EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
HƏZRƏT RƏSULALLAH (S) VƏ İMAM ƏLİ (Ə)
1) Həzrət Rəsulallah (s) buyurmuşdur: "Mən elmin şəhəri, Əli isə onun qapısıdır." Bu hədisdən belə bir nəticə də çıxarmaq mümkündür ki, Rəsulallahın (s) hüzuruna Əmirəl-möminin Əli (ə) darvazasından keçib getmək gərəkdir.
2) Bu iki ilahi insan iki bədəndə vahid nur və candırlar. Mübahilə ayəsində də bu həqiqətə toxunulmuşdur. Belə ki, "ənfusənə" ifadəsində Əmirəl-möminin Əli (ə) nəzərdə tutulur. Bu əsasla, onlardan birini ziyarət etmək digərini ziyarət etmək deməkdir.
3) "Kamiluz-ziyarat" kitabında Mufəzzəl ibn Ömərin İmam Sadiqdən (ə) nəql etdiyi bir hədis qeyd edilmişdir. Hədisdə buyurulur ki, Nəcəfi ziyarət etmək Rəsulallahı (s) ziyarət etməkdir.
Əllamə Məclisi "Məzar-Kəbir" kitabına istinadən nəql edir: "İshaq ibn Əmmar deyir ki, mən İmam Sadiqin (ə) belə buyurduğunu eşitdim: "Bir çöl ərəbi Rəsullahın (s) yanına gəlib deyir: "Ey Rəsulallah, mənim evim buradan uzaqda yerləşir. Mən sizi ziyarət etmək üçün bu uzaq yolu qət edib Mədinəyə gəlirəm. Bəzən elə olur ki, səni görə bilmirəm və Əli ibn Əbu Taliblə görüşüb danışıram. Səni görmədiyim üçün qüssələnir və beləcə geri qayıdıram." Rəsulallah (s) buyurdu: "Kim Əlini ziyarət edərsə, şübhəsiz, məni ziyarət etmişdir. Kim onu dost tutarsa, məni dost tutmuşdur. Kim ona düşmən olarsa, mənə düşmən olmuşdur. Bu mətləbi mənim tərəfimdən öz tayfana çatdır (və de): "Kim Əlinin ziyarətinə gəlsə, mənim ziyarətimə gəlmişdir. Qiyamət günü mən, Cəbrail və saleh möminlər onu mükafatlandıracağıq."
4) Bunlardan əlavə, şiələrin böyük əksəriyyəti İraqda idi və onlar hər zaman Rəsulallahın (s) qəbrini ziyarət etmək şərəfinə nail olmurdular. Bu səbəbdən də Həzrət Rəsulallahın (s) mövlud günü o həzrətin haqq canişini Əmirəl-möminin Əlini (ə) ziyarət etmək tövsiyə olunmuşdur.
5) Həzrət Rəsulallahın (s) İmam Əliylə (ə) bağlılığını bu bölümdə qeyd etdiyimiz "Səfvan Cammalın Ziyarəti (2)"-ndə də görmək olar:
اَلسَّلَامُ عَلَيْكَ يَا رَسُوْلَ اللهِ،
<font color="000000"><b>Salam olsun sənə ey Allahın elçisi. Salam olsun sənə ey Allahın seçdiyi....</b></font>
اَلسَّلَامُ عَلَيْكَ يَا صَفْوَةَ اللهِ ...
Bu baxımdan Şeyx Cabir əl-Əzrinin məşhur şeirinin şərhi olaraq bu misraları mükəmməl bir şəkildə bəstələmişdir:
فَاعْتَمِدْ لِلنَّبِيِّ اَعْظَمَ رَمْسٍ
<font color="000000"><b>Orada Peyğəmbərin möhtəşəm bir məzarını tapacaqsınız. İçərisində Əhmədin özü, pak Peyğəmbər vardır. Orada həmçinin İlahi Taxtı da ən parlaq formada görəcəksiniz. Ədəbə riayət edin! Çünki bura müqəddəsdir. Hətta ən uca ulduzlar belə o torpaqdan öpmək istəyirlər!</b></font>
فِيْهِ لِلطُّهْرِ اَحْمَدٍ اَيَّ نَفْسٍ
اَوْ تَرَى الْعَرْشَ فِيْهِ اَنْوَرَ شَمْسٍ
فَتَوَاضَعْ فَثَمَّ دَارَةُ قُدْسٍ
تَتَمَنَّى الْاَفْلَاكُ لَثْمَ ثَرَاهَا