EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
ADİYAT (QAÇAN ATLAR) SURƏSİ
Məkkədə nazil olmuşdur, on bir ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالْعٰدِيٰتِ ضَبْحًا ۙ‏(1)
<font color="000000"><b>(1) And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a,</b></font>
فَالْمُوْرِيٰتِ قَدْحًا ۙ‏(2)
<font color="000000"><b>(2) (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara,</b></font>
فَالْمُغِيْرٰتِ صُبْحًا ۙ‏(3)
<font color="000000"><b>(3) (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə,</b></font>
فَاَثَرْنَ بِهٖ نَقْعًا ۙ‏(4)
<font color="000000"><b>(4) Hücumları ilə toz-torpaq qaldıranlara,</b></font>
فَوَسَطْنَ بِهٖ جَمْعًا ۙ‏(5)
<font color="000000"><b>(5) O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki,</b></font>
اِنَّ الْاِنْسَانَ لِرَبِّهٖ لَكَنُوْدٌ ۚ‏(6)
<font color="000000"><b>(6) Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir!</b></font>
وَاِنَّهٗ عَلٰى ذٰلِكَ لَشَهِيْدٌ ۚ‏(7)
<font color="000000"><b>(7) Və şübhəsiz, o özü də buna şahiddir.</b></font>
وَاِنَّهٗ لِحُبِّ الْخَيْرِ لَشَدِيْدٌ ؕ‏(8)
<font color="000000"><b>(8) Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir.</b></font>
اَفَلَا يَعْلَمُ اِذَا بُعْثِرَ مَا فِى الْقُبُوْرِۙ‏(9)
<font color="000000"><b>(9) Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü),</b></font>
وَحُصِّلَ مَا فِى الصُّدُوْرِۙ‏(10)
<font color="000000"><b>(10) Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman,</b></font>
اِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيْرٌ‏(11)
<font color="000000"><b>(11) Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır.</b></font>