Əllamə Məclisi bu ziyarəti sənədi baxımından ən səhih ziyarətlərdən hesab edir. Şeyx Abbas Qummi də "Məfatihul-cinan"da onun mötəbər olduğunu vurğulamışdır.
Cabir Cu'fi nəql edir ki, İmam Məhəmməd Baqir (ə) belə buyurdu: "İmam Zeynul-abidin (ə) Əmirəl-möminin Əlinin (ə) qəbrinin ziyarətinə getdi. Qəbrin kənarında dayanıb ağladı və dedi:
اَلسَّلَامُ عَلَیْكَ یَا اَمِیْنَ اللّٰهِ فِیْ اَرْضِهٖ،
<font color="000000"><b>Salam olsun sənə ey yer üzündə Allahın əmini və bəndələrinə olan Allahın hüccəti. Salam olsun sənə ey möminlərin əmiri. Şəhadət verirəm ki, sən Allah yolunda layiqincə cihad etdin, Allahın kitabına əməl etdin, Onun peyğəmbərinin – Allahın salamı olsun ona və xanidanına – sünnəsinə tabe oldun. Ta ki, Allah səni Öz yanına çağırdı, Öz ixtiyarı ilə səni qəbzi-ruh etdi, düşmənlərini sənin hüccət və dəlilini qəbul etməyə vadar etdi: bütün məxluqatına olan aydın dəlillərinlə birgə. Ey Allahım, mənim nəfsimi Sənin təqdiratına əmin, qəza-qədərinə razı, zikrinə və duana vurğun olan, övliyalarının seçilmişini sevən, yerində və göyündə məhbub, bəlalarının nazil olmasına dözümlü olan, firavan zahiri nemətlərinə şükür edən, saysız batini nemətlərini yad edən, fərəh bəxş edən görüşünə müştaq olan, əvəz günü üçün təqvanı azuqə yığan, övliyalarının sünnəsinə tabe olan, düşmənlərinin əxlaqından çəkinən, dünyada Sənə həmd-səna ilə məşğul olan qərar ver.</b></font>
وَ حُجَّتَهٗ عَلٰی عِبَادِهٖ.
اَلسَّلَامُ عَلَیْكَ یَا اَمِیْرَ الْمُؤْمِنِیْنَ.
اَشْهَدُ اَنَّكَ جَاهَدْتَ فِی اللّٰهِ حَقَّ جِهَادِهٖ،
وَ اتَّبَعْتَ سُنَنَ نَبِیِّهٖ
صَلَّی اللّٰهُ عَلَیْهِ وَ اٰلِهٖ،
حَتّٰی دَعَاكَ اللّٰهُ اِلیٰ جِوَارِهٖ،
فَقَبَضَكَ اِلَیْهِ بِاِخْتِیَارِهٖ،
وَ اَلْزَمَ اَعْدَاۤئَكَ الْحُجَّۃَ،
مَعَ مَا لَكَ مِنَ الْحُجَجِ الْبَالِغَۃِ عَلٰی جَمِیْعِ خَلْقِهٖ.
اَللّٰهُمَّ فَاجْعَلْ نَفْسِیْ مُطْمَئِنَّۃً بِقَدَرِكَ،
مُوْلَعَۃً بِذِكْرِكَ وَ دُعَاۤئِكَ،
مُحِبَّۃً لِصَفْوَۃِ اَوْلِیَاۤئِكَ،
مَحْبُوْبَۃً فِیْ اَرْضِكَ وَ سَمَاۤئِكَ،
صَابِرَۃًعَلٰی نُزُوُلِ بَلَاۤئِكَ،
شَاكِرَۃً لِفَوَاضِلِ نَعْمَاۤئِكَ،
ذَاكِرَۃً لِسَوَابِغِ اٰلَاۤئِكَ.
