İMAM HÜSEYNİN (Ə) HƏRƏMİNDƏ ÇƏTİNLİKLƏR ÜÇÜN DUA
1. İmam Hüseyinin (ə) hərəmində tövsiyə olunan əməllər arasında məzlumun zalıma qarşı olunan duası yer alir. Başqa sözlə desək, bir zalım tərəfindən haqsızlığa məruz qalan şəxsə, İmam Hüseyinin (ə) müqəddəs hərəmində Allaha dua etməsi tövsiyə olunur. Şeyx Tusi "Misbah əl-Mutəcəhhid" kitabında cümə günlərində tövsiyə edilən əməllərdən biri olaraq qeyd edilən bu duan belə buyurur:
اَللّٰهُمَّ اِنِّيۤ اَعْتَزُّ بِدِيْنِكَ
<font color="000000"><b>Allahım, ləyaqətimi sənin dininə tabe olmaqdan alıram və məni şərəfli edən Sənin hidayətindir, amma [filankəs] məni pisliyi ilə alçaldır, zərər verərək təhqir edir, məni Sənin höccətlərivə sadiqolduğum üçün yalan iddialarla ittiham edir. Duaların olunan və cavabların verilən yerinə gəlmişəm. Allahım, Məhəmməd və onun Əhli-beytinə salavat göndər və mənə ona qarşı dəstək ol. Elə bu saat!</b></font>
وَ اَكْرَمُ بِهِدَايَتِكَ
وَ فُلَانٌ يُذِلُّنِيْ بِشَرِّهِ
وَ يُهِيْنُنِيْ بِاَذِيَّتِهِ
وَ يُعِيْبُنِيْ بِوِلَاۤءِ اَوْلِيَاۤئِكَ
وَ يَبْهَتُنِيْ بِدَعْوَاهُ
وَ قَدْ جِئْتُ اِلٰى مَوْضِعِ الدُّعَاۤءِ
وَ ضَمَانِكَ الْاِجَابَةَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَعْدِنِيْ عَلَيْهِ السَّاعَةَ السَّاعَةَ
Daha sonra yerə oturub de:
مَوْلَايَ اِمَامِيْ
<font color="000000"><b>Ey ağam, ey imamım, mənə zülm etdilər və mənə zülm edənə qarşı sənin köməyini axtarıram. Mənə kömək ol! Mənə kömək ol!</b></font>
مَظْلُوْمٌ ۟اِسْتَعْدٰى عَلٰى ظَالِمِهِ
2. İbn Fəhd "İddətud-da'i" kitabında İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Kimin Mütəal Allahdan bir diləyi varsa, İmam Hüseynin (ə) qəbrinin baş tərəfində dayanıb desin:
يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
<font color="000000"><b>Ey Əba Əbdillah, şəhadət verirəm ki, sən mənim yerimi görür və sözümü eşidirsən, sən Allah yanında dirisən və sənə ruzi verilir. Elə isə, diləyimin həyata keçməsini Rəbbimizdən istə.</b></font>
اَشْهَدُ اَنَّكَ تَشْهَدُ مَقَامِيْ
وَ اَنَّكَ حَيٌّ عِنْدَ رَبِّكَ تُرْزَقُ
فَاسْاَلْ رَبَّكَ وَ رَبِّيْ فِيْ قَضَاۤءِ حَوَاۤئِجِيْ۔
Heç şübhəsiz, onun diləyi həyata keçər, inşaallah."
3. Əgər zəvvarın qarşısına bir çətinlik və ya mühüm iş çıxıbsa, o, bu pak günbəzin altında istixarə edə və xeyir diləyə (yəni Allahdan işin xeyirlisini onun qarşısına çıxarmasını istəyə) bilər. Belə ki, o, İmam Hüseynin (ə) qəbrinin baş tərəfində dayansın və yüz dəfə "xeyir diləsin". Sonra yüz dəfə desin:
اَلْحَمْدُ لِلّٰهِ
<font color="000000"><b>Həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah pak və təmizdir!</b></font>
Allahın əzəmətini yad etsin və layiq olduğu şəkildə Ona həmd-səna desin. Əgər belə edərsə, Himyərinin "Qurbul-əsnad" kitabındakı səhih hədisə istinadən xeyirli olan ona verilər.
"Xeyir diləmək" isə başqa bir hədisə istinadən belədir:
اَسْتَخِيْرُ اللهَ بِرَحْمَتِهِ خِيَرَةً فِىْ عَافِيَةٍ
<font color="000000"><b>Allahdan istəyirəm ki. öz rəhmətiylə məni xeyirli seçim etməkdə mənə kömək olsun.</b></font>
Bu cümləni yüz dəfə desin.