EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM HÜSEYNƏ (Ə) SALAVAT
Yaxşı olar ki, zəvvar hərəmin daxilində o həzrətə salavat göndərsin. Əllamə Məclisinin Seyid İbn Tavusdan nəql etdiyi salavatı oxusun:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
<font color="000000"><b>Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Məzlum (zülmə məruz qalan) və şəhid Hüseynə salam göndər; o qətlə yetirilənə ki, onun üçün çoxlu göz yaşı tökülür; o kəs ki, çətinliklərin əsiri idi; saysız, pakizə və bərəkətli bir salam ki, yüksələn və nəhayətsiz olsun. Peyğəmbərlərinin və elçilərinin övladlarından hər birinə göndərdiyin salamım ən üstününü (ona) göndər, ey aləmlərin rəbbi. Ey Allahım, salam göndər şəhid və (Allah yolunda) qətlə yetirilən imama, məzlum və köməksizə, ağa və rəhbərə, abid və zahidə, vəsi və canişinə; doğru danışan, pak, təmiz, pakizə, bərəkətli, razı qalan və bəyənilən, təqvalı, hidayət edən və hidayət olunmuş, zahid, arxa dayanan, cihad edən, alim imama; hidayət imamına, Peyğəmbərin nəvəsinə, Bətulun (Xanım Fatimə-Zəhranın) gözünün nuruna – Allahın salamı olsun ona və xanidanına. Ey Allahım, salam göndər ağama və mövlama; Sənə itaət etdiyi və Sənə qarşı itaətsizlikdən çəkindirdiyi kimi; Sənin razılığın yolunda çalışdığı və üzr gətirmədən Sənə iman gətirdiyi kimi; gizlində və aşkarda bəndələri Sənə tərəf çağırdığı və hidayət etdiyi kimi. O Sənin hüzurunda qiyam etdi, ta ki zülm və sitəm (evini) düzgünlüklə viran etsin və Peyğəmbərin sünnəsini Allahın kitabı ilə dirçəltsin. Odur ki, Sənin razılığın yolunda çətinlik və məşəqqətlə yaşadı, Sənin bəndəliyin və övliyalarının yolunda çətinliklər çəkdi. O, dünyadan elə bir halda köçdü ki, əsla Sənə qarşı itaətsizlik etmədi, əksinə Sənin yolunda münafiqlərlə və kafirlərlə vuruşdu. Ey Allahım, sadiqlərin (doğru danışanların) və yaxşı əməl sahiblərinin ən üstün makafatını ona əta et. Onun düşmənlərinin və qatillərinin əzabını artır. O, kərimanə (alicənablıqla) döyüşdü, məzlumcasına qətlə yetirildi və Allahın rəhməti sayəsində mərhum oldu. Bir halda belə deyirdi: "Mən Allahın elçisi Məhəmmədin övladıyam; zəkat verən və Allaha ibadət edən kəsin övladı." Onu bilərəkdən və qəsdən öldürdülər. Onu bilərək öldürdülər, qətlində şeytana itaət etdilər və Allahdan qorxmadılar. Ey Allahım, ağama və mövlama salam göndər; elə bir salam ki, bununla onun yadını ucaldasan, işini (hədəfini) zahir edəsən və ona köməklikdə tələsəsən. Qiyamət günü ən üstün fəzilətləri ona aid et. Cənnətin ən yüksək mərtəbələrində