EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
ÜÇÜNCÜ SÜTUNUN ƏMƏLLƏRİ (İMAM ZEYNUL-ABİDİNİN (Ə) MƏQAMI)
Daha sonra "üçüncü sütun"un yanında yerləşən İmam Zeynul-abidinin (ə) məqamına tərəf get. Bu yerdə də iki rəkət namaz qıl: <font><b><a href="https://www.divinepearls.com/surah1">Fatihədən</a></b></font> sonra istədiyin "Surə"ni oxu. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsihini de. Zikrlərdən sonra isə bu duanı oxu:
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>Rəhman və rəhim Allahın adı ilə. Ey Allahım, günahlarım çoxdur və günahlarım üçün Sənin əvfinə ümiddən başqa bir çarə qalmamışdır, bir halda ki, mən məhrumiyyətimin səbəblərini öncədən Sənin dərgahına göndərmişəm. Elə isə ey Allahım, mən, layiq olmadığımı Səndən istəyir və haqqım olmadığımı Səndən diləyirəm. Ey Allahım, əgər mənə əzab versən, bu, mənim günahlarıma görədir və Sən mənə bir haqsızlıq, zülm etməmisən. Yox əgər məni bağışlasan, ey Ağam, Sən rəhm edənlərin ən yaxşısısan. Ey Allahım, Sən Sənsən və mən mənəm. Sən hər zaman bağışlayansan və mən hər zaman günah işlədən. Sən helminlə ehsan edənsən və mən daim cahil, nadanam. Ey Allahım, mən Səndən diləyirəm, ey zəiflərin xəzinəsi, ey böyük ümid, ey qərq olanların xilaskarı, ey həlak olanların nicat verəni, ey diriləri öldürən, ey ölüləri dirildən; Sən o Allahsan ki, Səndən qeyri ilah yoxdur; Sən o Allahsan ki, Sənin qarşında günəşin nuru, ayın işığı, gecənin qaranlığı, gündüzün aydınlığı və quşların qanad çalmasının səsi təzim etdi. Elə isə ey əzim və kərim Allahım, Sənin Məhəmmədin və onun sadiq (doğru danışan) xanidanın üzərində olan haqqına və onların da (Məhəmmədin və onun sadiq xanidanının) Sənin üzərində olan haqqına xatir; Sənin Əli üzərində olan haqqına və Əlinin də Sənin üzərində olan haqqına xatir; Sənin Fatimənin üzərində olan haqqına və Fatimənin də Sənin üzərində olan haqqına xatir; Sənin Həsənin üzərində olan haqqına və Həsənin də Sənin üzərində olan haqqına xatir; Sənin Hüseynin üzərində olan haqqına və Hüseynin də Sənin üzərində olan haqqına xatir; heç şübhəsiz, onların Sənin üzərində olan haqları Sənin onlara verdiyin ən böyük nemətdir; Sənin onların yanında olan məqamına və onların da Sənin yanında olan məqamına xatir, ey Rəbbim, Səndən diləyirəm ki, onlara Sənin razılığınla tamamlanan daimi salam göndərəsən; onların vasitəsilə mənimlə Sənin aranda olan (yalnız Sənin xəbərdar olduğun) günahlarımı bağışlayasan; nemətlərini mənə tamamlayasan, necə ki, bundan öncə həmin nemətləri atalarıma tamamlamısan; ey "kəf, hə, yə, ayn, sad"! Ey Allahım, Məhəmmədə və onun xanidanına salam göndərdiyin kimi, mənim də etdiyim duaları həyata keçir.</b></font>
