HƏZRƏT ƏBƏLFƏZL ABBASIN (Ə) ZİYARƏTİ
İbn Quləvəhy "Kamiluz-ziyarat" kitabında etibarlı sənədlə Əbu Həmzə Sumalidən nəql edir ki, o dedi: "İmam Sadiq (ə) belə buyurdu:
"Həzrət Abbasın (ə) qəbrini ziyarət etmək istədikdə, onun hərəminin qapısı ağzında dayan və de:
سَلَامُ اللّٰهِ وَ سَلَامُ مَلَاۤئِكَتِهِ الْمُقَرَّبِيْنَ
<font color="000000"><b>Allahın salamı və Onun müqərrəb mələklərinin, göndərdiyi peyğəmbərlərin, saleh bəndələrinin, bütün şəhidlərin, siddiqlərin, pakların və pakizələrin salamı sübh və şam sənə olsun, ey Əmirəl-mömininin övladı. Şəhadət verirəm ki, sən mürsəl (göndərilən) Peyğəmbərin – Allahın salamı ona və xanidanına olsun – canişininə, (Peyğəmbərin) seçilmiş nəvəsinə, alim bələdçiyə, təbliğ edən canişinə, zülmə məruz qalan və haqqı tapdalanana təslim idin, onu təsdiq etdin, ona vəfadar oldun və ona xeyirxahlıq etdin. Allah Öz Peyğəmbəri, Əmirəl-möminin, Həsən və Hüseyn – Allahın salamı onlara olsun – tərəfindən ən böyük mükafatı səbrinə, Allahı nəzərdə tutduğuna və köməyinə görə sənə əta etsin. Nə qədər gözəldir əbədi aləmin sonu! Allah sənin qatillərinə, sənin haqqını danıb hörmətini sındıranlara, səninlə Fərat arasında ayrılıq salanlara (Fəratın qabağını kəsənlərə) lənət etsin. Şəhadət verirəm ki, sən məzlumcasına qətlə yetirildin və heç şübhəsiz, Allah sizə vəd etdiyinə əməl edəcəkdir. Ey Əmirəl-mömininin övladı, sənə (sənin hüzuruna) gəlmişəm və sizə üz tutmuşam. Qəlbim sizə təslimdir, özüm sizə tabeyəm və sizə köməyə gəlmişəm, ta ki Allah hökm versin. O, hakimlərin ən yaxşısıdır. Mən sizinləyəm sizinlə, sizin düşmənlərinizlə deyil. Həqiqətən mənim sizə və sizin dönüşünüzə imanım vardır. Sizin müxaliflərinizi və qatillərinizi isə inkar edirəm. Allah öldürsün o camaatı ki, sizi əlləri və dilləri ilə öldürdülər.</b></font>
وَ اَنْبِيَاۤئِهِ الْمُرْسَلِيْنَ
وَ عِبَادِهِ الصَّالِحِيْنَ
وَ جَمِيْعِ الشُّهَدَاۤءِ وَ الصِّدِّيْقِيْنَ
وَ الزَّاكِيَاتُ الطَّيِّبَاتُ فِيْمَا تَغْتَدِيْ وَ تَرُوْحُ
عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَشْهَدُ لَكَ بِالتَّسْلِيْمِ وَ التَّصْدِيْقِ
وَ الْوَفَاۤءِ وَ النَّصِيْحَةِ
لِخَلَفِ النَّبِيِّ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ الْمُرْسَلِ
وَ السِّبْطِ الْمُنْتَجَبِ
وَ الدَّلِيْلِ الْعَالِمِ
وَ الْوَصِيِّ الْمُبَلِّغِ
وَ الْمَظْلُوْمِ الْمُهْتَضَمِ
فَجَزَاكَ اللّٰهُ عَنْ رَسُوْلِهِ
وَ عَنْ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ عَنِ الْحَسَنِ وَ الْحُسَيْنِ
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ
بِمَا صَبَرْتَ، وَ احْتَسَبْتَ وَ اَعَنْتَ
فَنِعْمَ عُقْبَى الدَّارِ
