İMAM ƏLİNİN (Ə) ANASI FATİMƏ ƏSƏD QIZININ ZİYARƏTİ
Əllamə Məclisi, Şeyx Mufid, Seyid İbn Tavus və Şəhid-əvvəl Bəqi məzarlığında dəfn olunmuş Əmirəl-möminin Əlinin (ə) əziz anası Xanım Fatimə Əsəd qızı üçün də bir ziyarət nəql etmişlər. Ziyarət belədir:
اَلسَّلَامُ عَلٰى نَبِيِّ اللّٰهِ
<font color="000000"><b>Salam olsun Allahın peyğəmbərinə. Salam olsun Allahın elçisinə. Salam olsun elçilərin sərvəri Məhəmmədə. Salam olsun əvvəlkilərin sərvəri Məhəmmədə. Salam olsun sonrakıların sərvəri Məhəmmədə. Salam olsun o kəsə ki, Allah onu aləmdəkilər üçün rəhmət göndərdi. Salam, Allahın rəhməti və bərəkəti olsun sənə ey Peyğəmbər. Salam olsun Haşimi qadını Fatimə Əsəd qızına. Salam olsun sənə ey doğru danışan və bəyənilən qadın. Salam olsun sənə ey təqvalı və pakizə qadın. Salam olsun sənə ey kəramətli və Allahdan razı qadın. Salam olsun sənə ey peyğəmbərlərin sonuncusu Məhəmmədi böyüdüb boya-başa çatdıran qadın. Salam olsun sənə ey canişinlərin sərvərinin anası. Salam olsun sənə ey peyğəmbərlərin sonuncusu Rəsulallaha şəfqət göstərən qadın. Salam olsun sənə ey Allahın əmin vəlisini böyüdən qadın. Salam olsun sənə, sənin pak ruhuna və cisminə. Salam, Allahın rəhməti və bərəkəti olsun sənə və övladına. Şəhadət verirəm ki, sən yaxşı böyütdün, əmanətə layiqincə baxdın, Allahın razılığını qazanmağa çalışdın və Rəsullalahı qorumaq üçün böyük səylər göstərdin; həm də elə bir halda ki, onun haqqını tanımışdın, sədaqətinə inanmışdın, peyğəmbərliyini etiraf etmişdin, nemətinə agah idin, onu böyütməyi öhdənə götürmüş və ona qarşı mehriban idin, özünü ona xidmətə həsr etmişdin, onun razılığını qazanmışdın. Şəhadət verirəm ki, sən imanlı və ən üstün dinə tapındığın halda dünyadan köçdün; bir halda ki, razı və bəyənilən, pak və pakizə, təqvalı və pak idin. Beləliklə, Allah səndən razı qaldı və səni razı etdi, Cənnəti sənin mənzilin və məkanın etdi.
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, onun ziyarətini mənə faydalı və onu sevməkdə məni sabitqədəm et. Məni onun və nəslindən olan imamların şəfaətindən məhrum etmə. Onunla birlikdə olmağı mənə ruzi et və məni onunla, pak övladları ilə birlikdə məhşur et (məhşərdə hazır et). Ey Allahım, xanımın bu ziyarətini sonuncu ziyarətim qərar vermə və nə qədər ki sağam, onun ziyarətinə gəlməyi mənə ruzi et. Dünyadan köçdükdən sonra da məni onunla birlikdə məhşur et və məni onun şəfaət etdiyi kəslərin sırasına daxil et. Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi. Ey Allahım, onun Sənin yanında olan haqqı və dərgahında olan məqamına xatir məni, atamı, anamı, bütün mömin və möminələri bağışla. Dünyada bizə nemətlər əta et, axirətdə də nemətlər əta et. Rəhmətinlə bizi odun əzabından qoru. </b></font>