اَللّٰهُمَّ اِنَّ ذُنُوْبِيْ قَدْ كَثُرَتْ
وَ لَمْ يَبْقَ لَهَا اِلَّا رَجَاۤءُ عَفْوِكَ
وَ قَدْ قَدَّمْتُ اٰلَةَ الْحِرْمَانِ اِلَيْكَ
فَاَنَا اَسْاَلُكَ اللّٰهُمَّ مَا لَاۤ اَسْتَوْجِبُهُ
وَ اَطْلُبُ مِنْكَ مَا لَاۤ اَسْتَحِقُّهُ
اَللّٰهُمَّ اِنْ تُعَذِّبْنِيْ فَبِذُنُوْبِيْ
وَ لَمْ تَظْلِمْنِيْ شَيْئًا
وَ اِنْ تَغْفِرْ لِيْ فَخَيْرُ رَاحِمٍ اَنْتَ يَا سَيِّدِيْ
اَللّٰهُمَّ اَنْتَ اَنْتَ وَ اَنَا اَنَا
اَنْتَ الْعَوَّادُ بِالْمَغْفِرَةِ
وَ اَنَا الْعَوَّادُ بِالذُّنُوْبِ
وَ اَنْتَ الْمُتَفَضِّلُ بِالْحِلْمِ
وَ اَنَا الْعَوَّادُ بِالْجَهْلِ
اَللّٰهُمَّ فَاِنِّيْۤ اَسْاَلُكَ
يَا كَنْزَ الضُّعَفَاۤءِ
يَا عَظِيْمَ الرَّجَاۤءِ
يَا مُنْقِذَ الْغَرْقٰى
يَا مُنْجِيَ الْهَلْكٰى
يَا مُمِيْتَ الْاَحْيَاۤءِ
يَا مُحْيِيَ الْمَوْتٰى
اَنْتَ اللّٰهُ الَّذِيْ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
اَنْتَ الَّذِيْ سَجَدَ لَكَ شُعَاعُ الشَّمْسِ
وَ نُوْرُ الْقَمَرِ
وَ ظُلْمَةُ اللَّيْلِ
وَ ضَوْءُ النَّهَارِ
وَ خَفَقَانُ الطَّيْرِ
فَاَسْاَلُكَ اللّٰهُمَّ يَا عَظِيْمُ
بِحَقِّكَ يَا كَرِيْمُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ الصَّادِقِيْنَ
وَ بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِهِ الصَّادِقِيْنَ عَلَيْكَ
وَ بِحَقِّكَ عَلٰى عَلِيٍّ
وَ بِحَقِّ عَلِيٍّ عَلَيْكَ
وَ بِحَقِّكَ عَلٰى فَاطِمَةَ
وَ بِحَقِّ فَاطِمَةَ عَلَيْكَ
وَ بِحَقِّكَ عَلَى الْحَسَنِ
وَ بِحَقِّ الْحَسَنِ عَلَيْكَ
وَ بِحَقِّكَ عَلَى الْحُسَيْنِ
وَ بِحَقِّ الْحُسَيْنِ عَلَيْكَ
فَاِنَّ حُقُوْقَهُمْ مِنْ اَفْضَلِ اِنْعَامِكَ عَلَيْهِمْ
وَ بِالشَّأْنِ الَّذِيْ لَكَ عِنْدَهُمْ
وَ بِالشَّأْنِ الَّذِيْ لَهُمْ عِنْدَكَ
صَلِّ يَا رَبِّ عَلَيْهِمْ
صَلَاةً دَاۤئِمَةً مُنْتَهٰى رِضَاكَ
وَ اغْفِرْ لِيْ بِهِمُ الذُّنُوْبَ الَّتِيْ بَيْنِيْ وَ بَيْنَكَ
وَ اَتْمِمْ نِعْمَتَكَ عَلَيَّ
كَمَا اَتْمَمْتَهَا عَلٰى اٰبَاۤئِيْ مِنْ قَبْلُ
يَا كٓهٰيٰعٓصٓ
اَللّٰهُمَّ كَمَا صَلَّيْتَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
فَاسْتَجِبْ لِيْ دُعَاۤئِيْ فِيْمَا سَاَلْتُكَ۔
Sonra səcdəyə get və üzünün sağ tərəfini səcdəgaha qoyub de:
يَا سَيِّدِيْ يَا سَيِّدِيْ يَا سَيِّدِيْ
<font color="000000"><b>Ey Ağam, ey Ağam, ey Ağam! Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və məni bağışla.</b></font>
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اغْفِرْ لِيْ وَ اغْفِرْ لِيْ۔۔۔
Bu sözləri xüşu ilə təkrar-təkrar de.
Sonra üzünün sol tərəfini səcdəgaha qoy və həmin duanı et. Bundan sonra hacətlərini Allahdan dilə.
