SƏHLƏ MƏSCİDİNİN ƏMƏLLƏRİ
1. Qeyd olunduğu kimi, hər kim bu məsciddə məğrib və işa namazlarının arasında iki rəkət namaz qılıb Allahdan hacətini diləyərsə, hacəti həyata keçər, inşaallah.
2. Bəzi böyük alimlər öz kitablarında bu məsciddə yerinə yetirilən bir sıra əməlləri qeyd etmiş və vurğulamışlar ki, bu əməlləri çərşənbə axşamından çərşənbəyə keçən gecə yerinə yetirmək daha yaxşıdır. (Bir sıra hədislərdən əldə olunur ki, bu əməllərin bir qismini Həzrət Xızır (ə) təlim etmişdir.) Həmin əməllər bunlardır: Məscidə daxil olmaq istəyərkən onun qapısı yanında dayan və de:
بِسْمِ اللّٰهِ
<font color="000000"><b>Allahın adı ilə, Allahın köməkliyi ilə, Allahdan və Allaha tərəf, Allahın istədiyi, ən üstün adlar Allah üçündür, Allaha təvəkkül etdim, uca və əzəmətli Allahdan qeyri bir sığınacaq və qüvvə yoxdur. Ey Allahım, məni Sənin məscidlərini və evlərini abad edənlərdən qərar ver. Ey Allahım, Məhəmməd və Ali-Məhəmməd vasitəsilə Sənə üz tutur, onları (şəfaət üçün) diləklərimin önündə qərar verirəm. Ey Allahım, elə isə, onlara xatir məni dünya və axirətdə Öz yanında hörməti olanlardan və (dərgahına) yaxın olanlardan qərar ver. Ey Allahım, onlara xatir namazımı qəbul olunmuş, günahımı bağışlanmış, ruzimi firavan, duamı müstəcab, hacətlərimi həyata keçmiş qərar ver. Kərəminlə mərhəmət üzündən mənə nəzər et ki, bunun vasitəsilə Sənin yanında kəramətə layiq olum və bunu əsla məndən almayasan. Rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi. Ey qəlbləri və gözləri döndərən! Qəlbimi Özünün dinində, Peyğəmbərinin və vəlinin dinində sabit (dönməz) et. Məni hidayət etdikdən sonra azdırma. Öz dərgahından mənə mərhəmət bəxş et. Həqiqətən Sən çox bəxş edənsən. Ey Allahım, Sənə üz tutmuş, Sənin razılığını və savabını istəyirəm. Sənə iman gətirmiş və Sənə təvəkkül edirəm. Ey Allahım, mənə diqqət yetir və mənim diqqətimi Özünə yönəlt.</b></font>
وَ خَيْرُ الْاَسْمَاۤءِ لِلّٰهِ
تَوَكَّلْتُ عَلَى اللّٰهِ
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
اَللّٰهُمَّ اجْعَلْنِيْ مِنْ عُمَّارِ مَسَاجِدِكَ وَ بُيُوْتِكَ
اَللّٰهُمَّ اِنِّيْ اَتَوَجَّهُ اِلَيْكَ بِمُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اُقَدِّمُهُمْ بَيْنَ يَدَيْ حَوَاۤئِجِيْ
فَاجْعَلْنِيْ اَللّٰهُمَّ بِهِمْ عِنْدَكَ وَجِيْهًا
فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ وَ مِنَ الْمُقَرَّبِيْنَ
اَللّٰهُمَّ اجْعَلْ صَلٰوتِيْ بِهِمْ مَقْبُوْلَةً
وَ ذَنْبِيْ بِهِمْ مَغْفُوْرًا
وَ رِزْقِيْ بِهِمْ مَبْسُوْطًا
وَ دُعَاۤئِيْ بِهِمْ مُسْتَجَابًا
وَ حَوَاۤئِجِيْ بِهِمْ مَقْضِيَّةً
وَ انْظُرْ اِلَيَّ بِوَجْهِكَ الْكَرِيْمِ
نَظْرَةً رَحِيْمَةً اَسْتَوْجِبُ بِهَا الْكَرَامَةَ عِنْدَكَ
ثُمَّ لَا تَصْرِفْهُ عَنِّيْ اَبَدًا
بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
