İMAM HÜSEYNİN (Ə) RƏCƏBİN 1-İ, 15-İ VƏ ŞABANIN 15-İ ZİYARƏTİ
Əllamə Məclisi aşağıdakı ziyarəti Şeyx Mufiddən və Seyid İbn Tavusdan rəcəb ayının birinci gecəsi və gündüzü, həmçinin şaban ayının on beşinci gecəsi üçün nəql etmişdir. Kəf'əmi "Bələdul-əmin" kitabında rəcəb ayının on beşinci gecəsi və gündüzünü də əlavə etmişdir.
İmam Hüseyni (ə) bu altı vaxtda ziyarət etmək istədikdə qüsl et və ən təmiz paltarını geyin. O həzrətin pak hərəminin qapısı ağzında üzü qibləyə dayan. Rəsulallaha (s), Əmirəl-mömininə (ə), Xanım Fatiməyə (s.ə), İmam Həsənə (ə) və İmam Hüseynə (ə) və başqa İmamlara (ə) salam de.
(Bu salamın qaydası Ərəfə gününün ziyarətinin izni-duxulunda qeyd olunub.)
Sonra içəriyə daxil ol və pak zərihin kənarında dayanıb yüz dəfə de:
اَلله اَكْبَرُ
<font color="000000"><b>Allah böyükdür!</b></font>
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
<font color="000000"><b>Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey peyğəmbərlərin sonuncusunun övladı. Salam olsun sənə ey elçilərin sərvərinin övladı. Salam olsun sənə ey canişinlərin sərvərinin övladı. Salam olsun sənə ey Əba Əbdillah. Salam olsun sənə ey Hüseyn ibn Əli. Salam olsun sənə ey dünya qadınlarının sərvəri Fatimənin övladı. Salam olsun sənə ey Allahın vəlisi və Allahın vəlisinin övladı. Salam olsun sənə ey Allahın seçdiyi və Allahın seçdiyinin övladı. Salam olsun sənə ey Allahın hüccəti və Allahın hüccətinin övladı. Salam olsun sənə ey Allahın həbibi və Allahın həbibinin övladı. Salam olsun sənə ey Allahın səfiri və Allahın səfirinin övladı. Salam olsun sənə ey "yazılmış kitab"ın mühafizi. Salam olsun sənə ey Tövratın, İncilin və Zəburun varisi. Salam olsun sənə ey Rəhmanın əmanətdarı. Salam olsun sənə ey Quranın şəriki. Salam olsun sənə ey dinin sütunu. Salam olsun sənə ey aləmlərin Rəbbinin hikmətinin qapısı. Salam olsun sənə ey günahların tökülmə qapısı: hər kim o qapıdan daxil olarsa, amanda olar. Salam olsun sənə ey Allahın elminin xəzinəsi. Salam olsun sənə ey Allahın sirrinin məkanı. Salam olsun sənə ey o kəs ki, sənin və atanın intiqamını alan Allahdır; ey o kəs ki, qanının intiqamı alınmamışdır. Salam olsun sənə və sənin hərəmində dəfn olunan, hərəminin sakini olan ruhlara. Atam-anam və özüm sənə fəda olum, ey Əba Əbdillah. Həqiqətən böyük müsibət üz verdi və sənin müsibətin bizə və bütün İslam əhlinə ağır oldu. Allah lənət etsin siz Əhli-beytə qarşı zülm və sitəmin əsasını qoyanlara. Allah lənət etsin Allahın sizin üçün müəyyən etdiyi məqamdan sizi kənarlaşdıranlara. Atam-anam və özüm sənə fəda olum, ey Əba Əbdillah. Şəhadət verirəm ki, sizin qanınıza görə bütün ərş və məxluqat lərzəyə gəldi. Göy və yer, cənnət sakinləri, quru və dəniz sakinləri sizə ağladılar. Allahın salamı olsun sənə Onun elmində olan say qədər. Allahın carçısının çağırışını qəbul edirəm. Əgər kömək çağırılan zaman mənim bədənim və dilim cavab verməsə, şübhəsiz, qəlbim, qulağım və gözüm cavab verəcək. Rəbbimizə təsbih deyirəm: Onun vədi hökmən həyata keçəcəkdir. Şəhadət verirəm ki, sən pak, pakizə və paklanmışsan, pak nəsildənsən və pak