Bəzi mənbələrdə qeyd olunub ki, İmam Sadiq (ə) səhabələrinin birinə aşağıdakı əməlləri etməyi tövsiyə edir. Əslində bu əməllər bu yerə yox, Kufə məscidinin həyətinə aiddir. Əməllər bunlardır:
İmam Sadiq (ə) səhabələrindən birinə buyurdu: "Sübh tezdən Kufə məscidinin yanından keçsən, orada dörd rəkət namaz qıl və sonra bu duanı oxu:
اِلٰهِيْ اِنْ كُنْتُ قَدْ عَصَيْتُكَ
<font color="000000"><b>İlahi! Əgər Sənə asi olmuşamsa, şübhəsiz ki, Sənə ən sevimli olan şeydə itaət etmişəm: Sənə övlad isnad etmədim və Sənə heç bir şərik qoşmadım. Lakin çox şeydə Sənə asi oldum. Ancaq bu itaətsizliyim Sənə qarşı təkəbbürlük göstərmək, Sənin ibadətindən üz çevirmək, Rəbbliyini inkar etmək və qulluğundan çıxmaq məqsədilə olmadı. Sadəcə, nəfsimin istəklərinə uydum və Şeytan məni, aydın dəlil və bürhanlardan sonra yoldan azdırdı. Əgər məni cəzalandırsan, bu, günahlarıma görə olacaq və Sən mənə zülm etməyəcəksən. Əgər məni bağışlasan və mənə mərhəmət etsən, bu, Sənin kərəmin və səxavətin sayəsində olacaq, ey Kərim!</b></font>
فَاِنِّيْ قَدْ اَطَعْتُكَ فِيْ اَحَبِّ الْاَشْيَاۤءِ اِلَيْكَ
لَمْ اَتَّخِذْ لَكَ وَلَدًا
وَ لَمْ اَدْعُ لَكَ شَرِيْكًا
وَ قَدْ عَصَيْتُكَ فِيْۤ اَشْيَاۤءَ كَثِيْرَةٍ
عَلٰى غَيْرِ وَجْهِ الْمُكَابَرَةِ لَكَ
وَ لَا الْاِسْتِكْبَارِ عَنْ عِبَادَتِكَ
وَ لَا الْجُحُوْدِ لِرُبُوْبِيَّتِكَ
وَ لَا الْخُرُوْجِ عَنِ [مِنَ‏] الْعُبُوْدِيَّةِ لَكَ
وَ لٰكِنِ اتَّبَعْتُ هَوَايَ
وَ اَزَلَّنِيَ الشَّيْطَانُ بَعْدَ الْحُجَّةِ وَ الْبَيَانِ
فَاِنْ تُعَذِّبْنِيْ فَبِذُنُوْبِيْ غَيْرَ ظَالِمٍ اَنْتَ لِيْ
وَ اِنْ تَعْفُ عَنِّيْ وَ تَرْحَمْنِيْ
فَبِجُوْدِكَ وَ كَرَمِكَ يَا كَرِيْمُ۔
Daha sonra de:
غَدَوْتُ بِحَوْلِ اللّٰهِ وَ قُوَّتِهِ
<font color="000000"><b>Səhərim Allahın qüdrəti və gücü ilə açıldı. Öz qüdrətim və gücümlə deyil, ancaq Allahın qüdrəti və gücü ilə hərəkət edirəm. Ey Rəbbim! Səndən bu evin və onun əhlinin bərəkətini diləyirəm. Və Səndən halal və pak bir ruzi istəyirəm ki, onu mənə Sənin qüdrətin və gücünlə nəsib edəsən, mən isə Sənin əfiyətin içində olum.</b></font>
غَدَوْتُ بِغَيْرِ حَوْلٍ مِنِّيْ وَ لَا قُوَّةٍ
وَ لٰكِنْ بِحَوْلِ اللّٰهِ وَ قُوَّتِهِ
يَا رَبِّ اَسْاَلُكَ بَرَكَةَ هٰذَا الْبَيْتِ وَ بَرَكَةِ اَهْلِهِ
وَ اَسْاَلُكَ اَنْ تَرْزُقَنِيْ رِزْقًا حَلَالًا طَيِّبًا
تَسُوْقُهُ اِلَيَّ بِحَوْلِكَ وَ قُوَّتِكَ
وَ اَنَا خَاۤئِضٌ [خَافِضٌ‏] فِيْ عَافِيَتِكَ۔
Hədislərin birində Əbu Həmzə Sumali belə nəql edir: "Bir gün Kufə məscidində əyləşmişdim. Bu vaxt gözəl üzlü, xoş ətirli və təmiz geyimli bir şəxs məscidə daxil oldu və yeddinci sütunun yanında dayandı. Namazın təkbirini dedi. Bu təkbir mənim vücudumu titrətdi. O, dörd rəkət namaz (iki rəkət-iki rəkət) qıldı və sonra bu cümləylə başlayan duanı oxudu:
اِلٰهِىْ اِنْ كُنْتُ قَدْ عَصَيْتُكَ
<font color="000000"><b>Ey Allahım, əgər Sənə itaətsizlik etmişəmsə,...</b></font>
Sonra o şəxs səcdəyə getdi və təkrar-təkrar bu sözləri dedi:
يَا كَرِيْمُ يَا كَرِيْمُ
<font color="000000"><b>Ey Kərim!</b></font>
Daha sonra isə dedi:
يَا مَنْ يَقْدِرْ عَلٰى حَوَاۤئِجِ السَّاۤئِلِيْنَ
<font color="000000"><b>Ey diləyənlərin diləklərini həyata keçirməyə qadir olan...</b></font>
Bu duadan sonra yetmiş dəfə dedi:
یَا سَيِّدِىْ
<font color="000000"><b>Ey ağam!</b></font>
O, başını səcdədən qaldırdıqda mən ona diqqətlə baxdım və gördüm ki, bu şəxs İmam Zeynul-abidindir (ə). Onun sağ əlini öpdüm və soruşdum: "Bura hansı iş üçün gəlmisiniz?" Buyurdu: "Gördüyün bu ibadəti yerinə yetirmək üçün."