EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
QƏDİR-XUM GÜNÜ İMAM ƏLİNİN (Ə) ZİYARƏTİ (1)
Seyid ibn Tavus "İqbal" kitabında qeyd edir ki, Bəzənti İmam Rzadan (ə) belə nəql edir: "Qədir-xum günü harada olsan (mümkün olduğu təqdirdə) Əmirəl-möminin Əlinin (ə) qəbri kənarında hazır ol. Çünki Mütəal Allah bu gün bir çox mömin və möminələrin günahlarını bağışlayar... And olsun Allaha, əgər insanlar bu günün fəzilətini həqiqətən tanısaydılar, mələklər hər gün on dəfə onlarla əl-ələ görüşərdi." Amma Qədir-xum günü Əmirəl-möminin Əlini (ə) yaxından ziyarət etmək imkanında olmayanlar, elə uzaqdan o həzrəti ziyarət etsinlər və bu ziyarətnaməni oxumağı qənimət bilsinlər.
Əmirəl-möminin Əlini (ə) ziyarət etmək istədikdə, onun hərəminə get. Hərəmin qapısı ağzında dayan və içəriyə daxil olmaq üçün izn istə. Yaxşı olar ki, "Ziyarətlər" bölümündə qeyd etdiyimiz bu cümləylə başlayan "izni-duxul"u oxuyasan:
اَللَّهُمَّ اِنِّىْ وَقَفْتُ عَلٰى بَابٍ
<font color="000000"><b>Ey Allahım, həqiqətən mən Sənin peyğəmbərinin – Ona və Əhli-beytinə salamın olsun – evlərinin qapılarından biri qarşısında dayanmışam...</b></font>
Sonra sağ ayaq ilə içəriyə daxil ol və müqəddəs zərihin yanına get. Arxası qibləyə və üzü zərihə tərəf dayanıb de:
اَلسَّلَامُ عَلٰى مُحَمَّدٍ رَسُوْلِ اللّٰهِ
<font color="000000"><b>Salam olsun Məhəmməd Rəsulallaha – peyğəmbərlərin sonuncusu, elçilərin sərvəri və aləmlərin rəbbinin seçdiyinə, Allahın vəhyinin, Onun qəti fərmanının, keçmişdəkilərə xitam verən və gələcəkdəkiləri açan və bütün bunları özündə ehtiva edənin (Quranın) əmanətdarına. Allahın bərəkəti, salavatı və salamı olsun ona. Salam olsun Allahın peyğəmbərlərinə, elçilərinə, müqərrəb mələklərinə və saleh bəndələrinə. Salam olsun sənə ey möminlərin əmiri, vəsilərin (canişinlərin) sərvəri, peyğəmbərlərin elminin varisi, aləmlərin rəbbinin sevimlisi, mənim və bütün möminlərin mövlası. Allahın rəhməti və bərəkəti olsun sənə. Salam olsun sənə ey mövlam, ey Əmirəl-möminin, ey Allahın yer üzündəki əmini (əmanətdarı), məxluqat arasındakı səfiri, bəndələrinə olan aydın hüccət və dəlili. Salam olsun sənə ey Allahın daimi dini və düz yolu. Salam olsun sənə ey böyük xəbər; o xəbər ki, onun barəsində ümmət arasında ixtilaf yarandı və onlar bu xüsusda sorğu-suala çəkiləcəklər. Salam olsun sənə ey Əmirəl-möminin. Onlar müşrik ikən sən Allaha iman gətirdin. Onlar haqqı təkzib edərkən sən haqqı təsdiq etdin. Onlar cihaddan boyun qaçırarkən sən cihad etdin. Sən ölümün çatanadək Allah üçün dinini xalis edib, səbir edib və Allahın mükafatına razı olub Ona ibadət etdin. Allahın lənəti olsun zalımlara. Salam olsun sənə ey müsəlmanların seyidi (sərvəri), möminlərin rəhbəri, təqvalıların imamı (öndəri), üzüağların rəhbəri. Allahın rəhməti və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən Rəsulallahın qardaşı və canişinisən, onun elminin varisi və şəriətinin əmanətdarısan, ümməti arasında onun canişinisən. Həmçinin Allaha ilk iman gətirən və Onun peyğəmbərinin gətirdiklərini təsdiq edənsən. Şəhadət verirəm ki, Rəsulallah sənin barəndə Allahın nazil etdiyini (öz ümmətinə) çatdırdı və öz işini başa çatdırdı, sənə itaəti və sənin rəhbərliyini ümmətinə vacib etdi, sənin üçün onlardan beyət aldı və səni möminlərə onların özlərindən layiq qərar verdi, necə ki, Allah onu belə qərar vermişdi. Sonra (Rəsulallah) Mütəal Allahı onlara şahid tutdu və buyurdu: "(Allahın əmrini) çatdırdınmı?" Onlar dedilər: "And olsun Allaha, çatdırdın!" Sonra buyurdu: "Ey Allahım, Sən şahid ol! Bəndələr arasında Sənin şahidliyin və hökmün yetər." Allah lənət etsin sənin vəliliyini iqrar etdikdən sonra onu inkar edənə və səninlə əhd-peyman bağladıqdan sonra onu pozana. Şəhadət verirəm ki, sən Mütəal Allahla bağladığın əhd-peymana vəfalı oldun və Mütəal Allah da sənin barəndə olan əhd-peymanına vəfalı oldu. Hər kim Allahla bağladığı əhd-peymana vəfalı olsa, tezliklə böyük mükafata layiq görüləcəkdir. Şəhadət verirəm ki, sən həqiqətən möminlərin əmirisən, belə ki, Quran sənin vəliliyin barədə söz açmış və Rəsulallah bu xüsusda ümmətdən əhd-peyman almışdır. Şəhadət verirəm ki, sən, sənin əmin və qardaşın öz canınızı Allahla ticarət edən kimsələrsiniz. Allah sizin barənizdə belə buyurmuşdur: "Cənnət möminlərin olsun deyə, Allah onların canlarını və mallarını satın almışdır. (Belə ki, onlar) Allah yolunda döyüşür, öldürür və öldürülürlər. Bu ona olan haqq vəddir ki, Tövratda, İncildə və Quranda bəyan olunmuşdur. Kimdir əhd-peymanına Allahdan daha vəfalı olan kimsə?! Elə isə, Allahla etdiyiniz ticarətə görə sizə müjdə olsun. Budur böyük qurtuluş. Tövbəkarlar, ibadətkarlar, həmd-səna edənlər, səyahət edənlər, rüku və səcdə edənlər, əmr bil-məruf və nəhy ənil-munkər edənlər, ilahi hüdudları qoruyanlar (həqiqi möminlərdir). (Belə) möminlərə müjdə ver." Ey Əmirəl-möminin, şəhadət verirəm ki, şəkk əhli sənin barəndə Əmin Rəsula iman gətirmədilər. (Şəhadət verirəm ki,) başqasını səninlə bərabər tutanlar haqq dinin düşmənləridir: o din ki, aləmlərin rəbbi onu bizim üçün bəyənib seçmiş və Qədir-xum günü sənin vəliliyinlə onu kamil etmişdi. Şəhadət verirəm ki, əziz və rəhim Allahın bu kəlamının mənası sənsən: "Həqiqətən bu, mənim düz yolumdur. Ona tabe olun. Pərakəndə (azdıran) yollara tabe olmayın ki, bu sizi haqq yoldan uzaqlaşdırar." And olsun Allaha, səndən başqasına tabe olan kəs azdı və azdırdı. Səninlə düşmənçilik edən kəs haqq yoldan azdı. Ey Allahım, əmrlərini eşitdik və onlara itaət etdik, Sənin düz yoluna tabe olduq. Ey Rəbbimiz, bizi hidayət et və qəlbimizi Öz bəndəliyinə hidayət etdikdən, nemətlərinə şükür edən qərar verdikdən sonra azdırma. (Ey Əmirəl-möminin,) şəhadət verirəm ki, sən daim həva-həvəsə müxalif, təqva ilə həmpeyman oldun. Sən qəzəbini boğmağa qadir idin, insanları əfv edib bağışladın. Allaha itaətsizlik edildikdə qəzəbləndin, itaət edildikdə isə sevindin. Sən (Allahın) səninlə bağladığı əhdə əməl etdin, qorumasını istədiyini qorudun, sənin yanında əmanət qoyduğunu qorudun, öhdənə qoyulanı (insanlara) çatdırdın və sənə verilən vədin intizarını çəkdin. Şəhadət verirəm ki, sən gücsüzlüyə görə təqiyyə etmədin, acizliyə görə haqqını tələb etməkdən vaz keçmədin, süstlüyə görə haqqını qəsb edənlərlə mübarizədən geri çəkilmədin, riyakarlığa görə Allahın razılığının əksinə olan bir razılıq nümayiş etdirmədin, Allah yolunda qarşına çıxanlara görə süst olmadın, canını qorumaqdan ötrü haqqını tələb etməkdə aciz olmadın. Belə olmağından Allaha pənah aparıram! Əksinə, zülmə məruz qaldıqda Rəbbini nəzərdə tutdun və işini Ona həvalə etdin. Sən onlara (düşmənlərinə) təzəkkür verdin (xatırlatdın), amma onlar qəbul etmədilər. Sən onlara öyüd-nəsihət verdin, amma onlar ibrət götürmədilər. Sən onları Allahdan qorxutdun, amma onlar qorxmadılar. Ey Əmirəl-möminin, şəhadət verirəm ki, Allah yolunda layiqincə cihad etdin, ta ki Allah səni yanına çağırdı və ixtiyarı ilə səni qəbzi-ruh etdi. Düşmənlərin tərəfindən qətlə