EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
CÜMƏ AXŞAMI GÜNÜNÜN DUASI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>Həmd-səna o Allaha məxsusdur ki, Öz qüdrəti ilə zülmət gecəni apardı və Öz rəhməti ilə aydın gündüzü gətirdi; Onun nuru məni bürümüş və mən Onun nemətləri içindəyəm. Ey Allahım, məni bu günə qədər qoruyub saxladığın kimi, digər günlərdə də qoru, peyğəmbərin Məhəmmədə və onun xanidanına salam göndər, bu günün və başqa günlərin gecə və gündüzlərində haram işlər yerinə yetirmək və günah işlətmək səbəbilə məni kədərləndirmə; bu günün xeyrini, bu gündə olan xeyiri və bu gündən sonrakı günlərdə olan xeyiri mənə ruzi et; bu günün şərini, bu gündə olan şəri və bu gündən sonrakı günlərdə olan şəri məndən uzaq et. Ey Allahım, mən İslamın pənahında Sənə təvəssül edirəm, Quranın hörməti ilə Sənə etimad edirəm (söykənirəm), Məhəmməd Mustəfa – Allahın salamı olsun ona və xanidanına! – vasitəsilə Sənin dərgahında şəfaət istəyirəm. Ey Allahım, hacətimin həyata keçməsinə ümid bağladığım əhd-peymanı qəbul et, ey rəhimlilərin ən rəhimlisi. Ey Allahım, "yəvmul-xəmis"də (cümə axşamı günü) mənim beş hacətimi həyata keçir – bu, yalnız Sənin kərəminə və nemət bəxş etməyinə sığar -: Sənə itaət etməyə qüvvəmin olması üçün "sağlamlıq", Sənin böyük savabına nail olmaq üçün "ibadət (tövfiqi, uğuru)", halal ruzi ilə "durumumun yaxşılaşması", qorxulu məkanlarda Sənin əmniyyətinlə "aramlıq", kədər və qəm-qüssənin hücumundan "Sənin kanarında pənahgah". Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, Qiyamət günündə şəfaət etməsi üçün ona olan təvəssülümü mənə faydalı et, həqiqətən Sən rəhimlilərin ən rəhimlisisən!</b></font>
اَلْحَمْدُ لِلّٰهِ الَّذِىْ اَذْهَبَ الَّيْلَ مُظْلِمًا بِقُدْرَتِهٖ، وَ جَاۤءَ بِالنَّهَارِ مُبْصِرًا بِرَحْمَتِهٖ، وَ كَسَانِىْ ضِيَاۤئَهٗ وَ اَنَا فِىْ نِعْمَتِهٖ. اَللّٰهُمَّ فَكَمَا اَبْقَيْتَنِىْ لَهٗ فَاَبْقِنِىْ لِاَمْثَالِهٖ، وَ صَلِّ عَلَى النَّبِىِّ مُحَمَّدٍ وَ اٰلِهٖ، وَ لَا تَفْجَعْنِىْ فِيْهِ وَ فِىْ غَيْرِهٖ مِنَ اللَّيَالِىْ وَالْاَيَّامِ، بِارْتِكَابِ الْمَحَارِمِ وَاكْتِسَابِ الْمَاٰثِــمِ، وَارْزُقْنِىْ خَيْرَهُ وَ خَيْرَ مَا فِيْهِ وَ خَيْرَ مَا بَعْدَهٗ، وَاصْرِفْ عَنِّىْ شَرَّهٗ وَ شَرَّ مَا فِيْهِ وَ شَرَّ مَا بَعْدَهٗ .اَللّٰهُمَّ اِنِّىْ بِذِمَّةِ الْاِسْلَامِ اَتَوَسَّلُ اِلَيْكَ، وَ بِحُرْمَةِ الْقُرْاٰنِ اَعْتَمِدُ عَلَيْكَ، وَ بِمُحَمَّدٍ ۟اِلْمُصْطَفٰى صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهٖ اَسْتَشْفِعُ لَدَيْكَ، فَاعْرِفِ اللّٰهُمَّ ذِمَّتِىَ الَّتِىْ رَجَوْتُ بِهَا قَضَاۤءَ حَاجَتِىْ، يَا اَرْحَمَ الرَّاحِمِيْنَ. اَللّٰهُمَّ اقْضِ لِىْ فِىْ الْخَمِيْسِ خَمْسًا، لَا يَتَّسِعُ لَهَا اِلَّا كَرَمُكَ وَ لَا يُطِيْقُهَا اِلَّا نِعَمُكَ، سَلَامَةً اَقْوٰى بِهَا عَلٰى طَاعَتِكَ، وَ عِبَادَةً اَسْتَحِقُّ بِهَا جَزِيْلَ مَثُوْبَتِكَ، وَسَعَةً فِى الْحَالِ مِنَ الرِّزْقِ الْحَلَالِ، وَ اَنْ تُؤْمِنَنِىْ فِىْ مَوَاقِفِ الْخَوْفِ بِاَمْنِكَ، وَ تَجْعَلَنِىْ مِنْ طَوَارِقِ الْهُمُوْمِ وَالْغُمُوْمِ فِىْ حِصْنِكَ، وَ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ، وَّاجْعَلْ تَوَسُّلِىْ بِهٖ شَافِعًا يَوْمَ الْقِيَامَةِ نَافِعًا، اِنَّكَ اَنْتَ اَرْحَمُ الرَّاحِمِيْنَ۔