EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM HÜSEYNİN (Ə) TÜRBƏTİNİN FƏZİLƏTİ
İmam Hüseynin (ə) türbətinin fəziləti barədə saysız hədislər nəql olunmuşdur. O cümlədən:
1. Mütəvatir hədislərdən əldə olunur ki, o həzrətin pak türbəti xəstəliklərin şəfasıdır, bəlalardan və qorxudan amandır. Hədislərə əsasən, türbəti mübarək qəbrin yerləşdiyi məkandan bir mil (bir mil təxminən 1600 metrdir) və ya hətta dörd mil aralı məkandan götürmək olar.
Mühəddis Qummi "Fəvaidu ər-Rəzəviyyə" kitabında Mühəddis Seyid Nemətullah Cəzayirinin tərcümeyi-halında yazır ki, o, elm öyrənmək üçün çox böyük zəhmətlər çəkmiş və əziyyətlərə dözmüşdür. Təhsilə başladığı ilk illərdə hətta gecələr yandırmaq üçün çıraq əldə edə bilmirmiş və ayın işığından istifadə edərmiş. Bunun üçün də gözləri zəifləmiş, amma Seyidüş-şühədanın (ə) müqəddəs türbəti və İraqdakı İmamların (ə) pak türbəti vasitəsilə gözlərinə nur gəlmişdir. Təəccüblü deyil ki, Allah bu müqəddəs torpaqda şiələr və aşiqlər üçün belə bir təsir qoymuşdur.
O həzrətin pak türbətindən istifadə etməyin ən yaxşı qaydası budur ki, təmiz türbətdən az bir miqdar götürüb az miqdarda təmiz suda həll edərək içəsən, yaxud ailə üzvlərinin hər biri həmin sudan təbərrük kimi istifadə etsinlər. Başqa bir qayda da belədir ki, mərci böyüklüyündə təmiz türbəti dilin üstünə qoyub bir qurtum su içəsən.
2. İbn Quləvəyh nəql edir ki, bir nəfər belə dedi: "İmam Əli ibn Musa Rza (ə) Xorasandan mənə bir bağlama yolladı. Bağlamanı açdıqda onun içində bir qədər torpaq da gördüm. Bağlamanı gətirən şəxsdən soruşdum: "Bu nədir?" O dedi: "İmam Hüseynin (ə) qəbrinin torpağıdır. O həzrət (İmam Rza (ə)) hər kimə hədiyyə göndərirsə, onun arasına bir qədər bu torpaqdan qoyur və buyurur: "Allahın izni və istəyi ilə bu, bəlalardan amandır."
3. İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətə əzr edir: "Necə olur ki, bir nəfər İmam Hüseynin (ə) qəbrinin torpağından götürüb istifadə edir və ondan fayda görür, amma başqa bir nəfər bu torpaqdan götürüb istifadə edir və fayda görmür?" İmam Sadiq (ə) buyurur: "Vallah, belə deyil. Hər kim bu torpaqdan götürüb onun fayda verəcəyinə etiqad bəsləyərək istifadə edərsə, heç şübhəsiz, fayda görər."
İMAM HÜSEYNİN (Ə) TÜRBƏTİNİN İSTİFADƏ QAYDASI
İmam Hüseynin (ə) türbətini saxlamaq və ondan istifadə etməyin qaydası barədə də saysız hədislər nəql olunmuşdur. O cümlədən:
1. Əbu Həmzə Sumali nəql edir ki, İmam Sadiqə (ə) ərz etdim: "Görürəm ki, şiələr İmam Hüseynin (ə) türbətindən götürür və ondan (Allahın izni ilə) şəfa istəyirlər. Həqiqətən bu torpaqda şəfa varmı?" İmam Sadiq (ə) buyurdu: "O həzrətin qəbrindən dörd mil aralı məsafəyədək olan yedən torpaq götürüb xəstəliklərin şəfası üçün istifadə etmək olar. Hər kim onun şəfalı olmasına yəqinliyi olarsa, ondan istifadə etdikdə Allahın izni ilə şəfa tapar."
2. Başqa bir hədisdə nəql olunur: Türbətdən istifadə etmək istədikdə əvvəlcə onu öpün, sonra hər iki gözünüzün üstünə qoyun. Daha sonra bədəninizə sürtün və deyin:
اَللّٰهُمَّ بِحَقِّ هٰذِهِ التُّرْبَةِ
<font color="000000"><b>Ey Allahım, bu türbətin haqqına xatir, bu torpaqda dəfn edilən kəsin haqqına xatir, onun atası, anası, qardaşı və övladlarından olan imamların haqqına xatir, oranı əhatəyə alan mələklərin haqqına xatir bu türbəti hər xəstəliyin şəfası, hər bəladan nicat və qorxduğum hər şeydən aman qərar ver.</b></font>
وَ بِحَقِّ مَنْ حَلَّ بِهَا وَ ثَوٰى فِيْهَا
وَ بِحَقِّ جَدِّهِ وَ اَبِيْهِ
وَ اُمِّهِ وَ اَخِيْهِ
وَ الْاَئِمَّةِ مِنْ وُلْدِهِ
وَ بِحَقِّ الْمَلَاۤئِكَةِ الْحَآفِّيْنَ بِهِ
اِلَّا جَعَلْتَهَا شِفَاۤءً مِنْ كُلِّ دَاۤءٍ
وَ بُرْءًا مِنْ كُلِّ مَرَضٍ
وَ نَجَاةً مِنْ كُلِّ اٰفَةٍ
وَ حِرْزًا مِمَّاۤ اَخَافُ وَ اَحْذَرُ۔
Sonra ondan istifadə edin.