yetirilməyinlə Allah onlara hüccəti tamamladı. Beləcə, sənin hüccətin onlara tamam oldu; Allahın bütün məxluqatına olan başqa aydın hüccətlərinlə yanaşı. Salam olsun sənə ey Əmirəl-möminin. İxlasla Allaha ibadət etdin, səbirlə Allah yolunda cihad etdin və Allahı nəzərdə tutub canını fəda etdin. Allahın kitabına əməl etdin və Onun peyğəmbərinin sünnəsinə tabe oldun. Namaz qıldın, zəkat verdin, bacardığın qədər əmr bil-məruf və nəhy ənil-munkər etdin. Bir halda ki, Allah dərgahında olanları istədin və Allahın vəd etdiklərinə müştaq idin. Müsibətlərə əhəmiyyət vermədin, çətinliklər müqabilində süst olmadın, mübarizədən geri çəkilmədin. Bundan qeyrisini sənə nisbət verənlər sənə böhtan və iftira demişlər. Bu iftiralar səndən üz döndərənlərə yaraşar. Çünki sən Allah yolunda layiqincə cihad etdin və Allahı nəzərdə tutub əzab-əziyyətlər müqabilində səbir etdin. Sən ilk şəxs idin ki, Allaha iman gətirdin, Onun üçün namaz qıldın və cihad etdin, şirk diyarında Onun çöhrəsini aşkar etdin. Bir halda ki, yer üzü azğınlıqla dolmuşdu və şeytana aşkar ibadət edilirdi. Sənsən bu sözləri deyən kəs: "Ətrafımda insanların çoxluğu mənim izzətimi artırmır və onların ətrafımdan dağılması da məni qorxuya salmır. Əgər insanların hamısı məni tərk edib tək qoysalar, onlara yalvarmaram." Allaha sığındın, odur ki, izzətləndin. Axirəti dünyadan üstün tutdun, odur ki, zahid oldun. Allah səni qüvvətləndirdi, hidayət etdi, xalis etdi və seçdi. Odur ki, əməlində və sözündə ziddiyyət yox idi, halətin dəyişmədi, Allaha əsla iftira demədin, dünyanın dəyərsiz malına həris olmadın və günah işlədib çirkə bulaşmadın. Səndə daim Rəbbin tərəfindən aşkar bir dəlil və tutduğun işdə bir yəqinlik var idi. Sən haqqa və düz yola tərəf yönəltdin. Həqiqətən şəhadət verirəm və sidqlə Allaha and içirəm ki, Məhəmməd və onun xanidanı – Allahın salamı olsun onlara! – məxluqatın sərvərləridir. Sən mənim və bütün möminlərin mövlasısan. Sən Allahın bəndəsi və Onu sevənsən, Rəsulallahın qardaşı, canişini və varisisən. Rəsulallah sənə buyurmuşdu: "Məni haqq olaraq peyğəmbər göndərənə and olsun ki, sənə kafir olan kəs mənə iman gətirməmişdir və səni inkar edən kəs Allahı iqrar etməmişdir. (Camaatı) səndən uzaqlaşdıran kəs azğındır. Sənə tərəf yönəlməyən kəs Allaha və mənə tərəf yönəlməmişdir. Bu, izzətli və cəlalətli Rəbbimin sözüdür: "Heç şübhəsiz, Mən tövbə edən, iman gətirib saleh əməl yerinə yetirən və sənin vəliliyini qəbul edən kəsi bağışlayaram."" Ey mövlam, sənin fəzilətin əsla gizlin olmamış və nurun sönməz, səni inkar edən kəs zalım və bədbəxtdir. Ey mövlam, həqiqətən Allah dünyada sənin məqamını ucaltdı və axirətdə dərəcəni yüksəltdi. (Allah) sənin müxaliflərinə və səninlə Allahın sənə verdiyi nemətlər arasında maneə olan kəslərə gizlin qalan şeyi sənə agah etdi. Elə isə, Allahın lənəti olsun sənin hörmətini gözləməyənlərə və haqqını əlindən alanlara. Şəhadət verirəm ki, həqiqətən onlar ziyana uğrayanlardır. Onlar o kəslərdir ki, od üzlərini yandırmış və od içində üzləri dartılmışdır. Şəhadət verirəm ki, həqiqətən sən yalnız Allahın və Onun elçisinin fərmanı ilə hərəkət etdin və geriyə çəkildin, danışdın və sükut etdin. Sən buyurdun: "And olsun canım əlində olan kəsə, Rəsulallah – Allahın salamı ona və xanidanına olsun – mənə baxırdı və bu vaxt mən onun qarşısında (onu qorumaqdan ötrü) qılınc çalırdım. O buyurdu: "Ey Əli, səninlə mən Harunla Musa timsalındayıq, bir fərqlə ki, məndən sonra peyğəmbər gəlməyəcəkdir. Sənə bildirirəm ki, ölümün və həyatın mənimlə birlikdə, mənim sünnəm üzrədir." And olsun Allaha ki, mən yalan demədim və mənə də yalan deyilmədi. Mən düz yoldan azmadım və kimsə də mənim vasitəmlə düz yoldan azmadı. Mən Rəbbimin əhd-peymanını əsla unutmadım. Həqiqətən Rəbbim tərəfindən aşkar bir dəlil mənimlə idi, belə ki, bu dəlili Allah Öz peyğəmbərinə bəyan etmiş və Peyğəmbər də mənə bəyan etmişdi. Həqiqətən mən, açıqcasına bəyan etdiyim aşkar bir yolda hərəkət etdim." And olsun Allaha ki, sən doğru dedin və haqq buyurdun. Elə isə, Allahın lənəti olsun o kəsə ki, səni sənin düşmənlərinlə bərabər tutdu. Adı uca olan Allah buyurmuşdur: "Heç bilənlərlə bilməyənlər eynidirmi?!" Elə isə, Allahın lənəti olsun o kəsə ki, səni sənin vəliliyinə tabe olmaq ona vacib buyurulan bir kimsəyə bərabər tutdu. Sən Allahı sevən, Rəsulallahın qardaşı, Allahın dinini müdafiəyə qalxan və fəziləti barədə Quranın söz açdığı kimsəsən. Allah-Təala buyurmuşdur: "Allah, mücahidləri (cihad edənlər) qaidlərdən (cihada qalxmayanlar) böyük mükafatla uca tutdu. Allah tərəfindən (mühüm) dərəcələr, bağışlanma və rəhmət (onlara qismət olar). (Əgər sapqınlıqları olubsa,) Allah bağışlayan və mərhəmətlidir." Yenə Allah-Təala buyurmuşdur: "Hacıları sirab etməyi və Məscidul-həramı abad etməyi Allaha və Qiyamət gününə iman gətirib Allah yolunda cihad edən kəsin əməli ilə eyni qərar verdinizmi?! Bu ikisi Allah dargahında eyni deyildir. Allah zalım qövmü hidayət etməz. İman gətirən, hicrət edən, Allah yolunda malları və canları ilə cihad edənlərin məqamı Allah dərgahında ucadır. Onlar nicat tapmışlardır. Rəbbi Öz tərəfindən olan rəhməti və Öz razılığını, habelə cənnət bağlarını onlara müjdə verir. Bu bağlarda onlar üçün əbədi nemətlər vardır, onlar əbədi olaraq bu bağlarda (bu nemətlər içində) qalacaqlar. Çünki böyük mükafat Allah dəgahındadır." Şəhadət verirəm ki, Allahın mədhi sənə aiddir və sən də Allaha itaətdə xalis idin. Hidayəti heç nə ilə əvəz etmədin və Rəbbinə ibadətdə kimsəni şərik qərar vermədin. Həqiqətən Mütəal Allah Öz peyğəmbərinin – Allahın salamı ona və xanidanına olsun – sənin barəndə olan istəyini qəbul etdi. Sonra ümmət üçün sənin öhdənə qoyulanı aşkar etməyi ona əmr etdi. Beləcə, sənin məqamını ucaltdı və dəlilini aşkar etdi, batilləri aradan apardı və bəhanələri kəsdi. (Rəsulallah) fasiqlərin fitnəsindən vəhşətə düşdüyü və sənə görə münafiqlərdən qorxduğu vaxt aləmlərin rəbbi ona vəhy etdi: "Ey Rəsul, Rəbbin tərəfindən sənə nazil olanı (olduğu kimi camaata) çatdır. Əgər bunu etməsən, Onun (Rəbbinin) tapşırığını yerinə yetirməmisən. Allah səni camaatdan (onların təhlükəsindən) qoruyar." Rəsulallah yolun çətinliklərinə qatlaşdı, günortanın istisində ayağa qalxdı, xütbə söylədi, agah etdi, çağırış etdi və sözünü çatdırdı. Sonra onların hamısından soruşdu: "Sözümü çatdırdımmı?" Onlar dedilər: "Bəli, And olsun Allaha." Bu vaxt Rəsulallah buyurdu: "Ey Allahım, Sən şahid ol." Sonra buyurdu: "Mən möminlər üçün (qərar qəbul etməkdə) onların özlərindən daha layiqli deyiləmmi?" Onlar dedilər: "Bəli." Bu vaxt Rəsulallah sənin əlini yuxarı qaldırdı və buyurdu: "Mən kimin mövlası və başçısıyamsa, bu Əli onun mövlası və başçısıdır. Ey Allahım, onu sevəni sev və onunla düşmən olana düşmən ol. Ona kömək edənə kömək et və ondan köməkliyini əsirgəyənə kömək etmə." Sənin barəndə Allahın Öz peyğəmbərinə nazil etdiyinə az sayda insanlardan başqa əksəriyyət iman gətirmədi və əksəriyyət üçün ziyandan qeyri heç