يَا مُقَلِّبَ الْقُلُوْبِ وَ الْاَبْصَارِ
ثَبِّتْ قَلْبِيْ عَلٰى دِيْنِكَ
وَ دِيْنِ نَبِيِّكَ وَ وَلِيِّكَ
وَ لَا تُزِغْ قَلْبِيْ بَعْدَ اِذْ هَدَيْتَنِيْ
وَ هَبْ لِيْ مِنْ لَدُنْكَ رَحْمَةً
اِنَّكَ اَنْتَ الْوَهَّابُ
اَللّٰهُمَّ اِلَيْكَ تَوَجَّهْتُ
اَللّٰهُمَّ فَاَقْبِلْ بِوَجْهِكَ اِلَيَّ
وَ اَقْبِلْ بِوَجْهِيْ اِلَيْكَ۔
Sonra "Ayətəl-kürsi"ni, <font><b><a href="https://www.divinepearls.com/surah114">Nas</a></b></font> və <font><b><a href="https://www.divinepearls.com/surah113">Fələq</a></b></font> surələrini oxu və bu zikri yeddi dəfə de:
سُبْحَانَ اللهِ
<font color="000000"><b>Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah böyükdür.</b></font>
وَ لَاۤ اِلٰهَ اَلَّا اللهُ
اَللّٰهُمَّ لَكَ الْحَمْدُ عَلٰى مَا هَدَيْتَنِيْ
<font color="000000"><b>Ey Allahım, məni hidayət etdiyinə görə həmd-səna Sənə məxsusdur. Məni fəzilətli (üstün) etdiyinə görə həmd-səna Sənə məxsusdur. Məni şərafətli etdiyinə görə həmd-səna Sənə məxsusdur. Məni sınağa çəkdiyin hər gözəl sınağa görə həmd-səna Sənə məxsusdur.
Ey Allahım, namazımı və duamı qəbul et, qəlbimi pak et, ürəyimi geniş et və tövbəmi qəbul et, Sən çox tövbə edən və rəhimsən.</b></font>
وَ لَكَ الْحَمْدُ عَلٰى مَا فَضَّلْتَنِيْ
وَ لَكَ الْحَمْدُ عَلٰى مَا شَرَّفْتَنِيْ
وَ لَكَ الْحَمْدُ عَلٰى كُلِّ بَلَاۤءٍ حَسَنٍ ابْتَلَيْتَنِيْ
اَللّٰهُمَّ تَقَبَّلْ صَلٰوتِيْ وَ دُعَاۤئِيْ
اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِيْمُ۔
Sonra məscidə daxil ol və iki rəkət namaz qıl. Namazdan sonra əllərini göyə qaldır və de:
اَنْتَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
<font color="000000"><b>Sənsən Allah, Səndən qeyri ilah yoxdur, Sən məxluqatı vücuda gətirən və onları geri döndərənsən. Sənsən Allah, Səndən qeyri ilah yoxdur, Sən məxluqatı yaradan və onlara ruzi verənsən. Sənsən Allah, Səndən qeyri ilah yoxdur, Sən geri alan və açıb yayansan. Sənsən Allah, Səndən qeyri ilah yoxdur, Sən işləri idarə edən və qəbirdəkiləri ayağa qaldıransan. Sən yerin və onun üzərində olanların varisisən. Səndən diləyirəm məxfi və qorunmuş, diri və daimi adına xatir. Sənsən Allah, Səndən qeyri ilah yoxdur, Sən sirləri bilənsən və sirlərdən belə məxfisən. Səndən diləyirəm o adına xatir ki, əgər o adla çağırılsan, cavab verərsən; əgər o adla Səndən dilək dilənilsə, əta edərsən. Səndən diləyirəm Məhəmmədin və onun Əhli-beytinin Sənin üzərində olan haqqına xatir; onların da Özünə vacib etdiyin haqlarına xatir ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, elə bu saatda mənim diləyimi həyata keçirəsən. Ey duaları eşidən, ey Ağam, ey Mövlam, ey fəryadıma yetən! Səndən diləyirəm Özünü adlandırıdığın, yaxud qeyb elmində Öz yanında seçdiyin hər adına xatir ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, işlərimizin düyününü tezliklə açasan. Ey qəlbləri və gözləri döndərən! Ey duaları eşidən!</b></font>