مُشْتَاقَۃً اِلیٰ فَرْحَتِ لِقَاۤئِكَ،
مُتَزَوِّدَۃً التَّقْوٰی لِیَوْمِ جَزَاۤئِكَ،
مُسْتَنَّۃً بِسُنَنِ اَوْلِیَاۤئِكَ،
مُفَارِقَۃً لِاَخْلَاقِ اَعْدَاۤئِكَ،
مَشْغُوْلَۃً عَنِ الدُّنْیَا بِحَمْدِكَ وَ ثَنَاۤئِكَ۔
Sonra o həzrət mübarək yanağını qəbrin üzərinə qoydu və dedi:
اَللّٰهُمَّ اِنَّ قُلُوْبَ الْمُخْبِتِیْنَ اِلَیْكَ وَالِهَۃٌ،
<font color="000000"><b>Ey Allahım, təvazökarların qəlbləri dərgahına valehdir, ürək bağlayanların Sənə tərəf yolu açıq-aşkardır, qasidlərinin nişanələri aşkardır, ariflərinin qəlbi iztirabdadır, Sənə doğru dua edənlərin səsi ucalmaqdadır, bəndələrinin qəbul olunduğu qapı açıqdır, Səninlə raz-niyaz edən kəsin duası müstəcabdır, Sənə tərəf qayıdan kəsin tövbəsi qəbuldur, Sənin qorxundan ağlayan kəsin göz yaşlarına mərhəmət olunur, Səndən kömək istəyən kəsə həmişə kömək vardır, bəndələrinə verdiyin vədlər qətidir, Səndən üzr istəyən kəsin büdrəmələrinə güzəşt edilir, əməl sahiblərinin əməlləri dərgahında qorunmuşdur, ruzilərin məxluqata Sənin tərəfindən nazil olur və onlara firavan bəhrələr çatır, bağışlanma diləyənlərin günahı bağışlanır, məxluqatın ehtiyacları Sənin dərgahından təmin olunur, dilyənlərin mükafatı Sənin dərgahında firavandır, firavan bəhrələrinin ardı-arası kəsilmir, təam istyənlərin süfrələri hazırdır, su istəyənlərə çeşmələrin bolsuludur. Ey Allahım, duamı və həmd-sənamı qəbul et, məni övliyalarımla bir yerdə cəm et, Məhəmmədin, Əlinin, Fatimənin, Həsənin və Hüseynin haqqına xatir. Çünki dönüş yerimdə nemətimin sahibi, son arzu və ümidim Sənsən!</b></font>
وَ سُبُلَ الرَّاغِبِیْنَ اِلَیْكَ شَارِعَۃٌ،
وَ اَعْلَامَ الْقَاصِدِیْنَ اِلَیْكَ وَاضِحَۃٌ،
وَ اَفْئِدَۃَ الْعَارِفِیْنَ مِنْكَ فَازِعَۃٌ،
وَ اَصْوَاتَ الدَّاعِیْنَ اِلَیْكَ صَاعِدَۃٌ،
وَ اَبْوَابَ الْاِجَابَۃِ لَهُمْ مُفَتَّحَۃٌ،
وَ دَعْوَۃَ مَنْ نَاجَاكَ مُسْتَجَابَۃٌ،
وَ تَوْبَۃَ مَنْ اَنَابَ اِلَیْكَ مَقْبُوْلَۃٌ،
وَ عَبْرَۃَ مَنْ بَكٰی مِنْ خَوْفِكَ مَرْحُوْمَۃٌ،
وَ الْاِغَاثَۃَ لِمَنِ اسْتَغَاثَ بِكَ مَوْجُوْدَۃٌ،
وَ الْاِعَانَۃَ لِمَنِ اسْتَعَانَ بِكَ مَبْذُوْلَۃٌ،
وَ عِدَاتِكَ لِعِبَادِكَ مُنْجَزَۃٌ،
وَ زَلَلَ مَنِ اسْتَقَالَكَ مُقَالَۃٌ،
وَ اَعْمَالَ الْعَامِلِیْنَ لَدَیْكَ مَحْفُوْظَۃٌ،
وَ اَرْزَاقَكَ اِلَی الْخَلَاۤئِقِ مِنْ لَّدُنْكَ نَازِلَۃٌ،
وَ عَوَاۤئِدَ الْمَزِیْدِ اِلَیْھِمْ وَاصِلَۃٌ،
وَ ذُنُوْبَ الْمُسْتَغْفِرِیْنَ مَغْفُوْرَۃٌ،
وَ حَوَاۤئِجِ خَلْقِكَ عِنْدَكَ مَقْضِیَّۃٌ،
وَ جَوَاۤئِزَ السَّاۤئِلِیْنَ عِنْدَكَ مُوَفَّرَۃٌ،
وَ عَوَاۤئِدَ الْمَزِیْدِ مُتَوَاْتِرَۃٌ،
وَ مَوَاۤئِدَ الْمُسْتَطْعِمِیْنَ مُعَدَّۃٌ،
وَ مَنَاهِلَ الظِّمَاۤئِ مُتْرَعَۃٌ.
