İMAM HƏSƏN (Ə), İMAM SƏCCAD (Ə), İMAM BAQİR (Ə) VƏ İMAM SADİQİN (Ə) ZİYARƏTİ
Onları ziyarət etmək istəyərkən yaxşı olar ki, "Ziyarətin Qaydaları" bölümünün əvvəlində qeyd edilən əməlləri yerinə yetirəsiniz (məsələn, qüsl etmək, dəstəmaz almaq, pak və təmiz paltar geyinmək, ətirlənmək və s.) və deyəsiniz:
يَا مَوَالِيَّ يَاۤ اَبْنَاۤءَ رَسُوْلِ اللّٰهِ
<font color="000000"><b>Ey mənim ağalarım, Allah Rəsulunun övladları, mən sizin qulunuzam və sizin qarşınızda itaətkarlıqla dururam. Sizin uca hörmətinizlə müqayisədə heç bir dəyərə sahib olmayan, sığınacağınızı axtararaq, müqəddəs hərəmlərinizə tərəf gələrək, məqamlarınıza yaxınlaşaraq və Allahın adlarıyla yalvararaq gəlmişəm. Daxil olummu, ağalarım? Daxil olummu, ey Allahın yaxın bəndələri? Ey bu ziyarətgahda hazır olan Allahın müqərrəb mələkləri, daxil olummu? </b></font>
عَبْدُكُمْ وَ ابْنُ اَمَتِكُمُ
الذَّلِيْلُ بَيْنَ اَيْدِيْكُمْ
وَ الْمُضْعَفُ فِي عُلُوِّ قَدْرِكُمْ
وَ الْمُعْتَرِفُ بِحَقِّكُمْ
جَاۤءَكُمْ مُسْتَجِيْرًا بِكُمْ
قَاصِدًا اِلٰى حَرَمِكُمْ
مُتَقَرِّبًا اِلٰى مَقَامِكُمْ
مُتَوَسِّلًا اِلَى اللّٰهِ تَعَالٰى بِكُمْ
اَاَدْخُلُ يَا مَوَالِيّ؟
اَاَدْخُلُ يَا اَوْلِيَاۤءَ اللّٰهِ؟
اَاَدْخُلُ يَا مَلَاۤئِكَةَ اللّٰهِ
الْمُحْدِقِيْنَ بِهٰذَا الْحَرَمِ
الْمُقِيْمِيْنَ بِهٰذَا الْمَشْهَدِ؟
Qəlbinizə aramlıq hasil olduqdan sonra sağ ayağınızla ziyarətgaha daxil olub deyin:
اَللّٰهُ اَكْبَرُ كَبِيْرًا
<font color="000000"><b>Allah uca və böyükdür. Bütün həmdlər Allaha aiddir. Səhər və axşam Ona həmd olunur. Bütün həmdlər yalnız Ona iddir - mütləq olan, əzəmətli, vahid, yeganə, xeyirxah bağışlayan, mərhəmətli. mirasından bizə verən, ziyarəti mənim üçün asanlaşdıran, məni ziyarətdən məhrum olanlardan etməyən, mənə əcr və lütf verən. </b></font>
وَ الْحَمْدُ لِلّٰهِ كَثِيْرًا
وَ سُبْحَانَ اللّٰهِ بُكْرَةً وَ اَصِيْلًا
وَ الْحَمْدُ لِلّٰهِ الْفَرْدِ الصَّمَدِ
الْمُتَفَضِّلِ الْمَنَّانِ
الْمُتَطَوِّلِ الْحَنَّانِ
الَّذِيْ مَنَّ بِطَوْلِهِ
وَ سَهَّلَ زِيَارَةَ سَادَاتِيْ بِاِحْسَانِهِ
وَ لَمْ يَجْعَلْنِيْ عَنْ زِيَارَتِهِمْ مَمْنُوْعًا
بَلْ تَطَوَّلَ وَ مَنَحَ۔
Pak qəbirlərə yaxınlaş və elə dayan ki, qiblə arxa tərəfdə və qəbirlər qarşı tərəfdə qalsın. Bu vaxt de:
اَلسَّلَامُ عَلَيْكُمْ اَئِمَّةَ الْهُدٰى
