EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
TƏKƏSUR (ÇOXLUQLA ÖYÜNMƏK) SURƏSİ
Məkkədə nazil olmuşdur, səkkiz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَلْهٰٮكُمُ التَّكَاثُرُۙ‏(1)
<font color="000000"><b>(1) (Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı.</b></font>
حَتّٰى زُرْتُمُ الْمَقَابِرَؕ‏(2)
<font color="000000"><b>(2) O vaxta qədər ki, qəbiristanlıqları ziyarət etdiniz (ölüb getdiniz. Ölüm anınıza kimi belə idiniz, yaxud fəxr etmək üçün qohumlarınızın qəbirlərini saymağa getdiniz).</b></font>
كَلَّا سَوْفَ تَعْلَمُوْنَۙ‏(3)
<font color="000000"><b>(3) Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (Bərzəx aləminə daxil olduğunuz zaman) biləcəksiniz.</b></font>
ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُوْنَؕ‏(4)
<font color="000000"><b>(4) Əsla belə deyildir, tezliklə (Cəza günü) biləcəksiniz.</b></font>
كَلَّا لَوْ تَعْلَمُوْنَ عِلْمَ الْيَقِيْنِؕ‏(5)
<font color="000000"><b>(5) Belə deyildir. Əgər (işin həqiqətini) elmül-yəqinlə (şəkk-şübhə ehtimalı olmayan bir elmlə) bilsəydiniz,</b></font>
لَتَرَوُنَّ الْجَحِيْمَۙ‏(6)
<font color="000000"><b>(6) Şübhəsiz, Cəhənnəmi (qəlb gözü ilə) görərdiniz (lakin bilmədiniz və görmədiniz).</b></font>
ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ الْيَقِيْنِۙ‏(7)
<font color="000000"><b>(7) Sonra, şübhəsiz, onu (Cəza günü) eynül-yəqinlə (Cəhənnəmə daxil olub, orada yanmaqdan hasil olan tam bir yəqinliklə) görəcəksiniz.</b></font>
ثُمَّ لَتُسْئَلُنَّ يَوْمَئِذٍ عَنِ النَّعِيْمِ‏(8)
<font color="000000"><b>(8) Sonra isə o gün, şübhəsiz, siz (dünyada Allahın) əta etdiyi nemətilər barəsində sorğu-sual olunacaqsınız.</b></font>