olunanların pak edənisən. Şəhərlər səninlə pak oldular, sənin olduğun məkan və sənin hərəmin pak oldu. Şəhadət verirəm ki, sən ədalətlə əmr etdin və ədalətə dəvət etdin. Həqiqətən sən doğru danışan və dürüstsən, dəvət etdiklərinin xüsusunda doğru danışdın. Həqiqətən yer üzündə sənin qanının intiqamını alan Allahdır. Şəhadət verirəm ki, sən Allah tərəfindən, cəddin Rəsulallah tərəfindən, atan Əmirəl-möminin və qardaşın Həsən tərəfindən öhdənə düşənləri catdırdın. Sən xeyirxahlıq etdin və Allah yolunda cihad etdin. Allaha ixlasla ibadət etdin, ta ki ölümün çatdı. Elə isə, Allah əvvəlkilərin ən yaxşı mükafatını sənə əta etsin. Allahın sonsuz salamı olsun sənə. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Məzlum və həqiqi şəhid Hüseynə salam göndər. O qətlə yetirilən ki, ona çoxlu göz yaşı axıdılır və müsibətlərin əsiridir. Yüksələn, pakizə və bərəktli bir salam ki, onun əvvəli göyə yüksəlsin, sonu isə olmasın. Göndərilən peyğəmbərlərin övladlarından hər birinə göndərdiyin ən yaxşı salamı ona göndər. Ey aləmlərin məbudu.</b></font>
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ خَاتَمِ النَّبِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْمُرْسَلِينَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُسَيْنَ بْنَ عَلِيٍّ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاۤءِ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ وَ ابْنَ وَلِيِّهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَفِيَّ اللّٰهِ وَ ابْنَ صَفِيِّهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ وَ ابْنَ حُجَّتِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حَبِيْبَ اللّٰهِ وَ ابْنَ حَبِيْبِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَفِيْرَ اللّٰهِ وَ ابْنَ سَفِيْرِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَازِنَ الْكِتَابِ الْمَسْطُوْرِ
اَلسَّلَامُ عَلَيْكَ يَا وَارِثَ التَّوْرَاةِ وَ الْاِنْجِيْلِ وَ الزَّبُوْرِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْنَ الرَّحْمٰنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا شَرِيْكَ الْقُرْاٰنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا عَمُوْدَ الدِّيْنِ
اَلسَّلَامُ عَلَيْكَ يَا بَابَ حِكْمَةِ رَبِّ الْعَالَمِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا بَابَ حِطَّةٍ ۟اِلَّذِيْ مَنْ دَخَلَهُ كَانَ مِنَ الْاٰمِنِينَ
اَلسَّلَامُ عَلَيْكَ يَا عَيْبَةَ عِلْمِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْضِعَ سِرِّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ثَارَ اللّٰهِ وَ ابْنَ ثَارِهِ وَ الْوِتْرَ الْمَوْتُوْرَ
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلَى الْاَرْوَاحِ الَّتِيْ حَلَّتْ بِفِنَاۤئِكَ وَ اَنَاخَتْ بِرَحْلِكَ
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ وَ نَفْسِيْ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
لَقَدْ عَظُمَتِ الْمُصِيْبَةُ وَ جَلَّتِ الرَّزِيَّةُ بِكَ عَلَيْنَا وَ عَلٰى جَمِيْعِ اَهْلِ الْاِسْلَامِ
فَلَعَنَ اللّٰهُ اُمَّةً اَسَّسَتْ اَسَاسَ الظُّلْمِ وَ الْجَوْرِ عَلَيْكُمْ اَهْلَ الْبَيْتِ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً دَفَعَتْكُمْ عَنْ مَقَامِكُمْ
وَ اَزَالَتْكُمْ عَنْ مَرَاتِبِكُمُ الَّتِيْ رَتَّبَكُمُ اللّٰهُ فِيْهَا