اَللّٰهُمَّ فَاسْتَجِبْ دُعَاۤئِیْ،
وَ اجْمَعْ بَیْنِیْ وَ بَیْنَ اَوْلِیَاۤئِیْ،
بِحَقِّ مُحَمَّدٍ وَّ عَلِیٍّ
وَ فَاطِمَۃَ وَ الْحَسَنِ وَ الْحُسَیْنِ،
اِنَّكَ وَلِیُّ نَعْمَاۤئِیْ،
وَ غَایَۃُ رَجَاۤئِیْ، فِیْ مُنْقَلَبِیْ وَ مَثْوَایَ۔
"Kamiluz-ziyarat"da aşağıdakı camlələr də mövcuddur:
اَنْتَ اِلٰهِیْ وَ سَیَّدِیْ وَ مَوْلَایَ،
<font color="000000"><b>Sənsən mənim Məbudum, Ağam və Mövlam! Bizim dostlarımızı bağışla, düşmənlərimizi bizdən uzaqlaşdır və onları bizi incitmək fikrindən daşındır. Haqq kəlməni aşkar et və onu ucalt, batil kəlməni aradan apar və onu alçalt. Çünki Sən hər şeyə qadirsən!</b></font>
اغْفِرْ لِاَوْلِیَاۤئِنَا،
وَ كُفَّ عَنَّا اَعْدَاۤئَنَا،
وَ اشْغَلْهُمْ عَنْ اَذَانَا،
وَ اَظْهِرْ كَلِمَۃَ الْحَقِّ،
وَ اجْعَلْهَا الْعُلْیَا،
وَ اَدْحِضْ كَلِمَۃَ الْبَاطِلِ،
وَ اجْعَلْهَا السُّفْلیٰ.
اِنَّكَ عَلٰی كُلِّ شَیْئٍ قَدِیْرٌ۔
Sonra İmam Baqir (ə) buyurdu: "Bizim şiələrimizdən hər kim bu ziyarəti və duanı Əmirəl-möminin Əlinin (ə), yaxud hər bir İmamın (ə) qəbri kənarında oxuyarsa, Mütəal Allah onun bu ziyarətini və duasını nurdan olan bükülü bir vərəqdə səbt edərək göyə qaldırar və onun üzərinə Həzrət Məhəmmədin (s) möhürü vurular. Beləcə qorunub saxlanar, ta ki Həzrət Qaimə (ə.f) təqdim edilər".
"Məzar-Kəbir" və "Biharul-ənvar" kitablarına istinadən bu ziyarət həm "mütləq ziyarət", həm Qədir-Xum günündə oxunan "məxsus ziyarət", həm də İmamların (ə) hamısının hərəmində oxunan "Camiə ziyarəti" hesab olunur.