EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
41. Günahların üstünün örtülməsini və hadisələrdən amanda qalmağı diləyərkən İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
<font color="000000"><b>İlahi, Muhəmməd (s) və onun Əhli-beytinə salavat göndər və kəramət büsatını mənim üçün aç. Məni Öz rəhmət yoluna daxil et və Cənnətində yerləşdir. Məni Özündən qovmaqla (uzaqlaşdırmaqla) xar etmə. Məni Sənə olan ümidimdən məhrum etmə. Günahlarıma görə məndən intiqam alma (əvəz çıxma). Etdiyim əməllərə görə mənimlə pis rəftar etmə. Sirrimi və gizlətdiklərimi aşkara çıxartma. Əməllərimi ədalət tərəzisində ölçmə. Gizli xəbərlərimi hamının gözü qarşısında aşkar etmə. Aşkar olduğu halda məni rüsvay edən əməllərimi gizlət. Sənin hüzurunda məni bədnam və rüsvay edən əməllərimin üstünü ört. Məqamımı razılığınla şərafətli, kəramətimi əfvinlə kamil et. Məni "əshabul-yəmin"lərin (sağ tərəfdə olanlar) sırasına daxil et. Üzümü əminlik yoluna döndər və məni nicat tapmışlardan qərar ver. Salehlərin məclisini mənimlə abad et və duamı qəbul et. Ey aləmlərin Rəbbi!</b></font>
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهٖ
وَ اَفْرِشْنِىْ مِهَادَ كـَرَامَتِكَ
وَ اَوْرِدْ نِىْ مَشَارِعَ رَحْمَتِكَ
وَ اَحْلِلْنِىْ بُحْبُوْحَةَ جَنَّتِكَ
وَ لَا تَسُمْنِىْ بِالرَّدِّعَنْكَ
وَ لَا تَحْرِمْنِىْ بِالْخَيْبَةِ مِنْكَ
وَ لَا تُقَآصَّنِىْ بِمَا اجْتَرَحْتُ
وَ لَا تُنَا قِشْنِىْ بِمَا اكْتَسَبْتُ
وَ لَا تُبْرِزْ مَكْتُوْمِىْ
وَ لَا تَكْشِفْ مَسْتُوْرِى
وَلَا تَحْمِلْ عَلٰى مِيْزَانِ الْاِنْصَافِ عَمَلِىْ
وَلَا تُعْلِنْ عَلٰى عُيُوْنِ الْمَلَاءِ خَبَرِىْ
اَخْفِ عَنْهُمْ مَا يَكُوْنُ نَشْرُه عَلَىَّ عَارًا
وَاطْوِ عَنْهُمْ مَا يُلْحِقُنِىْ عِنْدَكَ شَنَارًا
شَرِّفْ دَرَجَتِىْ بِرِضْوَانِكَ
وَ اَكْمِلْ كَرَامَتِىْ بِغُفْرَانِكَ
وَ اَنْظِمْنِىْ فِىْٓ اَصْحَابِ الْيَمِيْنَ
وَ وَجِّهْنِىْ فِىْ مَصَالِكِ الْاٰمِنِيْنَ
وَ اجْعَلْنِىْ فِىْ فَوْجِ الْفَاۤئِزِيْنَ
وَاعْمُرْبِىْ مَجَالِسِ الصَّالِحِيْنَ
اٰمِيْنَ رَبِّ الْعَالَمِيْنَ.