مُبْدِئُ الْخَلْقِ وَ مُعِيْدُهُمْ
وَ اَنْتَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
خَالِقُ الْخَلْقِ وَ رَازِقُهُمْ
وَ اَنْتَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
وَ اَنْتَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
وَ بَاعِثُ مَنْ فِي الْقُبُوْرِ
اَنْتَ وَارِثُ الْاَرْضِ وَ مَنْ عَلَيْهَا
اَسْاَلُكَ بِاسْمِكَ الْمَخْزُوْنِ الْمَكْنُوْنِ
وَ اَنْتَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ
عَالِمُ السِّرِّ وَ اَخْفٰىۤ
اَسْاَلُكَ بِاسْمِكَ الَّذِيۤ اِذَا دُعِيْتَ بِهِ اَجَبْتَ
وَ اِذَا سُئِلْتَ بِهِ اَعْطَيْتَ
وَ اَسْاَلُكَ بِحَقِّكَ عَلٰى مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ
وَ بِحَقِّهِمُ الَّذِيْ اَوْجَبْتَهُ عَلٰى نَفْسِكَ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَقْضِيَ لِيْ حَاجَتِيْ
يَا سَيِّدَاهُ يَا مَوْلَاهُ يَا غِيَاثَاهُ
اَسْاَلُكَ بِكُلِّ اسْمٍ سَمَّيْتَ بِهِ نَفْسَكَ
اَوِ اسْتَأْثَرْتَ بِهِ فِيْ عِلْمِ الْغَيْبِ عِنْدَكَ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تُعَجِّلَ فَرَجَنَا السَّاعَةَ
يَا مُقَلِّبَ الْقُلُوْبِ وَ الْاَبْصَارِ
يَا سَمِيْعَ الدُّعَاۤءِ۔
Sonra səcdəyə get və xüşu ilə Allahdan öz istəyini dilə. Daha sonra məscidin "Həzrət İbrahimin (ə) evi" adı ilə tanınan hissəsinə get və orada iki rəkət namaz qıl. Namazdan sona Xanım Fatimə-Zəhra (s.ə) təsbihi de. Zikrdən sonra isə de:
اَللّٰهُمَّ بِحَقِّ هٰذِهِ الْبُقْعَةِ الشَّرِيْفَةِ
<font color="000000"><b>Ey Allahım, bu girami evin haqqına xatir və bu evdə Sənə ibadət edən kəsin haqqına xatir, Sən mənim diləklərimi bilirsən, elə isə Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və diləklərimi həyata keçir. Sən mənim günahlarımın sayını bilirsən, elə isə Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və günahlarımı bağışla. Ey Allahım, o vaxtadək ki həyat mənim üçün daha yaxşıdır, məni o vaxtadək həyatda saxla. O vaxt ki ölüm mənim üçün daha yaxşıdır, məni dostlarınla dost və düşmənlərinlə düşmən olduğum bir halda öldür. Mənim barəmdə Özünün layiq olduğunu et, ey rəhimlilərin ən rəhimlisi.</b></font>
وَ بِحَقِّ مَنْ تَعَبَّدَ لَكَ فِيْهَا
قَدْ عَلِمْتَ حَوَاۤئِجِيْ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اقْضِهَا
وَ قَدْ اَحْصَيْتَ ذُنُوْبِيْ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اغْفِرْهَا
اَللّٰهُمَّ اَحْيِنِيْ مَا [اِذَا] كَانَتِ الْحَيَاةُ خَيْرًا لِيْ
وَ اَمِتْنِيْ [تَوَفَّنِيْ] اِذَا كَانَتِ الْوَفَاةُ خَيْرًا لِيْ
عَلٰى مُوَالَاةِ اَوْلِيَاۤئِكَ وَ مُعَادَاةِ اَعْدَاۤئِكَ
وَ افْعَلْ بِيْ مَاۤ اَنْتَ اَهْلُهُ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Bundan sonra məscidin başqa bir guşəsinə - qərb tərəfə, yəni qiblə tərəfə get və orada iki rəkət namaz qıl. Namazdan sonra əllərini göyə qaldır və bu duanı oxu:
اَللّٰهُمَّ اِنِّي صَلَّيْتُ هٰذِهِ الصَّلٰوةَ ابْتِغَاۤءَ مَرْضَاتِكَ
<font color="000000"><b>Ey Allahım, bu namazı Sənin razılığını əldə etmək, ehsanını diləmək, hədiyyə və bəxşişinə ümid bəsləməkdən ötrü qıldım. Elə isə Məhəmmədə və onun xanidanına salam göndər və namazımı ən gözəl surətdə məndən qəbul et, rəhmətinə xatir məni arzularıma qovuşdur, mənim barəmdə Özünün layiq olduğunu et, ey rəhimlilərin ən rəhimlisi.</b></font>
وَ رَجَاۤءَ رِفْدِكَ وَ جَوَاۤئِزِكَ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ تَقَبَّلْهَا مِنِّيْ بِاَحْسَنِ قَبُوْلٍ
وَ بَلِّغْنِيْ بِرَحْمَتِكَ الْمَأْمُوْلِ
وَ افْعَلْ بِيْ مَا اَنْتَ اَهْلُهُ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra səcdəyə get, üzünün hər iki tərəfini səcdəgaha qoy. Daha sonra məscidin başqa bir guşəsinə - şərqə tərəf get və orada iki rəkət namaz qıl. Namazdan sonra əllərini aç və de:
اَللّٰهُمَّ اِنْ كَانَتِ الذُّنُوْبُ وَ الْخَطَايَا
<font color="000000"><b>Ey Allahım, əgər günahlar və səhvlər mənim simamı Sənin dərgahında dəyişdirmişsə və səsimin dərgahına çatmasının, dualarımın müstəcab olmasının qarşısını almışsa, elə isə Səndən Öz haqqına xatir diləyirəm, ey Allah – həqiqətən Sənin tayın-bərabərin yoxdur – və Məhəmmədin və onun xanidanının haqqına xatir Sənə təvəssül edirəm, Səndən diləyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, kərəminlə mənə nəzər edəsən və mənim nəzərimi Özünə yönəldəsən. Səni çağırdığım zaman məni naümid etməyəsən və Sənə ümidvar olduğum zaman məni məhrum qoymayasan. Ey rəhimlilərin ən rəhimlisi.</b></font>
قَدْ اَخْلَقَتْ وَجْهِيْ عِنْدَكَ
فَلَمْ تَرْفَعْ لِيْ اِلَيْكَ صَوْتًا
وَ لَمْ تَسْتَجِبْ لِيْ دَعْوَةً
فَاِنِّيۤ اَسْاَلُكَ بِكَ يَاۤ اَللّٰهُ
فَاِنَّهُ لَيْسَ مِثْلَكَ اَحَدٌ
وَ اَتَوَسَّلُ اِلَيْكَ بِمُحَمَّدٍ وَ اٰلِهِ
وَ اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تُقْبِلَ اِلَيَّ [عَلَيَ] بِوَجْهِكَ الْكَرِيْمِ
وَ تُقْبِلَ بِوَجْهِيْ اِلَيْكَ
وَ لَا تُخَيِّبَنِيْ حِيْنَ اَدْعُوْكَ
وَ لَا تَحْرِمْنِيْ حِيْنَ اَرْجُوْكَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Başqa bir rəvayətə görə, daha sonra məscidin digər şərq küncünə gedib orada iki rəkət namaz qıldıqdan sonra aşağıdakı duanı oxumaq qeyd olunub:
اَللّٰهُمَّ اِنِّيۤ اَسْاَلُكَ بِاسْمِكَ يَاۤ اَللّٰهُ
<font color="000000"><b>Ey Allahım! Səni "Ya Allah" isminlə çağıraraq Səndən istəyirəm ki, Muhəmməd və onun Əhli-Beytinə salavat göndərəsən. Və ömrümün ən xeyirli anını onun sonu edəsən, əməllərimin ən xeyirlisini onların sonu edəsən və günlərimin ən xeyirlisini Səninlə görüşəcəyim gün edəsən. Həqiqətən, Sən hər şeyə qadirsən. Ey Allahım! Dualarımı qəbul et və pıçıltılarımı eşit. Ey Uca! Ey Əzəmətli! Ey Qadir! Ey Qahir! Ey daim diri olan və heç vaxt ölməyən! Muhəmməd və onun Əhli-Beytinə salavat göndər və mənimlə Sənin arandakı günahları bağışla. Məni insanların önündə rüsvay etmə. Məni heç yatmayan gözünlə qoru və mənə gücünlə mərhəmət et, ey Rəhm edənlərin ən Rəhmlisi! Allahın salamı Peyğəmbərimiz Muhəmməd və onun pak Əhli-Beytinə olsun! Ey Aləmlərin Rəbbi!</b></font>
