümid geri qaytarasan. And olsun izzətinə, ey mənim Rəbbim, mən buna inanmaram, çünki ürəklər Səni yaxşı sifətlərlə yad edir.
اَنْ يَّنَالَهَا فِي غَيْرِهِ
وَ لَاۤ اَحَدٌ اَشْقٰى مِنِ امْرِئٍ قَصَدَهُ مُؤَمِّلًا فَاٰبَ عَنْهُ خَاۤئِبًا
اَللّٰهُمَّ اِنِّيۤ اَعُوْذُ بِكَ مِنْ شَرِّ الْاِيَابِ
وَ خَيْبَةِ الْمُنْقَلَبِ
وَ الْمُنَاقَشَةِ عِنْدَ الْحِسَابِ
وَ حَاشَاكَ يَا رَبِّ اَنْ تَقْرِنَ طَاعَةَ وَلِيِّكَ بِطَاعَتِكَ
وَ مُوَالَاتَهُ بِمُوَالَاتِكَ
وَ مَعْصِيَتَهُ بِمَعْصِيَتِكَ
ثُمَّ تُؤْيِسَ زَاۤئِرَهُ
وَ الْمُتَحَمِّلَ مِنْ بُعْدِ الْبِلَادِ اِلٰى قَبْرِهِ
وَ عِزَّتِكَ يَا رَبِّ
لَا يَنْعَقِدُ عَلٰى ذَالِكَ ضَمِيْرِيْ
اِذْ كَانَتِ الْقُلُوْبُ اِلَيْكَ بِالْجَمِيْلِ تُشِيْرُ
Sonra ziyarət namazı qıl və vida zamanı de:
اَلسَّلَامُ عَلَيْكُمْ يَا اَهْلَ بَيْتِ النُّبُوَّةِ
Salam olsun sizə ey nübüvvət xanidanı və risalət xəzinəsi: sizinlə vidalaşan o kəsin salamı ki, nə yorulmuşdur və nə də nigarandır. Allahın rəhməti və bərəkəti siz Əhli-beytə olsun, çünki O, həmd olunan və şəni ucadır.
وَ مَعْدِنَ الرِّسَالَةِ
سَلَامَ مُوَدِّعٍ لَا سَئِمٍ وَ لَا قَالٍ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Şeyx Müfid həmçinin bu cümlələri də əlavə edib:
يَا وَلِيَّ اللّٰهِ
Ey Allahın vəlisi! Həqiqətən, mənimlə Allah (əziz və cəlil) arasında günahlar var ki, onları yalnız Sənin razılığın aradan qaldıra bilər. Ona görə də, Allahın Sənə sirrini əmanət etdiyi, Səni yaratdıqlarına rəhbər təyin etdiyi, itaətini Öz itaəti, Sənə dostluğu isə Öz dostluğu ilə yanaşı qərar verdiyi haqqına and verirəm, mənim Allah qarşısında vəziyyətimin islah olunmasını öz öhdənə götür və ziyarətindən olan payımı Sənin ixlaslı ziyarətçilərinlə birgə qərar ver. Onlar ki, Sən Allahdan onların azad edilməsini diləyir və Onun gözəl mükafatını arzulayırsan. Bu gün mən Sənin məzarının yanında sığınan və Sənin gözəl müdafiənə pənah gətirənəm. Ey Mövlam! Məni öz lütfünlə qəbul et və mənə yetiş! Mənim işimdə Allahdan dilə, çünki Sənin Onun yanında uca məqamın və böyük hörmətin var. Allahın salavatı və salamı Sənə olsun!
اِنَّ بَيْنِيْ وَ بَيْنَ اللّٰهِ عَزَّ وَ جَلَّ ذُنُوْبًا
لَا يَأْتِيْ عَلَيْهَاۤ اِلَّا رِضَاكَ
فَبِحَقِّ مَنِ ائْتَمَنَكَ عَلٰى سِرِّهِ
وَ اسْتَرْعَاكَ اَمْرَ خَلْقِهِ
وَ قَرَنَ طَاعَتَكَ بِطَاعَتِهِ
وَ مُوَالَاتَكَ بِمُوَالَاتِهِ
تَوَلَّ صَلَاحَ حَالِى مَعَ اللّٰهِ عَزَّ وَ جَلَّ
وَ اجْعَلْ حَظِّيْ مِنْ زِيَارَتِكَ
تَخْلِيْطِيْ بِخَالِصِيْ زُوَّارِكَ
الَّذِيْنَ تَسْاَلُ اللّٰهَ عَزَّ وَ جَلَّ فِي عِتْقِ رِقَابِهِمْ
وَ تَرْغَبُ اِلَيْهِ فِيْ حُسْنِ ثَوَابِهِمْ
وَ هَاۤ اَنَا الْيَوْمَ بِقَبْرِكَ لَاۤئِذٌ
وَ بِحُسْنِ دِفَاعِكَ عَنِّيْ عَاۤئِذٌ
فَتَلَافَنِيْ يَا مَوْلَايَ وَ اَدْرِكْنِيْ
وَ اَسْاَلِ اللّٰهَ عَزَّ وَ جَلَّ فِيۤ اَمْرِيْ
فَاِنَّ لَكَ عِنْدَ اللّٰهِ مَقَامًا كَرِيْمًا
وَ جَاهًا عَظِيْمًا
صَلَّى اللّٰهُ عَلَيْكَ وَ سَلَّمَ تَسْلِيْمًا۔
Tövsiyə olunur ki, hörmətli zəvvar (istər hərəmdə, istərsə də qeyri bir məkanda) ilk öncə İslamın və müsəlmanların əzəməti üçün dua etsin, Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) salam göndərsin, İmam Zamanın (ə.f) salamatlığını diləsin, sonra öz istəklərini istəsin.
İmam Zamanın (ə.f) salamatlığını diləmək üçün "Fərəc" duası:
اَللّٰهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ
İlahi! Canişinin, Höccət ibnil-Həsənə (Salavatın ona və əcdadına olsun), öz məsləhətinlə onu yer üzündə sakin edənə kimi, uzun müddət hamı üçün xeyr-bərəkət qərar verənə qədər, vəli, qoruyan, rəhbər, kömək edən, yol göstərən və gözətçi ol.
صَلَوَاتُكَ عَلَيْهِ وَعَلٰى اٰبَاۤئِه
فِىْ هٰذِهِ السَّاعَةِ وَ فِىْ كُلِّ سَاعَةٍ
وَلِيًّا وَّ حَافِظًا
وَّ قَاۤئِدًا وَّ نَاصِرًا
وَّ دَلِيْلًا وَّ عَيْنًا
حَتّٰى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا
وَتُمَتِّعَهُ فِيْهَا طَوِيْلًا۔
Həmçinin "İmam Hüseyni (ə) Ziyarət Etməyin Qaydaları" bölümündə qeyd etdiyimiz duanı da oxuya bilərsən. Dua belə başlayır:
اَللّٰهُمَّ قَدْ تَرَيٰ مَكَانِيْ
Ey Allahım, məkanımı görür və sözümü eşidirsən...
وَتَسْمَعُ كَلَامِيْ۔۔۔