بِاَبِيْ اَنْتَ وَ اُمِّيْ وَ نَفْسِيْ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
اَشْهَدُ لَقَدِ اقْشَعَرَّتْ لِدِمَاۤئِكُمْ اَظِلَّةُ الْعَرْشِ مَعَ اَظِلَّةِ الْخَلاۤئِقِ
وَ بَكَتْكُمُ السَّمَاۤءُ وَ الْاَرْضُ وَ سُكَّانُ الْجِنَانِ وَ الْبَرِّ وَ الْبَحْرِ
صَلَّى اللّٰهُ عَلَيْكَ عَدَدَ مَا فِيْ عِلْمِ اللّٰهِ
لَبَّيْكَ دَاعِيَ اللّٰهِ
اِنْ كَانَ لَمْ يُجِبْكَ بَدَنِيْ عِنْدَ اسْتِغَاثَتِكَ وَ لِسَانِيْ عِنْدَ اسْتِنْصَارِكَ
فَقَدْ اَجَابَكَ قَلْبِيْ وَ سَمْعِيْ وَ بَصَرِيْ
سُبْحَانَ رَبِّنَا اِنْ كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُوْلًا
اَشْهَدُ اَنَّكَ طُهْرٌ طَاهِرٌ مُطَهَّرٌ مِنْ طُهْرٍ طَاهِرٍ مُطَهَّرٍ
طَهُرْتَ وَ طَهُرَتْ بِكَ الْبِلَادُ
وَ طَهُرَتْ اَرْضٌ اَنْتَ بِهَا [فِيْهَا] وَ طَهُرَ حَرَمُكَ
اَشْهَدُ اَنَّكَ قَدْ اَمَرْتَ بِالْقِسْطِ وَ الْعَدْلِ وَ دَعَوْتَ اِلَيْهِمَا
وَ اَنَّكَ صَادِقٌ صِدِّيْقٌ، صَدَقْتَ فِيْمَا دَعَوْتَ اِلَيْهِ
وَ اَنَّكَ ثَارُ اللّٰهِ فِي الْاَرْضِ
وَ اَشْهَدُ اَنَّكَ قَدْ بَلَّغْتَ عَنِ اللّٰهِ
وَ عَنْ جَدِّكَ رَسُوْلِ اللّٰهِ
وَ عَنْ اَبِيْكَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ عَنْ اَخِيْكَ الْحَسَنِ
وَ نَصَحْتَ وَ جَاهَدْتَ فِيْ سَبِيْلِ اللّٰهِ
وَ عَبَدْتَهُ مُخْلِصًا حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
فَجَزَاكَ اللّٰهُ خَيْرَ جَزَاۤءِ السَّابِقِيْنَ
وَ صَلَّى اللّٰهُ عَلَيْكَ وَ سَلَّمَ تَسْلِيْمًا
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ صَلِّ عَلَى الْحُسَيْنِ الْمَظْلُوْمِ
صَلَاةً نَامِيَةً زَاكِيَةً مُبَارَكَةً
يَصْعَدُ اَوَّلُهَا وَ لَا يَنْفَدُ اٰخِرُهَا
اَفْضَلَ مَا صَلَّيْتَ عَلٰىۤ اَحَدٍ مِنْ اَوْلَادِ اَنْبِيَاۤئِكَ الْمُرْسَلِيْنَ
يَاۤ اِلٰهَ الْعَالَمِيْنَ۔
Əllamə Məclisi Şeyx Mufidə istinadən yazır: Sonra Əli ibn Hüseynin (Əli Əkbərin) qəbrinə yaxınlaş və onun qəbri kənarında dayanıb de:
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الصِّدِّيْقُ الطَّيِّبُ
<font color="000000"><b>Salam olsun sənə ey doğru danışan, pak və pakizə, Allahın sevimlisi və Allaha yaxın olan, Rəsulallahın gülünün (Xanım Fatimənin) övladı. Salam olsun sənə Allahın sınanmış şəhidi, Allahın rəhməti və bərəkəti olsun sənə. Sənin məqamın nə qədər giramidir və dönüş yerin nə qədər şərafətlidir! Şəhadət verirəm ki, Allah sənin səyinə təşəkkür etdi və mükafatını artırdı. Səni ali dərəcələrə çatdırdı; bütün şərafətlərin cəm olduğu yüksək dərəcələrə. Necə ki, bundan öncə də sənə minnət qoymuş və səni o xanidandan qərar vermişdir ki, çirkinlikləri onlardan uzaq etmiş, onları pak etmişdir. Allahın salamı, rəhməti, bərəkəti və rizvanı olsun sənə. Ey pak ağa, günahların ağırlığının çiynimdən götürülməsi və onun yüngülləşməsi üçün Allah dərgahında mənə şəfaət et. Sənin və alicənab atanın – Allahın salamı olsun sizin hər ikinizə! – qarşısında zillət və təvazökarlığıma rəhm et.</b></font>
الزَّكِيُّ الْحَبِيْبُ الْمُقَرَّبُ
وَ ابْنَ رَيْحَانَةِ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ مِنْ شَهِيْدٍ مُحْتَسِبٍ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
مَا اَكْرَمَ مَقَامَكَ وَ اَشْرَفَ مُنْقَلَبَكَ
اَشْهَدُ لَقَدْ شَكَرَ اللّٰهُ سَعْيَكَ
