EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
HƏZRƏT ƏBƏLFƏZL ABBASIN (Ə) MƏQAMI
Həzrət Abbasın (ə) şəxsiyyəti və məqamı barədə bunu demək yetər ki, İmam Səccad (ə) onun barəsində buyurub: "Allah rəhmət etsin Abbasa ki, qardaşını özündən öndə tutdu və canını ona fəda etdi. Belə ki, onun iki qolunu kəsdilər. Allah bunun əvəzində ona iki qanad bəxş etdi və o da Cəfər ibn Əbu Talib (Cəfər Təyyar) kimi Cənnətdə pərvaz edir. Qiyamət günü Allah dərgahında Abbasın elə bir məqamı olacaq ki, bütün şəhidlər ona qibtə edəcəklər (onun məqamını arzulayacaqlar)".
Tarixi mənbələrə istinadən o həzrət şəhid olarkən otuz dörd yaşı olmuşdur. Həmçinin qeyd olunur ki, o həzrətin anası Ummul-bənin Mədinədən kənarda Bəqi qəbiristanlığında Abbasa və onun qardaşlarına elə ah-fəğan edib ağlayırmış ki, yoldan ötənlər bunu görüb ağlayırmışlar. Hətta Peyğəmbər xanidanının ən qatı düşməni Mərvan ibn Həkəm Ummul-bəninin yanından ötüb keçərkən onun ah-nalə ilə axıtdığı göz yaşlarından təsirlənib ağlayıbmış.
Aşağıdakı şeirləri Abbasın və onun qardaşlarının matəmində Ummul-bəninin söylədiyi qeyd olunmuşdur:
يَا مَنْ رَاَى الْعَبَّاسَ كَرَّ عَلَى جَمَاهِيْرِ النَّقَدِ
<font color="000000"><b>Ey Abbası alçaq insanlara hücum çəkən yerdə görən kəs, belə ki, Heydərin övladları boynu tüklü şir kimi onun arxasında idilər. Eşitmişəm ki, oğlum əlsiz olanda onun başına zərbə vurdular, vay olsun mənə ki, şücaətli övladımın başı əmudun zərbəsi nəticəsində ayağı endi. Əgər sənin əlində qılınc olsaydı, kimsə sənə yaxınlaşmağa cürət etməzdi.</b></font>
وَ وَرَاهُ مِنْ اَبْنَاۤءِ حَيْدَرَ كُلُّ لَيْثٍ ذِيْ لَبَدٍ
اُنْبِئْتُ اَنَّ ابْنِيْ اُصِيْبَ بِرَأْسِهِ مَقْطُوْعَ يَدٍ
وَيْلِيْ عَلٰى شِبْلِيْ اَمَالَ بِرَأْسِهِ ضَرْبُ الْعَمَدِ
لَوْ كَانَ سَيْفُكَ فِيْ يَدَيْكَ لَمَا دَنَا مِنْهُ اَحَدٌ
Həmçinin bu beytlər də o nəcib qadına mənsubdur:
لَا تَدْعُوَنِّيْ وَيْكِ اُمَّ الْبَنِيْنَ تُذَكِّرِيْنِيْ بِلُيُوْثِ الْعَرِيْنِ
<font color="000000"><b>Daha məni "oğullar anası" çağırmayın ki, bu, aslanlarımı mənim yadıma salır. Mənim oğullarım var idi və mənə "oğullar anası" deyirdilər, amma artıq bu gün oğlum yoxdur. Dağ şahinləri kimi dörd oğlum həyat damarının kəsilməsi ilə ölümə qovuşdular. Bədənlərinə tərəf nizələr bir-birini qovdu. Onların hamısı yaralı bədənlə yerə düşdülər. Ey kaş biləydim, bu doğrudurmu ki, Abbasın sağ əli kəsilmişdi?</b></font>
كَانَتْ بَنُوْنَ لِيْ اُدْعٰى بِهِمْ وَ الْيَوْمَ اَصْبَحْتُ وَ لَا مِنْ بَنِيْنَ
اَرْبَعَةٌ مِثْلُ نُسُوْرِ الرُّبٰى قَدْ وَاصَلُوْا الْمَوْتَ بِقَطْعِ الْوَتِيْنِ
تَنَازَعَ الْخِرْصَانُ اَشْلَاۤءَهُمْ فَكُلُّهُمْ اَمْسٰى صَرِيْعًا طَعِيًنَ
يَا لَيْتَ شِعْرِيۤ اَ كَمَاۤ اَخْبَرُوْا بِاَنَّ عَبَّاسًا قَطِيْعُ الْيَمِيْنِ