İMAM SADİQİN (Ə) MƏQAMININ ƏMƏLLƏRİ
Sonra Müslim ibn Əqilin (r.ə) qəbri yaxınlığında yerləşən "İmam Sadiqin (ə) məqamı"na tərəf get. Orada iki rəkət namaz qıl. Namazdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Zikrlərdən sonra isə de:
يَا صَانِعَ كُلِّ مَصْنُوْعٍ
<font color="000000"><b>Ey hər yaradılmışı yaradan! Ey hər sınığı birləşdirən (qaynaq edən)! Ey hər məclisdə hazır olan! Ey hər gizlin söhbətə şahid olan! Ey hər gizli sirri bilən! Ey həmişə hazır olan şahid! Ey məğlub olmayan qalib! Ey uzaq olmayan yaxın! Ey hər tənhanın həmdəmi! Ey ondan qeyri bir dirinin olmadığı vaxt diri olan! Ey ölüləri dirildən! Ey diriləri öldürən! Sən hər kəsin etdiyinə nəzarət edirsən. Səndən qeyri ilah yoxdur. Məhəmmədə və Ali-Məhəmmədə salam göndər.</b></font>
وَ يَا جَابِرَ كُلِّ كَسِيْرٍ
وَ يَا حَاضِرَ كُلِّ مَلَإٍ
وَ يَا شَاهِدَ كُلِّ نَجْوٰى
وَ يَا عَالِمَ كُلِّ خَفِيَّةٍ
وَ يَا شَاهِدًا [شَاهِدُ] غَيْرَ غَاۤئِبٍ
وَ يَا غَالِبًا [غَالِبُ] غَيْرَ مَغْلُوْبٍ
وَ يَا قَرِيْبًا [قَرِيبُ] غَيْرَ بَعِيْدٍ
وَ يَا مُوْنِسَ كُلِّ وَحِيْدٍ
وَ يَا حَيًّا حِيْنَ لَا حَيَّ غَيْرُهُ
يَا مُحْيِيَ الْمَوْتٰى وَ مُمِيْتَ الْاَحْيَاۤءِ
الْقَاۤئِمَ عَلٰى كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ
لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ۔
Sonra Allahdan diləklərini dilə.