nə artmadı. Onların xoşuna gəlməsə də, Mütəal Allah bundan öncə də sənin barəndə nazil etmişdi: "Ey iman gətirənlər, sizlərdən hər kim öz dinindən dönsə, (Allaha ziyan yetirməz). Allah tezliklə bir qövm (cəmiyyət) gətirər ki, Allah onları, onlar da Allahı sevərlər; onlar möminlərin qarşısında təvazökar, kafirlərin qarşısında isə sərt və dönməzdirlər. Onlar Allah yolunda cihad edir və heç bir danlaq edənin danlağından qorxmurlar. Bu, Allahın fəzlidir və istədiyinə (layiq gördüyünə) əta edər. Allahın fəzli genişdir və Allah alimdir (biləndir). Sizin mövlanız və başçınız yalnız Allah, Onun elçisi və iman gətirənlərdir; o iman gətirənlər ki, namaz qılır və rükuda zəkat verirlər. Allahın, Onun elçisinin və iman gətirənlərin başçılığını qəbul edənlər (qalibdirlər, çünki) Allah dəstəsi qalibdir. Ey Rəbbimiz, Sənin nazil etdiyinə iman gətirdik və Sənin elçinə tabe olduq, bizi şahidlərin dəstəsində yaz. Ey Rəbbimiz, bizi hidayət etdikdən sonra qəlbimizi (haqq yoldan) azdırma. Öz tərəfindən bizə rəhmət bəxş et, çünki Sən bəxş edənsən". Ey Allahım, biz bilirik ki, bu, Sənin tərəfindən olan haqq sözdür. Odur ki, buna qarşı çıxana və təkəbbürlük edənə, onu təkzib edənə və kafir olana lənət et. Zülm edənlər tezliklə onların qayıdış yerinin hara olduğunu biləcəklər. Salam olsun sənə ey möminlərin əmiri, vəsilərin (canişinlərin) sərvəri, ibadət edənlərin öncülü, zahidlərin zahidi. Allahın rəhməti, bərəkəti, salavatı və salamı olsun sənə. Ehtiyacın olduğu bir halda öz yeməyini Allahın razılığına xatir miskinə, yetimə və əsirə verdin. Onlardan heç bir əvəz və təşəkkür də istəmədin. Mütəal Allah sənin barəndə nazil etdi: "Özlərinin ehtiyacı olmasına baxmayaraq, onları özlərindən öndə tutarlar. Nəfslərinin hərisliyindən uzaqlaşdırılmış kəslər nicat tapmışlar". Sən qəzəbini boğdun və camaatı əfv etdin. Allah yaxşı əməl sahiblərini sevir. Sən çətinliklərdə və döyüşlərdə səbir etdin. Sən camaat arasında bərabərliyə riayət etdin və ədalətlə rəftar etdin. Sən məxluqat arasında Allahın hüdudlarını (hökmlərini) bilən idin. Mütəal Allah sənə əta etdiyi fəziləti öz kəlamında belə bəyan edir: "Heç iman gətirənlə fasiq eynidirmi?! Əsla eyni deyil! İman gətirən və yaxşı işlər görənlər üçün əbədi cənnət bağları vardır. Bu, onların əməlləri müqabilində (Allahın) mükafatıdır." Quran elmi, təfsir hökmü və Peyğəmbərin aydın bəyanı sənə aiddir. Sənə aiddir (İslam uğrunda) aşkar döyüşlər, məşhur məqamlar və dillərdə gəzən günlər; Bədr və Əhzab günü. O zaman ki, gözlər qorxudan bərəlmiş və canlar boğaza çatmışdı. Allah barədə müxtəlif pis gümanlar edirdiniz. O yerdə möminlər sınağa çəkildilər və möhkəm silkələndilər. O zaman ki, münafiqlər və qəlbi xəstə olanlar dedilər: "Allah və Onun elçisi bizə ancaq yalan vədlər vermişlər." O zaman ki, onlardan bir dəstəsi belə dedi: "Ey Yəsrib (Mədinə) əhli, bura sizin qalacağınız yer deyil, öz evlərinizə qayıdın." Onlardan bir dəstəsi geri qayıtmaq üçün Peyğəmbərdən icazə istəyib dedilər: "Bizim evlərimiz mühafizəsizdir." Halbuki, onların evləri mühafizəsiz deyildi. Onlar sadəcə döyüşdən qaçmaq istəyirdilər. Mütəal Allah buyurdu: "Möminlər "əhzab"ı gördükdə dedilər: "Bu, Allahın və Onun elçisinin bizə vəd etdiyidir. Allah və Onun elçisi düz demişlər." Bu, yalnız onların imanını və təslimini artırdı." Sən onlardan Əmr ibn Əbd Vuddu öldürdün və onların dəstəsini dağıtdın. Allah kafirləri vəhşət içində və heç bir nəticə əldə etmədən geri qaytardı. Allah (bu meydanda) möminləri döyüşdən ehtiyacsız etdi (və onlara qələbə nəsib etdi). Allah qüvvətli və yenilməzdir. Ühüd günü dağın başına dırmaşdıqları və (qorxudan arxada qalanlardan) heç kimə baxmadıqları vaxt Peyğəmbər onları arxadan çağırırdı. Sən isə müşriklərin döyüşçülərini Peyğəmbərin sağından və solundan uzaqlaşdırırdın, ta ki Mütəal Allah onları qorxu içində sizdən uzaqlaşdırdı və məğlub olanlara sənin vasitənlə kömək etdi. Hüneyn döyüşü günündə (də Allah sizə kömək etdi və) Quranın buyurduğuna əsasən: "Xatırla o zamanı ki, sayınızın çoxluğu sizi qürrələndirmişdi. Amma bu (sayınızın çoxluğu) sizin çətinliyinizi həll etmədi və yer üzü bu qədər genişliyi ilə sizə dar oldu. Siz dönüb qaçdınız. Sonra Allah Öz Peyğəmbərinə və möminlərə aramlıq endirdi. Həmin möminlər sən (ey Əli) və sənin ətrafındakılar idi. Sənin əmin Abbas qaçanları çağırır (və deyirdi): "Ey Bəqərə surəsinin səhabələri, ey ağac altında (Peyğəmbərlə) beyət edənlər!" Nəhayət, sənin başçılıq etdiyin və sən (ey Əli), onların yerinə kömək etməyi öhdənə götürdüyün dəstə ona cavab verdilər. Qaçanlar mükafatdan ümidlərini üzdükləri halda geri qayıtdılar, halbuki, Allahın tövbəni qəbul edəcəyi vədinə ümidvar idilər. Çünki bu, yadı uca Allahın sözüdür: "Sonra Allah – bundan sonra – istədiyi (layiq gördüyü) kəsin tövbəsini qəbul edər." Sən səbir dərəcəsinə nail oldun və böyük mükafat əldə etdin. Xeybər gününü də xatırla ki, Allah münafiqlərin zəifliyini üzə çıxardı və kafirlərin kökünü kəsdi. Həmd-səna aləmlərin rəbbi Allaha məxsusdur! Halbuki, onlar bundan qabaq Allahla əhd bağlamışdılar ki, düşmənə arxa çevirməyəcəklər. (Bilin ki,) Allahla bağlanılan əhd barədə sorğu-sual olunacaqdır. Ey mövlam, sən (Allahın) aydın hüccəti, aşkar yol, firavan nemət və aydın dəlilsən. Allahın sənə əta etdiyi fəzilət mübarək olsun, sənin nadan düşmənin isə həlak olsun. Peyğəmbərlə - Allahın salamı ona və xanidanına olsun – birlikdə bütün döyüşlərdə və qəzvələrdə iştirak etdin, onun qabağında (İslam) bayrağını daşıdın və qılınc çalıb döyüşdün. Sonra məşhur tədbirinə və işlərə olan agahlığına görə (Peyğəmbər) səni müxtəlif yerlərdə əmir etdi, belə ki, kimsə sənin əmirin deyildi. Nə qədər işlər oldu ki, təqvan səni onlar barədəki qərarını icra etməkdən çəkindirdi, halbuki, başqaları bu kimi işlərdə həvayi-nəfsə (nəfsin istəyinə) giriftar oldular. Nadanlar elə düşündülər ki, sən Peyğəmbərin nail olduğuna nail olmağa acizsən. And olsun Allaha, belə düşünən düz yoldan azdı və o, hidayət olunmayıbdır. Həqiqətən, şəkk-şübhə və tərəddüd edənləri bu işlər xüsusunda çətinliyə salan məsələyə öz kəlamınla aydınlıq gətirdin – Allahın salamı olsun sənə! - (və buyurdun): "Bəzən həll yolu axtaran tədbirli bir insan hiylə yolunu bilir, amma ilahi təqva ona mane olur. Odur ki, aşkarcasına bundan əl çəkir. Amma o kəsə ki din mane olmur, fürsəti qənimət hesab edir." Sən düz buyurdun və səhv danışanlar ziyana uğradılar. O zaman ki, əhd-peymanı pozanlar (Təlhə və Zübeyr) hiylə işlədib dedilər: "Biz ümrə yerinə yetirmək qəsdindəyik." Sən o ikisinə buyurdun: "And olsun canınıza ki, sizin məqsədiniz ümrə deyil, siz xəyanət etmək qəsdindəsiniz." Sonra sən o iki nəfərdən beyət aldın və əhd-peymanı yenilədin, lakin onlar nifaq törətmək üçün çalışdılar. Sən onları işlərindən (tutduqları işin aqibətindən) xəbərdar etdikdə onlar özlərini bilməməzliyə vurub (sənin yanından) qayıtdılar. Belə ki, (sənin sözlərindən) bəhrələnmədilər və işlərinin sonu ziyana uğramaq oldu. Sonra