EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
10. Allaha sığınarkən İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>İlahi, əgər bizi bağaşlamaq istəsən, bu, Sənin əfvindən və əgər bizi əzaba düçar etmək istəsən, bu, Sənin ədalətindən irəli gəlir. İlahi, mərhəmətinlə bizə Öz əfvini nəsib et və güzəştinlə bizi əzabdan qurtar. Çünki Sənin ədalətinə (davam gətirməyə) taqətimiz çatmaz və Sənin əfvin оlmasa, bizim heç birimiz nicat tapmaz. Ey zənginlərin ən zəngini! Biz, Sənin ixtiyarında оlan bəndələrik. (Оnlardan) Sənə ən çоx möhtac оlan isə mənəm! Bəs, Öz sərvətinlə yоxsulluğumuza çarə qıl. Lütfünü əsirgəyib, ümidimizi qırma. Yоxsa (əgər belə etsən), Sənin rəhmətindən səadət gözləyəni bədbəxt və Sənin fəzlindən bəxşiş istəyini məhrum etmiş оlarsan. Görəsən, bu halda Səndən üz çevirib kimə üz tutarıq?! Sənin (rəhmət) qapından üz döndərib haraya gedərik?! Sən, pak və münəzzəhsən! Biz isə dualarını icabət etməyi (qəbul etmək) Özünə vacib bildiyin çarəsizlərik; giriftarçılıqlarını həll etməyi vəd etdiyin giriftar insanlarıq! Sənin istəyinə ən müvafiq iş və Sənin böyüklüyünə yaraşan ən layiqli əməl Səndən rəhmət diləyənə rəhm etmək və Səndən imdad istəyinin dadına çatmaqdır. Elə isə, yalvarışımıza rəhm et və Sənin dərgahına gəldiyimiz üçün fəryadımıza (imdad) çat. İlahi, şeytan da Sənə qarşı günah işlətməkdə оna tabe оlduğumuz üçün bizi məzəmmət edir. Bəs, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər və indi ki, Sənə xatir şeytanı tərk etmişik və оndan üz döndərib Sənə tərəf üz tutmuşuq, şeytanı bizi danlamaqla sevindirmə. </b></font>
اَللّٰهُمَّ
اِنْ تَشَاْ تَعْفُ عَنَّا فَبِفَضْلِكَ
وَاِنْ تَشَاْ تُعَذِّبْنَا فَبِعَدْلِكَ
فَسَهِّلْ لَنَا عَفْوَكَ بِمَنِّكَ
وَ اَجِرْنَا مِنْ عَذَابِكَ بِتَجَاوُزِكَ فَاِنَّهٗ لَا طَاقَةَ لَنَا بِعَدْلِكَ
وَ لَا نَجَاةَ لِاَحَدٍ مِنَّا دُوْنَ عَفْوِكَ
يَا غَنِىَّ الْاَغْنِيَاۤءِ هَا نَحْنُ عِبَادُكَ بَيْنَ يَدَيْكَ
وَ اَنَا اَفْقَرُ الْفُقَرَاۤءِ اِلَيْكَ
فَاجْبُرْ فَاقَتَنَا بِوُسْعِكَ
وَ لَا تَقْطَعْ رَجَائَنَا بِمَنْعِكَ فَتَكُوْنَ
قَدْ اَشْقَيْتَ مَنِ اسْتَسْعَدَ بِكَ
وَ حَرَمْتَ مَنِ اسْتَرْفَدَ فَضْلَكَ
فَاِلٰى مَنْ حِيْنَئِذٍ مُنْقَلِبُنَا عَنْكَ
وَ اِلٰى اَيْنَ مَذْهَبُنَا عَنْ بَابِكَ
سُبْحَانَكَ نَحْنُ
الْمُضْطَرُّوْنَ الَّذِيْنَ اَوْجَبْتَ اِجَابَتَهُمْ
وَ اَهْلُ السُّوْۤءِ الَّذِيْنَ وَعَدْتَ الْكَشْفَ عَنْهُمْ
وَ اَشْبَهُ الْاَشْيَاۤءِ بِمَشِيَّتِكَ
وَ اَوْلَى الْاُمُوْرِ بِكَ فِىْ عَظَمَتِكَ
رَحْمَةُ مَنِ اسْتَرْحَمَكَ
وَ غَوْثُ مَنِ اسْتَغَاثَ بِكَ
فَارْحَمْ تَضَرُّعَنَا اِلَيْكَ
وَ اَغْنِنَا اِذْ طَرَحْنَا اَنْفُسَنَا بَيْنَ يَدَيْكَ
اَللّٰهُمَّ اِنَّ الشَّيْطَانَ قَدْ شَمِتَ بِنَا اِذْ شَايَعْنَاهُ عَلٰى مَعْصِيَتِكَ
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ
وَ لَا تُشْمِتْهُ بِنَا بَعْدَ
تَرْكِنَا اِيَّاهُ لَكَ
وَ رَغْبَتِنَا عَنْهُ اِلَيْكَ