EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM KAZİMİN (Ə) BAŞQA BİR ZİYARƏTİ
Əllamə Məclisi yazır: Şeyx Mufid, Şeyx Şəhid və Məhəmməd ibn Məşhədi yazmışlar:
Bağdadın yaxınlığında İmam Musa ibn Cəfəri (ə) ziyarət etmək istədikdə əvvəlcə qüsl et. Sonra hərəmə tərəf yollan və hərəmin qapısına çatdıqda dayanıb daxil olmaq üçün izn istə. Sonra bu sözləri deyə-deyə hərəmə daxil ol:
بِسْمِ اللّٰهِ وَ بِاللّٰهِ
<font color="000000"><b>Allahın adı ilə, Allahın köməyi ilə, Allah yolunda, Rəsulallahın – Allahın salamı olsun ona və onun xanidanına – dinində. Salam olsun Allahın övliyalarına.</b></font>
وَ فِيْ سَبِيْلِ اللّٰهِ
وَ عَلٰى مِلَّةِ رَسُوْلِ اللّٰهِ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
وَ السَّلَامُ عَلٰىۤ اَوْلِيَاۤءِ اللّٰهِ۔
Sonra o həzrətin qəbri yaxınlığında dayan və de:
اَلسَّلَامُ عَلَيْكَ يَا نُوْرَ اللّٰهِ فِيْ ظُلُمَاتِ الْاَرْضِ
<font color="000000"><b>Salam olsun sənə ey yerin zülmətlərində Allahın nuru. Salam olsun sənə ey Allahın vəlisi. Salam olsun sənə ey Allahın hüccəti. Salam olsun sənə ey Allahın dərgahı. Şəhadət verirəm ki, sən namaz qıldın və zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, (Allahın) kitabını layiqincə tilavət etdin, Allah yolunda layiqincə cihad etdin, mükafat ümidi ilə Allah yolunda əzab-əziyyətə dözdün, Allaha ixlasla ibadət etdin, ta ki ölümün şatdı. Şəhadət verirəm ki, sən Allaha və Onun elçisinə daha yaxınsan. Sən Rəsulallahın haqq olan övladısan. Sənin düşmənlərindən Allahın dərgahına şikayətçiyəm. Sənə tabe olmaqla Allah dərgahına yaxınlaşmaq istəyirəm. Ey mövlam, sənin hüzuruna gəlmişəm, bir halda ki, haqqını tanıyıram, dostlarının dostu və düşmənlərin düşməniyəm. Elə isə, Rəbbinin dərgahında mənə şəfaət et.</b></font>
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا بَابَ اللّٰهِ
اَشْهَدُ اَنَّكَ اَقَمْتَ الصَّلَاةَ
وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ تَلَوْتَ الْكِتَابَ حَقَّ تِلَاوَتِهِ
وَ جَاهَدْتَ فِي اللّٰهِ حَقَّ جِهَادِهِ
وَ صَبَرْتَ عَلَى الْاَذٰى فِي جَنْبِهِ مُحْتَسِبًا
وَ عَبَدْتَهُ مُخْلِصًا حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
اَشْهَدُ اَنَّكَ اَوْلٰى بِاللّٰهِ وَ بِرَسُوْلِهِ
وَ اَنَّكَ ابْنُ رَسُوْلِ اللّٰهِ حَقًّا
اَبْرَاُ اِلَى اللّٰهِ مِنْ اَعْدَاۤئِكَ
وَ اَتَقَرَّبُ اِلَى اللّٰهِ بِمُوَالَاتِكَ
اَتَيْتُكَ يَا مَوْلَايَ عَارِفًا بِحَقِّكَ
مُوَالِيًا لِاَوْلِيَاۤئِكَ
مُعَادِيًا لِاَعْدَاۤئِكَ
فَاشْفَعْ لِيْ عِنْدَ رَبِّكَ۔
Sonra zərihi öp və yanaqlarını onun üzərinə qoy. Daha sonra qəbrin baş tərəfinə get və orada dayanıb de:
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
<font color="000000"><b>Salam olsun sənə ey, Rəsulallahın övladı. Şəhadət verirəm ki, sən doğru danışansan, xeyirxahlıqla əmanəti geri qaytardın, əmanətdarlıqla söz danışdın, şəhadətlə həyatını başa vurdun. Azğınlığı hidayətə tərcih etmədin və haqq yoldan batil yola yönəlmədin. Allahın salamı olsun sənə, sənin pak atalarına və babalarına.</b></font>
اَشْهَدُ اَنَّكَ صَادِقٌ
اَدَّيْتَ نَاصِحًا
وَ قُلْتَ اَمِيْنًا
وَ مَضَيْتَ شَهِيْدًا
لَمْ تُؤْثِرْ عَمًى عَلَى الْهُدٰى
وَ لَمْ تَمِلْ مِنْ حَقٍّ اِلٰى بَاطِلٍ
صَلَّى اللّٰهُ عَلَيْكَ
وَ عَلٰىۤ اٰبَاۤئِكَ وَ اَبْنَاۤئِكَ الطَّاهِرِيْنَ۔
Sonra pak zərihi öp və iki rəkət ziyarət namazı qıl. Ziyarət namazından sonra istədiyin qədər namaz qıla bilərsən. Namazdan sonra səcdəyə get və de:
اَللّٰهُمَّ اِلَيْكَ اعْتَمَدْتُ
<font color="000000"><b>Ey Allahım, Sənə pənah gətirmiş və dərgahına üz tutmuşam, Sənin fəzlinə ümidvaram. İtaətini mənə vacib etdiyin imamımı ziyarət etdim və onun vasitəsilə Sənə təvəssül edirəm. Elə isə, Özünə vacib etdiyin onların haqqına xatir məni, ata-anamı və möminləri bağışla, ey Kərim!</b></font>
وَ اِلَيْكَ قَصَدْتُ
وَ بِفَضْلِكَ رَجَوْتُ
وَ قَبْرَ اِمَامِيَ الَّذِيْ اَوْجَبْتَ عَلَيَّ طَاعَتَهُ زُرْتُ
وَ بِهِ اِلَيْكَ تَوَسَّلْتُ
فَبِحَقِّهِمُ الَّذِيۤ اَوْجَبْتَ عَلٰى نَفْسِكَ
اغْفِرْ لِيْ وَ لِوَالِدَيَّ وَ لِلْمُؤْمِنِيْنَ
يَا كَرِيْمُ۔
Sonra üzünün sağ tərəfini səcdə yerinə qoy və de:
اَللّٰهُمَّ قَدْ عَلِمْتَ حَوَاۤئِجِيْ
<font color="000000"><b>Ey Allahım, Sən mənim istəklərimi bilirsən. Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və istəklərimi həyata keçir.</b></font>
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ اقْضِهَا۔
Sonra üzünün sol tərəfini səcdə yerinə qoy və de:
اَللّٰهُمَّ قَدْ اَحْصَيْتَ ذُنُوْبِيْ
<font color="000000"><b>Ey Allahım, Sən mənim günahlarımdan xəbərdarsan. Məhəmməd və Ali-Məhəmmədin haqqına xatir Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və mənim günahlarımı bağışla. Özünün layiq olduğunu mənə ehsan et.</b></font>
فَبِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اغْفِرْهَا وَ تَصَدَّقْ عَلَيَّ بِمَا اَنْتَ اَهْلُهُ۔
Yenidən səcdə et və yüz dəfə de:
شُكْرًا شُكْرًا
<font color="000000"><b>Şükür!</b></font>
Daha sonra başını səcdədən qaldır və istədiyin duaları et, istədiyin kəslərə dua et.