şamlılar o ikisinin yolunu davam etdirdilər və sən onlara hüccəti tamamladıqdan (dəlil-sübutla haqqı bəyan etdikdən) sonra onlara tərəf hərəkət etdin. Belə ki, onlar haqq dinə iman gətirməmiş və Quranı dərk etməmişdilər. Onlar avam, iradəsiz və azğın insanlar idilər. Onlar sənin barəndə Məhəmmədə (s) nazil olana kafir idilər və sənin müxaliflərinə yardım edirdilər. Halbuki, Mütəal Allah sənə tabe olmağı əmr etmiş və möminləri sənə kömək etməyə çağırmışdı. İzzətli və cəlalətli Allah buyurmuşdu: "Ey iman gətirənlər, Allahdan (Onun əmrinə qarşı çıxmaqdan) çəkinin və doğru danışanlarla birgə olun." Ey mövlam, haqq səninlə zahir oldu, bir halda ki, insanlar onu tərk etmişdilər. Unudulan və aradan gedən islami sünnələri sən üzə çıxardın. Quranın təsdiqi yolunda hamıdan qabaq cihada qalxmaq sənə aiddir. Quranın yozumunun öz əksini tapdığına görə də cihadın fəziləti sənə aiddir. Sənin düşmənin Allahın düşməni və Rəsulallahı inkar edəndir. O (sənin düşmənin), batilə dəvət edir, zülm ilə hakimiyyət edir və qəsbkarlığı əmr edir, bir halda ki, öz dəstəsini oda səsləyir. Əmmar Yasir (Allah yolunda) cihad etdi və iki dəstə arasında uca səslə dedi: "Hərəkət edin, hərəkət edin Cənnətə tərəf!" Su istədikdə və (su əvəzinə) ona süd verildikdə, ucadan: "Əlla͂hu əkbər"- dedi. Sonra dedi: "Rəsulallah – Allahın salamı ona və xanidanına olsun – mənə buyurmuşdu: "Sənin bu dünyada içəcəyin son şey bir piyalə süd olacaqdır. Səni zalım dəstə öldürəcəkdir." Sonra Əbu Adiyə Fəzari onun qabağını kəsdi və onu qətlə yetirdi. Allahın lənəti, Onun bütün mələklərinin və elçilərinin lənəti qiyamətədək Əbu Adiyəyə, həmçinin müşriklərdən və münafiqlərdən sənin üstünə qılınc çəkənlərə və ey Əmirəl-möminin, sənin qılınc çəkdiyin kəslərə olsun. Həmçinin (Allahın lənəti olsun) sənin narahatlığına sevinənlərə və buna görə narahat olmayanlara, buna göz yuman və etiraz etməyənlərə, yaxud sənə qarşı çıxanlara əl və dil ilə kömək edənlərə, yaxud səndən köməklərini əsirgəyənlərə, yaxud sənin arxanda cihad etməkdən əl çəkənlərə, yaxud sənin fəzilətini nəzərə almayan və haqqını inkar edənlərə, yaxud səni o kəslə bərabər tutanlara ki, Allah səni həmin kəsdən üstün etmişdir. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə. Allahın salamı olsun sənə və sənin nəslindən olan pak imamlara. Həqiqətən Allah həmd olunan və şəni ucadır. Sənin haqqının danılmasından daha təəccüblü, ağrılı və rəhimsiz iş xanımların xanımı "Siddiqə" (doğru danışan) və "Tahirə" (pak və pakizə) qadın Xanım Zəhradan Fədəyin qəsb edilməsi və (Fədəyin Xanım Zəhraya mənsub olması barədə) sənin, Peyğəmbərin və sənin – Allahın salamı olsun sizlərə! – seçilmiş nəslindən iki kişinin şahidliyinin qəbul edilməməsi idi. Halbuki, Mütəal Allah sizi ümmətə üstün etmiş və məqamınızı ucaltmışdır, sizin fəzilətinizi aşkar etmiş və sizi aləmdəkilərdən üstün etmişdir, Allah çirkinliyi (günahı) sizdən uzaq etmiş və sizi pakdan pak etmişdir. İzzətli və cəlalətli Allah buyurmuşdur: "Həqiqətən insan həris və dözümsüz yaradılmışdır. Ona şər üz verdikdə dözümsüzlük edər. Ona xeyir üz verdikdə başqalarına mane olar (paxıllıq edər). Əlbəttə, namaz qılanlardan başqa." Mütəal Allah seçilmiş Peyğəmbərini və səni, ey canişinlərin sərvəri bütün məxluqat arasından seçib ayırmışdır. Elə isə, sənin haqqına zülm edən kəs nə qədər azğındır. Sonra "zəvil-qurba"nı hiyləgərcəsinə sənə borc verdilər, halbuki, zülm ilə onu sənin əhlindən almışdılar. Elə ki sən hakimiyyətə gəldin, baxmayaraq ki, o iki nəfərin işindən razı deyildin, amma Allaha xatir camaatın o iki nəfərin etdiyi kimi etmələrinə qarşı çıxmadın. Sənin o iki nəfərlə olan çətinliyin peyğəmbərlərin – Allahın salamı olsun onlara! – tənha və köməksiz qaldıqları vəziyyətə oxşadı. Peyğəmbərin yatağında yatmağın isə əz-Zəbih (qurban kəsilən) İsmailə – Allahın salamı olsun ona – oxşadı. O zaman ki, İsmail kimi tabe oldun və onun kimi səbirli, xeyirxah oldun. O zaman ki, atası ona (İsmailə) dedi: "Oğlum, mən yuxuda gördüm ki, səni kəsirəm. Sənin fikrin nədir?" O dedi: "Ata, sənə əmr olunanı yerinə yetir. Allahın istəyi ilə məni səbirlilərdən görəcəksən." Peyğəmbər – Allahın salamı ona və xanidanına olsun – gecə vaxtı səni öz mənzilində yerləşdirdiyi və canınla onu qoruyasan deyə onun yatağında yatmağı sənə əmr etdiyi zaman sən də belə (İsmail kimi) etdin. Duruxmadan onun (Peyğəmbərin) əmrini qəbul etdin və ölümə hazır oldun. Mütəal Allah sənin itaətkarlığını mükafatlandırdı və yaxşı əməlini Öz kəlamında – Yadı ucadır! – belə açıqladı: "İnsanlardan bəziləri canını Allahın razılığı müqabilində satırlar." Sənin növbəti çətinliyin Siffeyn döyüşü idi. O zaman ki, Quranlar hiylə və məkr ilə (nizələrin ucunda) yuxarı qaldırıldı və buna görə də (qoşun arasında) tərəddüd yarandı. Haqdan üz döndərildi və gümana tabe olundu. Sənin bu çətinliyin Musa Harunu öz qövmünə əmir təyin etdiyi vaxt Harunun çətinliyinə oxşadı. (Musanın qövmü) Harunun ətrafından dağılışdılar. Harun onları səsləyib deyirdi: "Ey qövmüm, siz onun (Samirinin buzovu) vasitəsilə sınağa çəkilmisiniz. Sizin rəbbiniz rəhman Allahdır. Mənə tabe olun və əmrimə itaət edin." Onlar dedilər: "Musa bizim yanımıza qayıdanadək biz onun (buzovun) ətrafında qalacağıq (və ona pərəstiş edəcəyik)." Sən də Quranlar (nizələrin ucunda) yuxarı qaldırıldıqda dedin: "Ey qövmüm, siz onunla (Quranla) sınağa çəkilmisiniz, amma aldandınız." Onlar itaətsizlik etdilər və sənə qarşı çıxdılar. İki həkəm təyin edilməsini tələb etdilər və sən onların tələbini qəbul etmədin. Onların işindən Allaha pənah apardın və işi onların özünə həvalə etdin. Elə ki haqq üzə çıxdı və batil tanındı, haqdan sapdıqlarını etiraf etdilər, bundan sonra da sənə qarşı çıxdılar və sənin çəkindiyin, onların isə seçdikləri səfehlik olan həkəmiyyəti qəbul etməyi sənə məcbur etdilər. Sən onları bu işdən çəkindirdin, bir halda ki, onlar işlətdikləri günahı icazəli hesab etdilər. Sən bəsirət və hidayət yolunda, onlar isə azğınlıq və korluq yolunda idilər. Onlar azğınlıqdan dönmədilər və azğınlıq içində sərgərdan qaldılar. Ta ki Allah onların işinin nəticəsini onlara dadızdırdı və sənin qılıncınla düşmənlərini aradan götürdü. Nəticədə bədbəxt və məğlub oldular. Həmçinin Allah sənin hüccət və dəlilinlə səadətliləri diriltdi və onlar hidayət oldular. Səhər və axşam, gecə-gündüz gəlib gedənədək Allahın salamları olsun sənə. Mədh edənlər səni layiqincə mədh edə bilməz və bədxahlar fəzilətini gizlədə bilməz. Sən ibadətdə ən yaxşısı, zöhddə ən xalisi və dinin ən yaxşı müdafiəçisisən. Fədakarlığınla ilahi hüdudları dirçəltdin və mariqlərin qoşununu qılıncınla məğlub etdin. Müharibə alovunu yatırdın, şəkk-şübhə pərdələrini bəyanınla kənara çəkdin və haqqın üzündən batil pərdəsini kənarlaşdırdın. Danlaq vuranların danlağı səni Allah yolundan kənarlaşdırmadı. Mütəal Allahın mədhi mədh edənlərin və tərif yağdıranların mədhindən səni ehtiyacsız edər. Mütəal Allah buyurmuşdur: "Möminlər arasında elə kişilər