EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
SƏ'SƏ'Ə MƏSCİDİNİN ƏMƏLLƏRİ
"Zeyd" və "Sə'sə'ə" məscidləri Həzrət Əlinin (ə) dostlarından olan iki qardaşa mənsubdur: Zeyd ibn Suhan və Sə'sə'ə ibn Suhan. Əmirəl-möminin Əlinin (ə) ən yaxın səhabələrindən olan Zeyd öz dövrünün böyük və təqvalı şəxsiyyətlərindən olmuşdur. O, Cəməl döyüşündə Həzrət Əlinin (ə) qoşununda şəhid oldu. "Zeyd məscidinin əməlləri"ndə qeyd olunan dua da onun gecə namazında oxuduğu duadır.
Sə'sə'ə də Əmirəl-möminin Əlinin (ə) səhabələrindən və o həzrətin haqqını tanıyan imanlı bir şəxsiyyət olmuşdur. Onun fəsahət və bəlağəti (natiqlik, xətiblik qabiliyyəti) elə bir həddə idi ki, Əmirəl-möminin (ə) ona "mahir natiq" ləqəbi vermiş, onun xətiblik məharətini, həmçinin dolanışıq xərclərinin az olmasını və camaata çox yardım etməsini tərifləmişdir.
Sə'sə'ə Əmirəl-möminin Əlinin (ə) cənazəsi dəfn olunduğu gecə o həzrətin övladlarının kənarında olmuşdur (yəni o həzrətin dəfnində iştirak edən şəxslərdən olmuşdur). Dəfndən sonra o, Əmirəl-mömininin (ə) pak qəbri kənarında dayanmış, bir ovuc torpaq götürüb başına tökmüş və demişdir: "Atam-anam sənə fəda olsun, ey Əmirəl-möminin! Allahın kəramətləri sənə nuş olsun, ey Əbul-Həsən! Həqiqətən sənin mövludun pak, səbrin qüvvətli və cihadın əzəmətli olmuşdur. Sən arzuladığına çatdın. Mənfəətli ticarət etdin və Rəbbinin görüşünə tələsdin..." Beləcə, Sə'sə'ə o həzrətin sifətlərini sadalayaraq möhkəm ağlamış və başqalarını da ağlatmışdır. Həqiqətdə, o, Əmirəl-mömininin (ə) qəbri başında əza məclisi qurmuşdur ki, rövzəxanı Sə'sə'ə və əza iştirakçıları Həsən, Hüseyn, Məhəmməd ibn Hənəfiyyə, Əbul-Fəzl Abbas və o həzrətin başqa övladları və qohum-əqrəbası olmuşdur. Allahın rəhməti və rizvanı olsun ona.
Seyid ibn Tavus "Misbahuz-zair"də yazır ki, bu məsciddə iki rəkət namaz qıldıqdan bu cümləylə başlayan duanı oxuyun (bu duanı Rəcəb ayının əməllərində "Şeyx Tusidən Rəcəb Ayının Hər Günü Üçün Oxunan Dua" adı altında qeyd edtmişik):
اَللّٰهُمَّ يَا ذَالْمِنَنِ السَّابِغَةِ
<font color="000000"><b>Ey Allahım, ey çoxlu xeyir-bərəkət, saysız nemət, geniş rəhmət, əhatəli qüdrət, böyük nemətlər, əzəmətli bəxşişlər, gözəl yardımlar və çoxlu ətalar sahibi...</b></font>
وَ الْاٰلَاۤءِ الْوَازِعَةِ۔۔۔
Əllamə Məclisi öz kitabında "Məzar-Şəhid" və "Məzar-Kəbir" kitablarına istinadən, Seyid İbn Tavus isə özünün "İqbal" kitabında qeyd edir ki, bəzi möminlər mübarək rəcəb ayında İmam Zamanı (ə.f) bu məsciddə görmüşlər. Belə ki, o həzrət iki rəkət namaz qıldıqdan sonra sözügedən duanı oxumuşdur. (Ola bilsin ki, İmam Zaman (ə.f) rəcəb ayı münasibətilə bu duanı bu məsciddə oxumuşdur, nəinki bu duanın bu məscidə məxsus olması baxımından.) Hər halda, şübhə yoxdur ki, belə bir geniş və dərin mənalı minacatı bu məsciddə oxumaq hər bir zaman üçün münasibdir.
Hər halda, şübhə yoxdur ki, belə bir geniş və dərin mənalı minacatı bu məsciddə oxumaq hər bir zaman üçün münasibdir.