EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM HÜSEYNİN (Ə) ÜÇÜNCÜ ZİYARƏTİ
İmam Sadiq (ə) Cabir Cu'fiyə buyurdu: "Sizinlə İmam Hüseynin (ə) qəbri arasında nə qədər yol var?" Cabir Cu'fi deyir ki, mən ərz etdim: "Bir gündən bir az çox." İmam Sadiq (ə) buyurdu: "O həzrəti ziyarət edirsinizmi?" Mən: "Bəli" – dedim. O buyurdu: "İstəmirsənmi ki, o həzrəti ziyarət etməyin savabı ilə səni razı edim və sənə müjdə verim?" Mən ərz etdim: "Əlbəttə istəyirəm, sənə fəda olum." O buyurdu: "Sizlərdən hər kim o həzrəti ziyarət etmək üçün hazırlaşdıqda, göy əhli bir-birinə müjdə verər. Bu şəxs evindən miniklə və ya piyada xaric olduqda, Allah-Təala dörd min mələk təyin edər ki, İmam Hüseynin (ə) qəbrinə çatanadək ona salam göndərsinlər." İmam Sadiq (ə) sözlərinə əlavə etdi: "O həzrətin hərəminə çatdıqda o müqəddəs hərəmin qapısı ağzında dayan və bu sözləri de. Hər sözün əvəzində Allahın rəhmətindən bir bəhrə nəsibin olar." Mən ərz etdim: "Bu sözlər hansı sözlərdir?" O buyurdu: "Belə de:
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اٰدَمَ صَفْوَةِ اللّٰهِ
<font color="000000"><b>Salam olsun sənə ey Allahın seçilmiş (bəndəsi) Adəmin varisi. Salam olsun sənə ey Allahın peyğəmbəri Nuhun varisi. Salam olsun sənə ey Allahın dostu İbrahimin varisi. Salam olsun sənə ey Allahın kəlmə kəsdiyi Musanın varisi. Salam olsun sənə ey Allahın ruhu İsanın varisi. Salam olsun sənə ey Allah elçilərinin ağası Məhəmmədin varisi. Salam olsun sənə ey Əmirəl-mömininin və vəsilərin ən üstününün varisi. Salam olsun sənə ey pakizə, razı olan və bəyənilən (imamın -) Həsənin varisi. Salam olsun sənə ey ən böyük doğru danışan. Salam olsun sənə ey yaxşı əməl və təqva sahibi olan canişin. Salam olsun sənə və sənin hərəmində dəfn olunan və məskunlaşan ruhlara. Salam olsun sənə və sənin hərəmini dövrəyə alan mələklərə. Şəhadət verirəm ki, sən namaz qıldın, zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, dinsizlərlə cihad etdin və ölümün çatanadək Allaha xalisanə pərəstiş etdin. Salam olsun sənə və Allahın rəhməti, bərəkəti olsun sənə.</b></font>
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ نُوْحٍ نَبِيِّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ اِبْرَاهِيْمَ خَلِيْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُوْسٰى كَلِيْمِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عِيْسٰى رُوْحِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ سَيِّدِ رُسُلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيٍّ
اَمِيْرِ الْمُؤْمِنِيْنَ وَ خَيْرِ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ الْحَسَنِ الرَّضِيِّ
الطَّاهِرِ الرَّاضِي الْمَرْضِيِّ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْوَصِيُّ الْبَرُّ التَّقِيُّ
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلَى الْاَرْوَاحِ الَّتِيْ حَلَّتْ بِفِنَاۤئِكَ وَ اَنَاخَتْ بِرَحْلِكَ
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلَى الْمَلَاۤئِكَةِ الْحَآفِّيْنَ بِكَ
اَشْهَدُ اَنَّكَ قَدْ اَقَمْتَ الصَّلَاةَ وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ جَاهَدْتَ الْمُلْحِدِيْنَ وَ عَبَدْتَ اللّٰهَ حَتّٰى اَتَاكَ الْيَقِيْنُ
اَلسَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ،
Sonra o pak qəbrə tərəf get. Qəbrə çatıb dayan və əlini zərihin üstünə qoyub de:
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللهِ فِىۤ اَرْضِهِ‏
<font color="000000"><b>Salam olsun sənə, ey Allahın yer üzərindəki höccəti!</b></font>
Bunları dedikdən sonra namaz qıl və bil ki, o həzrətin yanında qıldığın hər rəkətin çox böyük savabları vardır."