onun şərafətini artır, onu kəramət əhlinin ən yüksək dərəcəsinə çatdır. Onu əzəmətli rəhmətinlə müqərrəblərin uca məqamından daha yüksəklərə qaldır. Onu vəsilə (şəfaət) məqamına, əzəmətli məqama, fəzl və fəzilət, ən yaxşı kəramət məqamına çatdır. Ey Allahım, ardıcılları tərəfindən bir rəhbərə verdiyin ən yaxşı mükafatı bizim tərəfimizdən ona əta et. Ağama və mövlama salam göndər; yad olunduğu və yad olunmadığı hər bir vaxt. Ey mənim ağam və mövlam, məni öz dəstənə daxil et və Rəbbimizdən bizə bəxşiş istə. Çünki Onun yanında sənin hörmətin, dəyərin və uca məqamın vardır. Sən nə istəsən, sənə verər və şəfaət etsən, şəfaətin qəbul olunar. Nökərinin və səni sevənin barəsində Allahı yada sal. Pis əməlimə, qəbahətimə və böyük günahıma görə çətinliklərdə və giriftarlıqlarda məni tənha qoyma. Həqiqətən sən mənim Allaha doğru arzum, ümidim, sığınacağım, dayağım və vəsiləmsən; o Allah ki, mənim və sənin Rəbbindir. Allaha təvəssül edənlər haqqı daha böyük, ehtiramı daha vacib və Onun yanında dəyəri siz Əhli-beytdən daha çox olan bir kəsə təvəssül etməmişlər. Allah günahlarıma görə məni sizdən ayrı salmasın. Məni sizin və dostlarınız üçün hazırladığı Cənnətdə sizinlə birlikdə etsin. Çünki O, bağışlayanların ən yaxşısı və rəhimlilərin ən rəhimlisidir. Ey Allahım, mənim çoxlu salamımı ağama və mövlama çatdır. Onun da salamını bizə yönəlt ki, Sən bəxş edən və kərimsən. Salam deyilərkən və yaxud deyilmədikdə də ona salam göndər, ey aləmlərin rəbbi.</b></font>
وَ صَلِّ عَلَى الْحُسَيْنِ الْمَظْلُوْمِ الشَّهِيْدِ
قَتِيْلِ الْعَبَرَاتِ وَ اَسِيْرِ الْكُرُبَاتِ
صَلَاةً نَامِيَةً زَاكِيَةً مُبَارَكَةً
يَصْعَدُ اَوَّلُهَا وَ لَا يَنْفَدُ اٰخِرُهَا
اَفْضَلَ مَا صَلَّيْتَ عَلٰى اَحَدٍ
مِنْ اَوْلَادِ الْاَنْبِيَاۤءِ وَ الْمُرْسَلِيْنَ
يَا رَبَّ الْعَالَمِيْنَ
اَللّٰهُمَّ صَلِّ عَلَى الْاِمَامِ الشَّهِيْدِ
الْمَقْتُوْلِ الْمَظْلُوْمِ الْمَخْذُوْلِ
وَ السَّيِّدِ الْقَاۤئِدِ وَ الْعَابِدِ الزَّاهِدِ
الْوَصِيِّ الْخَلِيْفَةِ الْاِمَامِ الصِّدِّيْقِ
الطُّهْرِ الطَّاهِرِ الطَّيِّبِ الْمُبَارَكِ
وَ الرَّضِيِّ الْمَرْضِيِّ وَ التَّقِيِّ الْهَادِي الْمَهْدِيِّ
الزَّاهِدِ الذَّاۤئِدِ الْمُجَاهِدِ الْعَالِمِ
اِمَامِ الْهُدٰى سِبْطِ الرَّسُوْلِ وَ قُرَّةِ عَيْنِ الْبَتُوْلِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى سَيِّدِيْ وَ مَوْلَايَ
كَمَا عَمِلَ بِطَاعَتِكَ
وَ نَهٰى عَنْ مَعْصِيَتِكَ
وَ بَالَغَ فِيْ رِضْوَانِكَ
وَ اَقْبَلَ عَلٰى اِيْمَانِكَ
غَيْرَ قَابِلٍ فِيْكَ عُذْرًا
سِرًّا وَ عَلَانِيَةً يَدْعُوْ الْعِبَادَ اِلَيْكَ
وَ يَدُلُّهُمْ عَلَيْكَ
وَ قَامَ بَيْنَ يَدَيْكَ