3. Başqa bir hədisdə isə belə nəql olunub: İmam Hüseynin (ə) türbətindən istifadə etmək istədikdə de:
بِسْمِ اللّٰهِ وَ بِاللّٰهِ
<font color="000000"><b>Allahın adı ilə və Allahın köməyi ilə. Ey Allahım, bu türbəti bol ruzi, faydalı elmvə hər xəstəliyin dərmanı qərar ver. Həqiqətən Sən hər şeyə qadirsən.</b></font>
اَللّٰهُمَّ اجْعَلْهُ رِزْقًا وَاسِعًا
وَ عِلْمًا نَافِعًا
وَ شِفَاۤءً مِنْ كُلِّ دَاۤءٍ
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ۔
4. Qəbirdə cənazənin yanında bir qədər İmam Hüseyn (ə) türbəti qoymaq müstəhəbdir. Başqa bir hədisdə buyurulur ki, türbət hənut ilə qarışdırılsın.
5. İmam Hüseyn (ə) türbəti üzərinə səcdə etmək müstəhəbdir. Belə ki, bu, yeddi pərdəni qaldırır və namazın qəbul olunmasına, yuxarı qalxmasına səbəb olur.
6. İmam Hüseyn (ə) türbətindən təsbeh düzəltmək və onunla zikr demək müstəhəbdir. Bu təsbeh insanın əlində olduğu müddətdə, o, zikr deməsə belə, təsbeh Allahı zikr edər.
7. İmam Rza (ə) buyurub: "Kim İmam Hüseynin (ə) türbətindən hazırlanmış təsbehdən istifadə edib hər dənəsini aşağıdakı cümləylə zikr etsə, Allah onun üçün altı min günahını silər, altı min dərəcə qaldırar və onun üçün altı min dəfə şəfaət edər:
سُبْحَانَ اللهِ
<font color="000000"><b>(Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah böyükdür </b></font>
وَ الْحَمْدُ لِلّٰهِ
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
وَ اللهُ اَكْبَرُ۔
8. Bir səhih rəvayətdə qeyd olunur ki, cir gün İmam Sadiq (ə) İraqa gələndə bəzi insanlar onun yanına gələrək soruşdular: "Biz artıq İmam Hüseynin (ə) türbətinin bütün xəstəliklər üçün şəfa mənbəyi olduğunu bilirik, bəs qorxulara qarşı necə?" İmam (ə) cavab verdi: "Bəli, həmçini elədir. Kim bütün qorxularından amanda qalmağını istəsə, əlində türbətdən hazırlanan bir təsbeh tutub aşağıdakı duanı üç dəfə desin:
اَصْبَحْتُ [اَمْسَيْتُ‏] اَللّٰهُمَّ مُعْتَصِمًا بِذِمَامِكَ وَ جِوَارِكَ الْمَنِيْعِ
<font color="000000"><b>Allahım, mən Sənin güvəndiyin əhdinə və mühafizə etdiyin sığınına tutunaraq sənin himayəndə oluram. Bütün zülmkarlardan, əlindən heç bir sığorta olmayacaq hər kəsdən, yaratdığın bütün varlıqlardan, istər danışan, istərsə də susan olsun, Sənin hifzində və qoruman altındayam. Mənim qorumam isə, Peyğəmbərinin (s.a.s.) ailəsinin dostluğudur, onlarla olan əlaqə və onların himayəsidir. Mən, onların haqqına iman edir, hər kəsə olan düşmənçiliyimi onların dostlarına qarşı yönəldir, onların düşmənlərinə qarşı isə mübarizə aparıram. Mən, özümü onlarla qorunmağa həsr edirəm. Allahım, mən Səni, onlar vasitəsilə hər cür şərdən qorunmağımı istəyirəm. Mənim düşmənlərimdən qorunmam isə, Sənin yaratdığın göylərin və yerin bənzərsiz və möhtəşəm yaradıcılığına söykənir. Sən, onlara qarşı bir maneə qoydun və biz onların qarşısını aldıq, beləliklə onlar heç nəyi görə bilmirlər.</b></font>