لَعَنَ اللّٰهُ مَنْ قَتَلَكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ جَهِلَ حَقَّكَ
وَ اسْتَخَفَّ بِحُرْمَتِكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ حَالَ بَيْنَكَ وَ بَيْنَ مَاۤءِ الْفُرَاتِ
اَشْهَدُ اَنَّكَ قُتِلْتَ مَظْلُوْمًا
وَ اَنَّ اللّٰهَ مُنْجِزٌ لَكُمْ مَا وَعَدَكُمْ
جِئْتُكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ وَافِدًا اِلَيْكُمْ
وَ قَلْبِيْ مُسَلِّمٌ لَكُمْ وَ تَابِعٌ
وَ نُصْرَتِيْ لَكُمْ مُعَدَّةٌ
وَ هُوَ خَيْرُ الْحَاكِمِيْنَ
اِنِّيْ بِكُمْ وَ بِاِيَابِكُمْ [وَ بِاٰبَاۤئِكُمْ] مِنَ الْمُؤْمِنِيْنَ
وَ بِمَنْ خَالَفَكُمْ وَ قَتَلَكُمْ مِنَ الْكَافِرِيْنَ
قَتَلَ اللّٰهُ اُمَّةً قَتَلَتْكُمْ بِالْاَيْدِيْ وَ الْاَلْسُنِ۔
Sonra müqəddəs hərəmə daxil ol və de:
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْعَبْدُ الصَّالِحُ
<font color="000000"><b>Salam olsun sənə ey saleh bəndə, ey Allaha, Onun elçisinə, Əmirəl-mömininə, Həsənə və Hüseynə - Allahın salamı olsun onlara – müti olan. Salam olsun sənə və Allahın rəhməti, bərəkəti, (məğfirəti) və razılığı olsun sənə, sənin pak ruhuna və cisminə.
Şəhadət verirəm və Allahı şahid tuturam ki, sən Bədr döyüşçülərinin, Allah yolunda cihad edənlərin, Allah düşmənləri ilə cihadda Onun xeyirxahlarının, Onun dostlarına köməkdə səy göstərənlərin və Onun sevimlilərini himayə edənlərin yolunu getdin. Allahla olan beyətlərinə vəfa edənlər, Onun dəvətini qəbul edənlər və Onun "əmr vəliləri"nə itaət edənlərin ən üstün, ən çox, ən firavan və ən kamil mükafatını Allah sənə bəxş etsin.Şəhadət verirəm ki, sən xeyirxahlıqda səy göstərdin və əlindən gələni etdin. Allah səni şəhidlərlə birlikdə məhşərə gətirsin və sənin ruhunu şəhidlərin ruhu ilə birlikdə qərar versin. Cənnətin ən geniş yerini və ən yaxşı otağını sənə əta etsin. Sənin adını "illiyyin"də yüksəltsin və səni peyğəmbərlərlə, siddiqlərlə, şəhidlərlə və salehlərlə birlikdə məhşərə gətirsin. Onlar necə də yaxşı dostlardır! Şəhadət verirəm ki, sən süstlük və tənbəllik göstərmədin. İşin sonuna agah olduğun bir halda ömrünü sürdün, bir halda ki, salehlərə iqtida etdin və peyğəmbərlərə tabe oldun. Allah bizi və sizi, Öz elçilərini və övliyalarını təvazökarların (tabe olanların, boyun əyənlərin) məkanında bir yerə cəm etsin. Həqiqətən O, rəhimlilərin ən rəhimlisidir.</b></font>
الْمُطِيْعُ لِلّٰهِ وَ لِرَسُوْلِهِ وَ لِاَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ الْحَسَنِ وَ الْحُسَيْنِ صَلَّى اللّٰهُ عَلَيْهِمْ وَ سَلَّمَ
اَلسَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
وَ مَغْفِرَتُهُ وَ رِضْوَانُهُ وَ عَلٰى رُوْحِكَ وَ بَدَنِكَ