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَجْعَلَ خَيْرَ عُمْرِيۤ اٰخِرَهُ
وَ خَيْرَ اَعْمَالِيْ خَوَاتِيْمَهَا
وَ خَيْرَ اَيَّامِيْ يَوْمَ اَلْقَاكَ فِيْهِ
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ
اَللّٰهُمَّ تَقَبَّلْ دُعَاۤئِيْ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ بَيْنِيْ وَ بَيْنَكَ
وَ لَا تَفْضَحْنِيْ عَلٰى رُؤُسِ الْاَشْهَادِ
وَ احْرُسْنِيْ بِعَيْنِكَ الَّتِيْ لَا تَنَامُ
وَ ارْحَمْنِيْ بِقُدْرَتِكَ عَلَيَّ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
وَ صَلَّى اللّٰهُ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ
يَا رَبَّ الْعَالَمِيْنَ۔
Daha sonra məscidin ortasında yerləşən evə daxil ol (bura "İmam Zeynul-abidinin (ə) məqamı" adı ilə tanınır) və iki rəkət namaz qıl. Namazdan sonra de:
يَا مَنْ هُوَ اَقْرَبُ اِلَيَّ مِنْ حَبْلِ الْوَرِيْدِ
<font color="000000"><b>Ey o kəs ki, boynun damarından da mənə yaxındır! Ey o kəs ki, istədiyi hər işi edir! Ey o kəs ki, insanla qəlbi arasında fasilə (maneə) olur! Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, güc-qüvvən ilə mənimlə məni incidən şey arasında maneə ol. Ey hər şeyə kömək edən, lakin heç nəyin ona köməyi dəymədiyi kəs! Mühüm dünya və axirət işlərimdə mənə kifayət et, ey rəhimlilərin ən rəhimlisi.</b></font>
يَا فَعَّالًا لِمَا يُرِيدُ
يَا مَنْ يَحُوْلُ بَيْنَ الْمَرْءِ وَ قَلْبِهِ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ حُلْ بَيْنَنَا وَ بَيْنَ مَنْ يُؤْذِيْنَا
يَا كَافِيْ مِنْ كُلِّ شَيْءٍ
وَ لَا يَكْفِيْ مِنْهُ شَيْءٌ
اِكْفِنَا الْمُهِمَّ مِنْ اَمْرِ الدُّنْيَا وَ الْاٰخِرَةِ
يَا ۤاَرْحَمَ الرَّاحِمِيْنَ۔
Bundan sonra üzünün hər iki tərəfini səcdəgaha qoy.
"Məzar əl-Qədim" kitabında qeyd olunur ki, burda iki rəkət namaz qıldıqdan sonra ""Babul-fərəc"in əməlləri" bölümündəki dua oxunsun. Həmin dua belə başlayır:
اَللّٰهِمَّ اِنِّىْ اَسْاَلُكَ يَا مَنْ لَا تَرَاهُ الْعُيُوْنُ ۔۔۔
<font color="000000"><b>Ey Allahım, Səndən istəyirəm, ey o kəs ki, gözlər Səni görə bilməz,...</b></font>
Səhlə məscidinin qiblə tərəfində "Həzrət Məhdinin (ə.f) məqamı" adı ilə tanınan bir otaq vardır. Burada o həzrəti ziyarət etmək münasib hesab olunur.
Bəzi kitablarda nəql olunur ki, bu məkanda "İmam Zamana (ə.f) istiğasə" adlı ziyarətnaməni oxumaq daha münasibdir. Ziyarətnamə bu sözlərlə başlayır:
سَلَامُ اللهِ الْكَامِلُ التَّآمُّ ۔۔۔
<font color="000000"><b>Allahın kamil, tam,...</b></font>