الَّذِيْ لَا يُطَاوَلُ وَ لَا يُحَاوَلُ
مِنْ شَرِّ كُلِّ غَاشِمٍ وَ طَارِقٍ
مِنْ سَاۤئِرِ مَنْ خَلَقْتَ وَ مَا خَلَقْتَ
مِنْ خَلْقِكَ الصَّامِتِ وَ النَّاطِقِ
فِي جُنَّةٍ مِنْ كُلِّ مَخُوْفٍ
بِلِبَاسٍ سَابِغَةٍ حَصِيْنَةٍ
وَ هِيَ وِلَاۤءُ اَهْلِ بَيْتِ نَبِيِّكَ
عَلَيْهِمُ السَّلَامُ مُحَمَّدٍ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ‏
مُحْتَجِزًا [مُحْتَجِبًا] مِنْ كُلِّ قَاصِدٍ لِيۤ اِلٰۤى اَذِيَّةٍ
بِجِدَارٍ حَصِيْنٍ
۟اِلْاِخْلَاصِ فِيْ الْاِعْتِرَافِ بِحَقِّهِمْ
وَ التَّمَسُّكِ بِحَبْلِهِمْ جَمِيْعًا
مُوْقِنًا اَنَّ الْحَقَّ لَهُمْ وَ مَعَهُمْ
وَ مِنْهُمْ وَ فِيْهِمْ وَ بِهِمْ
اُوَالِيْ مَنْ وَالَوْا
وَ اُعَادِيْ مَنْ عَادَوْا
وَ اُجَانِبُ مَنْ جَانَبُوْا
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ اَعِذْنِيْ اَللّٰهُمَّ بِهِمْ
مِنْ شَرِّ كُلِّ مَاۤ اَتَّقِيْهِ يَا عَظِيْمُ
حَجَزْتُ الْاَعَادِيَ عَنِّيْ بِبَدِيْعِ السَّمَاوَاتِ وَ الْاَرْضِ
اِنَّا جَعَلْنَا مِنْ بَيْنِ اَيْدِيْهِمْ سَدًّا
وَ مِنْ خَلْفِهِمْ سَدًّا
فَاَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُوْنَ۔
Sonra təsbehi öp və onu gözlərinin üstünə sürtərək bu dua de:
اَللّٰهُمَّ اِنِّيۤ اَسْاَلُكَ بِحَقِّ هٰذِهِ التُّرْبَةِ الْمُبَارَكَةِ
<font color="000000"><b>Allahım, mən Səndən bu mübarək torpağın haqqı ilə, onun sahibinin haqqı ilə, atalarının haqqı ilə, anasının haqqı ilə, qardaşının haqqı ilə və müqəddəs nəslinin haqqı ilə Səndən istəyirəm ki, bu torpağı hər növ xəstəliklərə qarşı şəfa, hər növ qorxudan amanda qalma və hər növ pislikdən qorunma vasitəsi et.</b></font>
وَ بِحَقِّ صَاحِبِهَا
وَ بِحَقِّ جَدِّهِ وَ بِحَقِّ اَبِيْهِ
وَ بِحَقِّ اُمِّهِ وَ بِحَقِّ اَخِيْهِ
وَ بِحَقِّ وُلْدِهِ الطَّاهِرِيْنَ
اجْعَلْهَا شِفَاۤءً مِنْ كُلِّ دَاۤءٍ
وَ اَمَانًا مِنْ كُلِّ خَوْفٍ
وَ حِفْظًا مِنْ كُلِّ سُوۤءٍ۔
9. Bir miqdar türbətdən ağıza qoyub su içmək və aşağıdakı duanı demək tövsiyə olunur:
اَللّٰهُمَّ اجْعَلْهُ رِزْقًا وَاسِعًا
<font color="000000"><b>Allahım, onu geniş ruzi, faydalı elm və hər növ xəstəlik və dərddən şəfa et.</b></font>
وَ عِلْمًا نَافِعًا
وَ شِفَاۤءً مِنْ كُلِّ دَاۤءٍ وَ سُقْمٍ۔
XATIRLATMA
1. Qeyd olunan hədislərin məcmusundan əldə olunur ki, İmam Hüseyn (ə) türbətinin hörmətini saxlamaq və ona qarşı hörmətsizlik hesab olunan işlərdən çəkinmək lazımdır. Məsələn, ayaq altında qalmasın, natəmiz bir yerə qoyulmasın və s.
2. Fəqihlər gil və torpaq yeməyi caiz hesab etmirlər, təkcə İmam Hüseyn (ə) türbətini şəfa tapmaq məqsədilə ən çoxu bir mərci böyüklüyündə yeməyə icazə verirlər.
3. Torpağın İmam Hüseyn (ə) türbəti hesab olunması üçün onun Kərbəla torpağının hansı yerindən götürülməsi barədə hədislərdə müxtəlif ifadələr işlənmişdir. Əlbəttə ki, pak qəbrə nə qədər yaxın yerdən olarsa, daha yaxşıdır.