اَشْهَدُ وَ اُشْهِدُ اللّٰهَ اَنَّكَ مَضَيْتَ عَلٰى مَا مَضٰى بِهِ الْبَدْرِيُّوْنَ
وَ الْمُجَاهِدُوْنَ فِيْ سَبِيْلِ اللّٰهِ
الْمُنَاصِحُوْنَ لَهُ فِيْ جِهَادِ اَعْدَاۤئِهِ
الْمُبَالِغُوْنَ فِيْ نُصْرَةِ اَوْلِيَاۤئِهِ
الذَّآبُّوْنَ عَنْ اَحِبَّاۤئِهِ
فَجَزَاكَ اللّٰهُ اَفْضَلَ الْجَزَاۤءِ
وَ اَوْفٰى جَزَاۤءِ اَحَدٍ مِمَّنْ وَفٰى بِبَيْعَتِهِ
وَ اسْتَجَابَ لَهُ دَعْوَتَهُ
وَ اَطَاعَ وُلَاةَ اَمْرِهِ
اَشْهَدُ اَنَّكَ قَدْ بَالَغْتَ فِي النَّصِيْحَةِ
وَ اَعْطَيْتَ غَايَةَ الْمَجْهُوْدِ
فَبَعَثَكَ اللّٰهُ فِي الشُّهَدَاۤءِ
وَ جَعَلَ رُوْحَكَ مَعَ اَرْوَاحِ السُّعَدَاۤءِ
وَ اَعْطَاكَ مِنْ جِنَانِهِ اَفْسَحَهَا مَنْزِلًا
وَ رَفَعَ ذِكْرَكَ فِيْ عِلِّيِّيْنَ [فِي الْعَالَمِيْنَ]
وَ حَشَرَكَ مَعَ النَّبِيِّيْنَ وَ الصِّدِّيْقِيْنَ
وَ الشُّهَدَاۤءِ وَ الصَّالِحِيْنَ
وَ حَسُنَ اُوْلٰۤئِكَ رَفِيْقًا
اَشْهَدُ اَنَّكَ لَمْ تَهِنْ وَ لَمْ تَنْكُلْ
وَ اَنَّكَ مَضَيْتَ عَلٰى بَصِيْرَةٍ مِنْ اَمْرِكَ
مُقْتَدِيًا بِالصَّالِحِيْنَ
وَ مُتَّبِعًا لِلنَّبِيِّيْنَ
فَجَمَعَ اللّٰهُ بَيْنَنَا وَ بَيْنَكَ
وَ بَيْنَ رَسُوْلِهِ وَ اَوْلِيَاۤئِهِ
فِيْ مَنَازِلِ الْمُخْبِتِيْنَ
فَاِنَّهُ اَرْحَمُ الرَّاحِمِيْنَ۔
Şeyx Tusinin "Təhzib" kitabında işlətdiyi ifadədən belə əldə olunur ki, bu ziyarəti qəbrin arxasında üzü qibləyə oxumaq tövsiyə edilir.
Daha sonra qəbrə yaxınlaş və üzü qibləyə durub bu sözləri de:
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْعَبْدُ الصَّالِحُ
<font color="000000"><b>Allahın salamı olsun sənə, ey Allahın saleh bəndəsi!</b></font>
Şeyx Mufid və başqaları deyirlər: "Yuxarıdakı ziyarəti oxuduqdan sonra o həzrətin qəbrinin baş tərəfinə get və iki rəkət namaz qıl. Sonra istədiyin qədər namaz qıl və Allaha çoxlu dua et. Daha sonra de:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
<font color="000000"><b>Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Günahlarımı bağışlamadan, qəm-qüssəmi aradan qaldırmadan, çətinliklərimi həll etmədən, xəstəliyimə şəfa vermədən, eyiblərimi örtmədən, ruzimi artırmadan, qorxumu əmniyyətə çevirmədən, pərakəndəliyimi cəm etmədən, səfərdə olanımı qorumadan və tezliklə onu görməyi mənə qismət etmədən, Sənin razılığın və mənim xeyrim olan dünya və axirət istəklərimi həyata keçirmədən məni bu girami məkandan və əzəmətli şəhadətgahdan geri qaytarma.</b></font>
وَ لَا تَدَعْ لِيْ فِيْ هٰذَا الْمَكَانِ الْمُكَرَّمِ وَ الْمَشْهَدِ الْمُعَظَّمِ ذَنْبًا اِلَّا غَفَرْتَهُ
وَ لَا هَمًّا اِلَّا فَرَّجْتَهُ
وَ لَا مَرَضًا اِلَّا شَفَيْتَهُ
وَ لَا عَيْبًا اِلَّا سَتَرْتَهُ
وَ لَا رِزْقًا اِلَّا بَسَطْتَهُ
وَ لَا خَوْفًا اِلَّا اٰمَنْتَهُ
