EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
ÖLÜLƏRDƏN İBRƏT GÖTÜRMƏK
Dəfələrlə sınanılıb ki, qəm-qüssə insanın qəlbinə hakim kəsildiyi vaxt qəbir əhlini ziyarət etmək (onlar üçün <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihə</a></b></font> oxumaq və bağışlanma diləməkdən ötrü) qəm-qüssəni dağıdır.
Çünki insanın qəm-qüssəsi çox vaxt maddi məsələlərə görə olur və o, özünün dünyadakı son mənzilini gördükdə, yoxsul və varlının hər şeyi bu dünyada qoyub bir kəfən ilə torpaq altında uyuduğunu şahid etdikdə, öz səhvini başa düşür, qəm-qüssəsinin əbəs olduğunu dərk edir.
Allah-Təala Hz.İsaya (ə) vəhy etdi:
يَا عِيْسٰى هَبْ لِيْ مِنْ عَيْنِكَ الدُّمُوْعَ وَ مِنْ قَلْبِكَ الْخُشُوْعَ وَ اكْحُلْ عَيْنَيْكَ بِمِيْلِ الْحُزْنِ اِذَا ضَحِكَ الْبَطَّالُوْنَ وَ قُمْ عَلٰى قُبُوْرِ الْاَمْوَاتِ فَنَادِهِمْ بِالصَّوْتِ الرَّفِيْعِ لَعَلَّكَ تَأْخُذُ مَوْعِظَتَكَ مِنْهُمْ وَ قُلْ اِنِّيْ لَاحِقٌ بِهِمْ فِي اللَّاحِقِيْنَ
<font color="000000"><b>Ey İsa! Mənə gözündən yaş, qəlbindən isə xuşu (təvazökarlıq və Allah qorxusu) bəxş et. Əylənib gülən bihudə insanlarla birlikdə olduğun zaman gözlərini hüzn sürməsi ilə sürmələ. Qəbiristanlığa gedib ölülərin məzarları üzərində dayan və uca səslə onlara səslən ki, bəlkə onlardan ibrət alıb öyüd götürəsən. De: "Mən də tezliklə sizə qoşulacaq olanlardanam."</b></font>