EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
HƏZRƏT HƏMZƏNİ (Ə) ZİYARƏT ETMƏYİN QAYDASI
Əllamə Məclisi Şeyx Mufiddən, Seyid İbn Tavusdan və Şəhid-əvvəldən nəql edir ki, (Ühüddə) Həzrət Həmzənin qəbrini ziyarət edərkən deyin:
اَلسَّلَامُ عَلَيْكَ يَا عَمَّ رَسُوْلِ اللّٰهِ
<font color="000000"><b>Salam olsun sənə ey Rəsulallahın – Allahın salamı ona və xanidanına olsun - əmisi. Salam olsun sənə ey şəhidlərin ən üstünü. Salam olsun sənə ey Allahın və Onun elçisinin şiri. Şəhadət verirəm ki, sən həqiqətən izzətli və cəlalətli Allahın yolunda cihad etdin, canını fəda etdin, Rəsulallaha xeyirxahlıq etdin və münəzzəh Allahın dərgahında olanlara müştaq idin. Atam-anam sənə qurban olsun, Rəsulallaha – Allahın salamı ona və xanidanına olsun – yaxın olmaq üçün sizin yanınıza gəlmiş və bu əməllə sizin şəfaətinizə müştaqam. Sizi ziyarət etməklə (əzabdan) xilas olmaq istəyirəm, bir halda ki, özümə qarşı etdiyim cinayətə görə mənim kimilərin haqqı olan oddan sənə sığınmışam, belimi bükən günahlardan qaçmışam, Rəbbimin rəhmətinə ümid bəsləyərək sənə təvəssül etmişəm. Uzaq yoldan sizin ziyarətinizə gəlmişəm, bir halda ki, cəhənnəm odundan xilas olmağı istəyirəm, günahlarımın ağırlığı belimi bükmüşdür, Rəbbimi qəzəbləndirən işləri görmüşəm və sığınmaq üçün siz rəhmət xanidanından başqasını tapa bilmirəm. Elə isə yoxsulluq və ehtiyac günündə mənə şəfaət et. Qəm-qüssə və çətinlik içində sənin yanına gəlmişəm, sənin yanında göz yaşı axıdıb ağlayıram və sənin yanına təkcə gəlmişəm. Sən o kimsələrdənsən ki, Allah onlara birləşməyi mənə əmr etmiş, məni onlara yaxşılıq etməyə təşviq etmiş, onların fəzilətini mənə tanıtdırmış, məni onları sevməyə yönəltmiş, məni onların kənarında olmağa həvəsləndirmiş və onların yanında hacətlərimi diləməyi mənə ilham etmişdir. Sizsiniz o xanidan ki, kim sizi sevərsə, bədbəxt olmaz; kim sizin yanınıza gələrsə, naümid geri qayıtmaz; kim sizə ürək bağlayarsa, ziyana uğramaz; kim sizinlə düşmənçilik edərsə, xoşbəxt olmaz. </b></font>
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَيْرَ الشُّهَدَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَسَدَ اللّٰهِ وَ اَسَدَ رَسُوْلِهِ
اَشْهَدُ اَنَّكَ قَدْ جَاهَدْتَ فِيْ اللّٰهِ عَزَّ وَ جَلَّ
وَ جُدْتَ بِنَفْسِكَ
وَ نَصَحْتَ رَسُوْلَ اللّٰهِ
صَلَى الله عَلَيْهِ وَ اٰلِهِ
وَ كُنْتَ فِيْمَا عِنْدَ اللّٰهِ سُبْحَانَهُ رَاغِبًا
بِاَبِيْۤ اَنْتَ وَ اُمِّيْۤ
اَتَيْتُكَ مُتَقَرِّبًا اِلٰى الله عَزَّ وَجَلَّ بِزِيَارَتِكَ
مُتَقَرِّبًا اِلٰى رَسُوْلِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ بِذٰلِكَ
رَاغِبًا اِلَيْكَ فِيْ الشَّفَاعَةِ
اَبْتَغِيْ بِزِيَارَتِكَ خَلاصَ نَفْسِيْ
مُتَعَوِّذًا بِكَ مِنْ نَارٍ ۟اِسْتَحَقَّهَا مِثْلِيْ
بِمَا جَنَيْتُ عَلٰى نَفْسِيْ
هَارِبًا مِنْ ذُنُوْبِيَ
الَّتِيْ احْتَطَبْتُهَا عَلٰى ظَهْرِيْ
فَزِعًا اِلَيْكَ رَجَاۤءَ رَحْمَةِ رَبِّيْۤ
اَتَيْتُكَ مِنْ شُقَّةٍ بَعِيْدَةٍ