وَ لَا شَمْلًا اِلَّا جَمَعْتَهُ
وَ لَا غَاۤئِبًا اِلَّا حَفِظْتَهُ وَ اَدْنَيْتَهُ
وَ لَا حَاجَةً مِنْ حَوَاۤئِجِ الدُّنْيَا وَ الْاٰخِرَةِ
لَكَ فِيْهَا رِضًى وَ لِيَ فِيْهَا صَلَاحٌ اِلَّا قَضَيْتَهَا يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Sonra o həzrətin qəbrinin ayaq tərəfində üzü zərihə tərəf dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا الْفَضْلِ الْعَبَّاسَ ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
<font color="000000"><b>Salam olsun sənə ey Əmirəl-möminin oğlu Əbəlfəzl Abbas. Salam olsun sənə ey canişinlərin sərvərinin övladı. Salam olsun sənə ey ilk müsəlmanın, imanda öncül olanın, Allahın dinində hamıdan möhkəm olanın və İslamın hökmlərində hamıdan ehtiyatlı davrananın övladı.Şəhadət verirəm ki, sən Allah, Onun elçisi və qardaşın üçün xeyirxahlıq etdin. Nə qədər cəfakeş bir qardaş idin! Allah səni qətlə yetirən, sənə zülm edən, hörmətini sındırmağı halal hesab edən və İslamın hörmətini sındıran camaata lənət etsin. Nə qədər gözəl səbir, cihad, himayə və kömək etdin! Qardaşını müdafiə edən və Onun Rəbbinə itaət edən necə də gözəl bir qardaş idin! Sən başqalarının çəkinib uzaqlaşdıqları çoxlu mükafata və gözəl tərifə müştaq idin. Allah səni atalarınnı Cənnətdəki məqamına çatdırsın.Ey Allahım, Sənin mükafatına rəğbət bəsləyərək, məğfirətinə və böyük ehsanına ümid bəslyərək dostlarının ziyarətinə gəlmişəm. Səndən istəyirəm ki, Məhəmmədə və onun pak xanidanına salam göndərəsən. Onlara xatir mənim ruzimi artırasan, xoşluğumu davamlı edəsən, ziyarətimi qəbul edəsən və həyatımı pakizə edəsən. Məni giramilərdən və dostlarının qəbri kənarından nicat taparaq qayıdanlardan qərar verəsən. Belə ki, günahların bağışlanmasına, eyiblərin örtülməsinə və çətinliklərin aradan qalxmasına səbəb olsun. Həqiqətən Sən təqva və məğfirət əhlisən.</b></font>
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَوَّلِ الْقَوْمِ اِسْلَامًا
وَ اَقْدَمِهِمْ اِيْمَانًا
وَ اَقْوَمِهِمْ بِدِيْنِ اللّٰهِ
وَ اَحْوَطِهِمْ عَلَى الْاِسْلَامِ
اَشْهَدُ لَقَدْ نَصَحْتَ لِلّٰهِ وَ لِرَسُوْلِهِ وَ لِاَخِيْكَ
فَنِعْمَ الْاَخُ الْمُوَاسِيْ
فَلَعَنَ اللّٰهُ اُمَّةً قَتَلَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً ظَلَمَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً ۟اِسْتَحَلَّتْ مِنْكَ الْمَحَارِمَ
وَ انْتَهَكَتْ حُرْمَةَ الْاِسْلَامِ
فَنِعْمَ الصَّابِرُ الْمُجَاهِدُ
وَ الْاَخُ الدَّافِعُ عَنْ اَخِيهِ
الْمُجِيْبُ اِلٰى طَاعَةِ رَبِّهِ
الرَّاغِبُ فِيْمَا زَهِدَ فِيْهِ غَيْرُهُ مِنَ الثَّوَابِ الْجَزِيْلِ
وَ الثَّنَاۤءِ الْجَمِيْلِ
وَ اَلْحَقَكَ [فَاَلْحَقَكَ] اللّٰهُ بِدَرَجَةِ اٰبَاۤئِكَ فِيْ جَنَّاتِ النَّعِيْمِ