<font color="000000"><b>Salam olsun sizə, hidayət imamları. Salam olsun sizə, yaxşı əməllər və təqva əhli. Salam olsun sizə, ey dünya əhli üçün (Allah) hüccətləri. Salam olsun sizə, ey məxluqat arasında ədalətlə ayağa qalxanlar. Salam olsun sizə, seçilməyə layiq olanlar. Salam olsun sizə, Rəsulallahın xanidanı. Salam olsun sizə, raz-niyaz əhli. Şəhadət verirəm ki, siz Allahın hökmlərini çatdırdınız, nəsihət etdiniz və Allah yolunda səbir etdiniz. Təkzib edildiniz və sizə pislik edildi, amma siz onları bağışladınız. Şəhadət verirəm ki, siz hidayət edən və hidayət olunmuş imamlarsınız. Heç şübhəsiz, sizə itaət etmək vacibdir və sizin sözünüz doğrudur. Heç şübhəsiz, siz (haqq yola) dəvət etdiniz, amma sözünüz qəbul edilmədi və fərman verdiniz, amma fərmanınıza itaət olunmadı. Həqiqətən siz dinin və yerin sütunlarısınız. Hər zaman siz Allahın diqqətində olmusunuz, (O,) sizi pak sülblərdən xaric etdi və pak bətnlərə daxil etdi. Cahillərin cəhaləti sizi çirkləndirmədi və həva-həvəsin fitnələri sizin vücudunuzda şərik olmadı. Sizin əsil-nəsəbiniz pak idi. Əvəz verən Allah sizin vasitənizlə bizə minnət qoydu. Allah sizi elə bir evlərdə qərar verdi ki, onun divarlarını yüksəltməyə icazə vermişdir; o evlər ki, orada Allahın adı çəkilər. Allah sizə göndərdiyimiz salamı bizim üçün bir rəhmət və günahlarımızın kəffarəsi qərar verdi. Çünki Allah sizi bizim (hidayətimiz) üçün seçdi və bizə minnət qoyduğu imamətiniz vasitəsilə bizi pakizə etdi. Biz Onun dərgahında sizin elminizlə adlandırıldıq və sizin (məqamınızı) təsdiqlədiyimizi etiraf etdik. Bu, həddini aşan, xəta edən, çarəsiz qalan və öz cinayətini iqrar edən kəsin durumudur. O bu durumdan xilas olacağına ümid bəsləyir və (Allah) sizlər - həlakətə düçar olanlara nicat verənlər vasitəsilə ona nicat verər. Həqiqətən dünya əhli sizdən üz döndərdikləri, Allahın ayələrini istehza etdikləri və onlara arxa çevirdikləri bir vaxtda mən sizə üz tutmuşam. Ey əsla yanlışlığa yol verməyən əbədi! Ey yersiz iş görməyən daimi! Ey hər şeyə əhatəsi olan! Məni müvəffəq etdiyin şeylərlə mənə minnət qoydun və məni vadar etdiyin şeyi mənə tanıtdırdın; elə bir vaxt ki, bəndələrin ondan boyun qaçırdılar, onu tanımadılar, haqqını yüngül tutdular və ondan qeyrisinə tərəf yönəldilər. Elə isə, mənə və mənim kimi xas insanlara minnət qoymusan.
Mən, adı çəkilən və səbt edilən bu mövqedə Sənin yanında olduğum vaxtda həmd-səna Sənə məxsusdur. Elə isə ümid etdiyimdən məni məhrum etmə və istəyimdən məni naümid geri qaytarma, Məhəmməd və onun pak xanidanına xatir. Allahın salamı olsun Məhəmmədə və Ali-Məhəmmədə! </b></font>