يَهْدِمُ الْجَوْرَ بِالصَّوَابِ
وَ يُحْيِيْ السُّنَّةَ بِالْكِتَابِ
فَعَاشَ فِيْ رِضْوَانِكَ مَكْدُوْدًا
وَ مَضٰى عَلٰى طَاعَتِكَ وَ فِيْ اَوْلِيَاۤئِكَ مَكْدُوْحًا
وَ قَضٰى اِلَيْكَ مَفْقُوْدًا
لَمْ يَعْصِكَ فِيْ لَيْلٍ وَ لَا نَهَارٍ
بَلْ جَاهَدَ فِيْكَ الْمُنَافِقِيْنَ وَ الْكُفَّارَ
اَللّٰهُمَّ فَاجْزِهِ خَيْرَ جَزَاۤءِ الصَّادِقِيْنَ الْاَبْرَارِ
وَ ضَاعِفْ عَلَيْهِمُ الْعَذَابَ وَ لِقَاتِلِيْهِ الْعِقَابَ
فَقَدْ قَاتَلَ كَرِيْمًا وَ قُتِلَ مَظْلُوْمًا وَ مَضٰى مَرْحُوْمًا
يَقُوْلُ اَنَا ابْنُ رَسُوْلِ اللّٰهِ مُحَمَّدٍ
وَ ابْنُ مَنْ زَكّٰى وَ عَبَدَ
فَقَتَلُوْهُ بِالْعَمْدِ الْمُعْتَمَدِ
قَتَلُوْهُ عَلَى الْاِيْمَانِ
وَ اَطَاعُوْا فِيْ قَتْلِهِ الشَّيْطَانَ
وَ لَمْ يُرَاقِبُوْا فِيْهِ الرَّحْمٰنَ۔
اَللّٰهُمَّ فَصَلِّ عَلٰى سَيِّدِيْ وَ مَوْلَايَ
صَلَاةً تَرْفَعُ بِهَا ذِكْرَهُ
وَ تُظْهِرُ بِهَا اَمْرَهُ
وَ تُعَجِّلُ بِهَا نَصْرَهُ
وَ اخْصُصْهُ بِاَفْضَلِ قِسَمِ الْفَضَاۤئِلِ يَوْمَ الْقِيَامَةِ
وَ زِدْهُ شَرَفًا فِيْ اَعْلٰى عِلِّيِّيْنَ
وَ بَلِّغْهُ اَعْلٰى شَرَفِ الْمُكَرَّمِيْنَ
وَ ارْفَعْهُ مِنْ شَرَفِ رَحْمَتِكَ
فِيْ شَرَفِ الْمُقَرَّبِيْنَ
فِيْ الرَّفِيْعِ الْاَعْلٰى
وَ بَلِّغْهُ الْوَسِيْلَةَ وَ الْمَنْزِلَةَ الْجَلِيْلَةَ
وَ الْفَضْلَ وَ الْفَضِيْلَةَ
وَ الْكَرَامَةَ الْجَزِيْلَةَ
اَللّٰهُمَّ فَاجْزِهِ عَنَّا اَفْضَلَ مَا جَازَيْتَ اِمَامًا عَنْ رَعِيَّتِهِ
وَ صَلِّ عَلٰى سَيِّدِيْ وَ مَوْلَايَ كُلَّمَا ذُكِرَ
وَ كُلَّمَا لَمْ يُذْكَرْ
يَا سَيِّدِيْ وَ مَوْلَايَ
اَدْخِلْنِيْ فِيْ حِزْبِكَ وَ زُمْرَتِكَ
وَ اسْتَوْهِبْنِيْ مِنْ رَبِّكَ وَ رَبِّيْ
فَاِنَّ لَكَ عِنْدَ اللّٰهِ جَاهًا وَ قَدْرًا
وَ مَنْزِلَةً رَفِيْعَةً
اِنْ سَاَلْتَ اُعْطِيْتَ
وَ اِنْ شَفَعْتَ شُفِّعْتَ
اللّٰهَ اللّٰهَ فِيْ عَبْدِكَ وَ مَوْلَاكَ
لَا تُخَلِّنِيْ عِنْدَ الشَّدَاۤئِدِ وَ الْاَهْوَالِ
لِسُوۤءِ عَمَلِيْ وَ قَبِيْحِ فِعْلِيْ وَ عَظِيْمِ جُرْمِيْ
فَاِنَّكَ اَمَلِيْ وَ رَجَاۤئِيْ
وَ ثِقَتِيْ وَ مُعْتَمَدِيْ
وَ وَسِيْلَتِيْ اِلَى اللّٰهِ رَبِّيْ وَ رَبِّكَ
لَمْ يَتَوَسَّلِ الْمُتَوَسِّلُوْنَ اِلَى اللّٰهِ
بِوَسِيْلَةٍ هِيَ اَعْظَمُ حَقًّا
وَ لَا اَوْجَبُ حُرْمَةً
وَ لَا اَجَلُّ قَدْرًا
عِنْدَهُ مِنْكُمْ اَهْلَ الْبَيْتِ
لَا خَلَّفَنِيَ اللّٰهُ عَنْكُمْ بِذُنُوْبِيْ
وَ جَمَعَنِيْ وَ اِيَّاكُمْ فِيْ جَنَّةِ عَدْنٍ
الَّتِيۤ اَعَدَّهَا لَكُمْ وَ لِاَوْلِيَاۤئِكُمْ
اِنَّهُ خَيْرُ الْغَافِرِيْنَ وَ اَرْحَمُ الرَّاحِمِيْنَ
اَللّٰهُمَّ اَبْلِغْ سَيِّدِيْ وَ مَوْلَايَ
تَحِيَّةً كَثِيْرَةً وَ سَلَامًا
وَ ارْدُدْ عَلَيْنَا مِنْهُ السَّلَامَ
اِنَّكَ جَوَادٌ كَرِيْمٌ
وَ صَلِّ عَلَيْهِ كُلَّمَا ذُكِرَ السَّلَامُ
وَ كُلَّمَا لَمْ يُذْكَرْ يَا رَبَّ الْعَالَمِيْنَ۔