vardır ki, Allahla bağladıqları əhd-peymana sədaqətli qalarlar. Bəziləri əhd-peymanı başa çatdırdılar (və Allah yolunda şəhidlik şərbətini içdilər), bəziləri isə intizardadırlar və əhd-peymanlarında heç bir dəyişiklik etməyiblər." Nakislərin (əhd-peymanı pozanlar), qasitlərin (təcavüzkarlar) və mariqlərin (dindən çıxanlar) sənin əlinlə həlakətə yetdiyini gördükdə əhd-peymanına vəfa etdin və buyurdun: "Görəsən bunun (saqqalımın) bunula (başımın qanı ilə) boyanmasının vaxtı çatmayıbdırmı? Nə vaxt onların ən bədbəxti (məni öldürmək) məmuriyyəti alacaqdır?" Halbuki, o əmin idi ki, sənin Allah tərəfindən aşkar dəlilin vardır, işinə agahsan, Allaha xatir hamıdan qabaq addım atmısan və Allahla etdiyin alış-verişə razısan. Bu, böyük qurtuluşdur! Ey Allahım, peyğəmbərlərinin və onların canişinlərinin qatillərinə bütün nifrinlərinlə lənət et və onları cəhənnəm odunda yandır. Sənin vəlinin haqqını qəsb edənlərə, onunla bağladıqları əhd-peymanı inkar edənlərə, dini kamil etdiyin gün onun vəliliyini iqrar etdikdən sonra bunu inkar edənlərə lənət et. Ey Allahım, Əmirəl-mömininin qatillərinə və ona zülm edənlərə, onların (bu qatillərin və zalımların) ardıcıllarına və köməkçilərinə lənət et. Ey Allahım, Hüseynə zülm edənlərə və onun qatillərinə, onun düşməninin ardıcıllarına və köməkçilərinə, onun (Hüseynin) qətlinə razı olanlara, ona öz köməyini əsirgəyənlərə çox-çox lənət et. Ey Allahım, Ali-Məhəmmədin haqqına ilk zülm edənlərə və onları öz haqlarından məhrum edənlərə lənət et. Ey Allahım, Ali-Məhəmmədin haqqına ilk zülm edən və onların haqqını ilk qəsb edənlərə, qiyamətədək bu yanlış ənənənin davamçılarına lənət et. Ey Allahım, peyğəmbərlərin sonuncusu Məhəmmədə, canişinlərin sərvəri Əliyə və onun pak xanidanına salam göndər. Bizi onların davamçılarından qərar ver. Onların vəliliyini qəbul etməyimizlə bizi nicat tapanlardan və qorxu, kədər bilməyən amanda olanlardan qərar ver.</b></font>
خَاتَمِ النَّبِيِّيْنَ
وَ سَيِّدِ الْمُرْسَلِيْنَ
وَ صَفْوَةِ رَبِّ الْعَالَمِيْنَ
اَمِيْنِ اللّٰهِ عَلٰى وَحْيِهِ
وَ عَزَاۤئِمِ اَمْرِهِ
وَ الْخَاتِمِ لِمَا سَبَقَ
وَ الْفَاتِحِ لِمَا اسْتُقْبِلَ
وَ الْمُهَيْمِنِ عَلٰى ذٰلِكَ كُلِّهِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
وَ صَلَوَاتُهُ وَ تَحِيَّاتُهُ
اَلسَّلَامُ عَلٰى اَنْبِيَاۤءِ اللّٰهِ وَ رُسُلِهِ
وَ مَلَاۤئِكَتِهِ الْمُقَرَّبِيْنَ
وَ عِبَادِهِ الصَّالِحِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
وَ سَيِّدَ الْوَصِيِّيْنَ
وَ وَارِثَ عِلْمِ النَّبِيِّيْنَ
وَ وَلِيَّ رَبِّ الْعَالَمِيْنَ
وَ مَوْلَايَ وَ مَوْلَى الْمُؤْمِنِيْنَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
يَاۤ اَمِيْنَ اللّٰهِ فِي اَرْضِهِ
وَ سَفِيْرَهُ فِيْ خَلْقِهِ
وَ حُجَّتَهُ الْبَالِغَةَ عَلٰى عِبَادِهِ۔
اَلسَّلَامُ عَلَيْكَ يَا دِيْنَ اللّٰهِ الْقَوِيْمَ
وَ صِرَاطَهُ الْمُسْتَقِيْمَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا النَّبَاُ الْعَظِيْمُ
الَّذِيْ هُمْ فِيْهِ مُخْتَلِفُوْنَ
وَ عَنْهُ يُسْاَلُوْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
اٰمَنْتَ بِاللّٰهِ وَ هُمْ مُشْرِكُوْنَ
وَ صَدَّقْتَ بِالْحَقِّ وَ هُمْ مُكَذِّبُوْنَ
وَ جَاهَدْتَ [فِيْ اللّٰهِ‏] وَ هُمْ مُحْجِمُوْنَ [مُجْمِحُوْنَ‏]
وَ عَبَدْتَ اللّٰهَ مُخْلِصًا لَهُ الدِّيْنَ
صَابِرًا مُحْتَسِبًا حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
اَلَا لَعْنَةُ اللّٰهِ عَلَى الظَّالِمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَيِّدَ الْمُسْلِمِيْنَ
وَ يَعْسُوْبَ الْمُؤْمِنِيْنَ
وَ اِمَامَ الْمُتَّقِيْنَ
وَ قَاۤئِدَ الْغُرِّ الْمُحَجَّلِيْنَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَشْهَدُ اَنَّكَ اَخُوْ رَسُوْلِ اللّٰهِ
وَ وَصِيُّهُ وَ وَارِثُ عِلْمِهِ
وَ اَمِيْنُهُ عَلٰى شَرْعِهِ
وَ خَلِيفَتُهُ فِيْ اُمَّتِهِ،
وَ اَوَّلُ مَنْ اٰمَنَ بِاللّٰهِ
وَ صَدَّقَ بِمَا اُنْزِلَ عَلٰى نَبِيِّهِ
وَ اَشْهَدُ اَنَّهُ قَدْ بَلَّغَ عَنِ اللّٰهِ مَا اَنْزَلَهُ فِيْكَ
فَصَدَعَ بِاَمْرِهِ
وَ اَوْجَبَ عَلٰى اُمَّتِهِ فَرْضَ طَاعَتِكَ وَ وِلَايَتِكَ
وَ عَقَدَ عَلَيْهِمُ الْبَيْعَةَ لَكَ
وَ جَعَلَكَ اَوْلٰى بِالْمُؤْمِنِيْنَ مِنْ اَنْفُسِهِمْ
كَمَا جَعَلَهُ اللّٰهُ كَذٰلِكَ
ثُمَّ اَشْهَدَ اللّٰهَ تَعَالٰى عَلَيْهِمْ
فَقَالَ: "اَلَسْتُ قَدْ بَلَّغْتُ؟"
فَقَالُوْا: "اَللّٰهُمَّ بَلٰى"
فَقَالَ: اَللّٰهُمَّ اشْهَدْ،
وَ كَفٰى بِكَ شَهِيْدًا وَ حَاكِمًا بَيْنَ الْعِبَادِ"
فَلَعَنَ اللّٰهُ جَاحِدَ وِلَايَتِكَ بَعْدَ الْاِقْرَارِ
وَ نَاكِثَ عَهْدِكَ بَعْدَ الْمِيْثَاقِ
وَ اَشْهَدُ اَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللّٰهِ تَعَالٰى
وَ اَنَّ اللّٰهَ تَعَالٰى مُوْفٍ لَكَ بِعَهْدِهِ
وَ مَنْ اَوْفٰى بِمَا عَاهَدَ عَلَيْهُ اللّٰهَ فَسَيُؤْتِيْهِ اَجْرًا عَظِيْمًا
وَ اَشْهَدُ اَنَّكَ اَمِيْرُ الْمُؤْمِنِيْنَ الْحَقُّ
الَّذِيْ نَطَقَ بِوِلَايَتِكَ التَّنْزِيْلُ
وَ اَخَذَ لَكَ الْعَهْدَ عَلَى الْاُمَّةِ بِذٰلِكَ الرَّسُوْلُ
وَ اَشْهَدُ اَنَّكَ وَ عَمَّكَ وَ اَخَاكَ
الَّذِيْنَ تَاجَرْتُمُ اللّٰهَ بِنُفُوْسِكُمْ،
فَاَنْزَلَ اللّٰهُ فِيْكُمْ:
{اِنَّ اللّٰهَ اشْتَرٰى مِنَ الْمُؤْمِنِيْنَ اَنْفُسَهُمْ وَ اَمْوَالَهُمْ
بِاَنَّ لَهُمُ الْجَنَّةَ
يُقَاتِلُوْنَ فِيْ سَبِيْلِ اللّٰهِ فَيَقْتُلُوْنَ وَ يُقْتَلُوْنَ
وَعْدًا عَلَيْهِ حَقًّا فِيْ التَّوْرٰيةِ وَ الْاِنْجِيْلِ وَ الْقُرْاٰنِ
وَ مَنْ اَوْفٰى بِعَهْدِهِ مِنَ اللّٰهِ؟
فَاسْتَبْشِرُوْا بِبَيْعِكُمُ الَّذِيْ بَايَعْتُمْ بِهِ
وَ ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيْمُ
التَّاۤئِبُوْنَ الْعَابِدُوْنَ
الْحَامِدُوْنَ السَّاۤئِحُوْنَ
الرَّاكِعُوْنَ السَّاجِدُوْنَ
الْاٰمِرُوْنَ بِالْمَعْرُوْفِ وَ النَّاهُوْنَ عَنِ الْمُنْكَرِ
وَ الْحَافِظُوْنَ لِحُدُوْدِ اللّٰهِ وَ بَشِّرِ الْمُؤْمِنِيْنَ}
اَشْهَدُ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
اَنَّ الشَّآكَّ فِيْكَ مَاۤ اٰمَنَ بِالرَّسُوْلِ الْاَمِيْنِ
وَ اَنَّ الْعَادِلَ بِكَ غَيْرَكَ عَانِدٌ [عَادِلٌ‏] عَنِ الدِّيْنِ الْقَوِيْمِ
الَّذِي ارْتَضَاهُ لَنَا رَبُّ الْعَالَمِيْنَ
وَ اَكْمَلَهُ بِوِلَايَتِكَ يَوْمَ الْغَدِيْرِ
وَ اَشْهَدُ اَنَّكَ الْمَعْنِيُّ بِقَوْلِ الْعَزِيْزِ الرَّحِيْمِ:
وَ اَنَّ هٰذَا صِرَاطِيْ مُسْتَقِيْمًا فَاتَّبِعُوْهُ وَ لَا تَتَّبِعُوْا السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَنْ سَبِيْلِهِ
ضَلَّ وَ اللّٰهِ وَ اَضَلَّ مَنِ اتَّبَعَ سِوَاكَ
وَ عَنَدَ عَنِ الْحَقِّ مَنْ عَادَاكَ۔
اَللّٰهُمَّ سَمِعْنَا لِاَمْرِكَ
وَ اَطَعْنَا وَ اتَّبَعْنَا صِرَاطَكَ الْمُسْتَقِيْمَ
فَاهْدِنَا رَبَّنَا
وَ لَا تُزِغْ قُلُوْبَنَا بَعْدَ اِذْ هَدَيْتَنَا اِلٰى طَاعَتِكَ
وَ اجْعَلْنَا مِنَ الشَّاكِرِيْنَ لِاَنْعُمِكَ
وَ اَشْهَدُ اَنَّكَ لَمْ تَزَلْ لِلْهَوٰى مُخَالِفًا
وَ لِلتُّقٰى مُحَالِفًا
وَ عَلٰى كَظْمِ الْغَيْظِ قَادِرًا
وَ عَنِ النَّاسِ عَافِيًا غَافِرًا
وَ اِذَا عُصِيَ اللّٰهُ سَاخِطًا
وَ اِذَا اُطِيْعَ اللّٰهُ رَاضِيًا
وَ بِمَا عَهِدَ اِلَيْكَ عَامِلًا
رَاعِيًا لِمَا اسْتُحْفِظْتَ
حَافِظًا لِمَا اسْتُوْدِعْتَ
مُبَلِّغًا مَا حُمِّلْتَ
مُنْتَظِرًا مَا وُعِدْتَ
وَ اَشْهَدُ اَنَّكَ مَا اتَّقَيْتَ ضَارِعًا
وَ لَا اَمْسَكْتَ عَنْ حَقِّكَ جَازِعًا
وَ لَا اَحْجَمْتَ عَنْ مُجَاهَدَةِ غَاصِبِيْكَ [عَاصِيْكَ‏] نَاكِلًا
وَ لَا اَظْهَرْتَ الرِّضٰى بِخِلَافِ مَا يُرْضِيْ اللّٰهَ مُدَاهِنًا
وَ لَا وَهَنْتَ لِمَا اَصَابَكَ فِيْ سَبِيْلِ اللّٰهِ،
وَ لَا ضَعُفْتَ وَ لَا اسْتَكَنْتَ عَنْ طَلَبِ حَقِّكَ مُرَاقِبًا
