QƏDİR-XUM GÜNÜ İMAM ƏLİNİN (Ə) ZİYARƏTİ (2)
Seyid İbn Tabusun "İqbal" kitabında Qədir-xum günü üçün İmam Sadiqdən (ə) nəql etdiyi kiçik bir ziyarətnamədir. "Qədir-Xum Günü İmam Əlinin (ə) Ziyarəti (1)"-ni oxumaq imkanına malik olmayanlar bu kiçik ziyarətnamə ilə kifayətlənə bilərlər.
Seyid İbn Tavus deyir: "Əgər Qədir-xum günü Əmirəl-möminin Əlinin (ə) hərəmində olsan, ziyarət namazı qıldıqdan sonra o həzrətin qəbrinə yaxınlaşaraq, yox əgər başqa şəhərdə olsan, ziyarət namazı qıldıqdan sonra o həzrətin qəbrinə işarə edərək de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى وَلِيِّكَ
<font color="000000"><b>Ey Allahım, salam göndər Öz vəlinə, Peyğəmbərinin qardaşına, vəzirinə, sevimlisinə, dostuna, sirdaşına, xanidanından seçilmişə, canişininə, seçdiyinə, xeyirxahına, əmanətdarına, sevdiyi insana, xanidanından ona iman gətirənlərin ən giramisinə, övladlarının atasına, hikmətinin qapısına, hüccət və dəlilini söyləyənə, dininə dəvət edənə, sünnəsini icra etməkdə qətiyyətli olana, ümməti arasındakı canişinə, müsəlmanların sərvərinə, möminlərin əmirinə, üzü ağların rəhbərinə! Məxluqatından, seçilmişlərindən və peyğəmbərlərinin canişinlərindən hər birinə göndərdiyin salamların ən üstününü göndər ona! Ey Allahım, mən şəhadət verirəm ki, o, Sənin Peyğəmbərin – Allahın salamı olsun ona və xanidanına – tərəfindən onun öhdəsinə qoyulanı yerinə yetirdi. Qorumasını öhdəsinə götürdüyünü qorudu. Ona əmanət tapşırılanı qorudu. Sənin halalını halal və haramını haram bildi. Sənin hökmlərini yaşatdı və yoluna dəvət etdi. Sənin döstlarını döst və düşmənlərini düşmən tutdu. Yolunda əhd-peymanı pozanlarla, dinindən çıxanlarla və əmrindən xaric olanlarla cihad etdi. Bir halda ki, o, səbirli və razı idi, cihaddan qaçan deyil, cihada qalxan idi. Danlaq edənlərin danlağı onu Allah yolundan döndərmədi. Ta ki bu yolda (ilahi) razılıq məqamına yetişdi və taleyini Sənə tapşırdı. O, Sənə ixlasla ibadət etdi, ciddi-cəhdlə Sənin (dinin) üçün xeyirxahlıq etdi. Ta ki ölümünün vaxtı çatdı və Sən onu qəbzi-ruh etdin. Bir halda ki, o, şəhid, xoşbəxt, (Sənə) dost, təqvalı, razı, pak, hidayət edən və hidayət olunmuş idi. Ey Allahım, peyğəmbərlərindən və seçilmişlərindən hər birinə göndərdiyin ən üstün salamı göndər Məhəmmədə və ona. Ey aləmlərin rəbbi!</b></font>
وَ وَزِيْرِهِ وَ حَبِيْبِهِ وَ خَلِيْلِهِ
وَ خِيَرَتِهِ مِنْ اُسْرَتِهِ
وَ وَصِيِّهِ وَ صَفْوَتِهِ وَ خَالِصَتِهِ
وَ اَمِيْنِهِ وَ وَلِيِّهِ
وَ اَشْرَفِ عِتْرَتِهِ الَّذِيْنَ اٰمَنُوْا بِهِ
وَ النَّاطِقِ بِحُجَّتِهِ
وَ الدَّاعِيْ اِلٰى شَرِيْعَتِهِ
وَ الْمَاضِيْ عَلٰى سُنَّتِهِ
وَ خَلِيْفَتِهِ عَلٰى اُمَّتِهِ
وَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ قَاۤئِدِ الْغُرِّ الْمُحَجَّلِيْنَ
اَفْضَلَ مَا صَلَّيْتَ عَلٰى اَحَدٍ مِنْ خَلْقِكَ
وَ اَصْفِيَاۤئِكَ وَ اَوْصِيَاۤءِ اَنْبِيَاۤئِكَ۔
اَللّٰهُمَّ اِنِّي اَشْهَدُ
اَنَّهُ قَدْ بَلَّغَ عَنْ نَبِيِّكَ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ مَا حُمِّلَ
وَ حَفِظَ مَا اسْتُوْدِعَ
وَ دَعَا اِلٰى سَبِيْلِكَ
وَ جَاهَدَ النَّاكِثِيْنَ عَنْ سَبِيْلِكَ
وَ الْقَاسِطِيْنَ وَ الْمَارِقِيْنَ عَنْ اَمْرِكَ
مُقْبِلًا غَيْرَ مُدْبِرٍ
لَا تَأْخُذُهُ فِي اللّٰهِ لَوْمَةُ لَاۤئِمٍ
حَتّٰى بَلَغَ فِيْ ذٰلِكَ الرِّضَا
وَ سَلَّمَ اِلَيْكَ الْقَضَاۤءَ
وَ نَصَحَ لَكَ مُجْتَهِدًا
حَتّٰى اَتَاهُ الْيَقِيْنُ
فَقَبَضْتَهُ اِلَيْكَ شَهِيْدًا سَعِيْدًا
وَلِيًّا تَقِيًّا رَضِيًّا
زَكِيًّا هَادِيًا مَهْدِيًّا
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ عَلَيْهِ
اَفْضَلَ مَا صَلَّيْتَ عَلٰى اَحَدٍ مِنْ اَنْبِيَاۤئِكَ وَ اَصْفِيَاۤئِكَ
يَا رَبَّ الْعَالَمِيْنَ۔