طَالِبًا فَكَاكَ رَقَبَتِيْ مِنَ النَّارِ
وَ قَدْ اَوْقَرَتْ ظَهْرِيْ ذُنُوْبِيْ،
وَ اَتَيْتُ مَاۤ اَسْخَطَ رَبِّيْ
وَ لَمْ اَجِدْ اَحَدًا اَفْزَعُ اِلَيْهِ
خَيْرًا لِيْ مِنْكُمْ اَهْلَ بَيْتِ الرَّحْمَةِ
فَكُنْ لِيْ شَفِيْعًا يَوْمَ فَقْرِيْ وَ حَاجَتِيْ
فَقَدْ سِرْتُ اِلَيْكَ مَحْزُوْنًا
وَ اَتَيْتُكَ مَكْرُوْبًا
وَ سَكَبْتُ عَبْرَتِيْ عِنْدَكَ بَاكِيًا
وَ صِرْتُ اِلَيْكَ مُفْرَدًا
وَ اَنْتَ مِمَّنْ اَمَرَنِيَ اللّٰهُ بِصِلَتِهِ
وَ حَثَّنِيْ عَلٰى بِرِّهِ
وَ دَلَّنِيْ عَلٰى فَضْلِهِ
وَ هَدَانِيْ لِحُبِّهِ
وَ رَغَّبَنِيْ فِي الْوِفَادَةِ اِلَيْهِ
وَ اَلْهَمَنِيْ طَلَبَ الْحَوَاۤئِجِ عِنْدَهُ
اَنْتُمْ اَهْلُ بَيْتٍ لَا يَشْقٰى مَنْ تَوَلَّاكُمْ
وَ لَا يَخِيْبُ مَنْ اَتَاكُمْ
وَ لَا يَخْسَرُ مَنْ يَهْوَاكُمْ
وَ لَا يَسْعَدُ مَنْ عَادَاكُمْ۔
Sonra üzü qibləyə dayan və iki rəkət ziyarət namazı qıl. Sonra (imkan olduğu təqdirdə) özünü qəbrə yapışdır və de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
<font color="000000"><b>Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Ey Allahım, peyğəmbərinin – Allahın salamı ona və xanidanına olsun - əmisinin qəbri kənarında dayanmaqla Sənin rəhmətinə üz tutmuşam. Ta ki, əzabından mənə pənah verəsən, elə bir gündə ki, (əzabın şiddətindən) nalələr çoxalmışdır, hamı öncədən göndərdikləri ilə məşğuldur və özünü müdafiə etməkdədir. Əgər həmin gün mənə rəhm etsən heç bir qorxum və qüssəm olmaz. Yox əgər məni cəzalandırsan, Sən bəndən üzərində qüdrət sahibi olan ağasan. Bundan sonra məni naümid etmə və hacətimi həyata keçirmədən məni (əliboş) geri qaytarma. Çünki mən Sənin peyğəmbərinin əmisinin qəbrinə yapışmış, onun vasitəsilə Sənin razlığını qazanmaq və rəhmətinə ümid bəsləmək üçün dərgahına təvəssül etmişəm. Elə isə, məndən qəbul et və nadanlığıma səbir edib, özümə qarşı etdiyim cinayətə mehribanlıq göstərib mənə nəzər et. Çünki günahım böyükdür və Sənin mənə zülm edəcəyindən əsla qorxmuram. Əksinə, mənim qorxum hesab gününün çətinliyindəndir. Elə isə bu gün Sənin peyğəmbərinin – Allahın salamı olsun ona və xanidanına - əmisinin qəbrini ziyarətə gəldiyim üçün mənə nəzər et. O ikisinin (Peyğəmbərin (s) və əmisinin) vasitəsilə məni oddan qurtar, səyimi nəticəsiz etmə, dərgahında axıtdığım göz yaşları və etdiyim ah-nalə əhəmiyyətsiz olmasın, səsimin dərgahına çatmasının qarşısını alma və hacətimi rəva etmədən məni geri qaytarma. Ey hər çətinliyə düşən və qəm-qüssəyə düçar olanın fəryadına yetən! Ey sərgərdan kədərliyə və həlakətdə qərq olana nicat verən! Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və mənə elə bir nəzər qıl ki, bundan sonra heç zaman bədbəxt olmayım. Ah-naləmə, göz yaşlarıma və tənhalığıma rəhm et. Çünki Sənin razılığına ümid bağlayıram və elə bir xeyir diləyirəm ki, Səndən qeyri kimsə onu əta etməyə qadir deyildir. Elə isə ümidimi boşa çıxarma. Ey Allahım, əgər məni cəzalandırsan, bəndəsi üzərində qüdrəti olan ağasan, onun (bəndənin) cəzası isə pis əməlinə görədir. Elə isə, bu gün məni naümid etmə, hacətimi həyata keçirmədən məni (əliboş) geri qaytarma, səfərimi və ziyarətimi bəhrəsiz etmə. Çünki (bu yolda) malımdan xərcləmiş, yol yorğunluğu çəkmiş, çöllüklərdən keçmiş, ailəmi, malımı-mülkümü və mənə əta etdiklərini qoyub gəlmiş, Sənin dərgahındakıları seçmiş, Sənin peyğımbərinin – Allahın salamı ona və xanıdanına olsun - əmisinə pənah gətrimişəm, onun vasitəsilə Sənin razılığını qazanmaqdan ötrü Sənə yaxınlaşmışam. Elə isə, nadanlığıma səbir etməklə və günahıma mərhəmət göstərməklə mənə nəzər qıl, çünki günahım böyükdür. Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi.</b></font>
اَللّٰهُمَّ اِنِّيْ تَعَرَّضْتُ لِرَحْمَتِكَ
بِلُزُوْمِيْ لِقَبْرِ عَمِّ نَبِيِّكَ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
لِيُجِيْرَنِيْ مِنْ نِقْمَتِكَ و سَخَطِكَ وَمَقْتِكَ
فِيْ يَوْمٍ تَكْثُرُ فِيْهِ الْاَصْوَاتُ
وَ تَشْغَلُ كُلُّ نَفْسٍ بِمَا قَدَّمَتْ
وَ تُجَادِلُ عَنْ نَفْسِهَا
فَاِنْ تَرْحَمْنِي الْيَوْمَ فَلَا خَوْفٌ عَلَيَّ وَ لَا حُزْنٌ
وَ اِنْ تُعَاقِبْ فَمَوْلًى لَهُ الْقُدْرَةُ عَلٰى عَبْدِهِ
وَ لَا تُخَيِّبْنِيْ بَعْدَ الْيَوْمِ
وَ لَا تَصْرِفْنِيْ بِغَيْرِ حَاجَتِيْ
فَقَدْ لَصِقْتُ بِقَبْرِ عَمِّ نَبِيِّكَ
وَ تَقَرَّبْتُ بِهِ اِلَيْكَ ابْتِغَاۤءَ مَرْضَاتِكَ
وَ رَجَاۤءَ رَحْمَتِكَ
فَتَقَبَّلْ مِنِّيْ
وَ عُدْ بِحِلْمِكَ عَلٰى جَهْلِيْ
وَ بِرَأْفَتِكَ عَلٰى جِنَايَةِ نَفْسِيْ
فَقَدْ عَظُمَ جُرْمِيْ
وَ مَاۤ اَخَافُ اَنْ تَظْلِمَنِيْ
وَ لٰكِنْ اَخَافُ سُوْۤءَ الْحِسَابِ،
فَانْظُرِ الْيَوْمَ تَقَلُّبِيْ عَلٰى قَبْرِ عَمِّ نَبِيِّكَ
فَبِهِمَا فُكَّنِيْ مِنَ النَّارِ
وَ لَا تُخَيِّبْ سَعْيِيْ
وَ لَا يَهُوْنَنَّ عَلَيْكَ ابْتِهَالِيْ
وَ لَا تَحْجُبَنَّ عَنْكَ صَوْتِيْ
وَ لَا تَقْلِبْنِيْ بِغَيْرِ حَوَاۤئِجِيْ
يَا غِيَاثَ كُلِّ مَكْرُوْبٍ وَ مَحْزُوْنٍ
وَ يَا مُفَرِّجًا عَنِ الْمَلْهُوْفِ الْحَيْرَانِ
الْغَرِيْقِ الْمُشْرِفِ عَلَى الْهَلَكَةِ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ انْظُرْ اِلَيَّ نَظْرَةً لَا اَشْقٰى بَعْدَهَا اَبَدًا
وَ ارْحَمْ تَضَرُّعِيْ وَ عَبْرَتِيْ وَ انْفِرَادِيْ،
فَقَدْ رَجَوْتُ رِضَاكَ
وَ تَحَرَّيْتُ الْخَيْرَ الَّذِيْ لَا يُعْطِيْهِ اَحَدٌ سِوَاكَ
فَلَا تَرُدَّ اَمَلِيْ
اَللّٰهُمَّ اِنْ تُعَاقِبْ فَمَوْلًى لَهُ الْقُدْرَةُ عَلٰى عَبْدِهِ
وَ جَزَاۤئِهِ بِسُوْۤءِ فِعْلِهِ
فَلَاۤ اَخِيْبَنَّ الْيَوْمَ
وَ لَا تَصْرِفْنِيْ بِغَيْرِ حَاجَتِيْ
وَ لَا تُخَيِّبَنَّ شُخُوْصِيْ وَ وِفَادَتِيْ
فَقَدْ اَنْفَدْتُ نَفَقَتِيْ
وَ اَتْعَبْتُ بَدَنِيْ
وَ قَطَعْتُ الْمَفَازَاتِ
وَ خَلَّفْتُ الْاَهْلَ وَ الْمَالَ وَ مَا خَوَّلْتَنِيْ
وَ اٰثَرْتُ مَا عِنْدَكَ عَلٰى نَفْسِيْ
وَ لُذْتُ بِقَبْرِ عَمِّ نَبِيِّكَ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ تَقَرَّبْتُ بِهِ ابْتِغَاۤءَ مَرْضَاتِكَ
فَعُدْ بِحِلْمِكَ عَلٰى جَهْلِيْ
وَ بِرَأْفَتِكَ عَلٰى ذَنْبِيْ
فَقَدْ عَظُمَ جُرْمِيْ
بِرَحْمَتِكَ يَا كَرِيْمُ يَا كَرِيْمُ۔