مَعَاذَ اللّٰهِ اَنْ تَكُوْنَ كَذٰلِكَ
بَلْ اِذْ ظُلِمْتَ احْتَسَبْتَ رَبَّكَ
وَ فَوَّضْتَ اِلَيْهِ اَمْرَكَ
وَ ذَكَّرْتَهُمْ فَمَا ادَّكَرُوْا
وَ وَعَظْتَهُمْ فَمَا اتَّعَظُوْا
وَ خَوَّفْتَهُمُ اللّٰهَ فَمَا تَخَوَّفُوْا
وَ اَشْهَدُ اَنَّكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
جَاهَدْتَ فِيْ اللّٰهِ حَقَّ جِهَادِهِ
حَتّٰى دَعَاكَ اللّٰهُ اِلٰى جِوَارِهِ
وَ قَبَضَكَ اِلَيْهِ بِاخْتِيَارِهِ
وَ اَلْزَمَ اَعْدَاۤءَكَ الْحُجَّةَ بِقَتْلِهِمْ اِيَّاكَ
لِتَكُوْنَ الْحُجَّةُ لَكَ عَلَيْهِمْ
مَعَ مَا لَكَ مِنَ الْحُجَجِ الْبَالِغَةِ عَلٰى جَمِيْعِ خَلْقِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
عَبَدْتَ اللّٰهَ مُخْلِصًا
وَ جَاهَدْتَ فِيْ اللّٰهِ صَابِرًا
وَ جُدْتَ بِنَفْسِكَ مُحْتَسِبًا
وَ عَمِلْتَ بِكِتَابِهِ
وَ اتَّبَعْتَ سُنَّةَ نَبِيِّهِ
وَ اَقَمْتَ الصَّلَاةَ
وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ مَا اسْتَطَعْتَ
مُبْتَغِيًا مَا عِنْدَ اللّٰهِ
رَاغِبًا فِيْمَا وَعَدَ اللّٰهُ
لَا تَحْفِلُ بِالنَّوَاۤئِبِ
وَ لَا تَهِنُ عِنْدَ الشَّدَاۤئِدِ،
وَ لَا تُحْجِمُ عَنْ مُحَارِبٍ
اَفِكَ مَنْ نَسَبَ غَيْرَ ذٰلِكَ اِلَيْكَ
وَ افْتَرٰى بَاطِلًا عَلَيْكَ
وَ اَوْلٰى لِمَنْ عَنَدَ عَنْكَ
لَقَدْ جَاهَدْتَ فِي اللّٰهِ حَقَّ الْجِهَادِ
وَ صَبَرْتَ عَلَى الْاَذٰى صَبْرَ احْتِسَابٍ
وَ اَنْتَ اَوَّلُ مَنْ اٰمَنَ بِاللّٰهِ
وَ صَلَّى لَهُ وَ جَاهَدَ
وَ اَبْدٰى صَفْحَتَهُ فِيْ دَارِ الشِّرْكِ
وَ الْاَرْضُ مَشْحُوْنَةٌ ضَلَالَةً
وَ الشَّيْطَانُ يُعْبَدُ جَهْرَةً
وَ اَنْتَ الْقَاۤئِلُ: "لَا تَزِيْدُنِيْ كَثْرَةُ النَّاسِ حَوْلِيْ عِزَّةً
وَ لَا تَفَرُّقُهُمْ عَنِّيْ وَحْشَةً
وَ لَوْ اَسْلَمَنِيْ النَّاسُ جَمِيْعًا لَمْ اَكُنْ مُتَضَرِّعًا"
اِعْتَصَمْتَ بِاللّٰهِ فَعَزَزْتَ
وَ اٰثَرْتَ الْاٰخِرَةَ عَلَى الْاُوْلٰى فَزَهِدْتَ
وَ اَيَّدَكَ اللّٰهُ وَ هَدَاكَ
وَ اَخْلَصَكَ وَ اجْتَبَاكَ
فَمَا تَنَاقَضَتْ اَفْعَالُكَ
وَ لَا اخْتَلَفَتْ اَقْوَالُكَ
وَ لَا تَقَلَّبَتْ اَحْوَالُكَ
وَ لَا ادَّعَيْتَ وَ لَا افْتَرَيْتَ عَلَى اللّٰهِ كَذِبًا
وَ لَا شَرِهْتَ اِلَى الْحُطَامِ
وَ لَا دَنَّسَكَ الْاٰثَامُ
وَ لَمْ تَزَلْ عَلٰى بَيِّنَةٍ مِنْ رَبِّكَ
وَ يَقِيْنٍ مِنْ اَمْرِكَ
تَهْدِيْ اِلَى الْحَقِّ وَ اِلٰى صِرَاطٍ مُسْتَقِيْمٍ
اَشْهَدُ شَهَادَةَ حَقٍّ،
وَ اُقْسِمُ بِاللّٰهِ قَسَمَ صِدْقٍ
اَنَّ مُحَمَّدًا وَ اٰلَهُ صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ سَادَاتُ الْخَلْقِ
وَ اَنَّكَ مَوْلَايَ وَ مَوْلَى الْمُؤْمِنِيْنَ
وَ اَنَّكَ عَبْدُ اللّٰهِ وَ وَلِيُّهُ
وَ اَخُوْ الرَّسُوْلِ وَ وَصِيُّهُ وَ وَارِثُهُ
وَ اَنَّهُ الْقَاۤئِلُ لَكَ:
وَ الَّذِيْ بَعَثَنِيْ بِالْحَقِّ مَاۤ اٰمَنَ بِيْ مَنْ كَفَرَ بِكَ وَ لَاۤ اَقَرَّ بِاللّٰهِ مَنْ جَحَدَكَ وَ قَدْ ضَلَّ مَنْ صَدَّ عَنْكَ وَ لَمْ يَهْتَدِ اِلَى اللّٰهِ وَ لَاۤ اِلَيَّ مَنْ لَا يَهْتَدِيْ بِكَ وَ هُوَ قَوْلُ رَبِّيْ عَزَّ وَ جَلَّ: وَ اِنِّيْ لَغَفَّارٌ لِمَنْ تَابَ وَ اٰمَنَ وَ عَمِلَ صَالِحًا ثُمَّ اهْتَدٰى اِلٰى وِلَايَتِكَ
مَوْلَايَ فَضْلُكَ لَا يَخْفٰى
وَ نُوْرُكَ لَا يُطْفَاُ [لَا يُطْفٰى‏]
وَ اَنَّ مَنْ جَحَدَكَ الظَّلُوْمُ الْاَشْقٰى
مَوْلَايَ اَنْتَ الْحُجَّةُ عَلٰى الْعِبَادِ
وَ الْهَادِيْ اِلَى الرَّشَادِ
وَ الْعُدَّةُ لِلْمَعَادِ
مَوْلَايَ لَقَدْ رَفَعَ اللّٰهُ فِي الْاُوْلٰى مَنْزِلَتَكَ
وَ اَعْلٰى فِي الْاٰخِرَةِ دَرَجَتَكَ
وَ بَصَّرَكَ مَا عَمِيَ عَلٰى مَنْ خَالَفَكَ
وَ حَالَ بَيْنَكَ وَ بَيْنَ مَوَاهِبِ اللّٰهِ لَكَ،
فَلَعَنَ اللّٰهُ مُسْتَحِلِّي الْحُرْمَةِ مِنْكَ
وَ ذَاۤئِدِي الْحَقِّ عَنْكَ
وَ اَشْهَدُ اَنَّهُمُ الْاَخْسَرُوْنَ
الَّذِيْنَ تَلْفَحُ وُجُوْهَهُمُ النَّارُ
وَ هُمْ فِيْهَا كَالِحُوْنَ
وَ اَشْهَدُ اَنَّكَ مَا اَقْدَمْتَ وَ لَا اَحْجَمْتَ
وَ لَا نَطَقْتَ وَ لَا اَمْسَكْتَ
اِلَّا بِاَمْرٍ مِنَ اللّٰهِ وَ رَسُوْلِهِ
قُلْتَ: "وَ الَّذِيْ نَفْسِيْ بِيَدِهِ،
لَقَدْ نَظَرَ اِلَيَّ رَسُوْلُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
اَضْرِبُ بِالسَّيْفِ قُدْمًا فَقَالَ:
'يَا عَلِيُّ اَنْتَ مِنِّيْ بِمَنْزِلَةِ هَارُوْنَ مِنْ مُوْسٰى
اِلَّاۤ اَنَّهُ لَا نَبِيَّ بَعْدِيْ
وَ اُعْلِمُكَ اَنَّ مَوْتَكَ وَ حَيَاتَكَ مَعِيْ وَ عَلٰى سُنَّتِيْ'
فَوَ اللّٰهِ مَا كَذِبْتُ وَ لَا كُذِبْتُ
وَ لَا ضَلَلْتُ وَ لَا ضُلَّ بِيْ
وَ لَا نَسِيْتُ مَا عَهِدَ اِلَيَّ رَبِّيْ
وَ اِنِّيْ لَعَلٰى بَيِّنَةٍ مِنْ رَبِّيْ بَيَّنَهَا لِنَبِيِّهِ
وَ بَيَّنَهَا النَّبِيُّ لِيْ
وَ اِنِّيْ لَعَلَى الطَّرِيْقِ الْوَاضِحِ اَلْفِظُهُ لَفْظًا"
صَدَقْتَ وَ اللّٰهِ وَ قُلْتَ الْحَقَّ
فَلَعَنَ اللّٰهُ مَنْ سَاوَاكَ بِمَنْ نَاوَاكَ
وَ اللّٰهُ جَلَّ اسْمُهُ يَقُوْلُ: "هَلْ يَسْتَوِيْ الَّذِيْنَ يَعْلَمُوْنَ وَ الَّذِيْنَ لَا يَعْلَمُوْنَ؟"
فَلَعَنَ اللّٰهُ مَنْ عَدَلَ بِكَ مَنْ فَرَضَ اللّٰهُ عَلَيْهِ وِلَايَتَكَ
وَ اَنْتَ وَلِيُّ اللّٰهِ
وَ اَخُوْ رَسُوْلِهِ
وَ الذَّآبُّ عَنْ دِيْنِهِ
وَ الَّذِيْ نَطَقَ الْقُرْاٰنُ بِتَفْضِيْلِهِ
قَالَ اللّٰهُ تَعَالٰى:
وَ فَضَّلَ اللّٰهُ الْمُجَاهِدِيْنَ عَلَى الْقَاعِدِيْنَ اَجْرًا عَظِيْمًا دَرَجَاتٍ مِنْهُ وَ مَغْفِرَةً وَ رَحْمَةً وَ كَانَ اللّٰهُ غَفُوْرًا رَحِيْمًا
وَ قَالَ اللّٰهُ تَعَالٰى:
اَجَعَلْتُمْ سِقَايَةَ الْحَآجِّ وَ عِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ اٰمَنَ بِاللّٰهِ وَ الْيَوْمِ الْاٰخِرِ وَ جَاهَدَ فِيْ سَبِيْلِ اللّٰهِ؟ لَا يَسْتَوُوْنَ عِنْدَ اللّٰهِ وَ اللّٰهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِيْنَ الَّذِيْنَ اٰمَنُوْا وَ هَاجَرُوْا وَ جَاهَدُوْا فِيْ سَبِيْلِ اللّٰهِ بِاَمْوَالِهِمْ وَ اَنْفُسِهِمْ اَعْظَمُ دَرَجَةً عِنْدَ اللّٰهِ وَ اُوْلٰۤئِكَ هُمُ الْفَاۤئِزُوْنَ يُبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِنْهُ وَ رِضْوَانٍ وَ جَنَّاتٍ فِيْهَا نَعِيْمٌ مُقِيمٌ خَالِدِيْنَ فِيْهَا اَبَدًا اِنَّ اللّٰهَ عِنْدَهُ اَجْرٌ عَظِيْمٌ
اَشْهَدُ اَنَّكَ الْمَخْصُوْصُ بِمِدْحَةِ اللّٰهِ
الْمُخْلِصُ لِطَاعَةِ اللّٰهِ
لَمْ تَبْغِ بِالْهُدٰى بَدَلًا
وَ لَمْ تُشْرِكْ بِعِبَادَةِ رَبِّكَ اَحَدًا
وَ اَنَّ اللّٰهَ تَعَالَى اسْتَجَابَ لِنَبِيِّهِ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ فِيْكَ دَعْوَتَهُ
ثُمَّ اَمَرَهُ بِاِظْهَارِ مَا اَوْلَاكَ لِاُمَّتِهِ
اِعْلَاۤءً لِشَأْنِكَ
وَ اِعْلَانًا لِبُرْهَانِكَ
وَ دَحْضًا لِلْاَبَاطِيْلِ
وَ قَطْعًا لِلْمَعَاذِيْرِ
فَلَمَّا اَشْفَقَ مِنْ فِتْنَةِ الْفَاسِقِيْنَ
وَ اتَّقٰى فِيْكَ الْمُنَافِقِيْنَ
اَوْحٰى اِلَيْهِ رَبُّ الْعَالَمِينَ:
يَاۤ اَيُّهَا الرَّسُوْلُ بَلِّغْ مَا اُنْزِلَ اِلَيْكَ مِنْ رَبِّكَ وَ اِنْ لَمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَ اللّٰهُ يَعْصِمُكَ مِنَ النَّاسِ
فَوَضَعَ عَلٰى نَفْسِهِ اَوْزَارَ الْمَسِيْرِ
وَ نَهَضَ فِي رَمْضَاۤءِ الْهَجِيْرِ
فَخَطَبَ وَ اَسْمَعَ
وَ نَادٰى فَاَبْلَغَ
ثُمَّ سَاَلَهُمْ اَجْمَعَ
فَقَالَ: "هَلْ بَلَّغْتُ؟"
فَقَالُوْا: "اَللّٰهُمَّ بَلٰى"
فَقَالَ: "اَللّٰهُمَّ اشْهَدْ"
ثُمَّ قَالَ: "اَلَسْتُ اَوْلٰى بِالْمُؤْمِنِيْنَ مِنْ اَنْفُسِهِمْ؟"
فَقَالُوْا: "بَلٰى"
فَاَخَذَ بِيَدِكَ وَ قَالَ:
مَنْ كُنْتُ مَوْلَاهُ فَهٰذَا عَلِيٌّ مَوْلَاهُ اَللّٰهُمَّ وَالِ مَنْ وَالَاهُ وَ عَادِ مَنْ عَادَاهُ وَ انْصُرْ مَنْ نَصَرَهُ وَ اخْذُلْ مَنْ خَذَلَهُ
فَمَاۤ اٰمَنَ بِمَا اَنْزَلَ اللّٰهُ فِيكَ عَلٰى نَبِيِّهِ اِلَّا قَلِيْلٌ
وَ لَا زَادَ اَكْثَرَهُمْ غَيْرَ تَخْسِيْرٍ
وَ لَقَدْ اَنْزَلَ اللّٰهُ تَعَالٰى فِيْكَ مِنْ قَبْلُ وَ هُمْ كَارِهُوْنَ:
يَاۤ اَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا مَنْ يَرْتَدَّ مِنْكُمْ عَنْ دِيْنِهِ فَسَوْفَ يَأْتِيْ اللّٰهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَ يُحِبُّوْنَهُ اَذِلَّةٍ عَلَى الْمُؤْمِنِيْنَ اَعِزَّةٍ عَلَى الْكَافِرِيْنَ يُجَاهِدُوْنَ فِي سَبِيْلِ اللّٰهِ وَ لَا يَخَافُوْنَ لَوْمَةَ لَاۤئِمٍ ذٰلِكَ فَضْلُ اللّٰهِ يُؤْتِيْهِ مَنْ يَشَاۤءُ وَ اللّٰهُ وَاسِعٌ عَلِيْمٌ اِنَّمَا وَلِيُّكُمُ اللّٰهُ وَ رَسُوْلُهُ وَ الَّذِيْنَ اٰمَنُوْا الَّذِيْنَ يُقِيْمُوْنَ الصَّلَاةَ وَ يُؤْتُوْنَ الزَّكَاةَ وَ هُمْ رَاكِعُوْنَ وَ مَنْ يَتَوَلَّ اللّٰهَ وَ رَسُوْلَهُ وَ الَّذِيْنَ اٰمَنُوْا فَاِنَّ حِزْبَ اللّٰهِ هُمُ الْغَالِبُوْنَ
رَبَّنَاۤ اٰمَنَّا بِمَاۤ اَنْزَلْتَ وَ اتَّبَعْنَا الرَّسُوْلَ
فَاكْتُبْنَا مَعَ الشَّاهِدِيْنَ
رَبَّنَا لَا تُزِغْ قُلُوْبَنَا بَعْدَ اِذْ هَدَيْتَنَا
وَ هَبْ لَنَا مِنْ لَدُنْكَ رَحْمَةً
اِنَّكَ اَنْتَ الْوَهَّابُ
اَللّٰهُمَّ اِنَّا نَعْلَمُ اَنَّ هٰذَا هُوَ الْحَقُّ مِنْ عِنْدِكَ
فَالْعَنْ مَنْ عَارَضَهُ وَ اسْتَكْبَرَ
وَ كَذَّبَ بِهِ وَ كَفَرَ
وَ سَيَعْلَمُ الَّذِيْنَ ظَلَمُوْا اَيَّ مُنْقَلَبٍ يَنْقَلِبُوْنَ۔
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
وَ سَيِّدَ الْوَصِيِّيْنَ
وَ اَوَّلَ الْعَابِدِيْنَ
وَ اَزْهَدَ الزَّاهِدِيْنَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
وَ صَلَوَاتُهُ وَ تَحِيَّاتُهُ
اَنْتَ مُطْعِمُ الطَّعَامَ عَلٰى حُبِّهِ مِسْكِيْنًا وَ يَتِيْمًا وَ اَسِيْرًا
لِوَجْهِ اللّٰهِ لَا تُرِيْدُ مِنْهُمْ جَزَاۤءً وَ لَا شُكُوْرًا
وَ فِيْكَ اَنْزَلَ اللّٰهُ تَعَالٰى:
وَ يُؤْثِرُوْنَ عَلٰى اَنْفُسِهِمْ وَ لَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَ مَنْ يُوْقَ شُحَّ نَفْسِهِ فَاُوْلٰۤئِكَ هُمُ الْمُفْلِحُوْنَ
وَ اَنْتَ الْكَاظِمُ لِلْغَيْظِ
وَ الْعَافِيْ عَنِ النَّاسِ
وَ اللّٰهُ يُحِبُّ الْمُحْسِنِيْنَ
وَ اَنْتَ الصَّابِرُ فِي الْبَأْسَاۤءِ وَ الضَّرَّاۤءِ وَ حِيْنَ الْبَأْسِ
وَ اَنْتَ الْقَاسِمُ بِالسَّوِيَّةِ
وَ الْعَادِلُ فِي الرَّعِيَّةِ
وَ الْعَالِمُ بِحُدُوْدِ اللّٰهِ مِنْ جَمِيْعِ الْبَرِيَّةِ
وَ اللّٰهُ تَعَالٰى اَخْبَرَ عَمَّا اَوْلَاكَ مِنْ فَضْلِهِ بِقَوْلِهِ:
اَفَمَنْ كَانَ مُؤْمِنًا كَمَنْ كَانَ فَاسِقًا؟ لَا يَسْتَوُوْنَ اَمَّا الَّذِيْنَ اٰمَنُوْا وَ عَمِلُوْا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوٰى نُزُلًا بِمَا كَانُوْا يَعْمَلُوْنَ
وَ اَنْتَ الْمَخْصُوْصُ بِعِلْمِ التَّنْزِيْلِ
وَ حُكْمِ التَّأْوِيْلِ
وَ نَصِّ الرَّسُوْلِ
وَ لَكَ الْمَوَاقِفُ الْمَشْهُوْدَةُ
وَ الْمَقَامَاتُ الْمَشْهُوْرَةُ
وَ الْاَيَّامُ الْمَذْكُوْرَةُ
يَوْمَ بَدْرٍ وَ يَوْمَ الْاَحْزَابِ:
اِذْ زَاغَتِ الْاَبْصَارُ وَ بَلَغَتِ الْقُلُوْبُ الْحَنَاجِرَ وَ تَظُنُّوْنَ بِاللّٰهِ الظُّنُوْنَا هُنَالِكَ ابْتُلِيَ الْمُؤْمِنُوْنَ وَ زُلْزِلُوْا زِلْزَالًا شَدِيْدًا وَ اِذْ يَقُوْلُ الْمُنَافِقُوْنَ وَ الَّذِيْنَ فِيْ قُلُوْبِهِمْ مَرَضٌ: مَا وَعَدَنَا اللّٰهُ وَ رَسُوْلُهُ اِلَّا غُرُوْرًا۔ وَ اِذْ قَالَتْ طَاۤئِفَةٌ مِنْهُمْ: يَاۤ اَهْلَ يَثْرِبَ لَا مُقَامَ لَكُمْ فَارْجِعُوْا وَ يَسْتَأْذِنُ فَرِيْقٌ مِنْهُمُ النَّبِيَّ يَقُوْلُوْنَ اِنَّ بُيُوْتَنَا عَوْرَةٌ وَ مَا هِيَ بِعَوْرَةٍ اِنْ يُرِيْدُوْنَ اِلَّا فِرَارًا
وَ قَالَ اللّٰهُ تَعَالٰى:
وَ لَمَّا رَاَى الْمُؤْمِنُوْنَ الْاَحْزَابَ قَالُوْا: هٰذَا مَا وَعَدَنَا اللّٰهُ وَ رَسُوْلُهُ وَ صَدَقَ اللّٰهُ وَ رَسُوْلُهُ وَ مَا زَادَهُمْ اِلَّا اِيْمَانًا وَ تَسْلِيْمًا
فَقَتَلْتَ عَمْرَهُمْ
وَ هَزَمْتَ جَمْعَهُمْ
وَ رَدَّ اللّٰهُ الَّذِيْنَ كَفَرُوْا بِغَيْظِهِمْ لَمْ يَنَالُوْا خَيْرًا وَ كَفَى اللّٰهُ الْمُؤْمِنِيْنَ الْقِتَالَ وَ كَانَ اللّٰهُ قَوِيًّا عَزِيْزًا
وَ يَوْمَ اُحُدٍ اِذْ يُصْعِدُوْنَ وَ لَا يَلْوُوْنَ عَلٰى اَحَدٍ
وَ الرَّسُوْلُ يَدْعُوْهُمْ فِيْ اُخْرَاهُمْ"
وَ اَنْتَ تَذُوْدُ بُهَمَ الْمُشْرِكِيْنَ عَنِ النَّبِيِّ
ذَاتَ الْيَمِيْنِ وَ ذَاتَ الشِّمَالِ
حَتّٰى رَدَّهُمُ اللّٰهُ تَعَالٰى عَنْكُمَا خَاۤئِفِيْنَ
وَ نَصَرَ بِكَ الْخَاذِلِيْنَ
وَ يَوْمَ حُنَيْنٍ عَلٰى مَا نَطَقَ بِهِ التَّنْزِيلُ:
اِذْ اَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَيْئًا وَ ضَاقَتْ عَلَيْكُمُ الْاَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُمْ مُدْبِرِيْنَ ثُمَّ اَنْزَلَ اللّٰهُ سَكِيْنَتَهُ عَلٰى رَسُوْلِهِ وَ عَلَى الْمُؤْمِنِيْنَ
وَ الْمُؤْمِنُوْنَ اَنْتَ وَ مَنْ يَلِيْكَ
وَ عَمُّكَ الْعَبَّاسُ يُنَادِي الْمُنْهَزِمِيْنَ:
يَاۤ اَصْحَابَ سُوْرَةِ الْبَقَرَةِ
يَاۤ اَهْلَ بَيْعَةِ الشَّجَرَةِ
حَتَّى اسْتَجَابَ لَهُ قَوْمٌ قَدْ كَفَيْتَهُمُ الْمَئُوْنَةَ
وَ تَكَفَّلْتَ دُوْنَهُمُ الْمَعُوْنَةَ
فَعَادُوْا اٰيِسِيْنَ مِنَ الْمَثُوْبَةِ
رَاجِيْنَ وَعْدَ اللّٰهِ تَعَالٰى بِالتَّوْبَةِ
وَ ذٰلِكَ قَوْلُ اللّٰهِ جَلَّ ذِكْرُهُ:
ثُمَّ يَتُوْبُ اللّٰهُ مِنْ بَعْدِ ذٰلِكَ عَلٰى مَنْ يَشَاۤءُ
وَ اَنْتَ حَاۤئِزٌ دَرَجَةَ الصَّبْرِ
فَاۤئِزٌ بِعَظِيْمِ الْاَجْرِ
وَ يَوْمَ خَيْبَرَ اِذْ اَظْهَرَ اللّٰهُ خَوَرَ الْمُنَافِقِيْنَ
وَ قَطَعَ دَابِرَ الْكَافِرِيْنَ
وَ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ:
وَ لَقَدْ كَانُوْا عَاهَدُوْا اللّٰهَ مِنْ قَبْلُ لَا يُوَلُّوْنَ الْاَدْبَارَ وَ كَانَ عَهْدُ اللّٰهِ مَسْئُوْلًا
مَوْلَايَ اَنْتَ الْحُجَّةُ الْبَالِغَةُ
وَ الْمَحَجَّةُ الْوَاضِحَةُ
وَ النِّعْمَةُ السَّابِغَةُ
وَ الْبُرْهَانُ الْمُنِيْرُ
فَهَنِيۤئًا لَكَ بِمَاۤ اٰتَاكَ اللّٰهُ مِنْ فَضْلٍ
وَ تَبًّا لِشَانِئِكَ ذِي الْجَهْلِ
شَهِدْتَ مَعَ النَّبِيِّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
جَمِيْعَ حُرُوْبِهِ وَ مَغَازِيْهِ
تَحْمِلُ الرَّايَةَ اَمَامَهُ
وَ تَضْرِبُ بِالسَّيْفِ قُدَّامَهُ
ثُمَّ لِحَزْمِكَ الْمَشْهُوْرِ
وَ بَصِيْرَتِكَ فِي الْاُمُوْرِ
اَمَّرَكَ فِي الْمَوَاطِنِ
وَ لَمْ يَكُنْ عَلَيْكَ اَمِيْرٌ
وَ كَمْ مِنْ اَمْرٍ صَدَّكَ عَنْ اِمْضَاۤءِ عَزْمِكَ فِيْهِ التُّقٰى
وَ اتَّبَعَ غَيْرُكَ فِيْ مِثْلِهِ الْهَوٰى
فَظَنَّ الْجَاهِلُوْنَ اَنَّكَ عَجَزْتَ عَمَّاۤ اِلَيْهِ انْتَهٰى
ضَلَّ وَ اللّٰهِ الظَّآنُّ لِذٰلِكَ وَ مَا اهْتَدٰى
وَ لَقَدْ اَوْضَحْتَ مَاۤ اَشْكَلَ مِنْ ذٰلِكَ لِمَنْ تَوَهَّمَ وَ امْتَرٰى
بِقَوْلِكَ صَلَّى اللّٰهُ عَلَيْكَ:
قَدْ يَرَى الْحُوَّلُ الْقُلَّبُ وَجْهَ الْحِيْلَةِ وَ دُوْنَهَا حَاجِزٌ مِنْ تَقْوَى اللّٰهِ فَيَدَعُهَا رَأْيَ الْعَيْنِ وَ يَنْتَهِزُ فُرْصَتَهَا مَنْ لَا حَرِيْجَةَ [جَرِيْحَةَ] لَهُ فِي الدِّيْنِ،
صَدَقْتَ وَ خَسِرَ الْمُبْطِلُوْنَ
وَ اِذْ مَاكَرَكَ النَّاكِثَانِ
فَقَالَا: نُرِيْدُ الْعُمْرَةَ
فَقُلْتَ لَهُمَا: "لَعَمْرُكُمَا مَا تُرِيْدَانِ الْعُمْرَةَ
لَكِنْ تُرِيْدَانِ الْغَدْرَةَ"
فَاَخَذْتَ الْبَيْعَةَ عَلَيْهِمَا
وَ جَدَّدْتَ الْمِيْثَاقَ
فَجَدَّا فِيْ النِّفَاقِ
فَلَمَّا نَبَّهْتَهُمَا عَلٰى فِعْلِهِمَا اَغْفَلَا وَ عَادَا وَ مَا انْتَفَعَا
وَ كَانَ عَاقِبَةُ اَمْرِهِمَا خُسْرًا
ثُمَّ تَلَاهُمَا اَهْلُ الشَّامِ
فَسِرْتَ اِلَيْهِمْ بَعْدَ الْاِعْذَارِ
وَ هُمْ لَا يَدِيْنُوْنَ دِيْنَ الْحَقِّ
وَ لَا يَتَدَبَّرُوْنَ الْقُرْاٰنَ
هَمَجٌ رَعَاعٌ ضَآلُّوْنَ
وَ بِالَّذِيْ اُنْزِلَ عَلٰى مُحَمَّدٍ فِيْكَ كَافِرُوْنَ
وَ لِاَهْلِ الْخِلَافِ عَلَيْكَ نَاصِرُوْنَ
وَ قَدْ اَمَرَ اللّٰهُ تَعَالٰى بِاتِّبَاعِكَ
وَ نَدَبَ الْمُؤْمِنِيْنَ اِلٰى نَصْرِكَ
وَ قَالَ عَزَّ وَ جَلَّ:
يَاۤ اَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا اتَّقُوْا اللّٰهَ وَ كُوْنُوْا مَعَ الصَّادِقِيْنَ
مَوْلَايَ بِكَ ظَهَرَ الْحَقُّ
وَ قَدْ نَبَذَهُ الْخَلْقُ
وَ اَوْضَحْتَ السُّنَنَ بَعْدَ الدُّرُوْسِ وَ الطَّمْسِ
فَلَكَ سَابِقَةُ الْجِهَادِ عَلٰى تَصْدِيْقِ التَّنْزِيْلِ
وَ لَكَ فَضِيْلَةُ الْجِهَادِ عَلٰى تَحْقِيْقِ التَّأْوِيْلِ