اَلسَّلَامُ عَلٰى رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى مُحَمَّدٍ سَيِّدِ الْمُرْسَلِيْنَ
اَلسَّلَامُ عَلٰى مُحَمَّدٍ سَيِّدِ الْاَوَّلِيْنَ
اَلسَّلَامُ عَلٰى مُحَمَّدٍ سَيِّدِ الْاٰخِرِيْنَ
اَلسَّلَامُ عَلٰى مَنْ بَعَثَهُ اللّٰهُ رَحْمَةً لِلْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا النَّبِيُّ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلٰى فَاطِمَةَ بِنْتِ اَسَدٍ ۟اِلْهَاشِمِيَّةِ
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الصِّدِّيْقَةُ الْمَرْضِيَّةُ
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا التَّقِيَّةُ النَّقِيَّةُ
اَلسَّلَامُ عَلَيْكِ اَيَّتُهَا الْكَرِيْمَةُ الرَّضِيَّةُ
اَلسَّلَامُ عَلَيْكِ يَا كَافِلَةَ مُحَمَّدٍ خَاتَمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكِ يَا وَالِدَةَ سَيِّدِ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكِ يَا مَنْ ظَهَرَتْ شَفَقَتُهَا
عَلٰى رَسُوْلِ اللّٰهِ خَاتَمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكِ يَا مَنْ تَرْبِيَتُهَا لِوَلِيِّ اللّٰهِ الْاَمِيْنِ،
اَلسَّلَامُ عَلَيْكِ وَ عَلٰى رُوْحِكِ وَ بَدَنِكِ الطَّاهِرِ
اَلسَّلَامُ عَلَيْكِ وَ عَلٰى وَلَدِكِ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَشْهَدُ اَنَّكِ اَحْسَنْتِ الْكِفَالَةَ
وَ اَدَّيْتِ الْاَمَانَةَ
وَ اجْتَهَدْتِ فِيْ مَرْضَاةِ اللّٰهِ
وَ بَالَغْتِ فِيْ حِفْظِ رَسُوْلِ اللّٰهِ
مُعْتَرِفَةً بِنُبُوَّتِهِ
مُسْتَبْصِرَةً بِنِعْمَتِهِ
مُشْفِقَةً عَلٰى نَفْسِهِ
وَاقِفَةً عَلٰى خِدْمَتِهِ
وَ اَشْهَدُ اَنَّكِ مَضَيْتِ عَلَى الْاِيْمَانِ
وَ التَّمَسُّكِ بِاَشْرَفِ الْاَدْيَانِ
فَرَضِيَ اللّٰهُ عَنْكِ وَ اَرْضَاكِ
وَ جَعَلَ الْجَنَّةَ مَنْزِلَكِ وَ مَأْوَاكِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ انْفَعْنِيْ بِزِيَارَتِهَا
وَ ثَبِّتْنِيْ عَلٰى مَحَبَّتِهَا
وَ لَا تَحْرِمْنِيْ شَفَاعَتَهَا
وَ شَفَاعَةَ الْاَئِمَّةِ مِنْ ذُرِّيَّتِهَا،
وَ ارْزُقْنِيْ مُرَافَقَتَهَا
وَ احْشُرْنِيْ مَعَهَا وَ مَعَ اَوْلَادِهَا الطَّاهِرِيْنَ
اَللّٰهُمَّ لَا تَجْعَلْهُ اٰخِرَ الْعَهْدِ مِنْ زِيَارَتِيْ اِيَّاهَا
وَ ارْزُقْنِيْ الْعَوْدَ اِلَيْهَا اَبَدًا مَا اَبْقَيْتَنِيْ
وَ اِذَا تَوَفَّيْتَنِيْ فَاحْشُرْنِيْ فِيْ زُمْرَتِهَا
وَ اَدْخِلْنِيْ فِيْ شَفَاعَتِهَا
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
اَللّٰهُمَّ بِحَقِّهَا عِنْدَكَ وَ مَنْزِلَتِهَا لَدَيْكَ
اغْفِرْ لِيْ وَ لِوَالِدَيَّ
وَ لِجَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ
وَ اٰتِنَا فِيْ الدُّنْيَا حَسَنَةً
وَ فِيْ الْاٰخِرَةِ حَسَنَةً
وَ قِنَا بِرَحْمَتِكَ عَذَابَ النَّارِ۔
Sonra iki rəkət ziyarət namazı qıl və istədiyin duaları et.