وَ اَلْحَقَكَ بِالذِّرْوَةِ الْعَالِيَةِ
حَيْثُ الشَّرَفُ كُلُّ الشَّرَفِ
وَ فِي الْغُرَفِ السَّامِيَةِ
كَمَا مَنَّ عَلَيْكَ مِنْ قَبْلُ وَ جَعَلَكَ مِنْ اَهْلِ الْبَيْتِ
الَّذِيْنَ اَذْهَبَ اللّٰهُ عَنْهُمُ الرِّجْسَ وَ طَهَّرَهُمْ تَطْهِيْرًا
صَلَوَاتُ اللّٰهِ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ وَ رِضْوَانُهُ
فَاشْفَعْ اَيُّهَا السَّيِّدُ الطَّاهِرُ اِلٰى رَبِّكَ
فِيْ حَطِّ الْاَثْقَالِ عَنْ ظَهْرِيْ وَ تَخْفِيْفِهَا عَنِّيْ
وَ ارْحَمْ ذُلِّيْ وَ خُضُوْعِيْ لَكَ وَ لِلسَّيِّدِ اَبِيْكَ صَلَّى اللّٰهُ عَلَيْكُمَا۔
زَادَ اللّٰهُ فِي شَرَفِكُمْ فِي الْاٰخِرَةِ
<font color="000000"><b>Allah axirətdə sizin şərafətinizi artırsın, necə ki, dünyada sizi şərafətli etmişdir. Allah sizi səadətli etsin, necə ki, başqalarını sizin vasitənizlə səadətli etmişdir. Şəhadət verirəm ki, siz dinin nişanələri və dünyanın ulduzlarısınız. Salam olsun sizə, Allahın rəhməti və bərəkəri olsun sizə.</b></font>
كَمَا شَرَّفَكُمْ فِيْ الدُّنْيَا
وَ اَسْعَدَكُمْ كَمَاۤ اَسْعَدَ بِكُمْ
وَ اَشْهَدُ اَنَّكُمْ اَعْلَامُ الدِّيْنِ
وَ نُجُوْمُ الْعَالَمِيْنَ
وَ السَّلَامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Daha sonra digər şəhidlərə üz tutub de:
اَلسَّلَامُ عَلَيْكُمْ يَاۤ اَنْصَارَ اللّٰهِ
<font color="000000"><b>Salam olsun sizə ey Allahın, Onun elçisinin, Əli ibn Əbu Talibin, Fatimənin, Həsən və Hüseynin və İslamın köməkçiləri. Şəhadət verirəm ki, siz Allah üçün xeyirxahlıq etdiniz və Allah yolunda cihad etdiniz. Elə isə, Allah İslam və müsəlmanlar tərəfindən ən yaxşı mükafatı sizə əta etsin. And olsun Allaha, böyük bir nicata çatdınız. Kaş ki, mən də sizinlə olaydım və böyük nicata çataydım. Şəhadət verirəm ki, siz sağsınız və Rəbbinizin dərgahında ruzi yeyirsiniz. Şəhadət verirəm ki, şəhid və xoşbəxtsiniz, ali dərəcələrə çatmısınız. Salam olsun sizə, Allahın rəhməti və bərəkəti olsun sizə.</b></font>
وَ اَنْصَارَ عَلِيِّ بْنِ اَبِيْ طَالِبٍ وَ اَنْصَارَ فَاطِمَةَ
وَ اَنْصَارَ الْحَسَنِ وَ الْحُسَيْنِ
وَ اَنْصَارَ الْاِسْلَامِ
اَشْهَدُ اَنَّكُمْ لَقَدْ نَصَحْتُمْ لِلّٰهِ
وَ جَاهَدْتُمْ فِيْ سَبِيْلِهِ
فَجَزَاكُمُ اللّٰهُ عَنِ [مِنَ] الْاِسْلَامِ وَ اَهْلِهِ اَفْضَلَ الْجَزَاۤءِ
فُزْتُمْ وَ اللّٰهِ فَوْزًا عَظِيْمًا
يَاۤ لَيْتَنِيْ كُنْتُ مَعَكُمْ فَاَفُوْزَ فَوْزًا عَظِيْمًا
اَشْهَدُ اَنَّكُمْ اَحْيَاۤءٌ عِنْدَ رَبِّكُمْ تُرْزَقُوْنَ
اَشْهَدُ اَنَّكُمُ الشُّهَدَاۤءُ وَ السُّعَدَاۤءُ
وَ اَنَّكُمُ الْفَاۤئِزُوْنَ فِيْ دَرَجَاتِ الْعُلٰى
وَ السَّلَامُ عَلَيْكُمْ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra geri qayıdıb İmam Hüseynin (ə) qəbrinin baş tərəfində ziyarət namazı qıl. Özün, atan və anan, din qardaşların üçün dua et.
Rəcəb ayının birinci və on beşinci günü, həmçinin şaban ayının on beşinci günü İmam Hüseyni (ə) ziyarət etməyin çox böyük fəziləti vardır. İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim rəcəb ayının birinci günü İmam Hüseyni (ə) ziyarət edərsə, heç şübhəsiz, Subhan Allah onu bağışlayar". Həmçinin hədislərin birində İbn Əbu Nəsr İmam Rzadan (ə) soruşur: "Nə vaxt İmam Hüseyni (ə) ziyarət etmək daha yaxşıdır?" O həzrət buyurur: "Rəcəb və şaban ayının on beşinci günü".