اَللّٰهُمَّ اِنِّيْ تَعَرَّضْتُ لِزِيَارَةِ اَوْلِيَاۤئِكَ رَغْبَةً فِيْ ثَوَابِكَ
وَ رَجَاۤءً لِمَغْفِرَتِكَ وَ جَزِيْلِ اِحْسَانِكَ
فَاَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِيْنَ
وَ اَنْ تَجْعَلَ رِزْقِيْ بِهِمْ دَآرًّا
وَ عَيْشِيْ بِهِمْ قَآرًّا
وَ زِيَارَتِيْ بِهِمْ مَقْبُوْلَةً
وَ حَيَاتِيْ بِهِمْ طَيِّبَةً
وَ اَدْرِجْنِيۤ اِدْرَاجَ الْمُكْرَمِيْنَ
وَ اجْعَلْنِيْ مِمَّنْ يَنْقَلِبُ مِنْ زِيَارَةِ مَشَاهِدِ اَحِبَّاۤئِكَ
قَدِ اسْتَوْجَبَ غُفْرَانَ الذُّنُوْبِ
اِنَّكَ اَهْلُ التَّقْوٰى وَ اَهْلُ الْمَغْفِرَةِ۔
Həzrət Əbulfəzl Abbasla (ə) vidalaşmaq üçün İbn Quləvəyh Əbu Həmzə Sumalidən nəql edir ki, İmam Sadiq (ə) buyurdu: "Abbasla (ə) vida edərkən de:
اَسْتَوْدِعُكَ اللّٰهَ وَ اَسْتَرْعِيْكَ
<font color="000000"><b>Səni Allaha tapşırıram və (Allahdan) səni qorumağını istəyirəm. Sənə salam göndərirəm. Allaha, Onun elçisinə və kitabına, Allah tərəfindən gətirdiyi hər şeyə imanım vardır. Ey Allahım, məni şahidlərin zümrəsində qərar ver. Ey Allahım, bu ziyarəti Peyğəmbərinin qardaşının övladının – Allahın salamı olsun ona və xanidanına – qəbrinin sonuncu ziyarətim etmə. Nə qədər ki həyatdayam, onun ziyarətini mənə qismət et. Məni onunla və əcdadları ilə birlikdə Cənnətdə məhşərə gətir. Məni onunla, Öz elçilərin və övliyalarınla tanış et. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Məni Özünə imanla, Sənin elçinə, Əli ibn Əbu Talibin və onun övladlarından olan imamların – Salam olsun onlara! – imamətinə etiqadla və onların düşmənlərindən şikayətçi öldür. Həqiqətən mən buna razıyam, ey Rəbbim!</b></font>
وَ اَقْرَاُ عَلَيْكَ السَّلَامَ
اٰمَنَّا بِاللّٰهِ وَ بِرَسُوْلِهِ وَ بِكِتَابِهِ
وَ بِمَا جَاۤءَ بِهِ مِنْ عِنْدِ اللّٰهِ
اَللّٰهُمَّ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِيْنَ
اَللّٰهُمَّ لَا تَجْعَلْهُ اٰخِرَ الْعَهْدِ مِنْ زِيَارَتِيْ قَبْرَ ابْنِ اَخِيْ رَسُوْلِكَ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ ارْزُقْنِيْ زِيَارَتَهُ اَبَدًا مَا اَبْقَيْتَنِيْ
وَ احْشُرْنِيْ مَعَهُ وَ مَعَ اٰبَاۤئِهِ فِي الْجِنَانِ
وَ عَرِّفْ بَيْنِيْ وَ بَيْنَهُ وَ بَيْنَ رَسُوْلِكَ وَ اَوْلِيَاۤئِكَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ تَوَفَّنِيْ عَلَى الْاِيْمَانِ بِكَ
وَ التَّصْدِيْقِ بِرَسُوْلِكَ
وَ الْوِلَايَةِ لِعَلِيِّ بْنِ اَبِيْ طَالِبٍ وَ الْاَئِمَّةِ مِنْ وُلْدِهِ
عَلَيْهِمُ السَّلَامُ وَ الْبَرَاۤءَةِ مِنْ عَدُوِّهِمْ
فَاِنِّيْ قَدْ رَضِيْتُ يَاۤ رَبِّيْ بِذٰلِكَ
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ۔
Sonra özün və valideynin üçün, möminlər və müsəlmanlar üçün dua et.