وَ عَدُوُّكَ عَدُوُّ اللّٰهِ جَاحِدٌ لِرَسُوْلِ اللّٰهِ
يَدْعُوْ بَاطِلًا وَ يَحْكُمُ جَاۤئِرًا
وَ يَتَاَمَّرُ غَاصِبًا وَ يَدْعُوْ حِزْبَهُ اِلَى النَّارِ
وَ عَمَّارٌ يُجَاهِدُ وَ يُنَادِيْ بَيْنَ الصَّفَّيْنِ:
الرَّوَاحَ الرَّوَاحَ اِلَى الْجَنَّةِ
وَ لَمَّا اسْتَسْقٰى فَسُقِيَ اللَّبَنُ كَبَّرَ وَ قَالَ:
قَالَ لِيْ رَسُوْلُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ: 'اٰخِرُ شَرَابِكَ مِنَ الدُّنْيَا ضَيَاحٌ مِنْ لَبَنٍ، وَ تَقْتُلُكَ الْفِئَةُ الْبَاغِيَةُ'
فَاعْتَرَضَهُ اَبُوْ الْعَادِيَةِ الْفَزَارِيُّ فَقَتَلَهُ
فَعَلٰى اَبِي الْعَادِيَةِ لَعْنَةُ اللّٰهِ
وَ لَعْنَةُ مَلَاۤئِكَتِهِ وَ رُسُلِهِ اَجْمَعِيْنَ
وَ عَلٰى مَنْ سَلَّ سَيْفَهُ عَلَيْكَ
وَ سَلَلْتَ سَيْفَكَ عَلَيْهِ
يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
مِنَ الْمُشْرِكِيْنَ وَ الْمُنَافِقِيْنَ اِلٰى يَوْمِ الدِّيْنِ
وَ عَلٰى مَنْ رَضِيَ بِمَا سَاۤءَكَ
وَ لَمْ يَكْرَهْهُ وَ اَغْمَضَ عَيْنَهُ وَ لَمْ يُنْكِرْ
اَوْ اَعَانَ عَلَيْكَ بِيَدٍ اَوْ لِسَانٍ
اَوْ قَعَدَ عَنْ نَصْرِكَ
اَوْ خَذَلَ عَنِ الْجِهَادِ مَعَكَ
اَوْ غَمَطَ فَضْلَكَ
وَ جَحَدَ حَقَّكَ
اَوْ عَدَلَ بِكَ مَنْ جَعَلَكَ اللّٰهُ اَوْلٰى بِهِ مِنْ نَفْسِهِ
وَ صَلَوَاتُ اللّٰهِ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
وَ سَلَامُهُ وَ تَحِيَّاتُهُ
وَ عَلَى الْاَئِمَّةِ مِنْ اٰلِكَ الطَّاهِرِيْنَ،
اِنَّهُ حَمِيْدٌ مَجِيْدٌ
وَ الْاَمْرُ الْاَعْجَبُ
وَ الْخَطْبُ الْاَفْظَعُ بَعْدَ جَحْدِكَ حَقَّكَ
غَصْبُ الصِّدِّيْقَةِ الطَّاهِرَةِ الزَّهْرَاۤءِ سَيِّدَةِ النِّسَاۤءِ فَدَكًا
وَ رَدُّ شَهَادَتِكَ وَ شَهَادَةِ السَّيِّدَيْنِ سُلَالَتِكَ
وَ عِتْرَةِ الْمُصْطَفٰى صَلَّى اللّٰهُ عَلَيْكُمْ
وَ قَدْ اَعْلَى اللّٰهُ تَعَالٰى عَلَى الْاُمَّةِ دَرَجَتَكُمْ
وَ رَفَعَ مَنْزِلَتَكُمْ
وَ اَبَانَ فَضْلَكُمْ وَ شَرَّفَكُمْ عَلَى الْعَالَمِيْنَ
فَاَذْهَبَ عَنْكُمُ الرِّجْسَ وَ طَهَّرَكُمْ تَطْهِيْرًا
قَالَ اللّٰهُ عَزَّ وَ جَلَّ:
اِنَّ الْاِنْسَانَ خُلِقَ هَلُوْعًا اِذَا مَسَّهُ الشَّرُّ جَزُوْعًا وَ اِذَا مَسَّهُ الْخَيْرُ مَنُوْعًا اِلَّا الْمُصَلِّيْنَ
فَاسْتَثْنَى اللّٰهُ تَعَالٰى نَبِيَّهُ الْمُصْطَفٰى
وَ اَنْتَ يَا سَيِّدَ الْاَوْصِيَاۤءِ مِنْ جَمِيْعِ الْخَلْقِ
فَمَا اَعْمَهَ مَنْ ظَلَمَكَ عَنِ الْحَقِّ،
ثُمَّ اَفْرَضُوْكَ سَهْمَ ذَوِي الْقُرْبٰى مَكْرًا
وَ اَحَادُوْهُ عَنْ اَهْلِهِ جَوْرًا
فَلَمَّا اٰلَ الْاَمْرُ اِلَيْكَ اَجْرَيْتَهُمْ عَلٰى مَا اَجْرَيَا
رَغْبَةً عَنْهُمَا بِمَا عِنْدَ اللّٰهِ لَكَ
فَاَشْبَهَتْ مِحْنَتُكَ بِهِمَا مِحَنَ الْاَنْبِيَاۤءِ عَلَيْهِمُ السَّلَامُ
عِنْدَ الْوَحْدَةِ وَ عَدَمِ الْاَنْصَارِ
وَ اَشْبَهْتَ فِي الْبَيَاتِ عَلَى الْفِرَاشِ الذَّبِيْحَ عَلَيْهِ السَّلَامُ
اِذَا اَجَبْتَ كَمَا اَجَابَ
وَ اَطَعْتَ كَمَا اَطَاعَ اِسْمَاعِيْلُ صَابِرًا مُحْتَسِبًا
اِذْ قَالَ لَهُ يَا بُنَيَّ اِنِّيۤ اَرٰى فِي الْمَنَامِ اَنِّيۤ اَذْبَحُكَ
فَانْظُرْ مَا ذَا تَرٰى
قَالَ: يَاۤ اَبَتِ افْعَلْ مَا تُؤْمَرُ
سَتَجِدُنِيْ اِنْ شَاۤءَ اللّٰهُ مِنَ الصَّابِرِيْنَ
وَ كَذٰلِكَ اَنْتَ لَمَّا اَبَاتَكَ النَّبِيُّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ اَمَرَكَ اَنْ تَضْجِعَ فِيْ مَرْقَدِهِ
وَاقِيًا لَهُ بِنَفْسِكَ
اَسْرَعْتَ اِلٰى اِجَابَتِهِ مُطِيْعًا
وَ لِنَفْسِكَ عَلَى الْقَتْلِ مُوَطِّنًا،
فَشَكَرَ اللّٰهُ تَعَالٰى طَاعَتَكَ
وَ اَبَانَ عَنْ جَمِيْلِ فِعْلِكَ بِقَوْلِهِ جَلَّ ذِكْرُهُ:
وَ مِنَ النَّاسِ مَنْ يَشْرِيْ نَفْسَهُ ابْتِغَاۤءَ مَرْضَاتِ اللّٰهِ
ثُمَّ مِحْنَتُكَ يَوْمَ صِفِّيْنَ
وَ قَدْ رُفِعَتِ الْمَصَاحِفُ حِيْلَةً وَ مَكْرًا
فَاَعْرَضَ الشَّكَّ
وَ عُزِفَ الْحَقُّ
وَ اتُّبِعَ الظَّنُّ
اَشْبَهَتْ مِحْنَةَ هَارُوْنَ اِذْ اَمَّرَهُ مُوْسٰى عَلٰى قَوْمِهِ فَتَفَرَّقُوْا عَنْهُ
وَ هَارُوْنُ يُنَادِيْ بِهِمْ وَ يَقُوْلُ:
يَا قَوْمِ اِنَّمَا فُتِنْتُمْ بِهِ وَ اِنَّ رَبَّكُمُ الرَّحْمٰنُ
فَاتَّبِعُوْنِيْ وَ اَطِيْعُوْا اَمْرِيْ
قَالُوْا: لَنْ نَبْرَحَ عَلَيْهِ عَاكِفِيْنَ حَتّٰى يَرْجِعَ اِلَيْنَا مُوْسٰى
وَ كَذٰلِكَ اَنْتَ لَمَّا رُفِعَتِ الْمَصَاحِفُ قُلْتَ:
يَا قَوْمِ اِنَّمَا فُتِنْتُمْ بِهَا وَ خُدِعْتُمْ
فَعَصَوْكَ وَ خَالَفُوْا عَلَيْكَ
وَ اسْتَدْعَوْا نَصْبَ الْحَكَمَيْنِ
فَاَبَيْتَ عَلَيْهِمْ وَ تَبَرَّأْتَ اِلَى اللّٰهِ مِنْ فِعْلِهِمْ وَ فَوَّضْتَهُ اِلَيْهِمْ
فَلَمَّا اَسْفَرَ الْحَقُّ
وَ سَفِهَ الْمُنْكَرُ
وَ اعْتَرَفُوْا بِالزَّلَلِ وَ الْجَوْرِ عَنِ الْقَصْدِ
اخْتَلَفُوْا مِنْ بَعْدِهِ
وَ اَلْزَمُوْكَ عَلٰى سَفَهٍ التَّحْكِيْمَ الَّذِيْ اَبَيْتَهُ وَ اَحَبُّوْهُ
وَ حَظَرْتَهُ وَ اَبَاحُوْا ذَنْبَهُمُ الَّذِي اقْتَرَفُوْهُ،
وَ اَنْتَ عَلٰى نَهْجِ بَصِيْرَةٍ وَ هُدًى
وَ هُمْ عَلٰى سُنَنِ ضَلَالَةٍ وَ عَمًى
فَمَا زَالُوْا عَلَى النِّفَاقِ مُصِرِّيْنَ
وَ فِي الْغَيِّ مُتَرَدِّدِيْنَ
حَتّٰى اَذَاقَهُمُ اللّٰهُ وَبَالَ اَمْرِهِمْ
فَاَمَاتَ بِسَيْفِكَ مَنْ عَانَدَكَ فَشَقِيَ وَ هَوٰى
وَ اَحْيَا بِحُجَّتِكَ مَنْ سَعِدَ فَهُدِيَ
صَلَوَاتُ اللّٰهِ عَلَيْكَ غَادِيَةً وَ رَاۤئِحَةً
وَ عَاكِفَةً وَ ذَاهِبَةً
فَمَا يُحِيْطُ الْمَادِحُ وَصْفَكَ
وَ لَا يُحْیِطُ الطَّاعِنُ فَضْلِكَ
اَنْتَ اَحْسَنُ الْخَلْقِ عِبَادَةً
وَ اَخْلَصُهُمْ زَهَادَةً
وَ اَذَبُّهُمْ عَنِ الدِّيْنِ
اَقَمْتَ حُدُوْدَ اللّٰهِ بِجُهْدِكَ [بِجَهْدِكَ‏]
وَ فَلَلْتَ عَسَاكِرَ الْمَارِقِيْنَ بِسَيْفِكَ
تُخْمِدُ لَهَبَ الْحُرُوْبِ بِبَنَانِكَ
وَ تَهْتِكُ سُتُوْرَ الشُّبَهِ بِبَيَانِكَ
وَ تَكْشِفُ لَبْسَ الْبَاطِلِ عَنْ صَرِيْحِ الْحَقِّ
لَا تَأْخُذُكَ فِي اللّٰهِ لَوْمَةُ لَاۤئِمٍ
وَ فِيْ مَدْحِ اللّٰهِ تَعَالٰى لَكَ غِنًى
عَنْ مَدْحِ الْمَادِحِيْنَ وَ تَقْرِيظِ الْوَاصِفِيْنَ،
قَالَ اللّٰهُ تَعَالٰى:
مِنَ الْمُؤْمِنِيْنَ رِجَالٌ صَدَقُوْا مَا عَاهَدُوْا اللّٰهَ عَلَيْهِ فَمِنْهُمْ مَنْ قَضٰى نَحْبَهُ وَ مِنْهُمْ مَنْ يَنْتَظِرُ وَ مَا بَدَّلُوْا تَبْدِيْلًا
وَ لَمَّا رَاَيْتَ اَنْ قَتَلْتَ النَّاكِثِيْنَ وَ الْقَاسِطِيْنَ وَ الْمَارِقِيْنَ
وَ صَدَقَكَ رَسُوْلُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ وَعْدَهُ
فَاَوْفَيْتَ بِعَهْدِهِ قُلْتَ
اَ مَا اٰنَ اَنْ تُخْضَبَ هٰذِهِ؟
مِنْ هٰذِهِ اَمْ مَتٰى يُبْعَثُ اَشْقَاهَا؟
وَاثِقًا بِاَنَّكَ عَلٰى بَيِّنَةٍ مِنْ رَبِّكَ
وَ بَصِيْرَةٍ مِنْ اَمْرِكَ
قَادِمٌ عَلَى اللّٰهِ
مُسْتَبْشِرٌ بِبَيْعِكَ الَّذِيْ بَايَعْتَهُ بِهِ
وَ ذٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيْمُ
اَللّٰهُمَّ الْعَنْ قَتَلَةَ اَنْبِيَاۤئِكَ وَ اَوْصِيَاۤءِ اَنْبِيَاۤئِكَ
بِجَمِيْعِ لَعَنَاتِكَ،
وَ اَصْلِهِمْ حَرَّ نَارِكَ
وَ الْعَنْ مَنْ غَصَبَ وَلِيَّكَ حَقَّهُ
وَ اَنْكَرَ عَهْدَهُ
وَ جَحَدَهُ بَعْدَ الْيَقِيْنِ وَ الْاِقْرَارِ بِالْوِلَايَةِ لَهُ
يَوْمَ اَكْمَلْتَ لَهُ الدِّيْنَ
اَللّٰهُمَّ الْعَنْ قَتَلَةَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ مَنْ ظَلَمَهُ وَ اَشْيَاعَهُمْ وَ اَنْصَارَهُمْ
اَللّٰهُمَّ الْعَنْ ظَالِمِي الْحُسَيْنِ وَ قَاتِلِيْهِ
وَ الْمُتَابِعِيْنَ عَدُوَّهُ وَ نَاصِرِيْهِ
وَ الرَّاضِيْنَ بِقَتْلِهِ وَ خَاذِلِيْهِ لَعْنًا وَبِيْلًا
اَللّٰهُمَّ الْعَنْ اَوَّلَ ظَالِمٍ ظَلَمَ اٰلَ مُحَمَّدٍ
وَ مَانِعِيْهِمْ حُقُوْقَهُمْ
اَللّٰهُمَّ خُصَّ اَوَّلَ ظَالِمٍ وَ غَاصِبٍ لِاٰلِ مُحَمَّدٍ بِاللَّعْنِ
وَ كُلَّ مُسْتَنٍّ بِمَا سَنَّ اِلٰى يَوْمِ الْقِيَامَةِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ [وَ اٰلِ مُحَمَّدٍ] خَاتَمِ النَّبِيِّيْنَ
وَ عَلٰى عَلِيٍّ سَيِّدِ الْوَصِيِّيْنَ وَ اٰلِهِ الطَّاهِرِيْنَ
وَ اجْعَلْنَا بِهِمْ مُتَمَسِّكِيْنَ
وَ بِوِلَايَتِهِمْ مِنَ الْفَاۤئِزِيْنَ الْاٰمِنِيْنَ
الَّذِيْنَ لَا خَوْفٌ عَلَيْهِمْ وَ َلا هُمْ يَحْزَنُوْنَ۔