EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
BEŞİNCİ SÜTUNUN ƏMƏLLƏRİ (CƏBRAİLİN (Ə) MƏQAMI)
Kufə məscidinin fəzilətli məkanlarından biri də "beşinci sütun"dur. Bu sütunun yanında namaz qılmaq və Allahdan hacət diləmək tövsiyə olunur.
Səhih hədislərdə buyurulur ki, bu məkan İbrahim Xəlilullahın (ə) namaz qıldığı məkan olmuşdur. Bu hədisin, "yeddinci sütun"u Həzrət İbrahimin (ə) məqamı tanıtdıran hədislə ziddiyyəti yoxdur, çünki ola bilsin ki, o həzrət bütun bu məkanlarda namaz qılmışdır.
Başqa bir hədisdə İmam Sadiq (ə) buyurmuşdur ki, "beşinci sütun" Cəbrailin (ə) məqamıdır.
Əbu İsmail Sərracın nəql etdiyi hədisdə isə bu sütunun "İmam Həsənin (ə) məqamı" olduğu qeyd edilmişdi.
Hər bir halda bu sütunun da yanında iki rəkət namaz qıl: <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihədən</a></b></font> sonra istədiyin "Surə"ni oxuya bilərsən. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Zikrdən sonra bu duanı oxu:
اَللّٰهُمَّ اِنِّيْ اَسْاَلُكَ بِجَمِيْعِ اَسْمَاۤئِكَ كُلِّهَا
<font color="000000"><b>Ey Allahım, Səndən diləyirəm bütün mübarək adlarına – istər bildiyimiz, istərsə də bilmədiyimiz adlarına – xatir; Səndən diləyirəm ən əzəmətli və ən böyük adına xatir; o ad ki, onunla Səni çağırana cavab verdin, Səndən hacət diləyənə əta etdin, Səndən yardım istəyənə yardım etdin, Səndən bağışlanma diləyəni bağışladın, Səndən kömək istəyənə kömək etdin, Səndən ruzu istəyənə ruzi verdin, Səni haraya çağıranın harayına çatdın, Səndən rəhmət diləyənə rəhm etdin, Səndən pənah istəyənə pənah verdin, Sənə təvəkkül edənə kifayət etdin, Səndən günahdan uzaq olmağı istəyəni qorudun, Səndən oddan nicat tapmağı istəyənə nicat verdin, Səndən lütfkarlıq istəyənə lütf etdin, Səndən arzu diləyənə əta etdin; o ad ki, onunla Adəmi seçilmiş bəndən, Nuhu nicat tapanlardan, İbrahimi dostun, Musanı kəlmə kəsdiyin insan, İsanı Öz ruhun, Məhəmmədi sevimli, Əlini canişin – Allahın salamı olsun onların hamısına! – qərar verdin; (bu adlarına xatir Səndən diləyirəm ki,) diləklərimi həyata keçirəsən, keçmiş günahlarımı bağışlayasan, dünya və axirətdə Özünün layiq olduğunu mənə və bütün mömin kişi və qadınlara ehsan edəsən. Ey kədərlilərin kədərini aradan aparan! Ey zülmə məruz qalanların harayına çatan! Səndən qeyri ilah yoxdur, Sənə təsbih deyirəm, ey aləmlərin Rəbbi!</b></font>
مَا عَلِمْنَا مِنْهَا وَ مَا لَا نَعْلَمُ
وَ اَسْاَلُكَ بِاسْمِكَ الْعَظِيْمِ الْاَعْظَمِ
الْكَبِيْرِ الْاَكْبَرِ
الَّذِيْ مَنْ دَعَاكَ بِهِ اَجَبْتَهُ
وَ مَنْ سَاَلَكَ بِهِ اَعْطَيْتَهُ
وَ مَنِ اسْتَنْصَرَكَ بِهِ نَصَرْتَهُ
وَ مَنِ اسْتَغْفَرَكَ بِهِ غَفَرْتَ لَهُ
وَ مَنِ اسْتَعَانَكَ بِهِ اَعَنْتَهُ
وَ مَنِ اسْتَرْزَقَكَ بِهِ رَزَقْتَهُ
وَ مَنِ اسْتَغَاثَكَ بِهِ اَغَثْتَهُ
وَ مَنِ اسْتَرْحَمَكَ بِهِ رَحِمْتَهُ
وَ مَنِ اسْتَجَارَكَ بِهِ اَجَرْتَهُ
وَ مَنْ تَوَكَّلَ عَلَيْكَ بِهِ كَفَيْتَهُ
وَ مَنِ اسْتَعْصَمَكَ بِهِ عَصَمْتَهُ
وَ مَنِ اسْتَنْقَذَكَ بِهِ مِنَ النَّارِ اَنْقَذْتَهُ
وَ مَنِ اسْتَعْطَفَكَ بِهِ تَعَطَّفْتَ لَهُ
وَ مَنْ اَمَّلَكَ بِهِ اَعْطَيْتَهُ
الَّذِي اتَّخَذْتَ بِهِ اٰدَمَ صَفِيًّا
وَ نُوْحًا نَجِيًّا
وَ اِبْرَاهِيْمَ خَلِيْلًا
وَ مُوْسٰى كَلِيْمًا
وَ عِيْسٰى رُوْحًا
وَ مُحَمَّدًا حَبِيْبًا
وَ عَلِيًّا وَصِيًّا
صَلَّى اللّٰهُ عَلَيْهِمْ اَجْمَعِيْنَ
اَنْ تَقْضِيَ لِيْ حَوَاۤئِجِيْ
وَ تَعْفُوَ عَمَّا سَلَفَ مِنْ ذُنُوْبِيْ
وَ تَتَفَضَّلَ عَلَيَّ بِمَا اَنْتَ اَهْلُهُ
وَ لِجَمِيْعِ الْمُؤْمِنِيْنَ وَ الْمُؤْمِنَاتِ لِلدُّنْيَا وَ الْاٰخِرَةِ
يَا مُفَرِّجَ هَمِّ الْمَهْمُوْمِيْنَ
وَ يَا غِيَاثَ الْمَلْهُوْفِيْنَ
لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ
سُبْحَانَكَ يَا رَبَّ الْعَالَمِيْنَ۔
Bu məqam həm də Həzrət İbrahimin (ə) namaz qıldığı yer olduğu üçün İmam Sadiq (ə) səhabələrindən birinə burda iki rəkət namaz qılmasını və sonra isə üzü qiblə durub "Yeddinci sütunun əməlləri" bölümündəki birinci duanı oxumasını tapşırır:
اَلسَّلَامُ عَلٰى اَبِیْنَا اٰدَمَ وَ اُمِّنَا حَوَّاۤءَ۔۔۔۔۔
<font color="000000"><b>Salam olsun atamız Adəmə və anamız Həvvaya....</b></font>