اَلسَّلَامُ عَلَيْكُمْ اَهْلَ التَّقْوٰى
اَلسَّلَامُ عَلَيْكُمْ اَيُّهَا الْحُجَجُ عَلٰۤى اَهْلِ الدُّنْيَا
اَلسَّلَامُ عَلَيْكُمْ اَيُّهَا الْقُوَّامُ فِي الْبَرِيَّةِ بِالْقِسْطِ
اَلسَّلَامُ عَلَيْكُمْ اَهْلَ الصَّفْوَةِ
اَلسَّلَامُ عَلَيْكُمْ اٰلَ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكُمْ اَهْلَ النَّجْوٰى
اَشْهَدُ اَنَّكُمْ قَدْ بَلَّغْتُمْ وَ نَصَحْتُمْ
وَ صَبَرْتُمْ فِيْ ذَاتِ اللّٰهِ
وَ كُذِّبْتُمْ وَ اُسِيْۤءَ اِلَيْكُمْ فَغَفَرْتُمْ
وَ اَشْهَدُ اَنَّكُمُ الْاَئِمَّةُ الرَّاشِدُوْنَ الْمُهْتَدُوْنَ
وَ اَنَّ طَاعَتَكُمْ مَفْرُوْضَةٌ
وَ اَنَّ قَوْلَكُمُ الصِّدْقُ
وَ اَنَّكُمْ دَعَوْتُمْ فَلَمْ تُجَابُوْا
وَ اَمَرْتُمْ فَلَمْ تُطَاعُوْا
وَ اَنَّكُمْ دَعَاۤئِمُ الدِّيْنِ وَ اَرْكَانُ الْاَرْضِ،
لَمْ تَزَالُوْا بِعَيْنِ اللّٰهِ
يَنْسَخُكُمْ مِنْ اَصْلَابِ كُلِّ مُطَهَّرٍ
وَ يَنْقُلُكُمْ مِنْ اَرْحَامِ الْمُطَهَّرَاتِ
لَمْ تُدَنِّسْكُمُ الْجَاهِلِيَّةُ الْجَهْلَاۤءُ
وَ لَمْ تَشْرَكْ فِيْكُمْ فِتَنُ الْاَهْوَاۤءِ
طِبْتُمْ وَ طَابَ مَنْبَتُكُمْ
مَنَّ بِكُمْ عَلَيْنَا دَيَّانُ الدِّيْنِ
فَجَعَلَكُمْ فِيْ بُيُوْتٍ
اَذِنَ اللّٰهُ اَنْ تُرْفَعَ
وَ يُذْكَرَ فِيْهَا اسْمُهُ
وَ جَعَلَ صَلٰوتَنَا عَلَيْكُمْ
رَحْمَةً لَنَا وَ كَفَّارَةً لِذُنُوْبِنَا
اِذِ اخْتَارَكُمُ اللّٰهُ لَنَا
وَ طَيَّبَ خَلْقَنَا بِمَا مَنَّ عَلَيْنَا مِنْ وِلَايَتِكُمْ
وَ كُنَّا عِنْدَهُ مُسَمِّيْنَ بِعِلْمِكُمْ
مُعْتَرِفِيْنَ بِتَصْدِيْقِنَا اِيَّاكُمْ
وَ هٰذَا مَقَامُ مَنْ اَسْرَفَ وَ اَخْطَاَ
وَ اسْتَكَانَ وَ اَقَرَّ بِمَا جَنٰى
وَ رَجَا بِمَقَامِهِ الْخَلَاصَ
وَ اَنْ يَسْتَنْقِذَهُ بِكُمْ مُسْتَنْقِذُ الْهَلْكٰى مِنَ الرَّدٰى
فَكُوْنُوْا لِيْ شُفَعَاۤءَ،
فَقَدْ وَفَدْتُ اِلَيْكُمْ
اِذْ رَغِبَ عَنْكُمْ اَهْلُ الدُّنْيَا
وَ اتَّخَذُوْا اٰيَاتِ اللّٰهِ هُزُوًا
وَ اسْتَكْبَرُوْا عَنْهَا
يَا مَنْ هُوَ قَاۤئِمٌ لَا يَسْهُوْ
وَ مُحِيْطٌ بِكُلِّ شَيْءٍ
لَكَ الْمَنُّ بِمَا وَفَّقْتَنِيْ
وَ عَرَّفْتَنِيْ بِمَاۤ اَقَمْتَنِيْ عَلَيْهِ
اِذْ صَدَّ عَنْهُ عِبَادُكَ
وَ جَهِلُوْا مَعْرِفَتَهُ
وَ اسْتَخَفُّوْا بِحَقِّهِ
وَ مَالُوْا اِلٰى سِوَاهُ
فَكَانَتِ الْمِنَّةُ مِنْكَ عَلَيَّ
مَعَ اَقْوَامٍ خَصَصْتَهُمْ بِمَا خَصَصْتَنِيْ بِهِ
فَلَكَ الْحَمْدُ اِذْ كُنْتُ عِنْدَكَ
فِيْ مَقَامِيْ هٰذَا مَذْكُوْرًا مَكْتُوْبًا
فَلَا تَحْرِمْنِيْ مَا رَجَوْتُ
وَ لَا تُخَيِّبْنِيْ فِيْمَا دَعَوْتُ
بِحُرْمَةِ مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِيْنَ
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ۔